Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Bir də, adı böyük olan Allah buyurmuĢdur ki, bir müsəlman iki kafirlə vuruĢmasın. 
Bəs biz, təxmini hesabla, bir nəfərimizin müqabilində on nəfərdən artıq qüvvə 
olduğu halda nə edək?! ġəni uca olan böyük Allahın əmrinin əksinə hərəkət etmək 
özünü bilə-bilə oda vurmaqdır. Ancaq divanə və məst adamlar sərfəsiz müharibəyə 
əl atır, ağılsızlıq və cəhalət qüruruna qapılaraq özlərini ölüm və fəlakət uçurumuna 
salarlar. Allaha Ģükür olsun ki, mənim ixtiyarımda olan qoĢun Ģərab və bütün baĢqa 
haram iĢlərdən tövbə etmiĢdir. Mənim məmləkətimdə qumarxana, fahiĢəxana, 
Ģəriətcə icazə verilməyən baĢqa fitnə-fəsad ocaqları ləğv edilmiĢdir. 
Nəsə, Allahın köməkliyi ilə bu dəfə də Sultan Süleymanın hücumunu dəf elədik. 
O, Ġstanbulda olanda, istəsəydim, mən onun Ģəhərlərinin çoxunu yandırardım. 
Amma bunu etmədim, əlsiz-ayaqsızları düĢündüm. Ancaq gözünün qabağında baĢ 
verənlər mənim qardaĢımı qəflətdən ayıltmadı. Yenə orda-burda fəsadlar törətdi. 
Oğlum Ġsmayıl mirzəyə qoĢun verib üstünə göndərdim… Heyf səndən, Ġsmayıl, axı 
sən hər Ģeyə layiq bir oğlandın… Sən Qəhqəhə qalasında ömür çürüdəsi cavan 
deyildin axı… Eh, içim özümü yandırır, çölüm özgələri. Deyirlər, əĢi, Ģahdı, bu 
boyda məmləkətin sahibidi, nə dərdi var? Bundan da böyük dərd varmı ki, 
doğmaca qardaĢın, sevimli oğlun sənə qarĢı çıxa?! Nəsə, lənət Ģeytana. Bu Əlqas 
mirzə o qədər həddini aĢdı, lap insanlıqdan çıxdı. Həmədana gəlib qardaĢımız 
Bəhmən mirzənin ev-eĢiyini ələ keçirdi, arvad-uĢağını özü ilə apardı, Qumu, Rey 
vilayətini talayıb-çapdı. O qədər yolunu çaĢdı ki, onu saraya yanına çağıran Sultan 
Süleymanı da eĢitmədi. Sultan da onu ələ keçirmək üçün qoĢun göndərdi. Əlqas 
mirzə kiçik bir dəstə ilə Ərdana qaçdı. Mən də Bəhram mirzəni, ġahqulu xəlifə 
Möhürdarı, Ġbrahim Zülqədəri iyirmi min qoĢunla Ərdana göndərdim. Əlqas mirzə 
məğlub oldu. Surxab Ərdəlanın yanına qaçdı. Surxabdan tələb etdim ki, onu 
hüzuruma göndərsin. Əlqas mirzə xahiĢ edir ki, bacımızın əri ġah Nemətulla gəlib 
onu mənim hüzuruma gətirsin. Bunu da qəsdən fikirləĢmiĢdi, elə bilmiĢdi ki, Ġmam 
Əlinin nəslindən olan ġah Nemətullaya görə, onu bağıĢlayaram. ġah Nemətulla 
gedib onu mənim hüzuruma gətirdi. Bilmirdim neyləyəm, ona hansı cəzanı verəm. 
Atam, anam gəlib dururdu gözlərim önündə. Axırda üzümü ona tutub dedim: 
- Ey mənim məhəbbətsiz qardaĢım! Mən sənə nə pislik etmiĢəm ki, ata nəslindən 
üz çevirdin, özünü qüdrət zirvəsindən rəzalət və alçaqlıq quyusuna atdın, düĢmənə 
qoĢuldun, bu qədər fitnə - fəsad törətdin, qan tökülməsinə bais oldun? Cəhənnəmə 
gedən özünə yoldaĢ axtarar. Sən bilirsənmi ġirvanda nə qədər ailəni baĢsız 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
74 
 
qoymusan?! Sənə mirzəlik eləyən Ģair Xəzanini də yolundan sapdırdın. Ġndi o, 
Sultan Süleymanın sarayında «ġahnamə» yazır. Axı sənin nəyin çatmırdı? 
Doğmaca qardaĢım qarĢımda susurdu. QardaĢlıq hissi iradəmə üstün gəldi. Əlimi 
onun qanına batırmaq istəmədim. BağıĢladım. Amma axĢam söhbət yasovulu Kor 
ġahəli bəy qulağıma pıçıldadı ki, qızılbaĢlar bir belə qan tökmüĢ, xəyanət yolunu 
tutmuĢ Əlqas mirzəni bağıĢladığınız üçün hökmünüzdən narazılıq edirlər. Mən də 
onların haqlı olduqlarını dərk edib naçar qaldım. QızılbaĢları, sadiq sufiləri razı 
salmaq naminə doğmaca qardaĢım Əlqas mirzəni oğlu sultan Əhməd mirzəylə bir 
yerdə Qəhqəhə qalasına saldırdım… Sonra da doğmaca oğlum Ġsmayıl mirzəni… 
Ġndi də bir dəstə adam istəyir ki, Heydər mirzəni də onun ardınca göndərim… Ah, 
doğmalar, doğmalar, mən sizdən nələr çəkmədim, hələ nələr də çəkəcəm. ġükür ki, 
Sultan Süleyman axırda düĢmənçilikdən əl çəkib sülh bağlamağa razı oldu, 
doğmalarım isə mənə kəc baxdılar. Günahım, olmaya-olmaya… Nə isə, rəhmətlik 
Məhəmməd Füzuli demiĢkən:  
 
Dərda ki, dəmi dəm urmadım rahətdən 
Qurtulmadım ənduhü qəmü möhnətdən. 
 
 
 
 
 
XIII FƏSĠL 
XƏLVƏTXANADAN GƏLƏN VAR 
 
Hər kimin varsa bir Ģirin dili, 
Tük ilə çəkər dalınca fili. 
Sədi ġirazi 
 
Bir axĢam əl-ayaq çəkiləndən sonra söhbət yasovulu Kor ġahəli bəy Rumlu yanına 
gəlib sarayda, Ģəhərdə, çöldə-bayırda olan söz-söhbətlərdən, əcaib-qəraib iĢlərdən, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
75 
 
axırda isə Ģahın uĢaqlıq dostu Əmiraslan bəydən danıĢmıĢdı. ġah da uĢaqlıq dostu 
ilə maraqlanmıĢdı: 
- Çoxdandı o binəvadan xəbərim yoxdu, indi hardadı? 
- Çiyninə xirqə salıb Ġranı-Turanı dolaĢıb qayıdıb vətənə, deyir həqiqət, ədalət 
axtarıram. Bu günlərdə xəlvətə çəkilibmiĢ, düz qırx gün meĢənin içində, xan 
çinarın koğuĢunda, xəlvətdə qalıb. 
Təhmasib Ģah: 
- ġahəli bəy, onu tap gətir yanıma, - dedi. 
Kor ġahəli bəy dedi: 
- ġah sağ olsun, Əmiraslan bəy sizin uĢaqlıq dostunuz olsa da, hüzurunuzda 
oturması məqbuldurmu?! 
- Əlbəttə məqbuldur. O, idrak sahibi, dünya malında gözü olmayan, Allahına 
tapınmıĢ bir abiddir. Onunla söhbət etmək mənə çox xoĢ olardı. 
Kor ġahəli bəy narahat oldu: 
- Cəsarət edirəm, Ģahım, o, hüzurunuza gəlməyə bilər. 
- Niyə?! 
- Deyir, Allahdan baĢqa kimsəni tanımıram. 
ġah ürəkdən güldü: 
- Doğru buyurur, - deyib gülüĢünə ara verdi. 
Kor ġahəli bəy elə bil bu sözdən diksindi: 
- Onun bu fikri təhlükəlidir, Ģahım. 
- Niyə? 
- Sabah hamı onun kimi düĢünsə, ölkədə hərc-mərclik baĢ alıb gedər.  
- Əksinə, ġahəli, ölkədə hamı onun kimi dünya malına susamasa, məmləkətə 
qarovulçu gərək olmaz. Qurd quzuyla otlar. Sən ona de ki, uĢaqlıq dostun 
Təhmasib mirzə səni gözləyir. Səninlə dərdləĢmək istəyir. 
- YaxĢı, deyərəm, Ģah sağ olsun, - deyə Kor ġahəli bəy ayağa qalxıb otaqdan çıxdı. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
76 
 
* * * 
 
Səhəri gün Ģah uĢaqlıq dostu Əmiraslan bəylə üz-üzə əyləĢmiĢdi. ġah Kor ġahəli 
bəyə də demiĢdi ki, getmə, otur qulas as, gör dünyada necə insanlar var. 
Əmiraslan bəyin çiynində qara xirqə, baĢında ağappaq humayun ağından çalma, 
belində sadə bir qayıĢ vardı, saqqalı büsbütün ağarmıĢdı, qara çatma qaĢları da 
yavaĢ-yavaĢ ağarmaqdaydı. 
ġah uĢaqlıq dostunu ayaqdan-baĢacan munis nəzərlərlə süzüb: 
- Əmiraslan bəy, səni heç unutmamıĢam. Nə edim, səni çox iĢə dəvət etsəm də, 
qəbul etmədin, - dedi. -Doğrusu, boyun qaçırmağında bir səbəb də görmürdüm. 
- Mən isə görürdüm. 
- Nəydi gördüyün? 
- Aramızdakı məsafə. 
- Bu məsafə eləmi böyükdü? 
- Hüdudsuzdu. 
- Bu hüdudsuzluq nədən ibarətdi? 
- Sən ucsuz-bucaqsız bir məmləkətin Ģahısan. Sözünün qabağına söz çıxaran 
yoxdu, səni yerdə Allahın kölgəsi zənn edirlər. 
- Bəs sən elə görmürsənmi? 
- Xeyr, mən səni uĢaqlıq dostum Təhmasib mirzə kimi görürəm. Səndə də günah 
yoxdu. Sənin xəttatlığa, nəqqaĢlığa çox böyük marağın vardı. MəĢhur xəttatlar, 
nəqqaĢlar sənə təlim verməyi özlərinə Ģərəf bilirdilər. Sən on bir yaĢına qədəm 
qoyanda bizi ayırdılar. O zaman Ģahlığın nə olduğunu bilməsən belə, Ģahzadə 
olduğun üçün baĢına tac qoyub Ģahlıq taxtına oturtdular. Amma sən hərdən Ģah 
olduğunu unudub qoĢulurdun bizə. UĢaqdın axı. Sən də bizim kimi eĢĢəyə minib 
çapırdın. ĠĢləri sənin lələn, bir də vəzirin Qazi Cahan Qəzvini aparırdı. ġairlərdən 
biri hətta dilini dinc saxlamayıb sənə, vəzirinə iĢarə ilə yazmıĢdı: 
 
Nə gözəl tərəqqi etdilər biĢək, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
77 
 
Katib, nəqqaĢ, qəzvinli, bir də eĢĢək. 
 
GülüĢdülür.  
- Hə, möhtərəm Ģah, beləcə, yolumuz ayrıldı. Mən isə ağlım kəsəndən hər gün 
Allaha doğru gedirəm. 
- Məgər mən Allaha doğru getmirəm? 
- Yox. Əlbəttə, sən Allahını tanıyırsan, amma Allaha qovuĢmursan. Sən istəsən 
belə, bunu edə bilməzsən. 
- Nə üçün? Məgər mən namaz qılıb, oruc tutmuram? 
- O qədər namaz qılıb, oruc tutanımız var ki, məgər hamısı Allahladı? Qapısındakı 
çəpər dibində yumurtlayan toyuğundan belə keçməyənlər var… BağıĢla, mətləbdən 
uzaq düĢdüm. Sən mənim kimi Allaha qovuĢmaq üçün qırx gün xəlvətdə qala 
bilməzsən. 
- Allaha qovuĢmaq üçün hökmən xəlvətdə qalmaq lazımdır, Əmiraslan bəy? 
- Bu da bir sınaqdı, mənim əziz uĢaqlıq dostum. Sən mənə deyə bilməzsən ki, 
görmə, eĢitmə. Deyə bilərsən ey, amma bilirsən ki, mümkün olmayan iĢdi. Allahın 
izni ilə məmləkətdə baĢ verən hər bir Ģeyi görürük və eĢidirik. Ancaq iĢ 
burasındadır ki, mən xəlvətə çəkiləndə nə eĢidir, nə də görürdüm. Mən yepyekə bir 
yalana qırmızı don geyindirib Qəzvinin küçələrini gəzdirən mütrüf dəstəsindən, 
Ģərdən, böhtandan, ikiayaqlı yırtıcılardan, var-dövlətə görə doğma qardaĢına qənim 
kəsilənlərin ucbatından xəlvətə getmiĢdim. Orada hər Ģeyi unutmuĢdum. 
BaĢımdakı səsləri, yaxĢı-pis bütün xatirələri qovub çıxartmıĢdım. Mən ancaq 
Allahı eĢidirdim, hökmdar, Allahı! Mən qırxıncı günü Allaha qovuĢmuĢdum. 
Ġnanırsan?! Əziz uĢaqlıq dostum, bil ki, sənin bu böyük məmləkətində bircə nəfər 
xoĢbəxt insan var. 
- Kimdir o? 
- Mənəm, hökmdar. Allahdan baĢqa heç kəsi tanımayan, kimsəyə baĢ əyməyən 
mən fəqir. 
- Sən ölümdəndəmi qorxmursan?  
- Xeyr, qorxmuram. Çünki itiriləsi heç nəyim yoxdu. Mən qarnımı doyurmaq üçün 
yemək dalınca düĢmürəm. Mən mənəviyyat acıyam. Məni ancaq Həllac Mənsur, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
78 
 
ġeyx Nizami, Əfzələddin Xaqani, Xoca Nəsrəddinlər doyura bilər. Ona görə də 
ölərəmsə, Allaha qovuĢacağıma əminəm. 
- Dediklərində həqiqət var, Əmiraslan bəy. 
- Ancaq, hökmdar, söylədiyinizdə bir Ģübhə də var. 
- ġübhə hər Ģeyin anasıdır, Əmiraslan bəy. 
- Mənim gəldiyim qənaətə Ģübhə ilə baxmağa hacət yoxdur. 
- Niyə? 
- Çünki mən bütün ömrüm boyu özümü hər cür çirkabdan qoruya-qoruya
təmizlənə-təmizlənə, hər cür heyvani hislərdən uzaq duraraq, Allahıma doğru yol 
gəlmiĢəm. Mənim həyatımda Ģübhə doğuracaq nəsə yoxdur. 
- Qırx gün doğmalarından, əzizlərindən uzaqda, kimsəni eĢitmədən, duymadan 
yaĢamaq çətin olmadımı sənə? 
- Əlbəttə, çətin idi. Allaha sidq ürəklə yaxın olmağın bundan özgə bir çarəsini tapa 
bilmədim. 
- Sevinirəm ki, məmləkətimizdə sənin kimi əqidə sahibləri var. 
- Mən də Ģadam ki, mənim uĢaqlıq dostum həmiĢə kamilliyə can atır. 
- TəĢəkkür. GəliĢindən məmnun oldum. 
- Sağ ol, mən də. 
- Heç olmasa bir axĢam, hər Ģeyə bəli deyən, nəyinsə, nələrinsə təmənnasında 
bulunan, vəzifə umacağında, var-dövlət sorağında olan insanlardan uzaq oldum. 
Əziz uĢaqlıq dostum, sənin heç nəyə təmənnan yoxdur. Mən bunu bilirəm, amma 
hər halda, Ģah qonağısan, Allahını sevən, həm də Allahının qonağını sevər. Ürəyin 
istəyən bir Ģeydə, izin ver, yardımçın olum. 
Əmiraslan bəy xəfifcə gülümsədi: 
- Sənin ulu baban Fateh Əmir Teymurdan nə təmənna umdu ki, mən də səndən 
umam. 
- Babam Əmir Teymurdan Osmanlı əsirlərinin azad olunmasını istədi. Sən nə 
istərsən? 
Əmiraslan bəy: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
79 
 
- Mən sənin canının sağlığını istərəm. Bir də, heç vaxt haqqı nahaqqa verməməyi, - 
dedi və ayağa qalxdı. - Di icazə ver, mən gedim. 
ġah da qalxdı: 
- Allah amanında. TapĢırım səni ötürsünlər. 
- Sağ ol. Məndə oğurlanası nə var ki, məni ötürsünlər? 
ġah onun əyin-baĢına baxıb: 
- Doğru deyirsən, - dedi, - sən abidsən, səninlə kimin nə iĢi… 
 
* * * 
 
Əmraslan bəy getdikdən sonra Ģah üzünü hələ də yerindən tərpənməyən, bayaqdan 
bəri qımıldanmayan Kor ġahəli bəy Rumluya tutdu: 
- Ağlın nə kəsdi mənim uĢaqlıq dostumdan? 
- Hamıdan ağıllı, müdrik, kamil olduğuna görə hamıdan bədbəxtdi. 
- ġahəli, ağzından qıfıl götürüb bu barədə onun fikrini sorsaydın, o da bizi bədbəxt 
sayardı. 
- Nə deyim, doğrusunu Tanrı bilir. Kim bilir, bəlkə, bədbəxtlik xoĢbəxtliyin gözlə 
görünməyən açarıdır. 
ġah bir qədər dalğın: 
- Ola bilər, - dedi. - Bu dünyada hər kəsin çiynində ilahi payı olan bir yük var. 
Birininki çox, birininki az. Bu gözlə baxsaq, Ģah kimi mənim yüküm məmləkətim 
boydadır. 
Kor ġahəli bəy Rumlu qayğılandı: 
- Elə deməyin, Ģah sağ olsun, Allaha Ģükür, bu boyda məmləkətin sahibisiniz. 
- Ġnsan böyüdükcə dərdi də böyüyür, ġahəli. 
- Qurban olum, Allaha min Ģükür, sağalmısınız, daha sizin nə dərdiniz var? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
80 
 
Təhmasib Ģah ahəstəcə baĢını tərpətdi. Amma ġahəli baĢa düĢmədi ki, Ģah baĢı ilə 
onun dediklərini təsdiq edir, yoxsa inkar. ġah cavab gözləyən ġahəlini intizarda 
çox saxlamadı: 
- ġahəli, miskinlərin yaxĢı bir məsəli var: «Örkən nə bilir qayıĢ nə çəkir». Mənim 
indiki halımı rəhmətlik Məhəmməd Füzuli Bağdadi bir qəzəlində çox gözəl ifadə 
edib: 
 
Dust bipərva, fələk birəhm, dövran bisükun, 
Dərd çox, həmdərd yox, düĢmən qəvi, tale zəbun. 
 
- ġah sağ olsun, sizin belə bədbin düĢünməyinizə əsas yoxdur. Dostlarınızın, 
sevincinizin, dərdinizin Ģəriki ürəyiniz istəyən qədərdi. Allaha min Ģükür, 
düĢmənlərinizi də yerlərində oturtmusunuz. Oğlanlarınızın hərəsi bir vilayətin 
sahibi, qızlarınız xoĢbəxt, daha nə qüssə, nə qəm… Xırda-para kəm-kəsir var, 
onları da, inĢallah, yoluna qoyarsınız. 
- Gördünmü! Xəstələnən kimi məni artıq ölmüĢ zənn etdilər. Ətrafımdakılar, 
doğmalarım iki cəbhəyə bölündülər. 
- Hökmdar, əndiĢəyə hacət yoxdur, bunun da çarəsi var. 
- Qorxuram sən də çarəni asıb-kəsməkdə görəsən. Ġsmayıl mirzəni zindana saldım, 
deyirsən indi də Heydər mirzəni zindana atım? 
- Xeyr. O, tərbiyəli bir Ģahzadədi, siz onun üstünə getməyin, öz xəcaləti özünə bəs 
olacaq. Tərəfdarlarına gələndə … - Kor ġahəli duruxdu. 
- Nə oldu? Oxunu atıb yayını gizlətmə, - Ģah gözünü söhbət yasovuluna zillədi. 
- ġah sağ olsun, heç nə gizlətmirəm. ġahzadənin tərəfini saxlayan əmirlərin 
hərəsini bir bəhanə ilə saraydan, saray ətrafından kənarlaĢdırın, dövlət adından 
onlara iĢ tapĢırın, bu iĢ də qansız ötüĢsün. Heydər mirzə də əlinizin altında qalsın. 
- Xub! Çox pakizə. Dediklərinizi həyata keçirdim. Bəs Ģahsevənlərlə necə rəftar 
edim? Guya onlar öz Ģahlarını canlarından artıq sevirlər?! Xeyr, bəlkə onlar 
Heydər mirzənin tərəfdarlarından daha kəmfürsətdirlər. Onlara gələcək 
firəvanlıqları üçün təminat lazımdı. ĠĢdi, birdən mən ölsəm, Ġsmayıl mirzəni 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
81 
 
oturtsunlar taxtımda, sonra onu uĢaq gəlinciyi kimi əllərində oynatsınlar, 
istədiklərini onun əliylə həyata keçirsinlər. ġahsevənlərin məqsədi bu… 
Kor ġahəli uyuĢan ayağını altından çıxarıb o birini qoydu: 
- ġah sağ olsun, çoxdan ürəyimdə bir söz var, dilimə gətirməyə cəsarətim çatmır. 
- Buyur söylə, axı sən mənim söhbət yasovulumsan. Səni yaxĢı tanıdığımdan 
kimsəyə demədiyim gizli niyyətimi də sənə deyirəm. Ona görə də ürəyində gizli 
sözün qalmasın. 
- Bəndənizə göstərdiyiniz sayğıya görə təĢəkkür edirəm… Demək istədiyim söz 
budur ki, vəliəhdiniz məlum olsa da, rəsmi elan etmədiyinizdən, Ģahzadələr 
arasında da, sarayda da, əmirlər içində də bir çaĢqınlıq var. 
- Doğru deyirsən, ġahəli, - Ģah bir-bir barmaqlarının quluncunu sındırdı. - Mən 
səndən savayı bu barədə kimsəyə bir söz deməmiĢəm. Bu çox Ģəxsi söhbətdi. 
Səndən nə gizli, bu haqda çox götür-qoy eləmiĢəm. Bilirsən, böyük oğlum 
Məhəmməd gözdən mayıfdı. Əslində, vəliəhdlik də onun halal haqqıdı. 
- ġah sağ olsun, bəs mane olan nədi? 
- Ġncə bir mətləb. Məhəmməd hakimiyyətə gəlsə, ad onun, dad özgənin olacaq. 
Məmləkəti o yox, arvadı Xeyrənnisə idarə edəcək. 
- ġah sağ olsun, dünya iĢığına həsrət qalan bir kimsəyə, əgər uĢaqları balacadırsa, 
zövcəsindən yaxın kim ola bilər? 
- Doğrudu, amma qadının əlində hakimiyyət olarsa, çox böyük fəsadlar törədə 
bilər. Qadınlarda intiqam hissi kiĢilərdəkindən qat-qat çoxdu. Xeyrənnisə xanım 
dörd Ģahzadə anasıdı, buna görə o Məhdi-Ülyadı, özü də çox hökmran qadındı. 
Mənim baĢ hərəmim Sultanım bəyim onun çatıĢan, çatıĢmayan xislətindən məni 
agah edibdi. 
- Bəs, Ġsmayıl mirzə… 
- Vaxtında o, mənim sağ əlim idi. Onu düĢmənlərimin üstünə çox göndərmiĢəm, o 
da həmiĢə sınaqdan üzü ağ çıxıb. Amma onu da yoldan çıxardılar. Ġndi o, on yeddi 
ildi Qəhqəhə qalasındadır. Məmləkətin əhvalından o qədər də hali deyil. Bir də, bu 
on yeddi ildə Allah bilir onun ürəyində nə qədər kin, nifrət toplanıb. O Ģah olsa, 
yadında saxla, doğmalarından da keçməyəcək. 
- Onda üçüncü oğlunuz Heydər mirzəni vəliəhd seçin. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
82 
 
- Heydər mirzə bacarıqlı cavandı, ürəyi təmizdi, amma hələ dövlət siyasətində 
piyadadı. Qoymazlar iĢləməyə. Bizim xanədanımız tayfalar üzərində qurulub, hər 
tayfanın baĢında da mənəm-mənəm söyləyən bir əmir dayanıb. Vay o günə maĢanı 
uzadıb birinin ocağından bir köz götürəsən, onda görərsən nə mərəkə qopur. Atalar 
belə yerdə yaxĢı deyib, yuxarı baxıram bığ, aĢağı baxıram saqqal. 
- Nədən iki ildi özünüzə bir vəzir seçmirsiniz? 
- Bəzi adamların əməllərindən iyrəndim. ġahlığım dövründə on iki vəzirim olub. 
Ġlk vəzirim Xacə Cəlaləddin Məhəmməd Keçəçi olub. Təbrizdən idi. Atamın 
vaxtından iĢ baĢındaydı. O, atam ġah Ġsmayılın ilk vəziri Əmir Zəkəriyyə Keçəçi 
Təbrizinin nəslindən idi. Ağıllı, dövlət iĢlərinə can yandıran bir kiĢiydi, Allah 
rəhmət eləsin. 
ġahqulu bəy yerindən qalxındı: 
- Allah rəhmət eləsin. 
- Vəzirlərimdən razı olduğum da olub, olmadıqlarım da. Cəza verdiklərim də olub, 
iĢdən qovduqlarım da. Birinə isə dünyanın ən ağır cəzasını verdim. 
- Mir Ġnayətulla Xuzani Ġsfəhanini deyirsiniz? 
- Bəli. 
- ġah sağ olsun, amma onun günahı nə idi, heç kəs bilmədi. 
- Açılası günahdı ki, açaydıq? - Ģah köksünü ötürdü, - doğru deyirlər ki, qulaq 
gündə bir söz eĢitməsə, kar olar. Amma bir gün Mir Ġnayətulla Xuzani barədə 
eĢitdiklərimdən az qaldım havalanam. Sən demə, bu haramzada sarayın 
piĢxidmətlərindən olan Basliq adlı bir oğlanla eĢqbazlıq edirmiĢ. Sən onda mənim 
söhbət yasovulum deyildin. Nəsə, bunu eĢitdim, amma inanmadım. Elə bildim 
vəzirimə Ģər atırlar. Ağzıbütövün birinə tapĢırdım ki, onu izləsin. Bir neçə gündən 
sonra yanıma gəlib dedi ki, Ģah sağ olsun, deyilənlər düz imiĢ, vəzir piĢxidmət 
Basliqlə eĢqbazlıq edir. Mir Ġnayətulla Xuzanini çağırtdırdım yanıma: 
- A kiĢi, - dedim, - sən sufi qazanında biĢmiĢ, Nəcəfdə, Bağdadda oxumuĢ bir 
adamsan, oğlan xeylağı ilə eĢqbazlıq etmək sənə yaraĢarmı? Özü də sarayda, 
mənim qulağımın dibində. Bilmirsənmi Ģəriyyətlə tutduğun bu iĢ haramdı. Vəzir nə 
desə yaxĢıdı? 
Kor ġahəli bəy maraqlandı: 
- Yəqin deyib ki, peĢman olmuĢam. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
83 
 
- Yox, ġahəli, yox, peĢman-zad olmamıĢdı. Əksinə, dil-dil ötürdü. ġah sağ olsun, - 
dedi, - o oğlanla təkcə eĢqbazlıq eləmirəm, onunla həm də könül dostuyuq.  
Dedim o necə olur? Cavab verdi ki, evə gedirəm peĢman oluram. Mən Ġbn 
Sinadan, Xoca Nəsrəddindən, Ərəstundan, Əflatundan, Mənsur Həllacdan, ġeyx 
Nizamidən danıĢıram, arvadım da qır-qızıldan, toyuq-cücədən. Ona görə də özümə 
söhbətim tutan tay axtarırdım. 
- Söhbətin axırda eĢqbazlıqla qurtardı, eləmi? - dedim. 
- Bəli, elədir! - dedi. 
Dedim: 
- Ey Ġnayətulla, sən vəzirlik adına ləkə gətirməsən, dövlətxanaya əxlaqsızlıq 
damğasını vurmusan. Sənin bu Ġslama zidd eĢqbazlığının qabağını almasaq, sabah 
Təbrizin küçələrində qulağı sırğalı, boynu zəncirli, gözü sürməli, qaĢı vəsməli kiĢi 
«arvadlar» dolaĢar. Səni Həsən paĢa məscidinin minarəsindən asdırıb yandıracam. 
Söz verirəm, səni qəbiristanlıqda sevimli Basliqinin yanında dəfn etdirəcəm. Mir 
Ġnəyətulla Xuzani Ġsfəhani özünü mərdana apardı: 
- Hər cəzaya layiqəm, - dedi. 
Mən də onu Həsən paĢa məscidinin minarəsindən asdırdığım dəmir qəfəsə saldırıb 
yandırtdım. Mənə söylədilər ki, o, yanmazdan öncə Heyrani Həmədaninin bu 
beytini oxuyub: 
 
Bəla məhəlləsində ev tutdum, mənim qapım od aldı, 
Bəla küçəsində ev tutan hər bir kəsi od tutacaqdır. 
 
 
Həyatımda iki adama bu cəzanı rəva bilmiĢəm: Müzəffər və vəzirim Mir Ġnəyətulla 
Xuzaniyə. Nə gizlədim, hərdən onların fəryadları qulağıma gəlir, ancaq mənim 
baĢqa yolum yoxdu. Mən bütün bunları qızılbaĢların qanı bahasına qurulmuĢ 
Səfəvilər xanədanının sabahı naminə eləmiĢəm, ġahəli. 
Kor ġahəli bəy: 
- Düz eləmisiniz, Ģah sağ olsun, cəzasızlıq olarsa, dövlət dağılar, - dedi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
84 
 
- Elədir, mən vəzirim Məsum bəy Səfəvidən çox razıydım. O da oğlu ilə ziyarətə 
gedərkən yolda quldurlar tərəfindən qətlə yetirildi. Onun ölümü məni çox sarsıtdı. 
Bir neçə il yerinə kimsəni təyin etmədim. Sonra Mir Seyid Hüseyn Fərəhani ilə 
Xoca Cəmaləddin Əli Təbrizini vəzir təyin elədim. Bir il sonra gördüm yox, bunlar 
bu vəzirliyə layiq deyillər. ĠĢdən çıxartdım. Səbəblərini isə sən də yaxĢı bilirsən. 
Onlardan sonra vəzir götürmədim. Eh, əzizim ġahəli, gözünün qabağında ömrüm 
qovğada - üsyan yatırmaqda, yolunu azanları, üstümüzə qoĢun çəkənləri yerində 
oturtmaqda keçdi. Mən Allahımdan çox razıyam. Ürəyim Yaradanımla düz 
olduğundan, ən müĢkül iĢlərim sonda sahmana düĢüb. Sən bilirsən ki, mənim çox 
yaxĢı yaddaĢım var. Hər bir hadisə təfsilatıyla yadımdadı.  
 
- Elədi, Ģah sağ olsun. Belə kəskin yaddaĢ sahibi olmağınız da Allahın sizə 
lütfüdür. 
- Bəli, bəli… Allahımdan çox razıyam. Əlli iki ildi Ģah taxtında oturmuĢam, hər bir 
hadisə, bütün baĢ verənlər yadımdadı. Üç min qorçunu, üç min yasavulu adbaad 
tanıyıram. Kimi nə zaman mülazim götürmüĢəm, hansı ildə xan seçmiĢəm 
günüynən, iliynən yadımdadı. Sən də Ģahidi olmusan, o qədər Ģeir əzbər bilirəm ki, 
bir gün gecə-gündüz Ģeir desəm, bir bəndi belə təkrar etmərəm. 
ġahəlinin fərəhdən gözləri doldu: 
- Allah sizi qorusun, Ģahım. Allah ancaq sevdiyi bəndələrə belə fitri istedad bəxĢ 
eləyir. ġahidiyəm ki, siz nə qədər təfsir, hədis, kəlam bilrsiniz. HəmiĢə heyran 
olmuĢam, demiĢəm görən, Ģah bütün bunları necə yadında saxlayır. 
ġah da duyğulandı: 
- KaĢ bütün bildiklərimi pərvanələrimə* yazdıraydım. 
- Ġndi də gec deyil, hökmdar. 
- YaxĢı ki, Rum elçiləriylə söhbətimi pərvanələr qələmə alıblar, üstündə iĢləyib 
dəftərxanaya vermiĢəm, qoy məndən övladlarıma yadigar olsun. - Bir qədər susub 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin