müraci
ət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak
münasib
ətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq
hüququnu m
əhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd
olan müdd
əalar nəzərdə tutula bilməz.
Madd
ə 39.
Nikah müqaviləsinin bağlanma qaydası
39.1. Nikah müqavil
əsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda
ba
ğlana bilər.
39.2. Nikahın ba
ğlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət
qeydiyyatına alındı
ğı gündən qüvvəyə minir.
39.3. Nikah müqavil
əsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Madd
ə 40.
Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi
40.1. Nikah müqavil
əsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada
d
əyişdirilə və ya pozula bilər.
40.2. Nikah müqavil
əsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.
40.3.
Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki
M
əcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya
pozula bil
ər.
40.4. Nikah müqavil
əsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha
xitam verilm
əsi anından nikah müqaviləsinə də xitam verilir.
40.5. Nikah müqavil
əsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün
n
əzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.
40.6. Müqavil
ənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən
mübahis
ələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri
əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.
Dostları ilə paylaş: