Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında


  Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   ...   12   13   14   15   16   17   18   19   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

 


65 
Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli 
istifadə istiqamətləri 
Kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli 
və məqsədli şəkildə istifadə edilməsi, o cümlədə münbit 
torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə 
bağlı genişmiqyaslı tədbirlər görülməsi nəticəsində əkin 
sahələri genişlənib. Nəticədə belə torpaq sahələri yenidən 
gəlir mənbəyinə çevrilir, eyni zamanda, həmin sahələrdə 
əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə 
şərait yaradır, bu isə ölkədə ərzaq təhlükəsizliyinin 
reallaşdırılmasında çox böyük iqtisadi sosial mahiyyətə 
malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 
2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min 
hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. 
Bundan 81 min 739 hektar torpaq sahəsində 19 
aqroparkın və 13 min 680 hektar torpaq sahəsində isə 4 
iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. 
Həyata keçirilən belə tədbirlər aqrar sahənin dinamik 
inkişafınına imkan verir, bu isə istehsal olunan məhsulun 
əhali təlabatının tam ödəməsinə, Ümumi Daxili 
Məhsulun həcmində qeyri-neft sahələrinin payının 
artmasına əlverişli şərait yaradır. Qeyri-neft sahələrində 
əldə edilməsi xarici bazarlara çıxış imkanlarını 
genişləndirir.
Yerli icra hakimiyyəti təşkilatları ilə birlikdə 
görülən tədbirlər nəticəsində 2017-ci ildə 40 min hektar 
səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq 


66 
sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam 
verilib. Həmin dövr müxtəlif iqtisadi-coğrafi ərazilərdə 
yenidən kənd təsərrüfatı sahələrinin tərkibinə səmərəli 
şəkildə istifadəsi həyata keçirməklə iri taxılçılıq, 
pambıqçılıq təsərrüfatları yaradılıb. Meyvə bağlarının 
salınması müvafiq aqrotexniki və meliorativ tədbirlər 
görülüb. Əkinə yararlı ərazilərdə qeyri-neft təyinatlı 
məhsulların hasil olunması üçün torpaq sahəsi üçün 
hüquqi və fiziki şəxslərə icarəyə verilib. 
Ölkədə qeyri-neft sahələrinin o cümlədən, aqrar 
sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi 
və yerli icra hakimiyyətləri birbaşa iştirakı təmin 
olunmaqla 166 min hektar torpaq sahəsinin kateqoriyası 
dəyişdirilib. Həmin torpaq sahələri aqroparkların iri 
təsərrüfatların təşkili məqsədilə sərmayədarlara icarəyə 
verilib. Yerlərdə əhali məşğulluğunun artırılması, ərzaq 
təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sahələrində 
istehsal olunan məhsulların həcmini və çeşidini artırmaq 
üçün səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı 
240 min hektar torpaq sahələri geri qaytarılıb və əkin 
dövriyyəsinə cəlb olunması üçün təşkilatı tədbirlərin 
icrası həyata keçirilib.
“Azərbaycan Respublikasında torpaq münasibət-
lərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 
2016-cı ildən başlayaraq ölkənin Əmlak Məsələləri 
Dövlət Komitəsi torpaqlardan istifadəyə və onların 
mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini 
artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların 


67 
təyinatı 
üzrə istifadəsini tənzimləyən qərarların 
reallaşdırılmasına nəzarət edir. Azərbaycan Respublikası 
ƏMDK dövlət orqanları, bələdiyyələr, hüquqi və 
vəzifələrini izah etmək və yenilikləri barəsində 
ictimaiyyəti məlumatlandırmaqla torpaq və nəzərində 
yerləşdirilən bütün formalarda təsnifatlaşdırılan mülkiy-
yətin dəqiq uçotunu tərtib etməklə onlardan səmərəli 
istifadə olunmanı nəzarətdə saxlayır. Azərbaycan 
Respublikasının Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan, 
Cəlilabad, quba və Abşeron rayonlarında aparılan 
təşkilati idarəetmə tədbirlərin keçirilməsi nəticəsində min 
hektarlarla torpaq sahələrində kənd təsərrüfatı məhsulları 
yetişdirilir. Eyni zamanda, torpaqların dəqiq uçotu
torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və 
müasir yanaşmaların tətbiqi ilə bağlı DƏMK müasir 
iqtisafi şəraitə uyğun işlər aparılır.
Hazırda ölkə üzrə Torpaqların Elektron Kadastr 
Uçotu 
İnformasiya 
Sisteminin 
yaradılması 
işi 
müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 
12 rayonunda elektron kadastr uçotu tədbirləri yekunlaşıb. 
Layihə çərçivəsində 870 min hektardan çox ərazidə 
irimiqyaslı çöl-torpaq tədqiqatı, 700 min hektara yaxın 
ərazidə isə çöl-geobotanik tədqiqat işləri aparılıb. 2017-ci 
ilin sonunadək torpaqların elektron kadastr uçotu 
layihəsinə cəlb edilən 14 rayonda 1 milyon hektardan 
artıq sahəsinin uçotlaşdırma işləri aaparılmışdır. Eyni 
zamanda, il ərində 800 min hektar ərzində irimiqyaslı 
torpaq tədqiqatının, 550 min hektar ərazidə isə çöl-


68 
geobotanik tədqiqatın reallaşdırılmaı həyata keçirilib. 
Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu 
ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri 
hazırlanmış torpaqların bonitirovkası, habelə iqtisadi 
qiymətləndirilməsi sahəsində optimallaşdırılma aparıl-
mışdır.
Torpaqların kadastr uçotuna alınması işləri 
yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, 
qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri 
də hazırlanır. Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və 
Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən 
bələdiyyələr icra təşkilatları və Bakım şəhərinin 53 
bələdiyyəsinin malik olduğu bütün torpaqlar haqqında 
xəritələr tərtib olunmuşdur.
Mühüm inzibati-ərazi dairələr üzrə sərhədlərin, 
hələ də dəqiqləşdirilməməsi də torpaq sahələrinin 
idarəçiliyində çətinliklər mövcuddur. Bunu nəzərə alaraq 
aidiyyatı mərkəz və yerli icra hakimiyyəti təşkilatları ilə 
birlikdə 
həmin 
çətinliklərin 
aradan 
qaldırıması 
istiqamətində tədbirlər görülür. Eyni zamanda, işğal 
altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq – 
sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna 
olmaqla, respublikanın digər inzibatı ərazi dairələrinin 
sərhədlərinin müəyyənlədirilməsinə dair yerquruluşu 
işləri artıq yekunlaşıb. Ölkənin 4,1 hektar ərazisinin 
ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi 
üçün relyef xəritələrinin hazırlanması əhalinin təsərrüfat 
işləri fəallaşmasını təmin etmişdir.


69 
Respublika 
iri 
təsərrüfatların 
yaradılması 
məqsəilə aidiyyəti təşkilatların iştirakı ilə 18 rayonun 
inzibati ərazilərindən yenidən əkin dövriyyəsinə cəlb 
ediləcək 150 min hektara yaxın torpaq sahələrinin və bir 
sıra rayonlarda isə yeni suvarılacaq ərazilərin kadastr 
xəritələri də hazırlanıb. Ölkə ərazisində təyinatından və 
mülkiyyət formasından asılı olmayaq, bütün torpaqların 
kadastr 
uçotuna 
alınması 
işləri 
2020-ci 
ildə 
yekunlaşmaqla bərabər dəqiq kadastr uçotu məlumatları 
əsasında rəqəmsal bələdiyyə xəritələri də tərtib 
olunmuşdur. Azərbaycanda torpaqların elektron kadastr 
uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında 
ölkəmizin kosmik imkanlarından – süni peyklərin 
məlumatlarından istifadə olunur. Bununla bağlı Əmlak 
Məsələləri Dövlət Komitəsi ilə “Azərkosmos” ASC-i 
göstərən sahələrdə bircə əməkdaşlıq etməklə, yerinə 
yetirilən işlərin vaxtında və daha keyfiyyətli olmasını 
təmin edirlər. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin