Sabit stenokardiya üzrə klinik protokol


MÜALİCƏ  Müalicənin məqsədləri



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
14 Stabil Angina

MÜALİCƏ 
Müalicənin məqsədləri 
► 
Proqnozu yaxşılaşdıraraq miokard infarktı və ölümün qarşısını 
almaq. 
► 
Simptomları azaltmaq və ya aradan qaldırmaq 

Stenokardiyanın qeyri-farmakoloji müalicəsi
► 
Xəstəliyin müalicəsində medikamentoz üsullarla bərabər pasiyentin 
təlimləndirilməsi də vacib şərtlərdəndir (B)
1
 
► 
ÜİX diaqnozu müəyyənləşdirilmiş xəstələrə bədən çəkisinin 
azaldılmasına və lipid mübadiləsinin pozulmasının korreksiyasına 
yönəldilmiş rasional pəhriz (tərəvəz, meyvə və balıqla zəngin 
“Aralıq dənizi” pəhrizi, ət məhsullarından isə əsasən quş əti 
məsləhət görülür 
► 
Omeqa 3 yağ turşusu ilə zəngin balıq yağının ən azı həftədə bir dəfə 
qəbul edilməsi məsləhət görülür
► 
Tütün istifadəsi qadağan edilməlidir, belə ki, tütünçəkmə ilə 
aterosklerozun inkişafı və proqressivləşməsi arasında müsbət əlaqə 
mövcuddur (A)
4
► 
ŞD, AH kimi yanaşı xəstəliklərin nəzarət altına alınması (xəstədə 
yanaşı olaraq ŞD və ya böyrək xəstəliyi varsa, hədəf arterial təzyiq 
<130/80mm c.s. olmalıdır) 
► 
Xəstədə anemiya və hipertireoidizm varsa, onların korreksiyası 
► 
Erektil disfunksiyası olan SS-li xəstələrə sildenafil, tadalafil, 
vardenafil kimi fosfodiesteraza inhibitorları ehtiyatla təyin edilə 
bilər, lakin bu preparatların əks-ğöstərişləri nəzərə alınmalıdır: AT 
və fiziki yükə tolerantlığın aşağı olması zamanı; uzun təsirli 
nitratlarlarla istifadə edilməməlidir. 
► 
ÜİX olan xəstələrə fiziki aktivlik proqramı seçilməlidir. Bu zaman 
onun növü, tezliyi, davametmə müddəti, intensivliyi 
müəyyənləşdirilməlidir. Dozalanmış fiziki gərginlik individual 
təhlükəsiz nəbz zonası daxilində olmalıdır. Fiziki məşğələlər bir çox 
risk amillərinin təsirini azaltmaqla həyat keyfiyyətini və proqnozu 
yaxşılaşdırır (A)
5
► 
Psixo-emosional gərginliyin aradan qaldırılmasında 
psixoterapiyanın müsbət təsiri ola bilər (A)
5
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


20

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin