Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı
Akademik Tarih ve Düşünce Dergisi
2022
https://dergipark.org.tr/tr/pub/atdd https://doi.org/10.46868/atdd.272
Vətən(II. Qarabağ) Müharibəsinin İnformasiya
Təminatinda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Rolu
Tofiq Mustafasadə
ORCİD: 0000-0002-9674-9096
Xülasə
Azərbaycanın erməni işğalçılarına qarşı Vətən Müharibəsində cəbhədə olduğu kimi,
informasiya müharibəsində də mübarizənin əsas ağırlığını Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev öz çiyinlərində daşımışdır. O, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə
çatdırmaq,düşmən dezinformasiyasını ifşa etmək,erməni və ermənipərəst dairələrin dünya
ictimaiyyatı,dünya liderlərinə təsirini azaltmaq üçün müharibə dövründə dünyanın müxtəlif kütləvi
informasiya vasitələrinə 30-a qədər dərin məzmunlu müsahibə vermişdir. Məqalədə Prezidentin
müsahibələr verdiyi kütləvi informasiya vasitələri şərti olaraq qruplara bölünmüş və təhlil
edilmişdir.Göstərilir ki,Türkiyə televiziya kanallarına,“Əl-Cəzirə”və “Əl-Ərəbiyyə” kimi tanınmış
ərəb telekanallarına müsahibələrində Azərbaycan Prezidenti hər şeydən əvvəl müharibə ilə bağlı
həqiqətlərin,Azərbaycanın haqq səsinin dünya ictimaiyyatına çatdırılmasına çalışırdı. İlham Əliyevin
Rusiya media qurumlarına müntəzəm müsahibələri isəRusiya ictimaiyyətində Azərbaycanın xeyrinə
ovqatların formalaşmasına böyük təsir göstərdi. O, Qərb dövlətlərinin ermənipərəst və antitürk
ovqatlı aparıcı media qurumlarının nümayədələrinin bilərəkdən verdikləri çaşdırıcı,qərəzli və
fitnəkar suallara təmkinini pozmadan cavab verir, polad məntiqi ilə onların ittihamlarını puça çıxarır,
aparcıların qərəzli mövqeyini ifşa edərək özlərini çətin və gülünc duruma salırdı. Bu müsahibələr
əsil “ master dərsləri”nə çevrilirdi.
Dostları ilə paylaş: |