Sabit stenokardiya üzrə klinik protokol


Şəkil 1. Döş qəfəsində ağrısı olan xəstənin



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   2   3   4   5   6   7   8   9   10   ...   27
14 Stabil Angina

Şəkil 1. Döş qəfəsində ağrısı olan xəstənin
ilkin qiymətləndirmə alqoritmi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
12
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


13
Laborator-instrumental müayinələr: 
► 
Laborator müayinələr 
9 Ümumi qan analizi, kreatinin 
9 Qanda acqarına şəkər 
9 Qanda acqarına lipid profili 
9 yh C-reaktiv zülal, homosistein, Lp(a), ApoA, ApoB 
► 
Döş qəfəsi rentgenoqrafiyası 
► 
EKQ 
► 
Exokardioqrafiya 
► 
Fiziki yük sınaqlı EKQ
► 
Fiziki yük (ExoKQ, ssintiqrafiya və MRT) təsvir üsulları 
► 
Farmakoloji stress təsvir üsulları 
► 
Ürəyin stress maqnetik rezonans sınağı 
► 
Kompüter tomoqrafiya
► 
Maqnetik rezonans arterioqrafiya 
► 
Koronar arterioqrafiya 
Laborator müayinələr 
SS olan bütün xəstələrdə risk profilinin təyini və müalicəyə 
ehtiyacın olub-olmadığını müəyyənləşdirmək üçün qanda şəkərin 
acqarına səviyyəsi və acqarına lipid profili (ümumi xolesterin, yüksək 
sıxlıqlı və aşağı sıxlıqlı lipoproteidlər, triqliseridlər) yoxlanmalıdır. 
Yüksəlmiş ÜX, ASLP və şəkər səviyyələri, həmçinin proqnozun 
təyinediciləridirlər. Müalicənin effektivliyinin göstərilməsi və yeni 
meydana çıxan şəkərli diabet xəstəliyinin təyini üçün lipid profili və 
şəkər statusu vaxtaşırı yoxlanılmalıdır. Bütün xəstələrdə ümumi qan 
və plazma kreatinini analizlərinin yoxlanılması məsləhətdir (D)
3

Şəkər yükləmə sınağı, xolesterin subfraksiyaları (ApoA, ApoB), 
homosistein, lipoprotein (a) (Lpa), N-terminal beyin natriuretik 
peptid (NT-BNP), hemostaz anormallıqlarının və yüksək həssaslıqlı 
C reaktiv zülal (yh CRZ) kimi iltihab markerlərinin yoxlanılması 
bəzi xəstələrdə rol oynaya bilər . 
Troponinlər kimi miokardial zədələnmə biomarkerlərinin təyini
klinik qeyri-sabit xəstəliyin gedişində və ya kəskin koronar sindrom 
meydana gəldiyi halda tövsiyə edilir (A)
3
. Klinik olaraq şübhə 
olduqda qalxanabənzər vəzinin funksional vəziyyəti yoxlanılmalıdır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


14

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin