Sabit stenokardiya üzrə klinik protokol


Proqnozun yaxşılaşdırılması üçün medikamentoz müalicə



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
14 Stabil Angina

Proqnozun yaxşılaşdırılması üçün medikamentoz müalicə
 
 
Antitrombotik dərmanlar 
Antitrombositar müalicə SS olan xəstələrdə koronar trombozun 
qarşısının alınması üçün risk və faydaları müqayisə edilməklə 
aparılmalıdır. Əks-ğöstərişlər olmadıqda, bütün xəstələrə aşağı dozada 
(75-150 mq) aspirin təyin olunur (A)
1
. Tienopiridin qrupundan olan 
klopidoqrel, aspirinə qarşı allergiyası olan xəstələrdə aspirinə alternativ 
(C)
1
və ya stent implantasiyası, kəskin koronar sindromdan sonra 
aspirinə əlavə olaraq təyin edilə bilər. Anamnezində mədə-bağırsaq 
qanaxması olan xəstələrdə klopidoqrel əvəzinə proton nasosu inhibitoru 
ilə yanaşı aspirinin istifadəsi mümkündür.
Antikoaqulyant dərmanlar (varfarin və ya trombin inhibitorları) 
miokard infarktından sonra bəzi yüksək riskli xəstələrdə aspirinlə 
kombinə edilsə də, səyrici aritmiya kimi xüsusi göstərişlər yoxdursa, 
SS-də rutin şəkildə istifadə edilməməlidir.
 
Hipolipidemik dərmanlar 
Statin müalicəsi SS-li xəstələrdə aterosklerotik ÜD xəstəlikləri 
riskini təxminən 30% azaldır. Damar xəstəliyi olan ŞD xəstələrdə və o 
cümlədən yaşlılarda (>70 yaş) statinlərin effektivliyi göstərilmişdir. 
Uzunmüddətli statin müalicəsinin faydaları müalicədən əvvəl plazma 
xolesterin səviyyələri müxtəlif olan, hətta “normal” göstəriciləri olan 
xəstələrdə də müşahidə edilir. Ona görə də, statin müalicəsi üçün 
məsləhətlər xolesterinin səviyyəsindən (normal intervalda olduqda və ya 
mötədil yüksəldikdə) asılı olmayaraq ÜD risk profilinə əsaslana bilər.
Statin müalicəsi hər zaman stabil işemik xəstəlik və SS olan 
xəstələrdə nəzərdə tutulmalıdır (A)
1
. Statinlərin terapevtik dozaları 
klinik tədqiqatlarda təsdiq olunmuş, xəstələnmə/ölüm göstəricilərini 
azaldan miqdarda olmalıdır. Belə doza simvastatin üçün gündəlik 40 
mq, pravastatin üçün 40 mq, atorvastatin üçün 10 mq-dır. Əgər ÜX və 
ASLP xolesterinin hədəf səviyyələri əldə edilməmişdirsə, statinin dozası 
artırılmalıdır.
Son zamanlarda yüksək dozada atorvastatin (80 mq gündəlik) 
müalicəsinin 10 mq-la müqayisədə ÜD xəstəlikləri riskini azaltdığı 
göstərilmişdir, amma bu rejim yüksək riskli xəstələrə tətbiq edilməlidir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


21
Aşağı YSLP və yüksək TQ səviyyələri olan ciddi dislipidemiyalı 
xəstələrdə lipid profilinə nəzarət etməklə fibratlar, uzun təsirli nikotin 
turşusu və onların statinlərlə kombinasiyası kimi hipolipidemik 
preparatlara ehtiyac ola bilər. Statin müalicəsinə əlavə olaraq digər 
qrup dərmanların istifadəsi, fərdi şəkildə, ciddi dislipidemiyası olan 
və yüksək riskli hesab edilən (hesablanmış ürək-damar 
xəstəliklərindən ölüm göstəricisi > 2%) xəstələrdə mümkündür. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin