Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 11
çəkilən maddi tələbatənə ödəyir. Belə ki, hər bir parça nümunəsi və ondan
hazırlanan məmulat insanın antropometrik, fizioloji, gigiyenik tələblər üzrə maddi
tələbatının konkret sahə üzrə daha yüksək səviyyədə ödənilməsini təmin etməlidir.
Məsələn, geyimdirsə, unsan bədəninin normal fəaliyyətinə təminat verməli,
qiymətin ölçülməsinə və formasına tam uyğun gəlməlidir və müəyyən funksiyanı
yerinə yetirməlidir. Orqanizmə mənfi təsir göstərməməlidir. Beləliklə, parça insan
üçün əşya mühitinin yaradılmasında ən yararlı istehlak şeyləri kimi iştirak
etməlidir.
Parçanın xassələri insanın iqlim şəraiti ilə əlaqəsinin elementi kimi özünü
göstərməsi çox təbii haldır. Belə ki, “insan-məmulat-təbii iqlim şəraiti” sistemində
geyim insanın orqanizminin mühitlə əlaqəsi vasitəsi olur. Bu bir tərəfdən insanı
mühitin kəskin təsirlərindən mühafizə etmək, digər tərəfdən isə mühitlə rabitə
yaratmaq məqsədi güdür. Özü də bu baxımdan parça və ya ondan olan geyim ətraf
mühiti hava-nəmlik şəraitindən, hərarətindən, təmizliyindən və bir sıra digər
parametrlərindən asılı olaraq seçilir. Burada, deməli, parça fiizki-mexaniki
davamlılıq xassələrinə, mühitlə rabitə yaradan xassələrə malik olmalıdır. Məsələn,
bədəni mexaniki təsirlərdən, zədədən, istilikdən, rütubətdən, birbaşa günəş
şüasından mühafizə etmək üçün parçanın dartılmaya, sürtülməyə, cırılmaya,
deşilməyə, deformasiyaya, əzilməyə, qatlanmağa, sökülməyə qarşı davamlılığı
təmin edən xassələri, həm də istilik, işıq, rütubət təsirindən mühafizə qabiliyyəti
olmalıdır.
Ətraf mühitlə qaz-nəmlik əlaqələrini qurmaq üçün parçalar hava keçirmək, su
keçirmək xassələrinə, bir sözlə, sorbsiya və keçirmə xassələrinə malik olmalıdır.
Parçalarda belə xassələrə onların təyinatından asılı olaraq çox müxtəlif
formada üstünlük verilir. Xüsusilə mövsümi istifadə ilə əlaqədar olaraq parçalar
yaxşı hava keçirən, tənəffüsü asanlaşdıran olmalıdırlar. İsti vaxtlarda parçalar
geyimdə istilik-mühafizə materialı kimi çıxış edə bilir. Məsələn, xarici mühitdə
40ºC hərarət olan şəraitdə kostyumun səthində 39ºC, kostyumla dəyişən arasında