GÖRKƏMLİ azərbaycan pedaqoqi MİRZƏ cabbar əSGƏrzadə bağÇaban



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix31.01.2017
ölçüsü1,14 Mb.
#7224
1   2   3   4   5

Şiyraz 1932 (1311

ناپوچ و گرگ

  

مناخ کوزخ

  

Şiyraz 1928 (1307) 

 

Bağçaban uşaqların təlim-tərbiyəsi üsulunu, açıqlarkən belə yazıbdır: «...uşaq bağçasının özünə məxsus oyunları, 



nağıl, tamaşa, mahnı, şeir... və qısaca desək özünə məxsus mədəniyyəti vardır. O zamanlar kimsənin bunlardan 

xəbəri yox idi, demək olar, bilikli təlim-tərbiyəçilər belə, bunları dəyərsiz, yersiz, pis və man (ayıb) bilirdilər... Uşaq 

təlim alarkən, uşaq oyunları və tamaşalarının yardımı ilə heyvanların dünyası ilə tanış ola bilir, demək, uşaq, 

heyvanları yamsılamaq, səslərini və oyunlarını çıxartmaqla, öyrənir. Amma valideiynlər bunları yaramazlıq, 

ədəbsizlik və əxlaqdan uzaq sanırdılar. Onlar istəmirdilər balaları it- pişik səsi çıxartsınlar, və «zad əlmaad» duası 

oxumaq yerinə, «Xəzük Xanım »ın bala bulanmış sıçan quyruğu ilə sürmə çəkməsi nağılına qulaq assınlar. » (

1

)  


Şiyrazın maarif sevərləri və mədəniyyət qulluqçuları ona minəttdar olduqlarını bildirməkdən ötrü Şiyrazın uşaq 

bağçasına «Bağçaban» adı vermişdilər.  



 

Tehran: «dilsizlər və sağırlar» məktəbi / yardımçı cihazların ixtira etməsi  

Neçə il Şiyrazad işləyəndən sonra, 1932-ci (1311) ildə Bağçabangil Tehrana köçməli olmuşdular. Səminə xanım 

(Bağçabanın böyük qızı) bu həqdə belə yazıbdır: atam, Tehranda «...əlverişli şəraitin, maddı və məənəvi yardımın 

olmadığı ucundan istədiyi pedaqojik və psikolojik araşdırmalar qurumunu yaratmaq fikirindən daşınıb yaşayışını 

təmin etmək üçün siqaret qayırma karxanasında işləməyə başlamışdır.» (

2

)  



Səmin bəy (Bağçabananın oğlu) atasının dilindən belə yazmışdır: « ... Qafqazlı mahacirlərdən olduğuma görə 

pasportum mahacirlik pasportu idi. Ona görə də məktəb açmağa cavaz ala bilmirdim. Dörd- beş ay didərginlikdən 

sonra işim bir yerə çatmadı və amaclarımın ardını tutmaq üçün Tehrandan dönüb Qafqaza qayıtmaq qərarına gəldim 

...» (


3

)  


Bağçaban, çoxlu çalışmalardan sonra, 1933-cü (1312) ildə, qırx səkkiz yaşında olarkən Tehranın «Dilsizlər və 

Sağırlar» məktəbini - İran yurtdaşlığını alandan sonra- qura bilmişdir.  



 

 

 



Tehran 1954 (1333)

Tehran 1929 (1318) yardımcısı 

Səminə xanim ilə məktəbdə

 

Tehran 1928 (1317) 



”Sağırlar və Dilsizlər” məktəbi

 

 

1935-ci (1314) ildə dilsizlər və sağırların eşidə bilməsi üçün dişlərin və baş çanağının vasitəsilə səsləri, fiziki 



cəhətdən çatışmazlığı olan uşaqlara çatdıran və sezdirən bir cihaz ixtira etmişdir .  

Öz dediyinə görə: «on beş yaşında ikən qəza baş verməklə, sol qulağımdan sağır oldum. Valideynim məni doktor 

yanına aparmaqdansa, dava- dua ilə xəstələrə şəfa vermək iddiasında olan bir seyidin yanına apardılar. Alicənab 

Seyid ağa bütün on beş günü qulağıma dua püləyirdi və özü dediyinə görə dərman tökürdü. Xatirimə gələn 

dərmanlardan birisi neft idi! Müalicə zamanı saatı qulağımın dibində tutanda heç nə eşitməyirdim, amma qulağıma 

yapışdıranda nə isə bir səs gəlməsini duyurdum. Seyid ağa da istədiyinə (nəzir- niyazına) çatmış olurdu! Bir gün 

solum üstə uzanmışdım, yastıq eşidən qulağımın üstünü tutmuşdu. Saatı tutuq qulağıma yapışdiranda,  saatdan gələn 

səsi hiss etdim. Qıcıqlanıb saatı dişlərimin ilə saxlayıb, yoxladım. Səsini yaxşı eşidirdim. Neçə dönə yoxlayandan 

sonra doğrucasına eşitməyimə inandım. Qısaca desəm, eşidən qulağımın üstünü qapadıqda, dişlərimin yardımı ilə 

saatın səsini eşidə bilməyimi başadüşdüm. Bu təcrübənin ardınca Seyid ağadan əl üzüb, onu buraxdıq! Günlərin 

birində, «dilsizlər və sağırlara» təlim verərkən bu cərəyan yadıma düşdü. Onları, saatı dişləri ilə tutmaqla yoxladım. 

Saatın səsini duyurdular. Bu verimli sınaq üzündən, onlar üçün «Sümük Qulaqlıq» düzəltmək düşüncəsi beynimə 

düşdü...» (

1

)  



Bağçaban öz fəaliyyətlərinin davamında, 1943-cü (1322) ildə Tehranda, «Dilsiz və sağır uşaqlardan himayə 

cəmiyyəti»nin təməlini qoymuşdur.  



 

«Zəban» (dil) və «Bəhare kudəkan» (uşaqların yazı) dərgiləri  

1943-cü (1320) ildə müttəfiq dövlətlərin qoşunları iranı işğal etdilər. İnsaniyyət və azadlığın qənimi, Riza xan 

mirpənci, Pəhəlvi ləqəbi ilə Şah edən yadellilər, onu taxtdan yerə salıb üzdən iraq sürgünə göndərdilər. Nisbi 

azadlıqlara meydan açıldı. Bağçaban yaranan əlverişli fürsəti itirmədən dərgi çıxarmağa əl atdı. 1944-cü (1323) ilin 

qışında, Tehranda müəllimlərə məxsus «Zəban» («dil» deməkdir və müəllimlərin danışan dili olmasına işarə dir) adlı 

aylıq bir dərgini yaymağa başlaya bildi. Doktor Həştrudi ilə Əhməd Aram da yazıların yır- yığışında və dərginin 

yazıçısı kimi ona yardım edirdilər. Dərgi müəllimlərin haqqlarını müdafiə edirdi, Bağçaban deyirdi «müəllimçilik 

bizim məramımızdır!» (məzhəbimizdir) «Zəban» dərgisi Azadlıq Cəbhəsinin əzasından idi. İctimai mövzülarla 

maraqlanıb ölkənin daxili və xarici siyasətlərini açıqlamağa çalışırdı. Maarif təşkilatlarının çatışmazlıqlarını 

açıqcasına və kəsginliklə tənqid edirdi. Müəllimləri arxadaşlığa və əlbirliyə çağırırdı. Onları sinif olaraq 

birləşdirməyə çalışırdı. Dərgi bütün əyalətlərdə müəllimlərin sevgisini və sayqısını qazanmışdı...  

Amerikada dokturasını almış maarif nazırının fikrincə, Bağçaban təhsilatsız (təhsilat mədrəki olmayan), şahlığın 

ziddi, komunist və Tudəçinin birisi idi və əslində İranlı deyil, Qafqazlı mahacirlərdən idi. Bağçaban onun qarşısında 

uzun və dışsındırıcı yazı ilə «Zəban» dərgisində çıxış etmişdir:  

« ...Ağayi nazir! Mən filankəslər kimi Berlində olmamışam və Parisdən gəlməmişəm, mən Moskvaya gedib və 

Londondan qayıtmamışam, mən sizin tayınız Amerika yemişi deyiləm.  

Siz nazir ikən, mən sizinlə bu mücadiləni sadə bir müəllim olaraq başlamışam. Amma mənim təlimatçılıq 

məsləkimdə (məzhəbimdə) qorxaqlıq və dizə çökmək dönüklük (kafirlik) deməkdir. Mən qoyun kimi zülmün, 



tapdalanmanın və yalanın qarşısında baş əyib, susa bilmərm. Belə etsəm, məndən təlim alanlar da qoyun xuyunu 

mənimsəyəcəklər. Zülmə qarşı mübarizədə kimsə mənlə yola düşüb ayaqlaşmasa, özüm tək başıma yollanmalıyam. 

Yalnız qalsam belə, başqalarının qabağa düşməsini gözləyib, sonra onların ardına düşməyi, bacara bilmərəm. 

Müəllimlər yalan və zülmə qarşı gedən döyüşün ön sıralarında durmalıdırlar. Gərəkməz ayrılarının qabağa düşməsini 

gözləsinlər, özləri yola düşməlidirlər...» (

5- 4


)  

Bağçaban, «Mirzə Həsən Rüşdiyyə» və Cəlil Məhəmməd Quluzadə kimi, cəmiyyətin islahı və inkişafında maarif və 

mədəniyyətin böyük və önəmli rol oynamasına inanırdı. Buna görə də müəllimlərin boynuna düşən vəzifəni çox 

əhəmmiyyətli sayırdı. Zəban dərgisinin ilk sayısının üz qabığını «Vətən dili» dərsliyinin müəllifi, İranda ilk modern 

məktəbin (mədrəsənin) qurucusu və ilk uşaq şeirinin qoşanı Mirzə Həsən Rüşdiyyənin şəkili bəzəmişdir. Dərgidə 

Rüşdiyyənin həyat və fəaliyyətlərinə görə yetərli məlumat verilmişdir. Bağçaban, Rüşdiyyəyə böyük sayqı və hörmət 

bəsləyirdi:« ... Mirzə Həsən Rüşdiyyə mənim başımı ucaldıb ilk dəfə «Dilsizlər və Sağırlar» məktəbinə buyurub 

gələndə, qoyduğu əməklərə və çəkdiyi ağrılara şahıd olaraq deyə bir məktubu mənə göstərdi. Bu yazı ustadın təlim 

verdiyi bir nəfər gözü tutuq (görməz- kor) şəxsin yazısı idi... Maarif nazirliyi Rüşdiyyənin 22 illik əməyinin qədrini 

bilmədi və ona gözü görməzlər (korlar) məktəbini açmağa görə yardım etmədi... » .«... Mərhüm   Rüşdiyyə apardığı 

mübarizədə bir çox çətinliklər və arakəsmələr ilə üz üzə gəlmişdir, ona yapışmaz töhmətlər də yaxılmışdır.» (

5- 4


)  

 

 



 

 

 



 

 

1945-ci (1324) ilin yazında Zəban dərgisinin cənbində, «Bəhare Kudəkan» (uşaqların yazı) adlı uşaq dərgisini nəşr 



etməyə başlamışdır. Dərgidə, şifahı xalq yaradıcılığı (folklor) səpki və dilindən olduqca yararlanaraq tərbiyəvi və 

tənqidi əsərlər dərc edirdi. Bağçabanın ictimai baxışları «Zəban» dərgisi kimi burada da qabarıqcasına gözə çarpırdı. 

Örnək oaraq «Dəvə biri bir qıran» (Şotor yeki yek qerane) adlı, folklorik ədəbiyyat sayağı yazdığı rəsmli tənqidi 

həkayədə belə yazmış idi: «...Bir gün Kərblayı Rüstəm əmiyə, iki oğlunun Riza şahın sarayını tikəməyə biyarlığa 

aparılmasını bildirdilər. Kərblayı Rüstəm və Xücəstə xanım o gündən sonra bir də balalarının üzünü görə bilmədilər. 

Dibdə, üç ildən sonra, Kərblayı əmiyə oğlanların vay xəbərini gətirdilər. Şahın nökərləri onları şallaq altında məhv 

etmişdilər... » (

4

)  



 

«Dilsizlər və Sağırlar»ın təhsil proqramı və ocağı, müəllim becərmə kılasları / kudeta / dustaq / Türkiyə səfəri  

1949-cu (1328) ildə Bağçabanın yazıb hazırladığı «Dilsizlərin» beş illik təhsil dövrəsinin nizamnaməsi və proqramı 

təsdiq (təsvib) edilmişdir. İki il sonra 1951-ci (1330) ildə «Dilsizlər və Sağırlar Ocağı»nı qurub və sağırların təlimi 

üçün müəllimlər tərbiyə etmək kılasını öz məktəbində dair edə bilmişdir.  

Dərbarın xəyanəti və əlbirliyi ilə Amerika və İngilis dövlətlərinin 1953-cü (1332) ildə murdad ayının 28 də yola 

saldıqları çevrilişdə (kudeta da) altmış səkkiz yaşlı Bağçaban da bütün ailəsi ilə birlikdə tutulub (

2

) və bir sürə 



Xürrəmabadın Fələk-ül Əflak qalasında dustaq olunmuşdur. Bağçabanın özünün vurğuladığına görə , o, siyası 

hizblərdə (partiyalarda) üzv olmamışdır. (

1



**



Ancaq ictimai məsələlərdə aktiv olmasına görə polisin nəzərincə göz 

altında saxlanılmalı adamlardan idi.Deyilənlərə görə tutulmasının səbəblərindən biri də Sülh cəmiyyətinə qatılması 

ola bilərdi. O, zındandan qurtardıqdan sonra yenə də mədəni və ictimai işlərinin ardını tutmuşdur.  

Türkiyənin «Dilsizlər və Sağırlar» məktəblərinin təcrübələri ilə tanış olmaq üçün 1958-ci (1337) ildə Türkiyə 

səfərinə çixmişdir. Görüşdən sonra, «Dilsizlər və Sağırlar» üçün müəllimlər tərbiyə etmə kurslarının ardını tutmaq 

zərurətini daha artıqraq hiss edib və işin dalısını yenidən tutmuşdur.  



 

Son dönəmlər  

Ömrünün son illərində, 1964-cü (1343) ildə müəllimlər üçün «Dilsizlərə və sağırlara təlim vermək metodu» (Rəveşe 

amuzeşe kər və lalha) və sağırlar üçün «Hesab » kitabını, yazmış, ictima xadimlərinin və yaxşı adamların xidmətlrinə 

sayqı göstərmək üçün «Səlam cəmiyyəti» (geramiydaşt ya cəmiyyəte səlam) adlı dərnəyi qurmuşdur.  

Cabbar Bağçaban sülh sevər, azadixah və humanist bir insan idi. Ömrünün sonunadək uşaqlar, dilsizlər və sağırların 

təlim- tərbiyəsi və sağlamlığı uğrunda yorulmadan mübarizə etmişdir. O deyirdi: «mənim məktəbimin qapısı heç vaxt 

yoxsul uşaqların üzünə bağlanmayacaqdır. Uşaqların mali durumları, miliyyət və irqləri, din və məzhəbləri, mənim 

məktəbimə daxil olub- olmamalarına heç zaman mane törətəməyib- törətəməyəcəkdir. Məktəbimdə təhsil almanın 

yalnız şərti, uşağın sağırlığı (karlığı) və ondan irəli gələn dilsizliyidir (lallığı)...» (

4

)  



 

 

 

 

 

 

Cabbar Əsgərzadə Bağçabanın bədii yaradıcılığı  

Bağçaban, ictimai çalışmaları ilə yanaşı, maarif və mədəniyyət (ədəbiyyat, incəsənət və teatr) sahələrində də 

fəaliyyətlrinə davam etdirmiş, İranda uşaq ədəbiyyatının ilk müəllifi, naşiri və rəssamı olubdur. O, uşaqların 

psikolojik aləmini dərindən tanıyırdı. Onların gözü ilə dünyanı seyr edib və ağır yüngül etməyi bacarırdı. Uşaqların 

başa düşəbiləcəyi dildə yazıb yaratmaq onun qabarıq xüsusiyyətlərindən biri idi. Onun çox cəhətli yaradıcılığı- 

pedaqoji, şeir, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi.  

Türk, fars və rus dillərini bilirdi və əsərlərini türkcə və farsca yazmışdır. Yazılarını və lirik şeirlərini «C.Əsgərzadə», 

«Aciz», «Bağçaban» adları ilə, satirik şeirlərini isə «Məhkəmə pişiyi», «Noxtasız», «Leyləyin yuvadibisi», «Molla 

Haray» «Anaş qurbağa», «Qurbağa», «Hacı leylək», «Müqəllid», «Lək lək» və s. taxma adlar ilə çap etdiribdir. (

12- 


10

)  


«Onun teatr, şeir və uşaq nağıl və hekayələri mövzülarinda 9 cild farsca əsəri çap olunmuşdur. Pedaqoji, dilsizlər və 

sağırların yazıb-oxuması və təlim-tərbiyəsinə dair isə 13 əsəri nəşr edilmişdir.» (

2

) O cümlədəndir: «Adəme əsil», 



«Əsrare təlim və tərbiyət», «Əlifbaye asan», «Əlifbaye Bağçeban», «Rəveşe amuzeşe kər və lalha», «Zendeqaniye 

kudəkane», «Mən həm dər dönya arzu darəm», «Zendəginameye Cəbbar Bağçeban» və sairə...  

1970-ci (1349) ildə «Dünya uşaq kitabları şorası», Bağçabanın uşaqlara yazdığı «Baba bərfi» adlı kitabını «Uşaq 

kitablarının ən yaxşısı» kimi seçmişdir. 1958-ci (1337) ildə basılan «Bağçabanın rübailəri» (Robaiyyate Bağçeban) 

onun həyat fəlsəfəsi və düşüncə tərzini ifadə edir. «Doğru insan» (Ademe əsil) adlı əsərində, xalqın uğrunda sevgi ilə 

qoyulan əməyi, adamlığın ölçüsü sanmış, insana yarayan əmək olaraq, dəyərləndirmişdir. O deyirdi, cəmiyyət, öz 

xadimlərinin, mədəniyyət qulluqçularının və yaxşı adamların əməklərinin qədrini onların sağlıqlarında bilməlidir və 

onlar durarkən ağırlanmalıdırlar.  

«...Bağçəban Azərbaycana və ana dilinə ürəkdən vurğun idi. Əlinə düşən fürsətdə sevgisini göstərər imiş. » (

8

) Ömrü 



boyuca, Pəhləvilərin diktatorluğu altında Azərbaycan türkəcəsində yazdığı əsərlərini, buna şahid çəkəmək olar. 

Səminə xanım «Şərq» dərgisi ilə danışığında müxbirin «ata- anasının fars dilli olub- olmamaları və yaxud farscanı 

Qafqazda öyrənmələri» sualına cavab verərkən belə vurğulayıbdır: «yox, onlar həmişə bir- birlərilə türkcə 

danışardılar. Ancaq anam İstanbulun Aya Sofiya məçidində, atam isə mollaxanada bir qədər yazılı (ədəbi) farscanı və 

Quran oxumağı öyrənmişdilər. Amma farsca danışmazdılar. Gerçəkdən farsca danışa bilmələri irana köçüb şıraza 

getdiklərindən sonranındır...»(

2

)  O dövrun jurnalistlərindən biri, Bağçabanın Azərbaycan nehzəti haqqında 



coşğunluqla çıxış etməsini nəql edibdir. 

***


 

Onun, 1953-cü (1332) ilin kudetasının ardınca gələn ağır və boğuntulu illərdə, qocalıq bilmədən «Heydər baba» adı 

ilə qurulmuş milli-mədəni dərnəkdə çalışması, milli-mədəni varlığımıza və ana dilimizə bəslədiyi sevginin dərinliyini 


göstərir. Doktor Səlamullah Cavid «Dostlar görüşü» adlı kitabında dərnəyin fəaliyyətlərindən yazaraq çox hörmətlə 

Bağçabanın adını çəkibdir. Onun həyatından və çalışmalarından yığcam olaraq yazıb və Heydər baba poemasina 

yazdığı nəzirəni kitabında veribdir. (

6



Doktor Fərzanənin fikrincə 

****


 «...bu ocağın o günkü ağır və təhlükəli şəraitdə işə başlamasının, bütün çətinliklər 

və uğursuzluqlarla bərabər, milli-mədəni varlığımızda dərin və unudulmaz izi və təsiri olmuşdur...Dərnəkdə iştirak 

edənlərin əsas vəzifəsi,... get- gedə daha da genişlənmiş və bir sıra dilçilik, folklor araşdırmaları və nəzm- nəsr 

əsərlərinin ortaya çıxmasına yol açmışdır...» (

7

)  


Bağçaban gəncliyində «Molla Nəsrəddin» məcmuəsinin ardıcıl əməkdaşı olmuşdur. Üstəlik, Qafqazda çıxan türkcə 

dərgi və məcmuələrdə , o cümlədən Tiflisdə, Bakıda, İrəvanda nəşr olunan «Tartan-partan», «Zənbur», «Kəlniyyət», 

«Məzəli», «Babaye əmir», «Bəhlul», «Rəncbər», «Zəngi», «Qızıl şəfəq» kimi dərgi və qəzetlərdə satirik şeirlər və 

kəskin publisistik (ictimai- siyası yazı) məqalələrlə çıxış etmişdir. İrəvanda «Lək lək » dərgisin yaymışdır. (

10-12

)  


Türkcə əsərləri 12 cilddir. (

2

) O cümlədəndir «Qızıllı yapraq», «Bayramçılıq», «Xor xor», «Erkək xalaqızı ya 



Gülsənəm», «Fədakar müəllim», «Cahangirlik nümayişi ya xud Teymurləng, bir pərdə vəhəşətlı faciə (tamaşa)», 

«Şeyx Şamil nehzətindən (tamaşa)», «Pərvanənin kitabı», Şəhryarın «Heydər baba» əsərinə nəzirə və «Azəri 

Xəyyam» adı ilə nəşr etdiyi Xəyyamın rübailərinin türkcə tərcüməsi... (

bax: örnəklər

)  

 

 



son anlarında 

Mirzə Cabbar Əsgərzadə Bağçaban 1966-cı (1345) ilin Azər ayının 4-də , Tehranda yaşarkən vəfat etmişdir. Onun 

məzarı «Şəhr- Rey»də İbn Babuyə məzarlığındadır. Onun adı həmişə xalqımızın böyük humanist və pedaqoq oğlu 

kimi sonsuz hörmətlə yad ediləcəkdir! O, ömür boyu dilsizlərin dil açmasına çalışmışdısa da, özü dunyadan dili bağlı 

getmişdir.  

Bağçabanın böyük oğlu, görkəmli musiqiçi və incəsənət xadimi Səmin Bağçaban, atasının həyatının sonku anlarını 

atası haqqında yazdığı «Çehre haiy əz pedərəm» adlı bədii əsərində beləcəsinə vəsf edibdir:  

«Azər ayının beşinci günü idi. Səminə və Pərvanə gecəni xəstəxanada atamın başı üstə keçirmişdilər. Gün ortadan 

sonra mən Evlin ilə xəstəxanaya gəldikdə onlar evlərinə qayıtdılar. ...Evlin yatağın qırağında oturub atamın əlindən 

tutub və tumarlayaraq soruşdu: «Baba, istəyirsiniz sizə türkcə bir mahnı oxuyam?» Atam lapdan özünə gəldi. Sancını 

unutmuşdu. Var gücünü yığaraq diqqətlə qulaq asırdı. Ağrıdan və coşğunluqdan titrəyən bir səslə dedi: « Oxu 

Evəlin... oxu... oxu...»  

Evlin başını onun başına yaxınlaşdıraraq atamın eşidəbiləcəyi ən son mahnının ən sonuncu sözlərini, musiqi 

yaradıcılığının ən sonuncu zil- bəmlərini onun qulaqlarına axıtdı.  

Od, yaxılar,  

Yanqısını qazan bilər.  

Bülbülün çəkdiyin  

Gül nə bilir,  

Xəzan bilər.  

Xəstə bilir, gecələri nələr çəkər.

 

 

Leyla! Bu ağrını, yazan bilər!  



 

Mahnı qurtardıqda atam diksinib yuxudan ayılanlar kimi, özünü ələ alıb şeirin son sətirlərinə etirazını bildirdi. 

Sancıdan səsi titrəyirdi. Sözünü deməyə tələsirdi: canım, Evlin, Evlin... «yazan bilər!» yanlışdır, kimsə bu ağrını 

mənim adıma yazmayıbdır. «Çəkən bilər!» düzgündür. Mahnının sonku sətirlərini belə oxumalısan:  

 


Xəstə bilir gecələri nələr çəkər.  

Leyla! Bu ağrını, çəkən bilər!  

 

İkindi çağı Səminə ilə Pərvanə gəldilər. Evlin ilə mən evə qayıtdıq. Telfon zəng çalanda, evə təzəcə yetişmişdik. 



Qulaqlığı götürən kimi bacımın səsini tanıdım, ancaq səsi dəyişmişdi. Tutğün idi...Yağmurlu idi...Atam ölmüşdü». 

(

3



)  

yazını hazırlayan: Məmi (məmmədriza) Ələrdəbili 

 

 

 

 

 

 

Qeydlər:

  

Bağçabangıl: Cabbar (Əsgərzadə) Bağçaban və həyat yoldaşı Səfiyə xanım Mir Babai, Səminə ə Pərvanə xanım (qızları), Səmin 

(oğlu), Evlin xanım (Səmin bəyin həyat yoldaşı)

 

 

*



Mirza Qafarxan Zunuzi (Siyahpuş)   -

  Hacı Həsən oğlu Mirza Qafarxan Zunuzi adlım məşrütə inqilabçısı, Zunuzda anadan 

olubdur (1300 hicri qəməri ilində).İranda boğuntu və işsizlik üzündən Arazın o tayına köçüb, Məşrutə hərəkatı başladıqda geri 

qayıtmışdır. O, Heydər Əmioğlunun qızğın tərəfdarlarından idi. Heydər xan İrandan çıxandan sonra qara geyinrədi, buna görə 

Siyahpuş adlanmışdır.  

Qafarxan böyük natiq, yazıçı və şair idi. Çağdaşları (o cümlədən Bağçaban) onun qorxmaz və coşğun bir inqilabçı olması 

həqqində hekayətlər etmişlər. (

bax: örnəklər

) Kəsrəvinin yazdığına görə (On səkkiz il Azərbaycan tarixi) 1286-ci ildə Təbrizidə 

Məqsudiyyə məhəlləsinin Meydan məçidində Ətabək Əəzəmi öldürən Təbrizli Abbas ağa Sərrafın yas mərasimini yığışdıranda 

çıxış edib və aşağıdakı şeiri oxumaqla xalqı coşdurmuşdur:  

Arxadaşlar, haray salın, cuşə gəlsin kainat 

Ta cahanə sabit olsun, bizdəki əzm-u səbat 

Zillət əmdə mürəccəhdir şərəfli bir məmat 

Millətə lazım deyildir, beylə əfsürdə həyat 

Zülm-u istibdad dövri dərd-u yəəs əyyamıdur 

Arxadaşlar, qan tökün, qan tökəməyin əyyamıdur.  

 

Ölümdən can qurtarıb bir sürə Osmanlıya köçmüşdür. İstanbulda Nurullah xan Yekani ilə birgə çalışmışlar. İrana dönəndən sonra 



jandarm sahib- mənsəbi kimi işləyirmiş. 1298-ci ilddə major olarkən Azərbaycanda ikinci yeni üsul üzrə qurulan məktəbi 

təəsübkarların qarşıdurmalarına baxmayaraq Zunuz şəhərində Açmışdır.  

Kəsrəvi yazır:...Sərdar Mötəzed (Azərbaycan valisinin müvəqqət olaraq canşini və qoşun başçısı) sərbazların geyimləri və 

aylıqlarından oğurlayırmış, onların sayısını olduğundan çox göstərməklə artıq qalan çörək pullarını da özünə götürürmüş...İşın 

üstü açılmışdısa da, çəkinmirdi. Sərbazların çılpaq və ac yalavac dolanmalarını, üzünə gətirmirdi. Məşərutə (hərəkatı) 

başlanqıcının adlım döyüşçüsü və yaxşı natiq, ordu majoru, Zunuzlu Mirza Qafarxan 1919-cu ildə (1298) sərbazxanaya görüşə 

gəlir. Sərbazlar onun qabağını kəsib, ac və əyni yalın olmalarından gileylənirlər. Qafarxan bir söz demədən sərbazxananın 

ortasında hündür bir yerin üstünə çıxır. Sankı qəbristanlığa girmişdi, uca səs ilə «allahommə əğfəri lilmöminin vəlmöminat » 

duasını oxuyur. Sonra üzünü dövrəsinə yığışmış sərbazlara tutub deyir: soruşacaqsınız, burası qəbristanlıqdırmı?! Bəəli bura 

qəbrıstanlıqdır, sizlər də onun ölülərisiniz. Deyirsiniz geyiminiz yoxdur, ölüyə geyim nə gərək?! Başmağınız yoxdur, ölüyə 

başmaq nə gərək?! Sizlər ölməmişsinizmi?! Pulunuzu yeyən, sizləri çılpaq saxlayan yalqızın birisi deyildirmi? Diri olsaydınız, 

tutub sürüyə- sürüyə gətirib həqqinizi ondan alardınız! Sərbazlar, bu sözlərin əsərində Sərdar Mötəzedin evinə sarı üz qüydular, 

hesabdarı Mirat Əlsəltənə ilə birlikdə çox zəlil halında gətirib sərbazxanada saxladılar... Bu həngamənin içində Qafarxanı 

göndərən Sərdar İntsar özünü yetirib onları dilə tutur, Mötəzed ilə Mirat Əlsəltənənin işlərinə yetişəcəyinə söz verir, üç gün 

içində, sərbazların yubanmış cirələrini verməyə və aylıqlarını ödəməyə boyun olur. Beləliklə də qopmuş fırtınanı yatırdır...  


Artıq 1299-cu ildə İngilis əlaltılarının kudetası həyata keçmişdi və Rizaxanın hökuməti formalaşmağa başlamışdı və belə 

davranışlara və inqılabi işlərə yer yox idi. Bu zamanlar Qafarxan sərhənglikdən çıxarılıb, Tehranda pinəçilik ilə yaşayırdı, və iri 

xətt ilə dükanın kətəbəsində yazdırmışdı: « Dünənin sərhəngi, bu günkü pinəçi, Mirza Qafar Zunuzi » (Sərhənge diyruzi, 

piynəduze emruzi, Mirza Ğəffar Zonuzi). Bunu Rizaxana çuğullayırlar. O qafarxan ilə danışandan sonra, üzdə onu işdən 

çıxaranları toparlayıb yenidən işə götürülür. Başqa rəvayətə görə dərəcəsini azaldıb və ondan istəyir ki dinməz söyləməz sağır 

kimi başını salsın öz işinə və ayrı işlərə qatılmasın. 1934-cü (1313) Mirza Qafarxan səssiz- sovsuz, məşkuk bir halda zəhərlənib 

məhv edilir. 

)

 دمص



ىرادرس

 

اين



 :

 باتک


»

ناجيابرذآ ريھاشم

«

(

 



http://zunuz.blogfa.com/post/18

 

 



*

Mirza Nurlla xan Yekani- Nurulla xan Yekani 1879-cu ildə (1258) Mərəndin Yekanat bölügündə anadan olmuşdur. 

Gəncliyində yerli feodallarin əlindən və iş dalıca o taya keçmişdir. Orada olarkən zavodlarda və mədənlərdə işləyırmış. 1900- cu 

ildə Nəriman Nərimanofun yardımı ilə qurulan «İctimaiyyun Amiyyiun komitəsi»nin mərkəzi kadrı kimi çalışmışdır. İnqilabi 

hərəkatın güclənməsi ilə Təbrizə.gəlib Əli Müsyo və Şeyx Məhəmməd Xiyabanı ilə görüşüb danışdıqdan sonra, başqa aktivlərlə 

birlikdə, (sonralar «Qeybi Mərkəz» adi ilə tanınmışdır), Təbrizin «İctimaiyyun Amiyyun» hizbinin təməlini qoymuşdular. 

Məşrutə hərəkatında Fədai başçısı kimi Səttarxanın silahdaşları sırasında döyüşmüşdür. Şeyx Məhəmməd Xiyabanı başçılıq edən 

Azadistan hərəkatında fəalcasına iştirak etmişdir. Yekani, hərəkatı başçılıq edən kadrların içərisində yoxsulların təmsilçisi idi. 

Xiyabanı öldürləndən sonra həbsə alnıbdır. Bir iddə qabaqcıl adamların yardımı ilə dustaqdan qurtarıb Xorasana gedib və orada 

«Milli komitəyə aparılıbdır. Kolnel Məhəmməd Taği xan Pesyan başçılıq etdiyi üsyanda Yekani də iştirak etmiş olur. Üsyan 

yatırılandan sonra Azərbaycana- yaşadığı kəndə qayıtmışdır. Təbrizdə Lahuti başladan hərəkata qoşulub və yenidən həbsə alınır. 

Uzun müddət zindanda saxladıqdan sonra Yekanatdan başqa bir yerə getməmək təəhüdi alıb və orada nəzart altında 

saxlanılır.Kənddə olduğu zaman məktəb açmaq və kəndlilər arasında azadlıq əfkarını təbliğ etməklə mübarizəsinə davam 

etdirirdi.  

1320- ci ildən Mərənd, Xoy və Salmas bölgələrində Tudə hizbinin təşkilatlarını yaradıb və Birinci Azərbaycan Əyaləti 

konfransının cələsəsini açıbdır.  

1324- cü ildə Azərbaycan Demokrat Firqəsi yaranandan sonra Azərbaycan Demokrat Firqəsinin birinci qurultayına nümayəndə, 

mərkəzi təftiş komisionuna üzu, Milli Konqrənin nümayəndəsi və Milli Müəssislər Heyətinin üzvü seçildi. Milli Hökumətin 

tədbirləri və habelə Yekaninin tədəbirləri nəticəsində Xoy şəhərinə lüləkeşlik edilib su çəkildi, yetim uşaqlar üçün tərbiyə evi 

təşkil edildi və şəhərdə yeni məktəblər açıldı...  

Milli Məclisin təşkili zamanı Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir. Daxilə nazirliyinin müavini və Milli 

Hökumətin qərarı ilə Urmu şəhərində nəzmiyyə rəyisi vəzifələrində işləmişdir. Mərkəzi dövlət Azərbaycana qoşun yeridib və 

oranı işğal edəndən sonra, Məhəmmədriza şahın cəza dəstələri qocaman inqilabçıya divan tutub olmazın işkəncələr vermişlər. 

Yekanını dar ağacının altına gətirərkən onun dabanlarına vurulmuş mıxların yerindən hələ də qan axırdı.  

Səlam olsun Nuralla xan Sərhəngə  

Vətən səhnəsində o girdi cəngə  

Sığal verdi öz atıynan, tüfəngə  

İgidlər yerisən, sən Qaladağı (

Urmulu Aşıq Əli abdiyni

)  


 

Səttarxan eylədi fəndi  

Nurulla xan doğradı qəndi  

Sərkərdələrin içındə  

Yaşasın Hafiz əfəndi (

xalq qoşmalarından

)  

 

(Azərbaycan Demokrat Firqəsinin nəşri: Azadlıq yolunun mübarizləri /Əbdülhüseyn Nahidi Azər: Se Mobareze Məşrutə)  



 

 

*



Əbülqasım Fiyuzat- 1267- cı idə Təbrizdə anadan olubdu.Gənc yaşlarından müəllimçiliyə başlayıbdır. «Təcəddüd» qəzetinin 

yazıçısı və bir sürə müdiri idi. Azadistan hərəkatında fəallcasına iştirak edibdir. Əbülqasım Fiyuzat da Yəkanı və Məhəmməd 

Tağqı Rəfət kimi Xiyabanının başçılığı altında qurulan (20 nəfərə yaxın) rəhbərlik heyətində iştirak edirdi və maarif rəyisi 

işləyirdi. Xiyabanı öldürülüb və hərəkat tapdanandan sonra, başçı kadr və Xiyabanının müşaviri olmasına baxmayaraq nehzət 

həqqində susan adamlardan biri olmuşdur. Sonralar Təbrizin maarif idarəsinin rəisi olub, Təbrizdə ilk peşə məktəbinin əsasını 

nəccarlıq və nəqqaşlıq kılası dair etməklə qoyubdur. Şiyrazın maarif rəisi olarkən Bağçabanın yardımı ilə Şiyrazın uşaq bağçasını 

qurmuşdur. 

(Əbdülhüseyn Nahidi Azər: Conbeşe Azadistan)  

**

- (1948) 1327- ci ilın bəhmən ayının 15 də Şahın canına qəsd ediləndən sonra, müddəi əl ümumunn istəyinə görə 



şübhələndikləri adamlar içərisində Bağçaban da, tutulmuşdur

(«Yaddaşthaye Qasem Ğəni» cild 3)

 

 


**

 «Seyre komonizm dər İran» adlı kitabda belə bir qeyd var: 1942- də (1321) Tehranda, Hizbe Tudənin birinci əyaləti 

konfransında iştirak etmiş ğeyri hizbilərdən biri də Cabbar Bağçaban idi... O öz çıxışında Rüsiyəyə (Şorəviyə) şiddətlə 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin