Sabit stenokardiya üzrə klinik protokol


XƏSTƏNİN TƏLİMATLANDIRILMASI



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   19   20   21   22   23   24   25   26   27
14 Stabil Angina

XƏSTƏNİN TƏLİMATLANDIRILMASI 
 
Xəstənin təlimatlandırılması həkim qəbulunun tərkib hissəsi 
olmalıdır. İnformasiya vaxtında və xəstənin anlaya biləcəyi 
səviyyədə çatdırılmalıdır (D)
4
. Xəstələrin təlimatlandırılması üçün 
sistematik və fərdiləşdirilmiş yanaşma işlənib hazırlanmalıdır (D)
4

Modifikasiya oluna bilən risk amilləri, müalicə, proqnoz, fiziki 
aktivlik, simptomların artması və ya kəskin koronar sindromun 
inkişafı zamanı həkimlə əlaqə saxlanması xəstə ilə müzakirə 
olunmalıdır (D)
4
.
Pasiyentlərin təlimatlandırılması aşağıdakı istiqamətdə aparıla 
bilər: 
► 
Xəstələrlə yaxın təmasda olaraq stenokardiyanın diaqnozu və 
müalicəsi barədə onları məlumatlandırmaq 
► 
Sakitlik zamanı, yüngül fiziki yük nəticəsində və ya qəflətən 
əmələ gələn döş qəfəsi ağrısı simptomunu yüngülləşdirmək üçün 
nitroqliserinin dilaltı istifadəsi 
► 
Xəstələrin nitratların əlavə təsiri və nitrat preparatlarının 
profilaktik istifadəsi barədə məlumatlandırılması 
► 
Döş qəfəsi ağrısının intensivliyi istirahətdən və dilaltı 
nitroqliserin qəbulundan sonra azalmazsa və >10-20 dəq davam 
edərsə, xəstənin nə etməsi barədə təlimatlandırılması 
► 
Xəstələrin fiziki aktivliyin faydası barədə məlumatlandırılması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


35
► 
Alkoholun həddindən artıq qəbulunun, tütünçəkmənin zərərinin 
izah olunması 
► 
Seksual fəaliyyət xəstədə stenokardiya ağrısına səbəb ola bilər. 
Bunun qarşısının alınması üçün əvvəlcədən nitroqliserin 
qəbulunun zəruri olduğunun bildirilməsi. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


36

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin