17
zamanı ürək atımının koronar fraksiyasına mütənasib olaraq
radionuklidin birinci sirkulyasiyada miokardda paylanmasını
kəmiyyətcə göstərir. Qeydə alınmış təsvirlər
sakitlik təsvirləri ilə
müqayisə edilir. Miokardın perfuzion ssintiqrafiyası üçün əksər
hallarda tallium-201 və texnesium-99m istifadə edilir.
TFEKT ÜİX olmasını dürüst olaraq təsdiqləyən dəqiq, qeyri-
invaziv üsuldur. Bu üsul, qeyri-normal EKQ (məs, Hiss dəstəsinin
sol ayaqcığının blokadası) olan, fiziki gərginliyi
adekvat yerinə yetirə
bilməyən pasiyentlərin və ÜİX-nə şübhə olan, lakin ÜİX ehtimalının
aşağı olduğu xəstələrin müayinəsində ilkin diaqnostik üsul ola bilər
(B)
2
. Həmçinin bu üsul, ÜİX riski aşağı olan, lakin FYS nəticəsinin
yalançı müsbət riski yüksək olan qadınların müayinəsində faydalı
ola bilər.
Stress perfuzion təsvir geniş yayılmış
və özünün proqnostik
əhəmiyyətini
təsdiqləmiş üsuldur. Yüksək risk xüsusiyyətlərinə
aşağıdakılar aiddir:
►
dərin yayılmış işemiya
►
SM keçici işemik genişlənməsi
►
testdən sonra radionuklidin ağciyərlərdə toplanıb qalması
Dostları ilə paylaş: