Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 50
bölüşdürmə, o cümlədən satışdan əvvəl xidmət; yükləmə; nəqletmə; saxlama; xalq
istehlakı məhsullarının bir hissəsi üçün pərakəndə satış; müəllif nəzarəti, alıcılarla
və bazarlarla əks əlaqənin təmin edilməsi).
4. Məhsulun istifadəsi (istismar və yaxud istehlak); məhsulun istifadə,
istismar və yaxud istehsalı üçün qəbulu, məqsədli istifadə, məhsulun texniki
xidməti və profilaktik təmiri, yəni satışdan sonra xidmət; bərpa edilmə; istismardan
çıxarma; məhsulun istifadəsi mərhələsində marketinq tədbirlərinin reallaşması və
istismarçılarla əks əlaqənin təmin edilməsi.
Alıcıların, hər zaman artan tələblərini təmin etmək üçün, Kİ elmi əsaslanmış
prinsipləri birliyi bazasında həyata keçirmək lazımdı. Onların hamısını
ümumisistemli və xüsusilərə bölmək olar.
Ölkə xaricində Kİ prinsiplərində birlik təcrübəsi yoxdur. Onların hamısı, bir
qayda olaraq, metodoloji yox, daha doğrusu, praqmatik xarakter daşıyır. Bu, yalnız
keyfiyyət sahəsində məqsədə çatmaq planında menecerlərin hərəkət tərzinin
formalaşmasına aid məqsəd və postulatlardır. Misal kimi, Kİ üzrə tanınmış
Amerika mütəxəssisi E.Deminq tərəfindən tövsiyə edilən postulatlar çox
faydalıdır. “Keyfiyyət, məhsuldarlıq, rəqabətaparma bacarığı” (1982) kitabında
tələblər və menecerlərin hərəkət tərzinə aid öz konsepsiyasını o, 14 postulatda əks
etdirmişdir, onların mahiyyəti aşağıdakı kimidir:
1. Fəaliyyətin daimi məqsədi məhsulun keyfiyyəti və xidmətin yaxşılaşması
olmalıdır.
2. Fəaliyyətin hər hansı bir sahəsində, heç bir qüsur buraxılmamalıdır.
3. İstifadə olunan statistik metodlardan çıxış edərək tədarükçüdən, tədarük
edən məhsul növlərinin keyfiyyətinə təminat tələb etmək.
4. Aşağı qiymətlərə əsaslanıb, məhsulun tədarük edilməsinə müqavilə
bağlamamaq.
5. İstehsalçı keyfiyyətlə bağlı problemləri aşkar etməli və onları həll
etməlidir.
6. Müəssisədə işləyən bütün işçilər təhsil almalıdır.