Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının
əməkdaşlarına da şamil edilir.
52
Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə
müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri
yanğından qoruyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq
qurumlarının şəxsi heyətinə də şamil edilir.
M a d d ə 3 1 .
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının əməkdaşlarının əməyinin ödənilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini
təmin edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirilir.
53
İşin xarakteri və şəraiti nəzərə alınmaqla əməkdaşların xidməti fəaliyyətdə yüksək nəticələrə
nail olunmasının həvəsləndirilməsini təmin etmək, şəxsi heyəti yüksək peşə keyfiyyətlərinə
malik olan şəxslərlə komplektləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına və onun bölmələrinə dövlət büdcəsindən əlavə vəsait ayrıla bilər.
54
M a d d ə 3 2 .
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının əməkdaşlarının dövlət icbari sığortası
Dostları ilə paylaş: