V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 20
İlham Əliyev hələ 3 oktyabr 2014-cü ildə müasir dünyanın aktual məsələlərinin
müzakirə edildiyi və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən ən mühüm beynəlxalq
məkanlardan biri olan “Valday” diskussiya klubunun XVI illik iclasının plenar iclasında
çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin
daimi diskussiyaların mövzularından biri olduğuna toxunaraq Dağlıq Qarabağ və
Azərbaycanın digər 7 rayonunda 25 ildən çox erməni işğalının davam etdiyini nəzərə çatdırıb,
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğuladı. O, Dağlıq Qarabağın kimə
məxsusluğu ilə bağlı çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi olduğunu qeyd
edərək məsələyə aydınlıq gətirmək üçün tarixə qısa ekskurs edərək demişdir ki, 1921-ci ildə
RK (b) P(Rusiya Kommunist(bolşeviklər)Paryiyası Qafqaz bürosunun qərarında Dağlıq
Qarabağın erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun
Azərbaycanın tərkibində qalması göstərilmişdir. Prezident münaqişə nəticəsində Dağlıq
Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhalinin – 700 mindən çox
adamın qovulduğunu qeyd etmiş, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin
işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul
etməsini və 25 ildən çox müddət keçməsindən baxmayaraq qətnamələrin yerinə
yetirilmədiyini bildirmişdir. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, əgər 25 ildən
çox müddətdə ali beynəlxalq orqan olan BM TŞ-nın qəbul etdiyi qərarlar yerinə yetirilmirsə,
onda bu həmin təşkilatın səmərəliliyi ilə bağlı bir sıra suallar doğurur. Halbuki, TŞ-nın
qərarları bəzən bir neçə gün ərzində, bəzən isə müəyyən hərbi əməliyyat keçirilməsi yolu ilə
yerinə yetirilir. Azərbaycanla bağlı qətnamələr isə kağız üzərində qalır.
2
Ermənistan Baş
nazirinin son vaxtlar tez-tez təkrarladığı “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan
xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır” kimi fikrinin əsassızlığını sübut edən
cənab İlham Əliyev “Dağlıq Qarabağ xalqı” məfhumunun mövcud olmadığını, yalnız Dağlıq
Qarabağın əhalisi olduğunu, bu əhalinin də münaqişə başlayana qədər azərbaycanlılardan və
ermənilərdən ibarət olduğunu, münaqişənin Azərbaycan üçün həll variantının Azərbaycanın
bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi
köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarət
olduğunu bəyan etdi.
3
Daha sonra Ermənistan Baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”
barədə bəyanatına toxunaraq Cənab İlham Əliyev bunun aşkar yalan olduğunu, dünya
tərəfindən həm Aran, həm də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi
tanındığını qeyd edərək bəyan etdi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə,
Qarabağ Azərbaycandır və nida işarəsi”.
4
2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” beynəlxaq Diskussiya klubunun XVI illik
iclasının plenar sessiyasında çıxışı, Zəfər salnaməsi, Şərq-Qərb, Bakı 2021, s. 10-11.
3
Zəfər salnaməsi, s. 11.
4
Zəfər salnaməsi, s. 13.