ikisindən baĢqa kimsə yoxdu. ġah onu qızılgül kollarının arxasına çəkdi. Hər Ģeyi
unutmuĢdu, böyük bir məmləkətin Ģahı olduğunu, yaĢının qırxı çoxdan keçdiyini…
Kənizi otluğa uzandırıb öpüĢlərə qərq etdi…
Və kəniz kənizlikdən çıxıb Ģahın xanımı oldu. Bir ildən sonra aylı bir gecədə
beĢinci oğlu Mustafa mirzə dünyaya göz açdı. Vaxtilə Gilanın Piye-piĢ vilayətinin
baĢıpozuq adamlarını ram etməkdə Mustafa mirzə Ģəxsi Ģücaət göstərmiĢdi. Atası
da bu igidliyini qiymətləndirib ona əyalət hakimliyi rütbəsi vermiĢdi. Buna görə də
www.kitabxana.net
– Milli Virtual Kitabxana
31
Mustafa mirzə qoĢun sahibi idi. Onun həm atasının, həm də əmrlərin yanında
hörməti vardı. Hazırda Mustafa mirzə sarayda yaĢayırdı. Neçə il idi evlənmiĢdi, iki
qız atasıydı.
ġahın altıncı oğlu Mahmud mirzə də cariyəsindən olmuĢdu. ġah hələ Mahmud
uĢaq ikən onu Gilana hakim təyin eləmiĢdi. Mahmud mirzə bir müddət lələsiylə
Gilanda yaĢamıĢdı. Amma arada Gilanda fitnə-fəsad baĢ qaldıranda Ģah oğluna bir
sədəmə toxunacağından ehtiyatlanıb onu saraya gətirtmiĢdi. ġah xeyli vaxt idi ki,
Mahmud mirzəni ġirvana hakim, Azər xanı da onun lələsi təyin etmiĢdi. Amma
Mahmud mirzə hakimiyyətə can atmadığından, hələ də ġirvana getməmiĢdi.
Təhmasib Ģah Gürcüstana dördüncü dəfə hücum edəndə əsir kimi gətirdiyi Zal
dərhal Ġslamı qəbul etdi və Zal bəy adı ilə sarayda yaĢamağa baĢladı. ġah hamama
gedəndə də Zal bəylə gedərdi. Axırda Zal bəyin bacısını da alıb özünə arvad elədi.
Ondan da yeddinci oğlu Ġmamqulu mirzə doğuldu. ġah onu Lahicana vali təyin
eləmiĢdi və Ģahın bu xəstə vaxtında Lahicanda yaĢayırdı. Amma hələ on dörd
yaĢında olduğundan Ģah onu lələsi Pirə Məhəmməd Ustaclıya tapĢırmıĢdı. O
yerlərin hakimi, əslində, Pirə Məhəmməd Ustaclıydı. ġahın səkkizinci oğlu Əli
mirzə isə, Mustafa mirzəylə anabir qardaĢ idi. Ġndi Gəncədə, Qarabağ
bəylərbəyliyində Ġbrahim sultan Ziyadoğlunun yanındaydı. Deyib-gülən, Ģən bir
yeniyetməydi.
Sonuncu, doqquzuncu oğlu Əhməd mirzə də onun sevimli bir cariyəsindən
doğulmuĢdu. O da bir müddət lələsi Əmiraslan sultan ƏfĢarla Ġsfahanda yaĢamıĢdı.
ġah bu sonbeĢiyini Əhməd Bağbadi deyə əzizləyirdi. Əslində, elə bil onunla nəfəs
alırdı.
ġah qızlarının bir neçəsini ərə vermiĢdi, bir neçəsini də niĢanlamıĢdı. NiĢanlı olan
qızlarından biri də Pərixan bəyim idi.
* * *
Canını zəli kimi soran ağrının Ģiddətindən qıvrılan Ģah həm də fikirlərinin
burulğanında çapalayırdı. Ömrünün bu taqətsiz çağında hakimiyyətinin, Səfəvilər
xanədanının sabahından çox nigaran idi. Səfəvilər hakimiyyətə gələnə kimi hansı
mərhumiyyətlərə dözməmiĢdilər: baĢları nə bəlalar çəkməmiĢdi: ulu babaları ġeyx
Cüneyd, ġeyx Heydər, əmisi ġeyx Ġbrahim bu yolda Ģəhidlik Ģərbətini içmiĢdilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
32
Hələ beĢikdə ikən hakim olan, hökmranlığın, hökm etməyin ləzzətini yaĢayan,
ətrafındakıların sayğısını, çox vaxt da mütiliyini görən Ģahzadələrin çoxluğu bir
vaxt Ģaha qol-qanad, qürur verirdisə, indi qəlbinin lap dərinliyində bundan qəribə
bir ağrı duyurdu. O, bu əlli üç il altı aylıq Ģahlığı dövründə çox-çox müdhiĢ
hadisələrin Ģahidi olmuĢdu. Hakimiyyətin necə acgöz bir əjdaha olduğunu da çox
gözəl bilirdi. Doğmalar belə, hakimiyyətə yetmək üçün bir-birini parçalamağa,
didib-dağıtmağa hazır idilər. Doqquz qardaĢ, səkkiz bacı, hələ üstəlik, yeznə,
qayın, əmi, dayı, xala, bibi uĢaqları… Vay, vay, vay… Ġlahi, bizi özün qoru.
ġah sabah baĢ verə biləcək fitnə-fəsadın miqyasını götür-qoy edib düĢündükcə
canındakı ağrıları da Ģiddətlənirdi. Onun ölümün pəncəsində bu cür çapaladığı
dəqiqələrdə belə düĢünməyi heç də səbəbsiz deyildi. Ġki il bundan qabaq da beləcə
bərk xəstələnmiĢdi. Onda da indiki kimi ölüm ayağında idi… Həkim Gilanin oğlu
Əbu Nəsir gecə-gündüz onun yanını kəsdirib min bir dava-dərman düzəldib
verirdi. Təbabətə dair qədim tibb kitabları oxumaqdan gözləri ağrıyırdı. Amma
hələ ki, düzəltdiyi dava-dərmanın bir nəticəsi yox idi. Saray əhli artıq bu fikirdə idi
ki, Ģah sağalmayacaq. ġahın sevimli oğlu Heydər mirzə də bu fikirdə idi. Son illər
Ģahın ən yaxın köməkçisi olduğu üçün, artıq özünü Səfəvi xanədanının vəliəhdi
hesab edirdi. Həm də ona görə ki, özündən böyük qardaĢı Məhəmməd mirzə
Xorasanda hakim idi, gözləri də görmürdü, ondan kiçik qardaĢı Ġsmayıl mirzə
Qəhqəhə qalasında göz dustağıydı. Belə olan halda vəliəhd Heydər mirzə
olmalıydı. O, özünü artıq Ģah taxtına layiq bilirdi. Murad xan SüfrəbaĢı, Hüseyn
bəy YüzbaĢı, tir və kaman qorçusu Piri bəy Qoçulu, baĢ mehtər Məhəmməd bəy
Qoyunçuoğlu, Allahqulu sultan Aycəkoğlu da bu fikirdəydilər ki, daha Ģah o
dünyalıqdı. Bu adamlar düĢünürdülər ki, Ģahı torpağa tapĢırmamıĢ, isti-isti bu
hakimiyyət məsələsini həll etmək gərəkdir.
Bir axĢam Ģahı Əbu Nəsir həkimə, «Quran» oxuya-oxuya zikir eləyib xəstənin
sağalması üçün Allaha dua edən mollaya tapĢırıb, sarayın baĢ tərəfindəki hücrəyə
çəkildilər.
Heydər mirzə baĢda əyləĢmiĢdi. MəntəĢə sultanın nəvəsi Murad xan SüfrəbaĢı
(Ģahın Ģərəfinə açılan süfrələrin baĢçısı o idi) onun sol yanında, Hüseyn bəy
YüzbaĢı sağ tərəfində, sonra Piri bəy Qoçulu, Məhəmməd bəy Qoyunçuoğlu ilə
Allahqulu sultan Aycəkoğlu əyləĢmiĢdilər. Təzəcə saray dəftərxanasında
mühasiblik edən gənc Ġsgəndər bəy də Hüseyn bəy YüzbaĢıya görə burada idi.
Amma danıĢmırdı, susub oturmuĢdu. Onluq bir iĢ yoxdu, sadəcə, bu gəncin baĢ
verənlərə sonsuz marağı vardı. Bu məclisdə iĢtirak etməsələr də, həkim Əbu Nəsir,
Heydər mirzənin dayısı Əlixan bəy Gürcü, Zal bəy Gürcü də onlarla idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
33
Heydər mirzə əlini belindəki xəncərin qızıl dəstəyinə aparıb üzünü qarĢısında
oturanlara tutub soruĢdu:
- Məsləhətiniz, ağalar?! Əlbəttə, hamımızın taleyi Yaradanımızın əlindədi.
Allahdan ĢahənĢah atama Ģəfa diləyirəm. Amma o, bildiyiniz kimi, çox ağır
xəstədir, sağalıb ayağa durmasına ümid qalmayıb. Sabah nə baĢ verəcək, onu Allah
bilir. ĠĢdi, əgər sabah bir hadisə baĢ verərsə, məmləkəti baĢsız qoymaq olmaz.
Piri bəy Qoçulu yerində qurcalandı:
- Biz də elə bu fikirdəyik. ĠĢdi, belə bir əhvalat vaqe olsa, Ģəhriyarımız Allahın
dərgahına getsə, gərək əvvəl-əvvəl Ģahın ölüm xəbərinin saraydan diĢarıya
çıxmasına yol verməyək. qarovulu möhkəmləndirək. Bir də, gözləmək lazım deyil
ki, sizi Ģah dünyasını dəyiĢəndən sonra taxtda oturdaq. Bu iĢi əvvəlcədən görmək
gərəkdir.
Bu yerdə Məhəmməd bəy Qoyunçuoğlu sinəsini qabağa verdi:
- Heydər mirzə, siz iki ildi ki, atanızın sağ əlisiniz. Son illər çox iĢdə sizə güvənib.
Doqquz qardaĢsınız. Bəxtiniz onda gətirib ki, siz sarayda böyük qardaĢsınız.
Məhəmməd mirzə Xorasanda hakimiyyətdədi. Özünün də gözləri tutulub, güman
eləmirəm ki, kor bir adam bu boyda məmləkəti idarə eləmək fikrinə düĢsün.
Allahqulu sultan Aycəkoğlu bığına sığal çəkib, alimanə bir görkəm alıb dedi:
- Yanılırsan, Məhəmməd bəy, hakimiyyətin necə Ģirin olduğunu unutma.
Məhəmməd mirzə kor olsa da, onun Məhdi-ülya xanım kimi tədbirli, dilavər arvadı
var. O xanımın ata-babaları Təbəristan diyarının hökmdarları olmuĢlar. Deməyim
odur ki, Məhəmməd mirzənin də arxası, tərəfdarları var. Bu Məhəmməd mirzə hələ
altı yaĢında olanda Xorasanın hakimi idi. Əlbəttə, Xorasanı altı yaĢlı uĢaq yox,
lələsi Səfərəddinoğlu Təkəli idarə edirdi. Ġnsafən, Məhəmməd mirzə xoĢxasiyyət
adamdı, özü də çox istedadlıdı. Bəzən Fəhmi təxəllüsü ilə Ģeirlər də yazır…
Heydər mirzə tıncıxdı, elə bildi ki, bu saat hakimiyyət əlindən çıxacaq. Ona görə
də Allahqulu sultanın sözünü kəsdi:
- Məhəmməd mirzənin Ģairlik qabiliyyətinin bizim söhbətə nə aidiyyəti var,
Allahqulu sultan?
Allahqulu sultan geri çəkilmədi:
- Var, bəy, var. Çünki onun qəlbində ata məhəbbəti, Allah xofu var.
Heydər mirzənin qaĢları çatıldı:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
34
- Məgər bizdə ata məhəbbəti, Allah xofu yoxdu? - soruĢdu.
Allahqulu sultan səsini bir az da mülayimləĢdirdi:
- Sənə fəda olum, kim dedi yoxdu?! Deməyim odur ki, yadımdadı, Məhəmməd
mirzə göz ağrısı tapanda atanız ĢahənĢah - yastığı yüngül olsun (bu arada oturanlar
səs-səsə verib «Amin!» dedilər) - onu saraya çağırıb yerinə kiçik qardaĢını -
Ġsmayıl mirzəni göndərdi. O isə ürəyindəkiləri tez büruzə verdi. Hakimiyyət eĢqinə
düĢdü. BaĢımın üstə Allah var, onu haqq yoldan çıxaran, ağlını azdıran lələsi Əli
sultan Təkəli olmuĢdu. Cidanı çuvalda gizlətmək olmaz. Xəbər gəlib saraya
çatanda Ģah bundan çox qəzəblənmiĢdi. O, bir vaxt sənə lələlik eləmiĢ Sevindik
bəy ƏfĢarı yanına çağırıb: - Günü sabah adamlarını götür get Xorasana, - demiĢdi,
- oğlum Ġsmayıl mirzəni Qəhqəhə qalasına sal, o xain Əli sultanı da onun gözləri
qabağında qorçuların təpikləri altına at, qoy yolunu azanlara dərs olsun. Sevindik
bəy ƏfĢar Ģahın tapĢırığını can-baĢla yerinə yetirdi. Hə, mənim Ģahzadəm…
Bu zaman Ģahın iniltisi eĢidildi. Hamısı susub bu iniltiyə qulaq kəsildi. Elə bil
dəhĢətli bir xəyanət üstə tutulmuĢdular. Düzdü, Ģaha sui-qəsd etməmiĢdilər, amma
sağ ikən oğlunu taxta oturtmaq fikrinə düĢmək də elə sui-qəsd kimi bir Ģey idi.
Az sonra yenə saraya sükut çökdü. Hardasa Ġsaq-Musaq quĢunun adama qəm
gətirən səsi eĢidildi: «Tapdın? - Yox!»
Allahqulu sultan bayaqkı sözünü tamamladı:
- Mənim qorxum on yeddi ildi dustaq olan Ġsmayıl mirzədəndi.
Hüseyn bəy YüzbaĢı:
- Doğrudu, - dedi, - o çox qansız, həm də qorxmaz adamdı. Bu on yeddi ildə,
yəqin, bir az da üstünə qoyub. ĠĢdi, əgər o, taxtda otursa, gərək kəfənimizi salaq
boynumuza.
Heydər mirzə bu xəbərdarlıqdan üĢəndi. Qeyizli bir səslə:
- Kimdi onu Qəhqəhə qalasından buraxan? - dedi.
Murad xan:
- Heydər mirzə, - dedi, - onun da tərəfdarları var. Biri elə Pərixan bəyim. Nə
gizlədək, səni də görməyə gözü yoxdu.
Heydər mirzə tam səmimiyyətlə dedi:
- Vallah, bilmirəm bu Pərixana neyləmiĢəm. Ġkimiz də atamızın sevimlisiyik.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
35
- Bu Pərixan bəyimin xasiyyətində hökmranlıq xisləti var. Bəxtiniz onda gətirib ki,
o, kiĢi olmayıb, kiĢi olsaydı, taxta yaxın düĢə bilməzdiniz. ġah da bunu bilir. Ona
görə də onun məsləhətlərindən çıxmır. Ağıllı, dərrakəli qızdı.
Heydər mirzə:
- Onu öz tərəfimizə çəkə bilmərikmi?
Hüseyn bəy YüzbaĢı:
- Bəy, incimə, çətin, qan özünü göstərir, - dedi.
- Biz ki, bir qandanıq.
- Bəli, bir atanın belindən gəlmisiniz, amma baĢqa-baĢqa anaların südünü
əmmisiniz.
ġahzadə bu acı həqiqəti inkar edə bilmədi, daha doğrusu, xanədanda öz yerləri,
xidmətləri, həm də tərəfdarları olan bu adamlarla söz güləĢdirmək istəmədi:
- YaxĢı, bizi bu Pərixan bəyim sevmir, bəs Ġsmayıl mirzəni baĢqa istəyənlər
kimlərdi?
- Pərixan bəyimin doğmaca qardaĢı Süleyman mirzə, rumlu tayfası içində yaĢayan
Mahmud mirzə, əfĢarların can-ciyəri Əhməd mirzə, Pərixan bəyimin doğmaca
dayısı ġamxal sultan Çərkəz, hiyləgərlikdə ad çıxartmıĢ Hüseynqulu Xüləfa.
Marıqda yatanlar da var.
Heydər mirzənin çatma qaĢları bir az da çatıldı:
- MaĢallah, az deyillər. YaxĢı, bu gecə gözləyək, görək nə olur. Amma gərək
adlarını çəkdiyiniz bu adamları gözdən qoymayaq.
- Doğru buyurursan, - Hüseyn bəy YüzbaĢı dedi. Ayağa qalxdılar. Qapını açıb çölə
çıxanda «Ģahın qulağı»nın - Kor ġahəli Rumlunun yanını basa-basa dəhlizlə
getdiyini gördülər. Bu söhbət yasovulunu hamı yaxĢı tanıyırdı. Onun vəzifəsi
görüb-eĢitdiklərini Ģaha çatdırmaq idi. Ona görə də ona öz aralarında «Ģahın
qulağı» deyərdilər. «Qulağı» dəhliz boyu irəliləyən görəndə xəstə Ģahın
hakimiyyətini ələ keçirmək istəyənlərin sümükləri eyməndi. Çünki Ģah ən əziz
adamlarından da çox onun söylədiklərinə inanırdı. Bu bəstəboy, tosqun kiĢidən
uzaq durmaq müĢkül məsələydi. Harda olsan, baĢının üstünü kəsdirən görərdin.
Ġndi yanını basa-basa irəliləyən bu kiĢinin arxasınca ürkək-ürkək baxa-baxa
www.kitabxana.net
– Milli Virtual Kitabxana
36
qalmıĢdılar. Tam əmin idilər ki, «Qulaq» onların söhbətini eĢidib, niyyətlərindən
xəbər tutub. Ġndi iĢ Allaha qalıb. Allahın da ki, min bir möcüzəsi var. Onun əmrilə
Ģah sağala da bilər, ölə də. Sağalıb ayağa dursa, onların «sui-qəsd»inin üstü açılsa,
cəzayə layiqdilər.
Daha olan olmuĢdu. Geriyə yol yox idi. Birdən elə bil yer yarıldı, yerin altından
baĢı cıqqalı, qolu bazubəndli Pərixan bəyim çıxdı. HəmiĢə üz-gözündən Ģəfqət
yağan, ətrafa xoĢ ovqat yayan Pərixan bəyim tutqun idi. Məsum çöhrəsi kədərli
görünürdü. Heydər mirzə onun qarĢısına yeridi. Onlar üz-üzə dayanmıĢdılar.
Gözləriylə bir-birini oxumaqdaydılar. Kəlmə kəsməmiĢdilər ki, Hüseynqulu
Xüləfa, Əmiraslan sultan ƏfĢar, Cabuq Türkman, Pərixan bəyimin qardaĢı
Süleyman mirzə, dayısı ġamxal sultan Çərkəz gəlib Pərixan bəyimin arxasında
dayandılar. Bəlli oldu ki, onlar da məĢvərət eləyirmiĢlər. Sözə Pərixan bəyim
baĢladı:
- Heydər, sənə yaraĢarmı atamızın xəstə vaxtında taxt-tac fikrinə düĢmək?
- Ġki ildir atamın iĢlərini mən aparmırammı?! Ağlın kəsəndən sən məndən qibleyi-
aləmə, əziz atamıza qarĢı bir sayğısızlıq görmüsənmi?
Pərixan bəyim səsini qaldırdı:
- Bəs bu sayğısızlıq deyilmi, atamızın nəfəsi üstündə ikən Ģahlıq eĢqinə düĢmüsən?
- Mən, sabah bir Ģey olsa, məmləkətdə baĢ verə biləcək qarıĢıqlığın qarĢısını
almaqdan ötrü əvvəlcədən tədbir görməyi vacib bilirəm.
- Səni kim vəkil seçib?
- Bəs sənə kim izin verib, hərəm dairəsindən çıxıb kiĢilərlə məĢvərət edəsən?
Pərixan bəyimin yanaqları qızardı:
- Nə qədər ki mən sağam, sən taxt-taca sahib ola bilməzsən! Biz Ģahın sadiq
qullarıyıq, siz kimsiniz?
- Biz Ģahımızı candan artıq sevirik, amma məmləkətin sabahını da düĢünürük.
- Əsl vəliəhd indi Xorasanda olan böyük qardaĢımız Məhəmməd mirzədi.
- Onun ki halı hamımıza bəllidi?!
- Bəllidi, bəli, ondan sonra vəliəhdlik Ġsmayıl mirzəyə düĢür.
- Sənin o Ġsmayıl mirzən on yeddi il qabaq Ģahlıq eĢqinə düĢmüĢdü.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
37
- Ona görə də cəza çəkir.
- Unutma ki, atamız onu hələ də bağıĢlamayıb.
- ĠnĢaallah, bağıĢlar.
- Belə çıxır ki, siz Ģahsevənsiniz, biz yox?
- Belə görünür.
- Ey Pərixan bəyim, bu saat siz Ģah atamızı yox, Ġsmayıl mirzəni hakimiyyətdə
görmək istəyirsiniz. Amma səhv yoldasınız. Siz özünüzü nahaq Ģahsevənlər kimi
göstərirsiniz.
Pərixan bəyim cavab verməyib qardaĢından ayrıldı. Bayaqdan onların deyiĢməsinə
qulaq asan ağalar da dağılıĢdılar. Bu hadisənin sonu heç də yaxĢı görünmürdü.
V fəsil
NĠGARANLIQ ĠÇĠNDƏ
Əfsus ki, yarım gecə gəldi, gecə getdi.
Ağabəyim ağa Ağabacı
ġah canı ilə əlləĢsə də, sabahkı gün üçün tədbir görməyindən də qalmırdı. Gecələr
hamı çəkiləndən sonra söhbət yasavulu Kor ġahəli Rumlu onun yanına gəlirdi və
sarayda baĢ verənləri, kimin nə ilə nəfəs aldığını, hansı yuvanın quĢu olduğunu
asta-asta, artırıb-əksiltmədən Ģaha söyləyirdi. ġahın ilk nigarançılığı on yeddi il
bundan qabaq Qəhqəhə qalasına saldırdığı Ġsmayıl mirzə sarıdan oldu. Kor
ġahəlinin söhbətindən anlamıĢdı ki, eĢikağasıbaĢı Qaradağlı Fərruxzad bəy də
Heydər mirzənin tərəfdarıdı. Ondan qorxusu yoxdu, yanında, ordugahındaydı,
istədiyi vaxt onu cəzalandıra, yerində oturda bilərdi. Onu ehtiyatlandıran Qəhqəhə
qalasının hakimi Xəlifə Ənsar idi. Çünki o, Fərruxzad bəyin yerlisiydi. Doğrudu,
Ģah, Xəlifə Ənsarı etibarlı adam kimi tanıyırdı, ancaq bununla belə, Ġsmayıl
mirzəyə bir sədəmə toxunmasından narahat idi. ġah ehtiyat edirdi ki, birdən Xəlifə
Ənsarın əli ilə Ġsmayıl mirzəyə sui-qəsd edərlər. ġah, Ġsmayıl mirzəni
www.kitabxana.net
– Milli Virtual Kitabxana
38
bağıĢlamamıĢdı və heç bağıĢlamaq fikri də yoxdu, bununla belə, oğlunun baĢından
bir tük əskik olmasını istəməzdi. Sadəcə, ondan qəlbi qırılmıĢdı, vəssəlam!
Ġsmayıl mirzənin anası, sevimli arvadı Sultanım bəyim də oğlunun bağıĢlanması
üçün ona çox dil tökmüĢdü. «Cavandı, beyni qandı, bağıĢla» demiĢdi, Ģah isə
fikrindən dönməmiĢdi:
- Yox, Sultanım bəyim, gözüm nuru, yox! Oğlumuz tez çaĢdı. Mənim babalarım,
atam ġah Ġsmayıl Səfəvilər xanədanını qurana kimi həyatlarından keçiblər.
Oğlumuz məndən nə yamanlıq gördü ki, mən dura-dura hakimiyyət eĢqinə düĢdü?!
- Qanmayıb…
- Sultanım, qanmayacaq da. Südlə gələn, sümüklə çıxar deyiblər. Ona heç vaxt
güvənə bilmərəm.
Sultanım bəyim dedi:
- MürĢüdüm, mən daha bu dərdə dözəmmirəm. Ġzin ver Qum Ģəhərinə
müqəddəslərin ziyarətinə gedim. Bir müddət oradakı mülkümüzdə yaĢayaram.
ġah xeyli tərəddüddən sonra:
- Allah amanında, Sultanım, gedə bilərsən.
Bununla da söhbətləri bitmiĢdi.
ġah bilirdi ki, Sultanım bəyim sözünü yerə saldığı üçün ondan inciyib gedir. Bəlkə
də, bir oğul anası kimi, ondan inciməyə haqqı vardı. Amma o, təkcə oğlunun,
sevimli arvadının istəklərini yerinə yetirməklə Səfəvilər xanədanını qoruyub
saxlaya bilməzdı. Dövlətin, hakimiyyətin naminə çox zaman ürəyinə daĢ
bağlamağa məcburdu. Ġndi oğlu Ġsmayılın bağıĢlanmasını ondan xahiĢ edən
Sultanım bəyimə «yox» deyəndə ürəyinə daĢ bağlamıĢdı. Bu «yox» kəlməsi heç də
onun Ģahlıq qürurundan gəlmirdi, sadəcə, məmləkətin sabahı naminə kimsəyə -
hətta doğmalarına da güzəĢtə gedə bilməzdi.
Təhmasib Ģah övladlarının hər birini canı qədər istəyirdi. Sadəcə, bu xəstə
vaxtında, sarayda, saraydan diĢarda yastı-yapalaq damlar altında, hücrələr
küncündə, bulaq baĢında, çay qırağında… hörülən hörümçək torlarını düĢünəndə
ən çox Ġsmayıl mirzənin taleyini düĢünürdü. Çox nigaran idi, çox. Ona görə də ona
sadiq əmirlərdən birini yanına çağırdı, əfĢar tayfasından on iki nəfər qorçu ayırıb
Qəhqəhə qalasına göndərməyi, Ġsmayil mirzəni hər cür təhlükədən qorumağı
tapĢırdı. Özü də bu barədə kimsəyə bir söz deməmək Ģərtilə. Təhmasib Ģahın bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
39
tədbirindən sarayda heç kəsin xəbəri olmadı. Ġsmayıl mirzə qalada dustaq
edildiyindən, hər kəs elə zənn edirdi ki, Ģahın onu görməyə gözü yoxdur. Amma
əslində belə deyildi. Bu saat, bu xəstə çağında Ġsmayılı görmək, onun nəfəsini
duymaq üçün burnunun ucu göynəyirdi. On yeddi il idi oğlunu görmürdü. Bir əmri
kifayət idi ki, Ġsmayılı təm-təraqla saraya - onun hüzuruna gətirsinlər. Amma buna
qüruru yol vermirdi. Bir də, inanmırdı Ġsmayıl mirzə dəyiĢmiĢ ola, atası sağ ola-ola
onun yerini tutmaq fikrinə düĢməyə. Görünür, xasiyyət də insanla bir yerdə
doğulur, ona görə də onu dəyiĢmək hər kəsə müyəssər olmur.
O, 962 (1554)-ci ilin payızında bacısı XanıĢ bəyimin qızı Səkinə xanımla Ġsmayıl
mirzənin toyunu etmiĢdi. Təbriz yaxınlığında saldırdığı bağda iki böyük toy mağarı
qurdurmuĢdu. Birisi qadınlar, digəri kiĢilər üçün. AĢxanada tiyan-tiyana, qazan-
qazana söykənmiĢdi, kəsilən buğaların, toğluların sayı-hesabı yoxdu.
KiĢilərin məclisində məĢhur udçalan Məhəmməd Mömün, kamanzən Mirzə
Məhəmməd, tənburçu Mirzə Hüseyn, cəngiçalan Sultan Məhəmməd, sarayın
məĢhur xanəndələri - Hafiz Əhməd, Hafiz Lələ Təbrizi, Ərdəbil aĢıqları, qissə
söyləyənlər yerlərini tutmuĢdular. Hamı bəyin - Ġsmayıl mirzənin mağara
gəlməsini gözləyirdi. Bir dəstə adam «Gəlinatlandı» havasının sədaları altında
gəlini gətirdi. Yengə irəli durub baĢında qırmızı çarqat, əynində al qumaĢdan
paltar, ayağında zövqlə tikilmiĢ məst, belində qızıl kəməri, sinəsində bərq vuran
boyunbağısı olan gəlini kəcavədən düĢürtdü. Sındırmaq üçün ayaqları altına çini
qab qoydular. Gəlin qabı sındırıb keçdi. Bu, xoĢbəxtlik əlaməti idi.
Qazı Ġsmayıl mirzə ilə gəlinin kəbinini kəsdi. Gəlini qadınlar olan mağara, Ġsmayıl
mirzəni kiĢilərin məclisinə gətirdilər. ġah yerindən qalxıb oğlunun alnından öpdü:
- XoĢbəxt ol!
Ġsmayıl mirzə:
- Sağ ol, ata, - dedi.
Toy baĢladı, nə baĢladı. Xanəndə Hafiz Əhmədlə Hafiz Lələ Təbrizinin adamın
huĢunu baĢından alan avazı, zurnaçı Həsənin sümükləri oynadan çalğısı
məclisdəkiləri bihuĢ eləmiĢdi. Xanəndələr atası ġah Ġsmayıl Xətainin qəzəllərini
oxuduqca fərəhdən ürəyi köksünə sığmırdı. AĢıqlar atası ġah Ġsmayılla anası Taclı
xanımın həyatından dastan bağlamıĢ, mürĢidi-kamilin Ģərəfinə «ġah Xətai»
havasını yaratmıĢdılar. Atasından da bu cür havalar yadigar qalmıĢdı, özü də bu
cür havalar bəstələmiĢdi. Ġndi iki cəbhəyə bölünmüĢ Ģahsevənlərlə Heydər mirzə
tərəfdarları qol-qola girib «Yallı» gedirdilər. Söhbət yasovulu Kor ġahəli
Rumlunun məzəli rəqsinə baxıb qəĢĢ eləyənə qədər gülmüĢdülər. Bəs indi nə oldu,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
40
aradan qara piĢikmi keçdi? Görünür, Allaha itaət etməyən Ģeytan tək deyil, hərənin
içində gözə görünməyən bir Ģeytan yatır. Belə olmasaydı, ikitirəlik yaranmazdı.
ġah arxası üstə uzandı. Lələ Təbrizinin o toyda oxuduğu «Rast»ı canlandı
yaddaĢında. Toyda Lələ Təbrizi baĢına yağan ĢabaĢdan ruhlanıb «Rast» oxumağa
baĢlamıĢdı. Lələ Təbrizi gördü ki, məclisdə ġah Ġsmayıl Xətainin yaĢa dolmuĢ
müridləri də var, ona görə də onun belə bir qəzəlini oxumağa baĢladı:
Allah, Allah den, qazilər, qazilər deyən Ģah mənəm,
QarĢu gəlin, səcdə qılın, qazilər deyən Ģah mənəm.
Uçmaqda tuti quĢuyam, ağır ləĢgərlər baĢıyam,
Mən sufilər yoldaĢıyam, qazilər deyən Ģah mənəm.
Bu yerdə «Sağ ol! YaĢa!» sədaları ucaldı.
Nerdə əkərsən bitərəm, xanda çağırsan, yetərəm,
Sufilər əlin dutaram, qazilər deyən Ģah mənəm.
Mənsur ilə darda idim, Xəlil ilə narda idim,
Musa ilə Turda idim, qazilər deyən Ģah mənəm.
Məhəmməd Mömün udunu, Mirzə Məhəmməd kamançasını, Mirzə Hüseyn
tənburunu, Sultan Məhəmməd cəngini dilə gətirib xanəndəni daha da sövqə
gətirirdilər.
Lələ Təbrizi sufilərin alqıĢından coĢmuĢdu:
Əsir edin, bəri gəlün, novruz edin, Ģaha yetin,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
41
Hey qazilər, səcdə qılın, qazilər deyən Ģah mənəm.
Qırmızı taclu, boz atlı, ağır bir ləĢgər nisbətlü
Yusif peyğəmbər sifətlü, qazilər deyən Ģah mənəm.
Xətaiyəm, al atlıyam, sözü Ģəkərdən datluyam,
Murtəzə Əli zatlıyam, qazilər deyən Ģah mənəm.
Dostları ilə paylaş: |