32
X sindromu
“X sindromu”nun klassik təsviri aşağıdakı triadadan ibarətdir:
1. Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik
stenokardiyası və təngnəfəslik də ola bilər).
2. Müsbət cavablı fiziki yük sınağı və ya digər stress təsvir üsulu.
3. Normal koronar arteriyalar.
SM hipertrofiyası
və/və ya diastolik disfunksiyanın
mövcudluğunu aşkar etmək üçün sakitlik ExoKQ aparılmalıdır.
X sindromlu xəstələrdə sağqalma ilə bağlı proqnozun əlverişli
olmasına baxmayaraq xəstələnmə göstəricisi yüksəkdir. X
sindromunun müalicəsi simptomların yüngülləşməsinə
yönəldilməlidir. Xəstələrin təqribən yarısında nitratlar effektivdir.
Bunlar effektiv olmadıqda KA və ya BB əlavə olunmalıdır
(B)
3
. Bəzi
hallarda trimetazidin effektiv ola bilər.
Endotelin disfunksiyası ilə əlaqəli
olan və simptomlar törədə
bilən hipertenziya və hiperlipidemiya kimi risk amilləri müvafiq
olaraq müalicə edilməlidirlər. AÇFİ və statinlər
(B)
3
endotelial
disfunksiyanı azaltdıqlarına görə, onların təyini tövsiyə olunur.
Dostları ilə paylaş: