Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə47/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   43   44   45   46   47   48   49   50   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

 
 
 
 
 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

57 
III FƏSİL. KAMVOL YUN PARÇALARIN KEYFİYYƏTİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ KEYFİYYƏTİNƏ NƏZARƏTİN TƏŞKİLİ 
Komvol yun parçaların əzilməyə,cirilmya, sürtünməyə qarşı 
davamlılığının təhlili 
Məlum olduğu kimi, istismar şəraitində parçadan olan geyim əşyaları xarici 
mexaniki qüvvənin təsiri altında əzilməyə məruz qalır. Ümumiyyətlə, parçanın 
əzilməsi xoşagəlməz hallardan biri sayılır. Əzilmə dedikdə parçanın əyilməsi 
nəticəsində qatlanma və qırışların baş verməsi kimi başa düşülür. Deməli, əgər 
parça müəyyən sıxılma qüvvəsi və qatlanma nəticəsində özünün əvvəlki formasını 
bərpa etmirsə, onda belə parçalar əzilməyə qarşı davamsızdır. Bir qayda olaraq
parça istehsalında digər xassələrlə yanaşı, parçanın əzilməyə davamlılıq xassəsinə 
də ciddi fikir verilir. Fiziki mənşəyinə görə parçanın əzilməsi upruq-plastiki 
xassəsinin aşkar edilməsinə aiddir. Parçanın yüksək plastika deformasiyasının 
hesabına baş verən qatlanma yerləri tədricən yox olmağa başlayır. Əgər eyni bir 
yerdə parçada təkrar olunan qatlanmalar baş verərsə, bu zaman yaranmış qırışlar 
hətta ütüləmə nəticəsində belə çətinliklə yox olur. Belə dözümlü qatlanma izləri 
parçada gərginləşmiş sahələr hesab olunur və nəticədə parçanın tez sürtünüb 
dağılmasına gətirib çıxarır. Xüsusilə belə hal yüksək qabalığa malik olan parçalara 
daha çox aiddir. 
Parçanın əzilməyə qarşı dözümsüzlüyü bütövlükdə onun keyfiyyətinə mənfi 
təsir göstərən amillərdən biridir ki, istismar zamanı onun xarici görkəminə pis təsir 
göstərir, dağılmasını sürətləndirir. Odur ki, parçaların istehlak xassələri 
qiymətləndirilərkən onun əzilməyə qarşı davamlılığı ən vacib amillərdən biri 
sayılır ki, bu da qüvvədə olan standartlarla normalaşdırılır. Parçanın əzilməyə qarşı 
davamlılığı bir neçə amillərdən, o cümlədən lif tərkibindən, iplik və sapının 
quruluşundan, parçanın arayışlandırılması xüsusiyyətindən və strukturundan çox 
asılıdır. 
Yəni götürülmüş nümunələr cihazın sıxıcısı ilə 180º bucaq altında müəyyən 
müddətdə sıxılır və sonra nümunələrin sıxılmadan sonra əyilməsinin hansı bucaq 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin