24
Medikamentoz müalicə üçün ümumi məsləhətlər aşağıdakılardır:
1. Antiişemik dərmanlar hər xəstənin ehtiyaclarına
görə təyin
edilməli və fərdi şəkildə nəzarət olunmalıdır.
2. Kəskin simptomların təcili olaraq aradan qaldırılması üçün
bütün xəstələrə qısa təsirli nitratlar təyin edilməlidir.
3. Klinik tədqiqatlarda göstərildiyi kimi, müxtəlif dərman
qrupları biri-birinin effektini artıraraq antiişemik təsir göstərə
bilər.
4. Hər hansı bir dərmanın dozası digər
dərman əlavə edilmədən
optimallaşdırılmalıdır.
5. Birbaşa dərman kombinasiyalarına keçmək məsləhətdir.
6. Dərman müalicəsinin uğursuzluğu zamanı xəstənin müalicə
rejiminə əməl etməməsi barədə düşünülməlidir.
7. Optimal müalicə aparılmasına baxmayaraq simptomlarına
kifayət qədər nəzarət edilməyən xəstələrin
revaskulyarizasiyaya uyğunluğu araşdırılmalıdır.
İlkin müayinədən və risk hesablamasından
sonra medikamentoz
müalicə nəzərdə tutulan xəstələrdə antiişemik dərman müalicəsi üçün
aşağıdakı strategiya (Şəkil 2) məsləhət görülür.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.