31
M a d d ə 2 3 . Yanğından sığortalama
32
Yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz
əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari
qaydada həyata keçirilir.
Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari
qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq aparılır.
M a d d ə 2 4 . Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və həyata
keçirilməsi
Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın
təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə
təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların,
binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq
texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın
təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi
tədbirlərini hökmən göstərməlidirlər.
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o
cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib
hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı,
avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində
qərarlar hökmən nəzərdə tutulmalıdır.
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini
müvafiq icra hakimiyyəti orqanları hazırlayır və həyata keçirirlər.
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz
edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o
cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın
təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.
M a d d ə 2 5 . Dövlət yanğın nəzarəti
Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti
tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi
qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata
keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata
keçirən qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının
yanğın nəzarəti üzrə Baş dövlət inspektorudur.
33
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata
keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir:
34
1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və
onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının
yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara
və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin
görülməsi haqqında göstərişlər vermək;
3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə
qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq;
35
4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən
qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə
iştirak etmək;
5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın
təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa
tikililərinə, torpaq sahələrinə daxil olmaq;
6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə,
yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-
smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından
nəzərdən keçirmək və razılaşdırmaq;
7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə
və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə
yolu ilə yoxlamalar keçirmək;
8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın
təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan
çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin
rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək;
9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın
təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların
və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən
qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin
yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin,
aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya
qismən dayandırılması barədə qərar qəbul etmək;
10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra
hakimiyyəti orqanına göndərmək;
36
11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın
təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati
xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra
etmək.
37
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata
keçirən qurumu mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə dövlət
yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara
malikdir.
38
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata
keçirən qurumunun , habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası
Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir.
Dostları ilə paylaş: |