Sabit stenokardiya üzrə klinik protokol


Vazospastik / Variant stenokardiyası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   19   20   21   22   23   24   25   26   27
14 Stabil Angina

Vazospastik / Variant stenokardiyası 
Tez-tez “Prinsmetal stenokardiyası” adlandırılan bu forma tipik 
yerləşən ağrı ilə səciyyələnir. O, adətən sakitlik vaxtı baş verir, lakin 
bəzən fiziki gərginliklə də əlaqəlidir və nitratların təsirindən bir neçə 
dəqiqəyə yüngülləşir. Ağrı klassik olaraq ST seqmentinin qalxması 
ilə müşayiət olunur.
Vazospastik stenokardiya ilə yanaşı koronar zədələnmənin 
mövcudluğu tipik SS-yə da səbəb ola bilər. Vazospazm 
siqaretçəkmə, elektrolit (kalium, maqnezium) mübadiləsinin 
pozulması, kokaindən istifadə, soyuqla stimulyasiya, autoimmun 
xəstəliklər, hiperventilyasiya və ya insulinə rezistentliyə cavab 
nəticəsində baş verə bilər. Vazospastik stenokardiyanın proqnozu 
koronar arteriya xəstəliyinin ağırlıq dərəcəsindən asılıdır. Proqnozun 
müəyyənləşdirilməsi üçün ST seqmentinin ambulator 
monitorlanması faydalı ola bilər. Vazospastik stenokardiyanın 
müalicəsi provakasiyaedici amillərin aradan qaldırılmasına, kalsium 
kanal blokatorları və nitratlarla müalicəyə əsaslanır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


33
PROFİLAKTİKA 
► 
Profilaktik tədbirləri həyata keçirərkən ÜD xəstəliklərinin ailə 
anamnezinin (kişi xəttində 55, qadın xəttində isə 65 yaşa qədər 
meydana çıxmasının), qadınlarda vaxtından əvvəl menopauza, 
kontraseptiv hormonal preparatların qəbulu kimi amillərin nəzərə 
alınması vacibdir.
► 
Modifikasiya olunan RA-nin nəzarətdə saxlanılması birincili 
profilaktikanın əsas şərtlərindəndir. Əksər RA həyat tərzi ilə 
əlaqədardır. Qidalanma onun əsas komponentlərindən biri olub, 
aterosklerozun inkişafına və proqressivləşməsinə təsir edə bilər 
(belə ki, qidalanmanın qanın lipid spektrinin dəyişməsi
trombəmələgəlmə proseslərinə təsiri və s. kimi nəticələri vardır). 
Bu baxımdan rasional qidalanma xüsusi əhəmiyyət kəsb edir. 
► 
Sağlam həyat tərzi: adekvat, müntəzəm fiziki aktivlik (B)
4
(məs, 
həftədə 5-7 dəfə ən azı 30 dəq sürətlə yerimə), tütünçəkmə (A)
4
və artıq miqdarda alkohol qəbulundan çəkinmək (əks-göstəriş 
yoxsa, nikotin tərkibli preparatlardan istifadə olunması), 
xolesterin və yağların miqdarını azaltmaqla balanslaşdırılmış 
pəhriz (C)
4
, artıq bədən çəkisi (xüsusən android tipli piylənmə) 
ilə mübarizə birincili profilaktikanın mühüm tərkib hissələridir. 
► 
Antioksidant vitaminlər (C, E, betta-karotin) hətta yüksək ürək-
damar riski olan xəstələrə belə göstəriş deyil (A)
4

► 
ÜİX-nin klinik təzahürləri olmayan şəxslər periodik olaraq 
dislipidemiyanın mövcudluğuna yoxlanılmalıdır (D)
4
. Lipid 
profil acqarına (və ya ümumi XS və ASLP acqarına olmadan) 20 
yaşdan yuxarı şəxslərdə yoxlanılmalıdır. Hiperlipidemiyaya 
skrinninq hər 5 ildən bir aparılmalıdır. Hiperlipidemiyalı, ÜİX 
olmayan simptomsuz xəstələrə həyat tərzini dəyişmək, pəhriz, 
hipolipidemik müalicə təyin olunur (B)
4

► 
AH-nın ürək-damar xəstəliklərinin ağırlaşmalarının meydana 
çıxmasındakı rolu çoxsayli tədqiqatlarla sübut olunmuşdur. AH-
nın aktiv diaqnostikası və müntəzəm müalicəsi ÜD 
ağırlaşmalarının meydanagəlmə riskini azaldır (A)
4
.
► 
ŞD aterosklerozun inkişaf və proqressivləşmə riskini artırır. Belə 
xəstələrdə ÜD ağırlaşmaları riskinin azaldılması üçün qanda 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


34
şəkərin miqdarı ilə bərabər digər risk amilləri [ilk növbədə AH 
(AT hədəf səviyyəsi 130/90 mm c.s.-dan aşağı olmalıdır) və 
dislipidemiya] korreksiya edilməlidir (B)
4

► 
Çoxlu miqdarda ÜD riski olan şəxslərə ÜD ağırlaşmalarının 
birincili profilaktikası məqsədilə, əks-göstərişlər olmadıqda, 
asetilsalisil turşusu təyin edilir (75-325 mq/sut). ÜD 
ağırlaşmalarının aşağı və orta risk səviyyəsinə aid və ÜİX 
simptomları olmayan şəxslərə profilaktik məqsədlə aspirinin 
qəbulu məsləhət görülmür. Lakin şəkərli diabetli və ÜİX 
olmayan postmenopauza dövründəki qadınlara bu preparatın 
təyin olunması tövsiyə olunur. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin