26 1) “Peyc böyrəyi” termini hansı morfoloji dəyişikliklərə aiddir? A) Xroniki subkapsulyar hematom ilə əlaqəli böyrəkdə yaranmış parenximianın
kompressiyası
B) Böyrəyin çoxsaylı angiomiolipomaları
C) R
etroperitoneal hematom və fibroz nəticəsində böyrəyin sirkulyar kompressiyası
halları
D) Böyrəyin unilateral limfostazı və proliferativ ocaqları
E) Böyrək parenximasının çoxsaylı kalsium tərkibli kistaları
26 2) Adrenal krizləri olan pasientlərdə Tsukerkandl cismi (paraqanqlionu) hansı tipik yerdə axtarılmalıdır? A) Perinefral toxumalarda və renal arteriyaların distal hissəsində yerləşir
B) Böyrəküstü vəzin ətrafında
C) Abdominal aortanın bifurkasiyasından aşağıda, iliak arteriyaların distal hissəsində
olur
D) Abdominal aortanın bifurkasiyasından yuxarıda, aşağı mezenterial arteriyanın
kötüyün perivaskulyar toxumasında aşkar edilir
E) Karotid bifurkasiya ətrafında
26 3) Neyrosonoqrafiya müayinəsində yan beyin mədəciklərin arxa buynuzlarının lokal genişlənməsi (kolposefaliya) hansı hal üçün xarakterik simptom sayılır? A) Corpus callosum ageneziyası / hipogeneziyası
B) Mədəciklərdə obstruktiv (daxili) hidrosefaliya
C) I tip Arnold
– Chiari sindromu
D) Lobar holoprozensefaliya
E) Dandy
– Walker sindromu
26 4) Fəsadlaşmış hamiləlikdən sonra (septik abort, eklampsiya, hipoperfuziya) aşağıda qeyd edilən renal patologiyalardan radioloq ilk növbədə hansını düşünməlidir? A) Nefrokalsinoz və Kortikal subkəskin nekroz güman edilir
B) Renal medullyar nekroz inkar
edilə bilməz
C) Adətən renal papilyar nekroz yaranmasını
D) Kəskin renal tubulyar nekroz düşünüşməlidir
E) Kortikal renal nekroz
(kəskin işemik nekrozun nəticəsi) mümkündür