Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
7
I FƏSİL. NƏZƏRİ İCMAL
1.Komvol yun parçaların keyfiyyətinə qoyulan ümumi istehlak tələbləri və
istehlak xassələrini formalaşdıran amillər.
Komvol yun parçaları kompleks faydalı xassələrin məcmusunu özündə
birləşdirir. Bu xassələrin bir qrupu parçalardan məmulat hazırlayanda lazım olur
ki, bunlara texnoloji xassələr deyilir. Bir qrup xassələr istismar zamanı
meydana
çıxdığından istismar xassələri adlanır. Istismar xassələrindən fərqli olaraq,
parçaların istehlak xassələri anlayışı da mövcuddur.
Bəzi müəlliflər istehlak
xassələri ilə istismar xassələrini eyniləşdirirlər. Lakin qeyd etmək lazımdır ki,
istehlak xassələri istismar xassələrindən geniş məfhumdur. Belə ki, parçaların bəzi
xassələri onların keyfiyyətini qiymətləndirərkən nəzərə alınmır. Amma istehlak
zamanı həmin xassələr özünü büruzə verir.
Ümumiyyətlə, komvol yun parçaların istehlak xassələri aşağıdakı qruplara bölünür:
1) komvol yun parçaların xidmət müddətinə təsir edən istehlak xassələri;
2) komvol yun parçaların gigiyenikliyinə təsir edən istehlak xassələri;
3) komvol yun parçaların xarici görünüşünə təsir edən istehlak xassələri;
4) komvol yun parçaların emalı zamanı lazım olan istehlak xassələri.