Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


İşçilərin kollektiv və fərdi mühafizə vasitələri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   27   28   29   30   31   32   33   34   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İşçilərin kollektiv və fərdi mühafizə vasitələri 
İşlədilmə tərzindən asılı olaraq mühafizə vasitələri iki qrupa bölünür:
1. Kollektiv mühafizə vasitələri;
2. Fərdi mühafizə vasitələri.
İki və ya daha çox işçini qorumaq üçün işlədilən vasitələr kollektiv mühafizə 
vasitələri adlanır və aşağıdakı tiplərə bölünür:
a) istehsalat otaqlarında və iş yerlərində hava mühitini normallaşdıran 
vasitələr;
b) istehsalat otaqları və iş yerlərinin işıqlanmasını normallaşdıran vasitələr;
c) səs-küy, titrəyiş və ultrasəsdən mühafizə vasitələri;
d) elektrik cərəyanı ilə zədələnmədən mühafizə vasitələri;
e) ətraf mühitin yüksək və alçaq temperaturlarından mühafizə vasitələri;
f) mexaniki amillərin təsirindən mühafizə vasitələri; 
İşçilərin fərdi qorunması üçün işlədilən vasitələrə fərdi mühafizə vasitələri 
deyilir. Bu vasitələr istehsalat zərərini ləğv etmir, yalnız onların təsirindən işçiləri 
qoruyur.
İstehsalat şəraitində olduğu kimi praktik işlərin yerinə yetirilməsi ilə bağlı 
məşğələlərdə də şagird və tələbələr fərdi mühafizə vasitələrindən istifadə edirlər. 
Təyinatına görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür: 


• insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar, 
pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sırıqlı şalvar və gödəkcələr. 
• əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər; 
• ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar; 
• başın mühafizəsi üçün - ləçəklər, xüsusi quruluşlu baş geyimləri, kaskalar; 
• sifətin mühafizəsi üçün - maskalar, sipərlər, pastalar; 
• tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar, müxtəlif 
tipli əleyhqazlar, skafandrlar; 
• görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz 
sınmayan şüşə, sifəti tamam örtən ekranlar; 
• eşitmə orqanlarının mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq 
tıxacları; 
• hündürlükdən yıxılmaqdan mühafizə üçün - qoruyucu kəmərlər, kəndirlər, 
sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.; 
• titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı 
ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri; 
• elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar, 
izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin 
xalçalar və s.; 
• radioaktiv şüalanmadan mühafizə üçün - xüsusi qurğuşun və şüşə 
kostyumlar, xüsusi izoləedici ekranlar; 
Sadalanan fərdi mühafizə vasitələri dərs və ya məşğələlər zamanı şagird və 
tələbələrə mövcud normativ tələblərə uyğun olaraq verilir. 
Fərdi mühafizə vasitələr dövlət əmlakıdır, onu işçilərə pulsuz verirlər.
İş paltarı və digər fərdi mühafizə vasitələrinin verilməsi Azərbaycan 
Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinə və qüvvədə olan 
qanunvericilik normalarına müvafiq olaraq həyata keçirilir. Qanunvericilik 
normalarına əsasən əmək şəraiti zərərli və təhlükəli olan işlərdə, habelə xüsusi 
temperatur şəraitində görülən və ya çirklənmə ilə əlaqədar olan işlərdə müəyyən 
edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər digər fərdi mühafizə 
vasitələri verilir. İşəgötürən fərdi mühafizə vasitələrinin saxlanmasını, 
təmizlənməsini, yuyulmasını, qurudulmasını, dərmanlanmasını və təmir 
olunmasını əvəzsiz təşkil etməyə borcludur.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin