Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə6/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   2   3   4   5   6   7   8   9   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

10 
istehlak mühiti yaradır və bu parçaların və onlardan tikilən məmulatın 
köhnəlməsinə çox müxtəlif səviyyədə təsir göstərir. 
Qeyd etmək lazımdır ki, parçaların ənənəvi (faydalılıq) xassələri əsasən üç 
qrupda istehlak tələblərinin ödənilməsinə təminat verir. Bunlar da özlüyündə 
antropometrik, fizioloji və gigiyenik tələblər adlandırırlar. 
Antropometrik tələblər parçanın ölçü göstəricilərinin ondan tikilən geyimin 
insan qamətinin ölçülərinə uyğun tikilməsini təmin etməyi nəzərdə tutur. Bu şərtlər 
əsasən tikili mallara aid bölmədə daha ətraflı öyrənilir. Lakin burada da parçanın 
məmulata çevrilməsi zamanı onun itkisinin minimuma endirilməsi imkanı nəzərə 
alınmalıdır. Bu da parçanın eninin, bəzək və güllərinin formasının və digər 
şərtlərinin optimallaşdırılmasını tələb edir. 
Fizioloji tələblərdə parçanın insan qamətini yükləməsini, insanın fəaliyyətini 
məhdudlaşdıra, kütləşdirə bilən cəhətlərin azaldılması nəzərdə tutulur. Məsələn, 
parçaların qalınlığı, codluğu, daha çox nazik olması, deformasiya zamanı 
strukturunun dəyişməsi, saplarının, tikilişinin sürüşməsi və bu kimi şərtlər burada 
nəzərə alınır. Məsələn, xarakterizə etdikdə aydın olur ki, 323736, 32391, 32396, 
32496, 32188 artikullarda yun parçalar çox nazikdir, əziləndir, onların tikişləri 
qırışır. Belə parçaların bərk dartılması onların strukturunu dəyişir. Bu parçalardan 
hazırlanmış geyimləri istehlak edərkən istehlakçılar öz bədən hərəkətlərini 
məhdudlaşdırmalı olurlar. Belə parçalardan bədənə kip yapışan geyim 
nümunələrinin tikilməsi məsləhət görülmür. 
Komvol yun parçaların gigiyenik tələbləri ödəməsi üçün onların hava 
keçirməsi, buxar keçirməsi, hiqroskopikliyi, çirklənməsi, çirkdən təmizlənməsi, 
şüa keçirməsi, elektriklənməsi (kimyəvi maddədən alınan lifli parçalarda bu daha 
çox nəzərə çarpır), bədən qıcıqlandırması və bu kimi xassələrə nəzarət edilir. 
Bunlar həmin parçalar üzrə hazırlanan geyimlərdə insanın hissi rahatlığını, normal 
fəaliyyətini və iş qabiliyyətini təmin etməyi nəzərdə tutur. 
Parçaların hər biri insanın əşya mühitinin elementlərindən bir olur. O, insan 
bədəni ilə təmasda olur. O, əşya mühitinə daxil olmaqla insanın yuxarıda adı 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin