I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə18/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

1.İngilis sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, ERASMUS- 

European Region Action Scheme for the Mobility of University Students (Üniversite Öğrencilerinin 

Hareketliliği İçin Avrupa Bölgesi Eylem Tasarısı);ALES-Akademik Personel ve Lisansüstü Eğitimi 

Giriş Sınavı; BBC- British Broadcasting Corporation (İngiliz Radyo Televizyon Kurumu);FİFA-

Fédération Internationale de Football  Association (Uluslararası Futbol Federasyonu); UEFA- 

Union of European Football Associations (Avrupa Futbol Federasyonları Birliği); TOEFL - Test of 

English As a Foreign Language (Yabancı Dil Olarak İngilizce Testi); Interpol -International 

Criminal Police Organization (Uluslararası Polis Örgütü); CAO-Civil Aviation Organisation 

(Uluslararası Sivil Havacılık Örgütü); 

2.Türk sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, İETT-İstanbul 

Elektrik, Tünel, Tramvay İşletmesi; GAP- Güneydoğu Anadolu Projesi; YÖS-yabançı uyruku 

öğrenci sınavı; 

TÖMER


-Türkçe Öğretim Merkezi; ABD- Amerika Birleşik Devletleri; AKM- 

Atatürk Kültür Merkezi; CHP-Cumhuriyet Halk Partisi;GUAM -Gürcistan, Ukrayna, Azerbaycan, 

Moldova ülkelerine verilen ad; ODTÜ -Orta Doğu Teknik Üniversitesi;TRT- Türkiye Radyo 

Televizyon Kurumu;BOTAŞ- Boru Hatları ile Petrol Taşıma Anonim Şirketi; 

Yuxarıda qeyd etdiyimiz ixtisarları dedikdə artıq baş hərflərin arxasında gizlənən sözlər deyil, 

yeni yaranan abreviaturanın daşıdığı məna önə keçir. Məsələn, bu gün Türkiyə türkcəsindən 

Azərbaycan dilinə keçmiş YÖS-sözü abituriyentlər, təhsil işçiləri arasında geniş işlənməkdədir. 

Lakin bəlkə də çox az adam bu sözün mənasını anlayır. Bu söz dedikdə yalnız bir imtahan növü 

düşünülür.  

Tatar dilində ixtisarların böyük qismi rus dilindən alınmışdır. Lakin bununla belə F. Qəniyev 

bildirir ki, tatar dilinin öz sözləri hesabına da yaranmış ixtisarlar mövcuddur. Məsələn, 

AKŞ(Amerika Kuşma Ştatları), BMO( Berleşken Milletler Oyışması), KDU( Kazan Devlet 

Universiteti), KDPU( Kazan Devlet Pedagogiya Universiteti) və s. (9. s.51). 

F.Qəniyev tatar dilində ixtisarların aşağıdakı növlərini göstərir: 

1. Baş hərflərə görə qısaltma. Bunun da tatar dilində 3 növü mövcuddur. a)Sözlərin ilk 

hərflərindən ibarət ixtisarlar: FRG-Federativnaya Respublika Germaniya; GDR -Germanskaya 

Demokratiçeskaya Respublika; b)Sözlərin ilk səslərini əlavə etmək yoluyla yaranan ixtisarlar 

KDPU-Kazan Devlet Pedagogiya Univerisiteti; c) Sözlərin ilk səslərinin və ilk hərf adlarının əlavə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



93

etmək yoluyla yaranan ixtisarlar: BASSR-Başkort Avtonomiyalı Sovyet Sotsyalistik Respublikkahı 

və s. 

2.Hissələri bitişdirilərək yaranan abreviaturalar. Bunlar da iki yerə ayrılır: a)Sozlərin ilk 



hissələrinin birləşməsi ilə yarananlar; Məsələn, raymag(rayon mağazası). Bu cür ixtisarlar tatar 

dilində azdır. b)Mürəkkəb adın ilk sözünün başlanğıc hissəsinin və ikinci sözün əlavə olunması ilə 

yaranan ixtisar sözlər. Məsələn, dramtügerek(amatör tiyatro topluluğu), profhereket(ustalıqla edilən 

iş, hərəkət)və s. Bu cür ixtisarlar Türkiyə türkcəsində də çoxdur(9. s.52).Tatar dilində 

abreviaturaları yaratmaq üçün hər hansı bir meyar yoxdur. 

Müasir qazax dilindəki abreviaturalar haqqında tədqiqat aparmış D. Tursınbaeva da 

abreviaturaları sözyaratmanın bir növü kimi təqdim edir. Məsələn, ҚҚХҚИ-Қазақ құқықтану 

жəне халықаралық қатынастар институты, МББҚБА-Мемелекеттік жəне білім беру 

қызметкерлерінің білік, ҚҰБ -Қазақстан Ұлттық Банкі, ЕКПА -Еуропа Кеңесі Парламенттік 

Ассамблеясы, ҚазТАГ -Қазақ телеграф агенттігі və s. ( 15,s.214). 

Araşdırmamızdan belə nəticəyə gəldik ki, abreviasiya hadisəsi müasir Azərbaycan dilində və 

Türkiyə türkcəsində türk dillərində sözyaratma üsullarından biri kimi təzahür edir. Abreviasiya 

hadisəsi türk dillərində sözyaratma üsullarından biri kimi göstərilir və abreviaturalar müstəqil bir 

leksik vahid kimi dilin aktiv fondunda iştirak edirlər.  

 

Mahmudova Gatiba Chingiz kizi 



 

Abbreviation as the method of word formation in the Azerbaijan and Turkish 

languages 

 

Summary 



 

Abbreviation as the method of word formation is considered in the article. Today we can not 

imagine any language without an abbreviation.The formation оf the abbreviation in any language is 

characterized with special characterization and  the grammatical structure, but there are general 

principles of the abbreviation in all Turkic languages. The investigation of these general principles 

and the functions of word formation in abbreviation are considered. Various  scientific articles and 

internet sources are used in the writing of this article.   

 

Key words: abbreviation, word creativity, method, Turkish languages 



 

 

Qurban Qurbanlı, f.ü.f.d., dos. 



Naxçıvan Dövlət Universiteti 

 

HEYDƏR ƏLİYEV DİLINİN (NİTQİNİN) LEKSİKOQRAFİK TƏSVİRİ                                    



TÜRK LÜĞƏTÇİLİYİNİN AKTUAL PROBLEMİ KİMİ 

 

Böyük fransız mütəffəkiri Volterin (1694-1778) təbirincə, lüğət əlifba sırası ilə təqdim 



olunan kainatdır. Bu “kainatla” - lüğətlərin tərtibi təcrübəsi və nəzəriyyəsi ilə məşğul olan dilçilik 

bölməsini leksikoqrafiya (lüğətçilik) adlandırırlar. Nəzərə alaq ki, müasir leksikoqrafiya təkcə 

lüğətlərin təribi ilə məşğul olmur, o həm də bu “ elm-sənət-peşə”nin nəzəri əsaslarını işləyib 

hazırlayır. Rusiyalı mütəxəssislər P.Denisov və V.Morkovkinə [1,5] görə, “leksikoqrafiya” 

anlayışının tərkib hissələri aşağıdakılardır: leksikoqrafiya nəzəriyyəsi, leksikoqrafiya tarixi və 

praktik leksikoqrafiya. Hazırda ümumi leksikoqrafiyada tədris, dialekt, elmi-texniki və digər 

istiqamətlərlə yanaşı müəllif leksikoqrafiyası da öz predmeti, məqsədləri, funksiyaları və adresatı 

olan müstəqil bir sahədir. Bu elm sahəsinin əsas predmeti ayrı-ayrı müəlliflərin, əsasən yazıçıların, 

habelə məhşur elm, sənət, siyasətçi və digər peşə sahələri nümayəndələrinin dilinin lüğətidir. Bu 

lüğətlərin yaradılması (praktik və həm də nəzəri cəhətdən) müəllif leksikoqrafiyasının əsas 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



94

məqsədidir. Müəllif lüğətlərinin başlıca xüsusiyyəti ayrıca götürülmüş yaradıcı şəxsiyyətin dil 

şüurunu, dünyanın fərdi dil mənzərəsini əks etdirməsindədir. Müəllif leksikoqrafiyası 

nəzəriyyəsinin məşğul olduğu problemlər sırasında bu elmi istiqamətin statusu, onun həcm vvə 

məzmununun müəyyənləşdirilməsi, müəllif lüğətlərinin pramatik xüsusiyyətləri, bu cür sorğu 

əsərlərinin makro- və mikrostrukturunun, onun izahat aparatının, sistem-tipoloji təsnifatı və 

digərləri qeyd olunmalıdır. Müəllif leksikoqrafiyasının tarixi məsələləri də bu bölümün hüdüdları 

daxilindədir [2,11]. Müasr dünya dilçiliyində müəllif leksikoqrafiyasının nəzəri və praktik 

məsələlərinə tədqiqatçılar geniş fikir verirlər. Rusiyada O.M. Karpova, L.P.Stupin, L.L.Şestakova, 

O.V.Korobeynikova, O.A.Melenteva, H.C.Utkina, M.V.Lutseva, M.A.Kirillov və başqaları bu 

sahədə xüsusi fəalliq göstərirlər. Avropa leksikoqraflarından isə M.Benson, S.Rennie və digərlərini 

göstərmək olar. Azərbaycanda bu işə yenicə başlandığından başda prof. İ. Məmmədov olmaqla 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Lüğətçilik şöbəsi əməkdaşlarının hazırladıqları bir-iki 

lüğəti də (məsələn, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”) göstərə bilərik. [7] 

 

 

Məşhur şəxsiyyətlərin dilinin nəzəri cəhətdən öyrənilməsi və müəllif lüğətlərinin tərtibi 



təcrübəsi dil şəxsiyyəti konsepsiyası ilə sıx bağlıdır. Məşhur rus dilçiləri V.V. Vinoqradov və Y. N. 

Karaulov 

[ 3,18 ] tərəfindən işlənilmiş bu konsepsiyaya görə, bu tipli sorğu əsərləri müəllifin 

(yazıçı, siyasətçi və s.) fərdi üslubunu əks etdirməklə yanaşı, onun dünyagörüşü, əqidə və dəyərlər 

sistemlərini də əks etdirir. Dilçilikdə “dil şəxsiyyəti” dedikdə  dil daşıyıcısı kimi nitq fəaliyyəti 

qabiliyyətləri dəyərləndirilən insan nəzərdə tutulur. Dil şəxsiyyəti həmçinin dil şüurunun 

daşıyıcısıdır. Dil şüuru isə insanı əhatə edən varlığın bilavasitə dil tərəfindən əks etdirilməsi kimi 

başa düşülür.   Məşhur insanların (yazıçı, alim, siysətçi və mədəniyyət xadimlərinin) dili ən müxtəlif 

leksik-frazeoloji, qrammatik, söz yaradıcılığı və üslubu vasitələrlə ədəbi-yazılı dilin zənginləşməsi 

prosesinə əhəmiyyətli təsir edir. Dil şəxsiyyətinin dil-mədəniyyət məkanının öyrənilməsi 

bütövlükdə millətin dil-mədəniyyət məkanını daha dərindən anlamaq deməkdir.  Ümumən 

Qərbi 


Avropada, xüsusən də ingilis, fransız və digər cəmiyyətlərin milli leksikoqrafiya tarixində görkəmli 

şəxsiyyətlərin dili lüğətlərini hazırlamaq sahəsində çoxəsrlik ənənə mövcuddur. Bu günə kimi 

ingilis müəllif leksikoqrafiyasının hesabından 60-dan çox söz ustasının dili üzrə 300-dən çox bu 

tipli çap məhsulu mövcuddur 

[4, 38 ]. Qeyd etdiyimiz kimi, müasir dünya leksikoqrafiyasında dil 

şəxsiyyəti lüğətləri təkcə bədii söz ustalarının dilini əks etdirən sorğu məhsulları ilə kifayətlənmir. 

Müəllif leksikoqrafiyasın çərçivəsində siyəsətçilərin dili lüğətləri də öz yerini tutmaqdadır. Bu, 

cəmiyyətdə dil və siyasətin qarşılıqlı təsirinə olan güclü maraqdan irəli gəlir. Günümüzün 

reallıqlarından biri budur ki, müasir dünyada cəmiyyətin həyatı günü-gündən daha çox 

ideologiyalaşdırılmaqda və siyasiləşdirilməkdədir. Siyasi xadimlərin dil xüsusiyyətlərinin əks 

olunması meylinə rus leksikoqrafiyasında da çoxdan rast gəlinir. Qeyd edək ki, hələ sovet 

dönəmində V.V.Vinoqradov adına Rus Dili İnstitutu əhəmiyyətli bir layihə - V.İ.Leninin dilinin 

lüğəti üzərində işlərə ilk olaraq başlanılmışdır. V.İ.Lenin kimi keşməkeşli bir həyat yaşamış insanın, 

siyasətçinin, o dövr üçün yeni tipi dövlətin qurucusunun, mütəfəkkirin, publisistin və s. dili, sözsüz 

ki, böyük maraq kəsb edirdi. Planlaşdırılmışdı ki, janr-üslubi yönlülüyündən asılı olmayaraq 

V.İ.Leninə məxsus bütün  mətnlər qeydə alınıb işlənilməli idi. Layihə bu siyasətçinin dilini təşkil 

edən elementlərin hamısını ehtiva etməli idi. Təəssüf ki, bu möhtəşəm ilk növbədə siyasi-ideoloyi 

və o qədər də tarixi-filoloji, mədəni-linqvistik ideya axıracan reallaşmadı. Böyük zəhmətlər 

bahasına (müasir İKT olmadığı bir şəraitdə) başa gəlmiş nəhəngsitatlar kartotekası birbaşa məqsədə 

olmasa da, bu gün müxtəlif tipli lüğətlərin hazırlanmasına xidmət etməkdədir. Digər ölkələrin tarixi 

şəxsiyyətlərinin dilinə aid müxtəlif tipli lüğətlər mövcuddur və yeniləri hazırlanmaqdadır.

[5, 211-


212

].   


Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, türk dünyasının və 

bütövlükdə sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Azərbaycan tarixinin son əlli illik 

mərhələsi bu və ya digər dərəcədə bu dahi şəxsiyyətin adı ilə bağlıdır.  

XX yüzilliyin ikinci yarısında – Azərbaycan tarixinin təkrarolunmaz  çağında – iki ictimai-

siyasi formasiyanın bir-birini əvəzləməsi ərəfəsi və keçid mərhələsində onun gedişatını aktiv 

şəkildə izləmiş, ona müdaxilə edib yön vermiş, milyonlarla insanı öz arxasınca aparmaq missiyasını 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



95

qalibiyyətlə başa vurmuş bir tarixi şəxsiyyətin dilini (nitqini) kompleks şəkildə öyrənmədən baş 

verən tarixi prosesləri adekvat şəkildə dərk etmək mümkünsüzdür. Sözü ilə minləri, milyonları bir 

meydana toplamaq, onları Vətən  naminə savaşa yönəltmək və yaxud savaşan insanları barışa vadar 

etmək və ən ümdəsi, bunlara parlaq şəkildə nail olmaq bütün digər məziyyətləri ilə yanaşı, şəksiz ki, 

Heydər Əliyev dilinin (nitqinin) qüdrəti ilə şərtlənirdi.  

Heydər Əliyev dilinin öyrənilməsi tarixinə nəzər saldıqda bu sahədə müəyyən işlərin 

görüldüyü müşahidə olunur.  Bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, xeyli mükəmməl 

ümumiləşdirmələr aparılmışdır.Bununla belə, qeyd etmək lazımdır ki, “Heydər Əliyev və 

Azərbaycan dili” problemi bundan sonrada ən azı üç aspekrdə sistemli şəkildə tədqiq edilməlidir. 

 

Birinci aspekt ümummilli liderin Azərbaycan dili uğrunda illərlə apardığı çoxşaxəli 



mübarizəsinin fəlsəfi-tarixi təhlilidir. İkinci aspekt Heydər  Əliyevin elmi-nəzəri görüşləri 

sistemində özünəməxsus yeri olan dilçilik görüşlərinin fundamental araşdırılmasıdır. Heydər Əliyev 

dilinin (nitqinin) elmi-konseptual tədqiqi isə üçüncü aspekti təşkil edir. Çoxcəhətliliyi ilə 

seçilənproblemin tədqiqinin dörd əsas istiqamətdə aparılması, zənnimizcə, daha vacibdir. Bu: a) 

Heydər Əliyevin nitq mədəniyyəti və natiqlik məharəti məsələlərinin dərindən və kompleks şəkildə 

öyrənilməsi; b)Heydər Əliyev dilindəki ictimai-siyasi leksikasının son yüzilliyin Azərbaycan ədəbi 

dilinin tarixi kontekstində tədqiq olunması;c) yaradılması qaçılmaz olan Azərbaycan dilinin milli 

korpusuna Heydər Əliyev dilininin (nitqinin) materiallarının bütünlüklə daxil edilməsi; c) Heydər 

Əliyev dilinin leksikoqrafik təsvirinin reallaşdırılamasıistiqamətləridir. 

   


 

Belə hesab edirik ki, Heydər Əliyev dilinin öyrənilməsinin başlıca və ilkin istiqaməti 

leksikoqrafik istiqamət olmalıdır. Məlum olduğu kimi, XXI əsr dünya  dilçilik elmi indiyəcən 

toplanılmış  və hər gün əldə edilən bütün informasiyanı – kainat və  söz haqqında olan bilgiləri – 

bütün aspektləri ilə ənənəvi və elektron lüğət formasında təcəssüm etdirmək məramında  və həm də 

iqtidarındadır. Ölkə dilçiliyinin  hazırkı  səviyyəsi və kompüter texnologiyasının  tətbiqi imkan verir 

ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb lüğət istifadəçilərinə təqdim edilsin. Eyni 

zamanda müasir lüğət istifadəçilərinin dörd qrupa bölündüyünü

[6, 125 ] ( 1) ümumən dil 

daşıyıcıları, 2) dili öyrənənlər (ana və xarici dil kimi), 3) dili tədqiq edənlər və  4) aid sahələrin 

peşəkarları) nəzərə alaraq  demək olar ki, Heydər Əliyev dilinin ən müxtəlif janrlı lüğətlərinin 

işlənib hazırlanması zəruri və mümkündür. Ölkə dilçiliyinin  hazırkı  səviyyəsi və kompyuter 

texnologiyasının  tətbiqi imkan verir ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb 

lüğət 


istifadəçilərinə 

təqdim 


edilsin. 

        


 

Mükəmməl mütəffəkir müdrikliyi və nadir nitq fenomenliyi ilə seçilən Heydər Əliyev 

dilinin Azərbaycan tarixində ilk kompleks lüğətinin hazırlanması son dərəcə aktual məsələlərdəndir.

 

Zənnimizcə, öncə və operativ şəkildə Heydər Əliyev dilinin tezlik lüğəti hazırlanıb 



oxucularına (tədqiqatçılara) çatdırılmalıdır. Məkumdur ki, tezlik lüğəti, ilk növbədə, dili tədqiq 

edənlər üçündür. Məlum oldugu kimi, tezlik lüğətləri nisbətən yeni tipli leksikoqrafik nəşr olub, bir 

sıra ümumnəzəri və əməli  problemlərin həllinə yardımçı olur. Sonrakı tədqiqatlar üçün baza rolunu 

oynadığına görə  əsas istifadəçisi dilçilər olan bu tipli lüğətlərin ölkəmizdə hazırlanması üzrə 

müəyyən təcrübə də vardır. “Azərbaycan qəzet dilinin  tezlik lüğəti” (Bakı, “Nurlan”, 2004, 204 s.), 

“Kitabi-Dədə Qorqud”un statistik təhlili (Bakı, “Elm”, 1999, 248 s.) və başqalarını göstərmək olar. 

Hazırda Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin böyük tezlik 

lüğətinin tərtibi işi tam şəkildə başa çatmaq üzrədir. Əgər adi lüğətlərdə lüğət vahidi kimi söz 

götürülürsə, tezlik lüğətlərində bu, başqa dil vahidləri (söz-forma, leksem, morfem və s.) də ola 

bilər. Yəni, tədqiqatın məqsədindən asılı olaraq göstərilən vahidlərdən birinin və yaxud hər birinin 

ayrılıqda seçilib götürülməsi mümkündür. Lüğətdə ilk növbədə mütləq tezliyin hesablanması həyata 

keçirilməlidir. Bu göstərici tədqiq olunan vahidin mətndə işlədilməsinin əsas, vacib və minimal 

zəruri səciyyəsi sayılır. Mütləq tezlik əsasında əlavə hesabatlar vasitəsilə başqa törəmə səciyyələr 

də əldə etmək olar. Aşağıdakı əsas göstəricilər – ranq, tezlik, eyni tezliyə malik sözlərin miqdarı, 

toplanmış mütləq tezlik, toplanmış nisbi tezlik və digər zəruri göstəricilərin bu lüğətdə əksini 

tapması gələcək tədqiqatlar üçün xüsusi əhəmiyyət kəsb edərdi.   

 

 

 



 

Məlumat üçün bildirək ki, Heydər Əliyev dilinin tezlik lüğətinin ilkin layihəsi Naxçıvan 

Dövlət Universitetində artıq hazırlanmışdır. Ulu öndərin 1991-2003-cü illəri əhatə edən şifahi və 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



96

yazılı nitq materialları əsasında hazırlanmış lüğətə 0,5 milyona yaxın sözişlətməni ehtiva edən mətn 

cəlb olunmuş, 30 minə yaxın söz-forma statistik təhlildən keçirilmişdir. Hazırda lüğətin ən müasir 

leksikoqrafik tələblərə cavab verəcək şəkildə tərtibi başa çatdırılmaqdadır. 

 

 

 



Heydər Əliyev dilinin leksikoqrafik təsvirinin ikinci istiqaməti bu materiallar əsasında tam 

izahlı lüğətin işlənilməsidir.Məlum olduğu kimi, izahlı lüğətlər leksikoqrafik nəşrlərin əsas 

növüdür. Bu lüğətlərdə aid dilin müəyyən dövrdəki inkişafının bütövlükdə leksik tərkibi öz əksini 

tapır. Başlıca vəzifəsi sözlərin mənalarını və ya məna çalarlarını izah etmək olan bu lüğətlərdəki 

informasiyalar onların təyinatından asılı olaraq xeyli geniş ola bilər. Aid dilin izahlı lüğətindən 

fərqli olaraq müəllif dilinin izahlı lüğəti konkret tarixi şəraitdə yaşayıb yaratmış görkəmli 

şəxsiyyətin nitq təfəkkürünün ümumi və fərqli xüsusiyyətlərini nümayiş etdirir. Belə lüğət bir 

tərəfdən milli dilin konkret tarixini fiksə edib gələcək nəsillərə çatdırırsa, digər tərəfdən müəllifin 

fərdi dil xüsusiyyətlərini, onun dünyagörüşü, psixologiyası, ətraf aləmə, gedən tarixi proseslərə, 

ünsiyyətdə olduğu insanlara, bütövlükdə cəmiyyətə olan münasibətini izah olunan linqvistik 

vahidlər vasitəsilə diferrensiallaşdırır.Müəllif leksikoqrafiyası nəzəriyyə və təcrübəsində 

mütəxəssislərə ünvanlanmış elmi-təsviri, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elmi-populyar

təhsil alan gənclər üçün nəşr olunan bir sıra tədris lüğətlərinin mövcudluğu, onların məqsəd və 

vəzifələri, tərtib prinsipləri və s. ilə tanışlıq, Aparılan təhlillər və müşahidələr, ümummilli lider 

Heydər Əliyevin Azərbaycan tarixinin son 50 ilindəki çoxcəhətli və cahanşümul ictimai-siyasi (və 

natiqlik!) fəaliyyətinin öyrənilməsi aşağıdakı janrlarda da lüğətlərin hazırlanmasını şərtləndirir:  

1) Heydər Əliyev akademik ensiklopediyası; 2) Uşaqlar üçün Heydər Əliyev 

ensiklopediyası; 3) Heydər Əliyevin aforizmləri lüğəti; 4) Heydər Əliyevin dilinin semonimik 

(antonimlər, sinonimlər və d.) lüğətləri; 5) Heydər Əliyev dilinin ekspressiv və obrazlı sözlər lüğəti 

və s. Heydər Əliyev dilinin (nitqinin) materialları əsasında hazırlanacaq lüğətlərin Azərbaycan 

filologiyasında, azərbaycanşünaslığın digər qollarında tədqiqatlar aparmaq üçün əsas bazaya 

çevriləcəyi şübhə dogurmur. Heydər Əliyev dilinin (nitqinin) materiallarının – ümummilli liderə 

məxsus olan şifahi və yazılı mətnlərin bütövlükdə Azərbaycan dilinin milli korpusuna daxil 

edilməsi son dərəcə zəruri məsələdir. Korpus hər hansı bir dildə mövcud olan mətnlərin tədqiqat 

məqsədilə seçılib götürülmüş, xüsusi metodika əsasında işlənilmiş və istifadəçi (tədqiqatçı) üçün 

yararlı formaya salınmış elektron məcmusudur. Mütəxəssislər XXI əsr dilçilik elminin korpus 

linqvistikası olacagını təxmin edirlər. Heydər Əliyev dilinin materialları Azərbaycan dilinin milli 

korpusu üçün seçilən mətnlər sırasına ilk növbədə daxil edilməlidir. 

 

 

 



 

Beləliklə, Heydər Əliyevin dilinin tədqiqinin əsas istiqamətlərindən bir neçəsi nəzərdən 

keçirildikdən sonra bu dilinin leksikoqrafik təsvirinin türk lüğətçiliyinin aktual problemi olduğu 

aydın şəkildə görülməkdədir.  

 

 

 



 

 

ƏDƏBIYYAT 



 

1.Денисов П.Н., Морковкин В.В. (ред.). Словарь сочетаемости слов русского языка: 

Около 2500 словарных статей. 2-е изд., испр. — М.: Русский язык, 1983. —688 c.                           

2.Qurbanlı Q. Ümumi leksikoqrafiya nəzəriyyəsində müəllif  (yazıçı) leksikoqrafiyasının yeri 

və polu// Folologoya məsələləri.№ 6, s.11-20   

3.Караулов Ю.Н. Опыт типологизации авторских словарей // Русская авторская 

лексикография XIX-XX  вв.:Антология.-М.:Азбуковник, 2003.-512 с                                                               

4. Karpova O.M.Cловари языка писателей и цитат в английской лексикографии/О.М.Карпова, 

О.В.Коробейникова. – М.;МГОУ, 2007. –213 с. 

5.Перцева В.Г. Словари языка политиков в контексе английской лексикографии.// 

Вестник ЕГУ им. Н.А.Некрасова №2, 2016. c.211-215. 

6.HəsənovH.Ə. Azərbaycanlüğətçiliyininnəzəri əsasları.Bakı, 1999.- 336 s.7.Səməd 

Vurğunun bədii dilinin izahlı lüğəti, Bakı, Elm, 2011. – 672 səh. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



97

 

GURBAN GURBANLI 



 

Lexicographic description of the language (speech) of Heidar Aliyev as an actual problem of 

the contemporary Turkish lexicography 

 

Summary 



 

The paper touches upon the issue ofthe place and role of  the author lexicography in the 

modern  world lexicography and substantiates the scientific-conceptualnecessity of studying  the 

language (speech) of Heidar Aliyev, the national leader of the Azerbaijan people,a world-wide 

politician and a prominent statesman and the author expresses his his own thoughts about the main 

directions of this research. It is considered  that this problem demands a complex approach andthe 

main direction among these is the lexicogrphic description of this great personality’s language 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin