Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası


etməyə yönəldilir. Yəni çalışmalıyıq ki, müəyyən bir artikulda parça daha çox 
növlərdə geyim nümunələrinin biçilib tikilməsi üçün yararlı olsun. Əlbəttə, bu bir 
tərəfdən yaxşıdır. Lakin təcrübə göstərir ki, parçalarda istehlak xassələrinin bu 
istiqamətdə təkmilləşdirilməsi onların çeşidini məhdudlaşdırır. Bu, parçaların 
mənəvi cəhətdən tez köhnəlməsinə səbəb olur, az bir dövr ərzində parçalar öz 
rənginə, tərtibatına, kaloritinə görə əhalinin istək və arzularından, alıcılıq tələbinin 
inkişafı səviyyəsindən geri qalır. Buna görə də parçaların təyinat üzrə çeşidinin 
çoxaldılması, onların funksional xassələrinin konkret bir tələbat mövqeyindən 
formalaşdırılmasına səy göstərilməsi işi daha perspektivli hesab edilməlidir. Bu 
deyilənləri nəzərə alaraq parçaların istehlak xassələrini ətraflı təhlil etmək üçün 
həmin xassələrin V.P.Skliyannikovun təklifi üzrə təsnif edilməsi məqsədyönlü 
hesab edilir. 
Əhali tələbini ödəmək mövqeyindən müəllif parçaların istehlak xassələrini üç 
sinfə bölür: 
1. Maddi tələbatı ödəyən xassələr; 
2. Qeyri-maddi tələbləri ödəyən xassələr; 
3. Mövsümi (dövrü) tələbləri ödəyən xassələr. 
Bunlardan insanın maddi tələbatının ödənilməsi “İnsan-məmulat-mühit” 
sistemində həyata keçirilir. Müşahidə zamanı aydın olur ki, parçaların insan 
tələbatını ödəməsi istehlakçının cins, yaş, peşə görkəmindən, onun mənəvi 
səviyyəsindən, onun seçdiyi milli ənənədən, iqlim şəraitindən, mövsümdən, 
modanın inkişaf istiqamətindən, həm də parşadan tikilməsi lazım gələn məmulatın 
növündən və istehlak şəraitindən daha çox asılı olacaqdır. Əlbəttə, bu 
çoxcəhətliliyi aydınlaşdırmaq üçün parçaların insan tələbatını müəyyən fiziki 
mühitdə ödədiyini, həmin fiziki mühitin insanla əlaqədə olduğunu və parçanın 
utilitar xassələrə malik olması zəruriliyini nəzərə almaq lazımdır. Zahirən belə 
görünür ki, fiziki mühit maddi tələbatın ödənilməsində rol oynamır. Lakin insanın 
istirahət etdiyi, işlədiyi, yolda olduğu və s. istər-istəməz onun geyimi üçün spesifik 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin