8
1% təşkil etdiyi halda, 65-74 yaşda 10-15%; kişilərdə uyğun olaraq
2-5% və 10-20% təşkil edir. Əksər
Avropa ölkələrində SS-nin
yayılması 1 mln əhaliyə 20 000-40 000 təşkil edir.
Risk amilləri
SS koronar arteriyaların aterosklerozunun klinik təzahürüdür.
Aterosklerozun inkişaf etmə ehtimalı aşağıdakı risk amillərinin (RA)
mövcudluğu fonunda əhəmiyyətli dərəcədə yüksəlir.
1. İdarəolunmayan (modifikasiya olunmayan) risk amilləri
►
50-60-dan yuxarı yaş
►
Kişi cinsi
►
İrsi meyllilik
2. İdarəolunan (modifikasiya olunan)
risk amilləri həddindən
artıq çoxdur. Real sübuta yetirilmiş RA aşağıdakılardır:
►
Dislipidemiyalar
►
Arterial hipertenziya
►
Tütünçəkmə
►
Piylənmə
►
Karbohidrat mübadiləsinin pozulması (hiperqlikemiya, şəkərli
diabet)
►
Hipodinamiya
►
Qeyri-rasional qidalanma
►
Hormonal disbalans
►
Podaqra
►
Psixoemosional gərginlik
Son illər aterosklerozun öyrənilməsi istiqamətində aparılmış
tədqiqatların nəticəsində isbat
olunmuşdur ki, sadalanan RA-dan
daha əhəmiyyətli olanları – dislipidemiya, AH, tütünçəkmə,
piylənmə və ŞD-dir.
ÜİX aşkar olunmuş xəstələrdə RA öz mənfi təsirini göstərməkdə
davam edərək, xəstəliyin proqressivləşməsinə və proqnozun
pisləşməsinə səbəb olur. Məhz bu səbəbdən də RA-nın korreksiyası
müalicə taktikası və ikincili profilaktikanın tərkib hissəsi olmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.