Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   4   5   6   7   8   9   10   11   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

12 
37ºC, dəyişiklə alt dəyişəyi arasında 36ºC, dəyişiklə bədən arasında isə 33ºC 
olmalıdır. 
Parçanın kütləsi, çəkisi, sıxlığı, codluğu göstəriciləri isə onun qamətin 
fəaliyyətinə təsirini müəyyən edir. 
Beləliklə, aydın olur ki, parçalar və onlardan olan məmulat insanla ətraf 
mühitin təbii iqlim şəraiti arasında əsas rabitə vasitələrindən biri olur. Bu da 
ticarətə daxil olan parçaların konkret təyinat üzrə növlərinin çoxaldılmasını tələb 
edir. 
Komvol yun parçaların xassələrinin insanın ətraf mühitlə əlaqəsinin elementi 
kimi özünü göstərməsi yuxarıda qeyd edilən mühafizə xarakterli əlamətləri 
qiymətləndirmək üçün vacibdir. Bu cəhət insanın yaşadığı maddi (əşya) mühitinin 
insana göstərə bildiyi təsirləri xarakterizə edir. Əşya mühiti insanın əhvalına, 
mənəvi aləminə, fiziki və bioloji fəaliyyətinə müsbət təsir etdiyi kimi mənfi 
cəhətdən də təsir edə bilər. Parçalarda əsasən bu mexaniki təsirlərdən (turşu, 
qələvi, çirk mühiti), fiziki amillərdən (istilik şüalanması, elektrikləşmə), bioloji 
təsirlərdən (həşəratlardan) mühafizə qabiliyyətini nəzərdə tutur. Bundan əlavə
parçaların əşya mühitində digər funksiyalarını da nəzərə almaq lazımdır. Məsələn, 
tül pərdə məmulatı otağı günəş şüasından mühafizə edir, həm də səsi udur. Ev 
əşyaları kimi müxtəlif tələbləri ödəyə bilir. 
Komvol yun parçaların qeyri-maddi tələbatını ödəmək xassələri özü də 
onların maddi tələbatı ödəməsi və ya əşya mühitinin təşkili ilə əlaqədar baş verir. 
Burada adamların hissi qavrama qabiliyyəti ilə əlaqədar olan tələblər əsas 
götürülür. Komvol yun oarçalarda hissi qavramaya aid olan cəhətlər qeyri-material 
xassələri adlandırılır. Məsələn, parçaların gözəlliyi haqqında alıcıların təsəvvürü 
bir qədər formalaşmalı, sonra isə müşahidə ilə parçaların naxışına, rənginə, 
materialına və ondan hazırlanacaq məmulatın formasına müvafiq olaraq onun 
estetikliyi, hissi qavranmalı, insanın bütün hiss üzvlərinə müvafiq olaraq xoşagələn 
təəssürat doğurmalıdır. Alıcılar parçanı seçərkən ondan mənəvi ləzzət də almalıdır. 
Bu baxımdan biz gözəllik anlayışı ilə daha çox rastlaşırıq ki, bu da estetikanın ən 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin