KARMELİT XRONİKASINDA ŞAH SƏFİNİN HAKİMİYYƏTİ
İLLƏRİNDƏ KATOLİK MİSSİONERLƏRİNİN FƏALİYYƏTİ
Sevinc MƏLİKZADƏ
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu
mako_zt@mail.ru
AZƏRBAYCAN
XVI əsrin sonu –XVIII əsrin əvvəlləri Azərbaycan tarixini öyrənmək üçün ən qiymətli
mənbələrdən biri İtalyan “Karmelit xronikası”dır. “Karmelit Xronikası”ilə tanışlıq göstərir ki, əsası
hələ XII əsrdə qoyulmuş Karmelitlərin əsas məqsədi müxtəlif ölkələri gəzməklə missionerlik etmək,
Portuqaliya krallığının nəzarəti altında yaşamaq əvəzinə İtaliyada möhkəmlənməyə cəhd etmək idi.
Asiyada geniş missionerlik fəaliyyətinə qədəm qoyan Karmelitlər Şah Abbas (1587-1629) tərəfindən
isti münasibətlə qarşılanmış və onlara Ata Cen Thaddenin rəhbərliyi altında 1608-ci ildə İsfahanda
məskən salmağa icazə verilmişdir. Onun üzvləri, Juan Tadeo di San Elisio və Paolo Semyon hər ikisi
İspaniyadan idi. Onlar həmçinin, Papa ilə ittifaq yaratmaq və eyni zamanda İrana Qərblə ittifaq
təklifi ilə Şah Abbasa müraciət etmişdilər. 1610-cu ildən etibarən Avqustinlər, həm də Karmelitlər
İsfahanda fəaliyyətə başlayır, burada onlara kilsələr tikməyə, dini fəaliyyətlə məşğul olmağa icazə
verilirdi. Lakin Şah Abbasın əsas məqsədi Səfəvi imperiyasının tarixi sərhədlərini bərpa etmək,
xüsusilə dövlət üçün əhəmiyyətli olan Azərbaycan ərazisini Osmanlı imperiyasından geri almaq idi.
Bunun üçün Şah Abbas xristian dövlətləri ilə hər cür əlaqə qururdu. Şah Abbas məktublarında Qərb
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1701
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dövlətlərinə vəd edirdi ki, xristianlara öz dinlərini təbliğ edəcəklər və kilsə tikmək və yaşamaq üçün
Səfəvi dövlətinin istədikləri yerinə yetirməyə icazə veriləcəkdir; ölkənin ərazisində yaşayan
xristianlara –ermənilərə və gürcülərə hökm edəcəkdi ki, Roma papasının göstərişlərini yerinə
yetirsinlər. Lakin Şah Abbasın dövründə Qərb missionerləri istədiklərinə tam nail ola bilmədilər.
Missionerlər öz fəaliyyətlərini Şah Səfinin (1629-1642) hakimiyyəti illərində davam etdirdilər.
Səfəvi dövləti ərazisində itirilmiş imtiyazlarını bərpa etməyə çalışan katolik missionerləri
müsəlmanları xristianlaşdıra bilməsələr də, bütün diqqəti imperiyanın xristian məzhəbləri, xüsusilə,
qriqoryan ermənilərinin üzərinə yönəltmişdilər. “Karmelit xronikasında” Şah Səfinin xristianlara
münasibəti haqqında yazır ki, İran Şahı sələflərindən fərqli olaraq dini ayrı-seçkilik aparmır. Hətta
İranda təxminən 20 il yaşamış keşiş Dimas onu himayədarımız adlanırırdı. Avqustinlərin sonrakı
məlumatlarında da biz Səfəvi sarayında missionerlərin yaxşı qarşılanmasının şahidi oluruq. Məsələn,
iyirmi üç yanvar 1637-ci il tarixli digər bir məlumatda deyilir: “Geniş dinləyici auditoriyamız olmasa
da, İsfahanda Şah bizi yaxşı qarşılayır. Biz, həqiqətən də, Sarayın yüksək mənsəbli şəxsləri ilə
dəfələrlə görüşmüşük və burada franklara qarşı münasibət çox yaxşıdır. Biz şahı, eləcə də, o bizi bir
neçə dəfə görüb.
”Karmelit xronikası”ndan o da məlum olur ki, katolik missionerlər Səfəvi imperiyasında
xristianların müsəlmanlaşmasından dərin narahatlıq keçirir və bunu öz məktublarında dəfələrlə
qabardırdılar. 1636-cı ildə Romaya göndərilmiş məktubda deyilirdi: “1633-cü ildə İmam Qulu xanın
ölümündən sonra Şirazda Karmelitlərin nüfuzu zəifləyib. Bu şəhər yarı dağılmış vəziyyətdədir.
1631-ci ilin sonlarından faktiki olaraq orada Karmelit Ordeninin heç bir rahibi yoxdur. Yalnız 1632-
ci ildə Baş Yepiskopun cəhdlərindən sonra yenidən dini mərkəzlərin açılmasına cəhd edilmişdir”. Dini
mərkəzlərin açılmasından sonra yeni rahib İqnatius on doqquz dekabr 1634 –cü il tarixli məktubunda
yazırdı: “Şəhərdə çox az xristian var, lakin onların bəziləri burada kəndlərdədir. Ola bilsin ki, burada
xristian çərkəzlər də var, lakin mənim məlumatım yoxdur. Tezliklə mən onları görmək və bilmək
istəyirəm”.
Karmelitlər Səfəvi imperiyasının ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin tarixi ilə
yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə
bunların siyahısını da hazırlayırdılar. Məlumatlar xristian missioner təşkilatları və onların
nümayəndələrinin Şah Abbasın hakimiyyətindən sonra sanki bir müstəqillik əldə etdiyini deməyə əsas
verir.Karmelitlər Papanın göstərişinə uyğun olaraq Fars körfəzi bölgəsini xüsusi nəzarətə götürmüşlər.
Bu baxımdan 1628-ci ildə Kardinal Ludovisiyə göndərilmiş məktub diqqəti cəlb edir. Məktubda
deyilirdi: “Bəsrə bölgəsində baptistlərin bir qolu hesab olunan mandaenlərlə ərəblər çox kobud
davranır. Bu insanlar ərəb asılılığındadır”. İyirmi altı fevral 1628-ci ildə Kardinal Ludovisiyə
göndərilmiş məktubda isə onların dini inancları ilə bağlı öz arzularına uyğun olaraq bir ərazi
verilməsini özündə ehtiva edən layihə əksini tapmışdı. Məktubda deyilirdi: “Möhtərəm zati-həzrətləri,
iyirmi altı fevral 1627-ci ildə Romadan Papanın adından göndərilmiş məktubunuz və bu məktubda
kasıb xristianlardan, eləcə də, onların dövlət məsələlərindən bəhs edilməsi bu kimsəsiz xristianların
qəlblərində böyük ümidlərə səbəb oldu. Bu kimsəsizlərə Allahın hədiyyəsi kimi görünür. Bu, onlarda
böyük ruh yüksəkliyinə, böyük ümidlərin gerçəkləşməsinə bir töhfədir. Papanın İspaniya kralına
verdiyi təlimatnamələrin onlara çatdırılması Farsk örfəzi ərazisində onların azad şəkildə yaşamasına,
müsəlman ərəblərin asılılığından xilas olmasına-ətraflı nəticələrini gözlədiyim üçün indiyə qədər sizə
məlumat vermədiyim işlərin canlanmasına şərait yaradacaq. Bu və ya digər məsələləri sizin
diqqətinizə dəqiqliyi ilə çatdırıram və bunu etməmişdən əvvəl məlumatların tamamlanmasına vacib
olduğu əraziyə-Havaziehə getmək arzusundayam. Zati–müqəddəsləri, sizin mənə Xristianları Katolik
kilsəsinə itaət etmək istiqamətində verdiyiniz təlimatlara uyğun olaraq üç il əvvəl mən yalnız
ermənilər, suriyalılar və digər xristianlar üzərində uğur qazana bildim, Müqəddəs Coun xristianları
üçün əlavə imkanlar tələb olunurdu...”
Göründüyü kimi, Səfəvi dövləti ərazisində itirilmiş imtiyazlarını bərpa etməyə çalışan katolik
missionerləri öz məramlarını zaman-zaman davam etdirmişlər. Katolik missionerləri müsəlmanı
xristianlaşdırmaq sahəsində heç bir əhəmiyyətli iş apara bilmədikləri halda isə vaxt və qüvvələrinin
əsas hissəsini imperiyanın xristian məzhəbləri, xüsusilə qriqoryan erməniləri üzərinə yönəldirdilər. Bu
məqsədlə karmelitlər Səfəvi imperiyasının ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin
tarixi ilə yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə
bunların siyahısını da hazırlayırdılar. Papa tərəfindən göndərilən məktublarda Fars körfəzi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1702
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hövzəsindəki xristian əhaliyə dəstək ifadə edilirdi. Missionerlər sonrakı dövrlərdə də öz
fəaliyyətlərini davam etdirir, Şah Hüseyn, Şah Süleymanın da dövründə İran sarayına daxil olmağa
imperiya ərazisindəki xristianlara imtiyaz qopartmaq siyasətlərini davam etdirmişlər.
Qərb missionerləri istədiklərinə nail ola bilməsələr də, həmin əsərlər Səfəvi tarixinin siyasi,
iqtisadi və sosial vəziyyətini öyrənmək üçün qiymətli tarixi mənbədir.
XVIII-XIX ƏSRLƏRDƏ RUSİYA İMPERİYASININ İŞĞALÇILIQ
PLANLARINDA DƏRBƏND XANLIĞI
Mahirə ƏZİZOVA
Bakı Slavyan Universiteti
mahiraaziz@mail.ru
AZƏRBAYCAN
Beş minillik tarixi olan Dərbənd dünyanın ən qədim şəhər mədəniyyəti mərkəzi olmaqla yanaşı,
Cənubi Qafqazın Rusiya tərəfindən işğalınadək Azərbaycanın hərbi-siyasi, iqtisadi, sosial və mədəni
həyatında aparıcı rol oynamış şəhərlərdən biri olmuşdur. Azərbaycanın ən qədim məscidlərindən biri
Dərbənd Cümə məscididir. Süni şəkildə Azərbaycandan qoparılmış ərazilərin tarixi uzun müddət milli
tarixşünaslığımızda tədqiqat predmetinə çevrilməmişdir. Azərbaycan sovet tarixşünaslığında
“diqqətdən kənarda qalmış” Dərbənd və ətraf ərazilərin tarixi, yalnız onunla sıx bağlı olan məsələlərin
araşdırılması zamanı fraqmental şəkildə tədqiqatlara cəlb olunmuşdur. Mövcud boşluqdan istifadə
etməyə çalışan qonşu ölkə tədqiqatçıları isə Dərbənd və ətraf ərazilərin tarixini Ümumazərbaycan
kontekstindən deyil, mənsub olduqları dövlətin tarixi aspektindən araşdırmışdılar. Dərbəndlə bağlı
imperiya dövründə rus şovinizminə, SSRİ dövründə isə sovet ideologiyasına əsaslanan tədqiqatlara
yenidən nəzər salmaq, obyektiv gerçəkliyi aşkara çıxarmaq müasir dövr milli tarixşünaslığımız
qarşısında duran həllivacib məsələlərdən biridir.
Dərbəndin tarixinin araşdırılmasını aktual edən daha bir məqam – onun Qafqaz tarixi üçün
əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Bu gün Qafqaz bölgəsində hərbi və etnik qarşıdurmalar yaratmaq
cəhdlərinin ara vermədiyi bir dövrdə bölgənin tarixinin obyektiv şəkildə araşdırılmasına böyük ehtiyac
vardır. Təqdirəlayiq haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra “İtirilmiş
torpaqlar”ın, eləcə də Dərbənd və ətraf ərazilərin tarixinin öyrənilməsi istiqamətində məqsədyönlü
tədqiqatların aparılmasına başlanılmışdır. Bu tədqiqatlar obyektiv zərurətdən irəli gəlmişdir. Ötən
əsrin 90-cı illərindən etibarən postsovet məkanında, eləcə də Şimali Qafqaz və Dağıstanda baş
qaldıran milli hərəkatlardan faydalanmağa çalışan millətçi-şovinistlər Dərbənd və ətraf ərazilərin
tarixini kobud şəkildə təhrif edən əsərlər nəşr etdirməyə, əzəli Azərbaycan torpaqlarını
“özününküləşdirmək” istiqamətində məkrli niyyətlərini həyata keçirtməyə başlamışdılar. Əvvəlki
dövrlərdən ibrət alıb, müasir dövrdə Azərbaycan tarixinə hədyanlar yağdıranlara vaxtında, elmi
faktlara əsaslanan tutarlı cavab verilməsi tarixşünaslığımız qarşısında duran mühüm vəzifələrdən
biridir. Bu baxımdan XVIII əsrdə Rusiya İmperiyasının işğalçılıq planlarında Dərbənd xanlığı ilə bağlı
yeni araşdırmaların aparılmasına ciddi ehtiyac duyulur.
Əfşarlar dövlətinin süqutu nəticəsində yaranmış Şimali Azərbaycan xanlıqlarından biri də iki
mahaldan ibarət olan Dərbənd xanlığı olmuşdur. Xanlığın banisi Məhəmmədhəsən xanın atası
İbrahimqulu bəy Dərbənddəki şah qarnizonunun rəisi olmuş və 1722-ci ildə ruslar Dərbəndi zəbt
edərkən I Pyotr tərəfindən Dərbənd hakimi təyin olunmuşdu. 1735-ci ildə Gəncə müqaviləsinin
imzalanmasından sonra Rusiya qoşunları tamamilə Azərbaycanı tərk edir və Dərbənd şəhəri də Nadir
şah Əfşarın imperiyasının tərkibinə qaytarılır. 1747-ci ildə Nadir şahın ölümündən sonra müstəqil
Dərbənd xanlığı yaransa da, bir müddət sonra daha qüdrətli Quba xanlığının tabeliyinə keçir. 1759-cu
ildə Dərbəndi tutan Qubalı Fətəli xan Məhəmmədhəsən xanı həbs edərək Bakıya göndərir. Tezliklə
Dərbənd Quba xanlığının paytaxtına çevrilir. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları
Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi ciddi müqavimətlə üzləşir.
Şəhərin ələ keçirilməsindən sonra rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb ögey
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1703
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qardaşı Həsənağanı Dərbəndin hakimi təyin etdi. Lakin 1797-ci ilin martında rus qoşunları
Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən
Dərbənddə hakimiyyəti ələ keçirdi. Əslində bu Dərbəndin Azərbaycan tərkibində qalması üçün atılmış
son cəhd idi. Qafqazla bağlı işğalçılıq planlarından əl çəkməyən Rusiya XIX əsrin əvvəllərində
yenidən hərbi əməliyyatlara başladı. 1806-cı il iyunun 21-də Dərbənd təkrar işğal olundu və imperiya
tərkibinə daxil edildi. 1829-cu ildən şəhər Rusiyanın tərkibində əyalətə çevrilir. Daha sonra Rusiyada
tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən isə 1840-cı ildə Dərbənd qəzası yaradıldı və
Dərbənd şəhəri qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd
quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası
Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı. 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Dərbənd şəhəri Dağlılar Respublikasının
tərkibində qaldı. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə Dərbənddə sovet
hakimiyyəti elan olundu. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist
Respublikasının tərkibinə daxil edildi. Bununla, Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Sovet
Federativ Sosialist Respublikasının tərkibinə qatıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları
İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.
Dərbəndin özgəninkiləşdirilməsi prosesi məhz XIX əsrin əvvəllərində şəhərin Rusiya tərəfindən
ışğalından sonra başladı. Beləki, bu vaxtdan etibarən rusların, dağ yəhudilərinin və digər xalqların
buraya köçürülməsi nəticəsində azərbaycanlı əhalinin xüsusi çəkisi azalmağa başladı. Hələ XIX əsrin
əvvəllərində, yəni 1810-cu ildə Dərbəndin şəhər əhalisinin (4169 nəfər) 95 faizini -3947 nəfərini) şiə
məhzəbinə məxsus olan müsəlmanlar, əsasən - Azərbaycan türkləri təşkil edirdi. 1824-cü ildə şəhərdə
müsəlmanların sayı 10377 nəfərə çatmışdı (əhalinin 93,8%). 1851-ci ildə onların xüsusi çəkisi 90%-ə
bərabər idi. 1859-cu ildə Dərbənd şəhərində 13470 nəfər, 1893-cü ildə 15265 nəfər, 1897-ci ildə isə
14649 nəfər əhali yaşayırdı. 1897-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 66,7% (cəmi 9767
nəfər) təşkil edirdi.
Hal hazırda Dərbənd Dağıstanın ikinci ən böyük şəhəri hesab olunur. 2002-ci ildə aparılan
siyahıyaalınmaya görə bu respublikada 36 millət yaşayır və onlar içərisində azərbaycanlılar 117 min
nəfər təşkil edir.
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA ERMƏNİ
DİASPORU VƏ LOBBİSİ
İlkin HƏSƏNOV
AMEA Tarix İnstitutu
AZƏRBAYCAN
Dünya ermənilərinin ən güclü dayaqları və fəaliyyətinə görə aktiv hesab olunan diasporu ABŞ-da
yerləşir. Hərtərəfli fəaliyyətlərinə görə Amerikada 10 əsas etnik qrupdan biri və lobbiçiliyə görə 5 əsas
lobbi qrupuna malik olan erməni diasporunun keçdiyi yol çox maraqlıdır.
Ermənilərin Amerika ilə tanışlığı 1810-cu ildən başlayır. Amerika ilə Türkiyə əlaqələri inkişaf
etdikcə zəngin erməni tacirləri hissə-hissə Amerikaya köçməyə başladılar. Ermənilərin Amerikaya
köçməsini isə missioner təşkilatlar təşkil edirdi. İlk əvvəllər ziyalı və varlı təbəqədən sonra erməni
gəncləri və uşaqları bu ölkədə yaşamaq, təhsil almaq üçün mühacirət edirlər.
Ermənilərin Amerika vətəndaşlıq alması digər etnik qruplardan daha asan olurdu. 1840-cı ildə
Amerikanın nüfuzlu universitetlərində erməni gənclər təhsil alırdılar. Onlar xüsusi olaraq Nay Tah-
ümumerməni məsələsi üçün hazırlanırdılar. Məhz bu ermənilər gələcəkdə Türkiyədə və Qafqazdakı
qırğınların təşkilatçıları idilər.
1840-1910-cu ildə tərkibi ziyalı, tacir, həkimlərdən ibarət 10 min erməni Amerikada qeydiyyatda
idi. 1915-ci ildən sonra Amerikaya axını güclənən ermənilər onlara yaradılan şəraitdən istifadə edərək
diasporların formalaşdıra bildilər. (1,s. 29-33)
Bu tarixdə 25 min erməni Amerikanın Qərb sahillərində məskunlaşdı. Ölkə prezidenti Vudra
Vilsonun ermənliərə xüsusi rəğbəti var idi və bu rəğbət onun anti-türk baxışlarından yaranmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1704
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1924-cü ilə Amerika mühacirlər üçün sərt qanunlar qəbul edən tarixə qədər burada 200 minə
yaxın erməni qeydiyyatda idi. 1965-ci ildə isə artıq bu say 400 minə çatmışdır.
1965-ci ildə Liberal mühacirət qanunlarının qəbul olunması ilə digər etnik qruplar kimi
ermənilərin də bu ölkəyə axını başlandı. Yaxın Şərq və Rusiya bölgəsindən Amerikaya gələn
ermənilər burada qüvvətli diaspor tərəfindən qarşılanır, işlə və evlə təmin olunurdu. Bir-birlərilə sıx
əlaqə quran ermənilər diasporun qüvvətlənməsi istiqamətində işlərini cəmləşdirdilər. Əlaqələndirici
rolunda isə erməni kilsəsi çıxış edirdi. Kilsə burada ümumerməni fonduna rəhbərlik edir maliyyə
toplanmasını təşkil edir, ideoloji iş aparırdı.
Maccarycentc Armenian Evangelical Churchov martyrs, 1889-cu ildə Rod-Aylender Armenian
EUPN Rates Evangelical Church və s. ilə daim əlaqə saxlamaqla lobbiçilik fəaliyyətdə "xeyir-dua"
alırdılar. (2,s.91)
Bura məktəblərin açılması, kitabxanaların qurulmasında daxil etmək olar. Kilsənin başçılığı
altında fəaliyyət göstərən Erməni diasporu istənilən məsələni öz xeyrlərinə dəyişə bilər. Erməni
diasporunun gücü isə 2003-cü ildə məlum oldu. Ədliyə Nazirliyinin Ermənistanı terroru dəstəkləyən
dövlətlər sırasına aid etməsi lobbini hərəkətə gətirdi. Nəticədə nazirlik öz qərarını dəyişməli oldu.
Erməni diasporu sayəsində hər il ABŞ Ermənistan üçün külli miqdarda maliyyə yardımı ayırır.
Amerikada erməni diaspor təşkilatlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Diaspor
təşkilatların lobbiçilik fəaliyyətilə yanaşı, mədəni, elmi, ictimai işlərlə məşğul olurlar.
XX əsrin II-ci yarısından sonra çoxlu sayda erməni qurumlarının açılmasına başlandı. 1972-ci
ildə Amerika Erməni Assambleyasının əsası qoyuldu. 1965-ci ildə Nyu-Yorkdakı Columbiya
Universitetində, 1969-cu ildı Los-Ancelesdəki Kaliforniya Universitetində ermənişünaslıq kafedraları
açıldı. 1982-ci ildə Kembricdə Zoryan İnstitutu yaradıldı. 1985-də Miçiqan Universitetində
Ermənişünaslıq tədqiqatları İnstitutut və nəşrlər mərkəzi açıldı. Vaşınqtonda erməni milli institutu
fəaliyyət göstərir. Hal-hazırda Dünyanın ən aparıcı universitetlərində artıq Ermənişünaslıq mərkəzləri
fəaliyyət göstərir. Harvard Universitetində hətta sözdə erməni soyqırımına həsr olunmuş müzey də
fəaliyyət göstərir.
Erməni Diasporunun Amerika siyasi həyatında göstərdiyi təsir və Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı səfərbər olunmaları qısa müddətdən sonra özünü göstərməyə başladı. Erməni disporunun təzyiqi
altında Amerika senatı 1989-cu il noyabr ayının 19-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi
qətnamə qəbul etdi. Qətnamədə Dağlıq Qarabağ əhalisinin 80 faizinin erməni olması, Sumqayıtda baş
verən hadisələrin düzgün qiymətləndirilməsi, Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin yarıtmazlığı
əks olunur və təklif olunurdu ki, ikitərəfli diskusiyyalar zamanı Dağlıq Qarabağ münaqişəsi Dağlıq
Qarabağ xalqının mənafeyinə uyğun həll olunsun.
Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasının başlanğıcında Amerikadakı erməni
diaporu Amerika siyasətçilərində Dağlıq Qarabağ münaqişəsinin tamamilə təhrif olunmuş informasiya
modelini yaratmağa müvəffəq oldular. Erməni disporunun Amerika ictimayyəti və siyasi dairələri
arasında apardığı təxribatçı informasiya fəaliyyətinin ciddi nəticələrindən biri 1992-ci ildə Azadlığa
dəstək aktına 907-ci Düzəliş oldu. Azadlığa Dəstək aktı keçmiş SSRİ respublikalarına iqtisadi
yardımın göstərilməsi ilə bağlı idi. Həmin düzəlişə görə, guya, Azərbaycan Ermənistanı və Dağlıq
Qarabağ blokadaya alınmış və Ermənistana qarşı təcavüzkar siyasət aparır. Bu Düzəlişə görə Amerika
höküməti tərəfindən Azərbaycana kömək göstərilməsinə qadağa qoyulur. (3,2-3)
Mütəxəssislərin fikrincə, Azərbaycana qarşı belə bir qeyri-obyektiv qərarın qəbul edilməsi bir
neçə səbəbi vardır-Amerikadakı erməni diasporunun güclü lobbiçilik fəaliyyəti, parlament və
prezident seçkilərində erməni disporunun dəstəyinin vacibliyi, Amerika administrasiyasının Cənubi
Qafqazla bağlı aydın siyasətinin olmaması və erməni disporunun da bundan məharətlə istifadə etməsi.
Sonrakı illərdə bu düzəlişə münasibət dəyişməyə başladı. 2001-ci ildə 907-ci Düzəliş dondurulması
haqqında qanun qəbul edildi.
Amerikadakı erməni disporunun dəstıyi və maddi yardımı ilə Dağlıq Qarabağda elan olunmamış
qondarma qurumun bu ölkədə nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik erməni diasporu ilə
birlikdə qondarma qurumun tanınmasında müəyyən işlər görür. Nüməyəndəliyin nkrusa.org saytı
bütün gücü ilə fəaliyyətdədir.
Erməni diasporu həm də çalışır ki, qondarma quruma maliyyə dəstəkləri alsın. Məsələn erməni
diasporunun apardığı təbliğatdan sonra Konqress 2009-cu ildə 8 milyon, 2010-cu ildə 10 milyon ABŞ
dolları maliyyə vəsaiti ayrılması haqqında qərar qəbul etdi.
|