Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
20
Xovlaşdırma əsasən mahud parçalarında aparılır ki, nəticədə parçanın xarici
görkəmi yaxşılaşdırılır. Bu xüsusi maşınlarda yerinə yetirilməklə parçanın
üzərindəki keçəyəbənzər təbəqə didişdirilir. Nəticədə parçanın üzərində daranmış
xov yaranır. Bu məqsədlə iynəli vallardan istifadə olunur, bəzən də xovlaşdırıcı
dişli şarlardan istifadə olunur. Bitki yumurcuqlardan istifadə edildikdə, parçanın
mexaniki xassələri zəifləyir, parçanın üzərində vors təbəqəsi qeyri-bərabər
hündürlüyə malik olduğundan tiftil qatı oval şəkilli görünür. Tiftik təbəqəsini
bərabərləşdirmək üçün yenidən polimer kürəciklərindən istifadə edilir.
Ağardılma yun parçalarında çox nadir hallarda tətbiq edilir, çünki ağardılma
əməliyyatı
parçanın
mexaniki
xassələrini
pisləşdirir.
Yun
parçaların
ağardılmasında kimyəvi və optiki ağardılma üsullarından istifadə olunur.
Nəmli üsulla parçalarda baş verən gərginliyi bərabərləşdirmək üçün
bişirilməyə oxşar əməliyyat aparılır, lakin bişirilmədən fərqli olaraq, parça bu
qaydada emal edildikdən sonra buxara verilir. Bütün bu göstərilən əməliyyatlar
nəticəsində yun parçaların əksəriyyət istehlak xassələri formalaşdırılır.
Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
21
2. İplik və sapların quruluşunun istehsal prosesində formalaşdırılmasının
keyfiyyətə təsiri
Hər şeydən əvvəl, bu və ya digər mal qrupuna daxil olan məmulatların
keyfiyyət göstəricilərini araşdıran zaman keyfiyyətə təsir edən amilləri və şəraiti
nəzərə almaq lazımdır. Bu baxımdan, parçaların keyfiyyətinə təsir edən amilləri iki
qrupa bölürlər, yəni parçanın keyfiyyətinin formalaşdırılmasına təsir edən və
keyfiyyəti qoruyub saxlayan amillər.
Birinci
qrup
amillərə
bütövlükdə
məmulatın
layihələşdirilmə
və
modelləşdirilmənin və istehsal prosesinin keyfiyyəti aiddir. Parçalarda
modelləşdirmə prosesi olmadığından birinci qrupa daxil olan amillər sırasında
layihələndirməni göstərmək lazımdır. İstehsal prosesinin keyfiyyəti xammal,
material,
dəstləşdirici
məmulatların
keyfiyyəti,
texnologiyanın
yerinə
yetirilməsinin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir.
İkinci qrup amillərə isə keyfiyyətcə tam formalaşdırılmış malın istehlakçılara
lazımi səviyyədə çatdırılmasını təmin edən amillər daxildir. Buraya isə malların
qablaşdırılması, daşınması və saxlanması aiddir.
Parçaların keyfiyyətini formalaşdıran amillər, öz növbəsində obyektiv və
subyektiv olmaqla iki yerə ayrılır. Obyektiv amillərə məmulatın layihələndirilməsi,
istehsal
bazasının
texniki
səviyyəsi,
istehsalın
mexanikləşdirilməsi,
avtomatlaşdırılması, müasir texnoloji proseslərə nəzarətin təşkili aiddir ki, nəticədə
istehsal olunan malların, o cümlədən parçaların keyfiyyət səviyyəsinin
formalaşdırılmasına şərait yaranmış olur. Lakin subyektiv amillər insan fəaliyyəti
ilə bağlıdır. Yəni müəssisədə çalışan işçi istehsal funksiyasını vicdanla yerinə
yetirməli, səhlənkarlığa yol verməməli, ustalığa malik olmalı, ümumi təhsilin
səviyyəsi istehsalın xarakterinə uyğun gəlməli, psixoloji keyfiyyətə malik olmalı,
keyfiyyətin yüksəldilməsində maddi marağının olmasını dərk etməlidir. Obyektiv
amillər subyektiv amillərə nisbətən daha stabildir. Lakin subyektiv amillər
|