34
Strateji marketinq planının ümumi strukturu aşağıdakı
komponentlərdən
ibarətdir [16, 20]:
1. Strateji təhlil:
- müəssisənin missiyasının müəyyən edilməsi;
- xarici mühit amillərinin cəlbediciliyinin təhlili;
- rəqabət qabiliyyətliliyinin təhlili.
2. Məqsədin və strateji yönümlülüyün seçilməsi:
- məqsədin formalaşdırılması;
- strateji yolun seçilməsi;
- marketinq büdcəsinin tərtibi.
3. Riskin təhlili və gözlənilməz hadisələrin proqnozlaşdırılması:
- strateji planın dayanıqlılığının yoxlanılması;
- zəif yerlərin təhlili;
-fövqəladə halların proqnozlaşdırılması.
Strateji marketinq planının əhəmiyyətini qiymətləndirilmək və onun iqtisadi
təhlükəsizliyə təsirini müəyyən etmək üçün,
ilk növbədə, onun hər bir komponenti
təsvir edilməli və bu komponentlərin iqtisadi təhlükəsizlik göstəriciləri ilə qarşılıqlı
əlaqəsi aşkar edilməlidir (cədvəl 2.1).
Strateji missiya müəssisənin fəaliyyət sahəsini, hədəf bazarını, iqtisadi və qeyri-
iqtisadi xarakterli rəhbərlik prinsiplərini, tətbiq edilən dəyərlər sistemini əks etdirir.
Strateji missiya müəssisə çərçivəsində daxili iqlimin yaradılmasına və fəaliyyətin
ümumi məqsədinin dərk edilməsinə imkan verir. Müəssisədən kənarda isə o, müəssi-
sənin prioritetini formalaşdırır, ictimai əlaqələrdə onun yerini və bazarda davranışının
xarakterini müəyyən edir. Missiyanın seçilməsi birbaşa müəssisənin resurslarının
mövcudluğundan asılıdır. Buna görə də iqtisadi təhlükəsizliyin
təmin edilməsinə
birbaşa təsir edir.
Xarici mühit amillərinin təhlili prosesində müəssisə tərəfindən nəzarət
edilməyən amillərin: bazarın inkişaf meylinin, istehlakçıların davranışının, rəqabətin,
mühitin dəyişməsinin və s. yaratdığı imkan və təhlükələr öyrənilir və qiymətləndirilir.
35
Müəssisə vaxtında bu amillərin mənfi təsirini aradan qaldırmağa və ya onların mənfi
təsirini azaltmağa imkan verən tədbirlər hazırlamadığı hallarda onların müəssisənin
iqtisadi təhlükəsizliyinin səviyyəsinə neqativ təsiri çox böyük olacaqdır.
Cədvəl 2.1
Strateji marketinqin və iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsi
İqtisadi təhlükəsizlik/
Strateji marketinq
İstehsal
aktivliyi
Maliyyə
vəziyyəti
Sosial
inkişaf
Bazar
göstəriciləri
1.
Strateji təhlil
1.1
Müəssisənin missiyasının
müəyyən edilməsi
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə
Birbaşa əlaqə
1.2
Xarici
mühit amillərinin
cəlbediciliyinin təhlili
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
1.3
Rəqabət
qabiliyyətlili-
yinin təhlili
Birbaşa əlaqə Dolayı əlaqə
Dolayı əlaqə
Birbaşa əlaqə
2.
Məqsədin
və
strateji
yönümlülüyün seçilməsi:
2.1
Məqsədin formalaşdırıl-
ması
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə
Birbaşa əlaqə
2.2
Strateji yolun
seçilməsi
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə
Birbaşa əlaqə
1.3
Marketinq
büdcəsinin
tərtibi
Dolayı əlaqə Birbaşa əlaqə Dolayı əlaqə
Birbaşa əlaqə
3
Riskin təhlili və gözlənil-
məz hadisələrin proqnoz-
laşdırılması:
3.1
Strateji planın dayanıq-
lılığının yoxlanılması
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
3.2
Zəif yerlərin təhlili
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
3.3
Fövqəladə
halların
proqnozlaşdırılması
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
Dolayı əlaqə
Dostları ilə paylaş: