Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


Son dövrlərdə əhalinin parça mallarına olan tələbatı ancaq xarici ölkələrdən 
gətirilən parça hesabına ödənilir. Hazırda respublikamızın istehlak bazarına parça 
materialları Rusiya, Türkiyə, İngiltərə, Çin, Fransa, İtaliya və digər Avropa 
ölkələrindən gətirilir. Lakin hələ də bir çox parça növlərinə olan əhali tələbatı tam 
ödənilməmiş olaraq qalır, xüsusilə, pambıq parçalara olan tələbatın ödənilməməsi 
buna misaldır, təbii ipək parçaların çeşidi və keyfiyyəti də müasir dövrün 
tələbatına cavab vermir. 
Əmtəəşünaslıq praktikasında parçalara xas olan fiziki, kimyəvi, fiziki-
kimyəvi xassələrdən elələri vacib hesab edilir ki, bunlardan parçaların xidmət 
müddəti, gigiyenikliyi və onun xarici görünüşü asılı olsun və belə xassələr də 
istehlak xassələri adlanır. 
Bütün parçalar kimi yun parçaların da keyfiyyətinə müəyyən tələblər qoyulur. 
Onların qalınlığı, xarici tərtibatı təyinatına uyğun olmalıdır, lazımi gigiyenik 
tələblərə cavab verməli, fiziki-mexaniki təsirlərə qarşı davamlı olmalıdırlar. Belə 
parçalar istini yaxşı saxlamaq qabiliyyətinə malik olmalı, insanın normal həyat 
şəraitinə pis təsir göstərməməli, forma saxlama qabiliyyətinə malik olmalıdır. 
Onlardan hazırlanan paltarlar kifayət qədər uzunömürlü olmalıdır.
Deməli, tikili malların istehsalı zamanı komvol yun parçaları müxtəlif 
texnoloji tələbləri tam ödəməlidir. 
Komvol yun parçaların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi də hazırki 
şəraitdə ən vacib problemlərdən biridir. Belə ki, respublikamızın istehlak bazarına 
müxtəlif ölkələrdən müxtəlif növ parçalar daxil olur ki, bunların da keyfiyyət 
səviyyəsi bir-birlərindən çox fərqlənir. Odur ki, bu parçaların keyfiyyətinə nəzarət, 
keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin düzgün təşkil edilməsi çox vacibdir. 
Xüsusilə, komvol yun parçaları bu cəhətdən özünəməxsus yer tutur. Ümumiyyətlə, 
hər bir növ parçanın keyfiyyət səviyyəsi qiymətləndirilərkən onun təyinatı əsas yer 
tutur. Hələlik eyni lif tərkibinə və quruluşuna malik olan parçalar müxtəlif 
bəzəndirilmə prosesində, ola bilsin ki, müxtəlif istehlak xassələrinə malik olan 
parçalar halına salınmış olsun. Odur ki, parçaların keyfiyyət səviyyəsi 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin