I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə19/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

(speech) in different genres and on the whole,this can be considered as an actual problem of the 

contemporary Turkish lexicography. 

 

Key words: the language (speech) of Heidar Aliyev,lexicography,author  lexicography, language 



personality, politician language, lexicographic description, frequency dictionary, explanatory 

dictionary, national corpus of langauge. 

 

 

Qüdsiyyə Qəmbərova, fil.ü.f.d., dos. 



   

 

 



 

 

 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan 

dialektologiyası şöbəsinin aparıcı elmi işçisi 

 

AZƏRBAYCAN DİLİNDƏ MƏSDƏR, FEİLİ AD VƏ FEİLİ İSMİN DİAXRONİK-



DİALEKTOLOJİ ASPEKTLƏRİ 

 

Azərbaycan dilində hal-hərəkət və vəziyyət anlayışını bildirən sözlərin lüğəvi ifadəsi məsdər 



forması ilə ifadə olunur. Azərbaycan dilində məsdər ərəb mənşəli söz olub, 1)mənşə, mənbə 

2)qrammatikada feilin qeyri-müəyyən forması mənalarını ifadə edir. (9, 365). 

Azərbaycan ədəbi dilinin qrammatika kitablarında məsdər feili-əsli/mütləq feil (1, 260), 

“feili isim-məsdər”, “feili ad” (10, 205;210) “feilin şəxssiz forması”, “feilin substantiv forması”, 

feilin hibrid forması”, “feilin feil olduğunu yoxlamaq üçün ən mühüm vasitə” (15, 304) deyə təqdim 

olunur. 


Yekun olaraq demək olar ki, məsdər feilin adıdır. Məhz bu səbəbdən türk dillərində məsdər 

qrammatik əlamətlərin zənginliyi ilə diqqəti cəlb edir. Son illərdə bəzi qrammatika kitablarında 

məsdər və feili isim ayrı-ayrılıqda tədqiq edilsə də, (15,304-307) bəzilərində məsdərin  və ad-

əşyanın yalnız situativ vəziyyətdən asılılığı ilə fərqlənməsindən bəhs edilir.(7, 138). 

Beləliklə, müasir Azərbaycan dilində məsdər, feili ad və feili isim məsələsi aşağıdakı 

morfemlərlə təzahür edir:-0 forma – feilin kökü, əsası; -maq, –mək ;-ma, -mə ;-ma (-ca), –mə(-cə);-

maq+lıq , -mək+lik; -lıq, -lik, -luq,- lük;-ış, -iş, - uş, -üş;-dı, –di,  –du, –dü və s. 

Azərbaycan dili dialekt və şivələrində məsdər iki və bir variantlı şəkilçilərlə təzahür edir. 

Məsdərin ikivariantlı şəkilçilərinə Qazax, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan, Şamaxı, Bakı 

dialektləri və Ağdam, Mərəzə, İsmayıllı rayonu, Muğan şivələrində - max –məx (-məy/-məg/-meg) 

şəklində rast gəlinir (2,274). 

Birvariantlı məsdər şəkilçisi –max;-mağ; -meg şəklində Bakı, Quba, Şəki, Ordubad, Təbriz 

dialektləri və Zaqatala-Qax şivələrində müşahidə olunur (2, 274).  

Azərbaycan dilinin təcrid olunmuş Dərbənd dialektində məsdərin birvariantlı –mağ və -

meg/-məg (3,119-120); Təbriz dialektində birvariantlı –max, -mağ(-maxlıx; -mağlığ) (18,135); İraq-

Türkmən ləhcəsində ikivariantlı –mağ –max, -məg/-məx (11, 224); Dmanisi şivəsində ikivariantlı –

max –məx formaları qeydə alınmışdır (6,145). 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



98

Maraqlıdır ki, Yardımlı rayon şivəsində məsdərin –məh (5,77) morfeminə təsadüf 

olunmuşdur. Buradaca məsdərin bəzi şivələrdə hansı səbəbdən birvariantlı olması barədə 

düşünməyə dəyər. Birvariantlı məsdər morfeminin qeydə alındığı şivələrin əhali tərkibinə nəzər 

salsaq, burada  azərbaycanlılarla bərabər həm də qeyri- türk mənşəli etnik qrupların yaşadığını 

görmək mümkündür. Görünür ki, həmin əhali üçün –ma və yaxud –mə məsdər əlamətini tam ifadə 

edə bilir. Qapalılığı təmin edən h, q, ğ, x, g, k, y, x səsləri heç bir fonematik mahiyyət daşımır. 

Deməli, -ma –mə morfemini məsdər formanın ən qədim variantı kimi qəbul edən türkoloqların 

fikrində bir həqiqət vardır. Azərbaycan dilində tarixən –ma –mə çox qədim leksik morfem kimi 

mövcud olmuşdur. Ma/–mə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrində həm “vermək”, həm 

də “almaq; götürmək” mənasında çıxış edir: -Ma, bu kitabı qardaşına ver (Balakən) (2, 341); - Ma, 

aparım çatdırım (danışıqdan) (Füzuli). 

Maraqlıdır ki, xüsusən Muğan qrupu şivələrində isə eyni anlamda “mənə” əmr şəkilli feil 

kimi işlənir: -Mənə, öyə gedirəm, aparım öyə.(danışıqdan) (Neftçala).  

Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbi dilinin nə qədim, nə də müasir dövründə 

ma/mənə sözünə rast gəlinmir. Bəhs olunan –ma (al, götür mənasında) əmr şəklində olan feilin 

dialekt və şivələrimizdə gələ/gala şəklində sinonimi də işlənir:-Gələ, apar, uşağlar yisin! (Neftçala) 

(danışıqdan). Fikrimizcə, istər ma/mənə, istərsə də gələ/gala fellərini əmr ədatları kimi də 

mənalandırmaq mümkündür. Burada məqsədimiz –ma morfeminin geniş mənada hərəkətə 

gətirmək, təhrik etmək kimi semantik çalarlar daşımasını nəzərə çatdırmaqdan ibarətdir. Çox 

maraqlıdır ki, M.Kaşqari məşhur lüğətində “ma” sözündən bəhs etmişdir. Böyük alim bu sözü “al, 

aha, bu da” mənasında izah edir. Müəllifə görə, bəzən əlif hərfi h hərfinə çevrilir və “mah” deyilir. 

Alim “mah” sözünü “buyur, aha, al” mənasında bir şey təklif edildiyi zaman söyləndiyindən bəhs 

edir (14,127).  

Beləlilə, M.Kaşqarinin tədqiq etdiyi “mah” sözünü –maq –mək məsdər əlamətinin arxetipi 

kimi də qiymətləndirmək olar. Müasir ədəbi dildəki –ma-maq dialekt və şivələrdəki –max –məx (-

mağ-məg) –max/mah-məy –məh əlamətinin normativ variantıdır. Ba, bah, vah kimi nidaların da al, 

aha, bi da anlayışını bildirməsini nəzərə alsaq, sözün sadəcə m-b səs dəyişməsinə məruz qalmasının 

şahidi olarıq:- Bah! Bu imiş dərsi-üsuli cədid?! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir)  

Məsdər şəkilçisinin örtülü-qapalı – maq -mək şəklinin orfoqrafiyası da hələ XI əsrdə 

müəyyən olunmuşdur. M. Kaşqari bu barədə bəhs edərkən yazır:  “Məsdər bütün feillərdə vahid 

qayda üzrə yaranır. Kökündə ka və ğ olan sözlərlə tox və ya qalın ahəngli sözlərdə kökə -maq 

şəkilçisi artırılır. Tərkibində ke olan və hər üç hərəkəsi ilə ahəngi incə olan sözlərdə ka əlavə olunur 

(13,62). 

Yeri gəlmişkən, biz yuxarıda –maq –mək məsdər əlamətinin şivə variantlarından bəhs 

etmişik. Lakin bir məqamı unutmaq olmaz ki, əksər şivələrdə və canlı şifahi nitqdə -maq

2

 məsdər 


əlaməti həm də -ma: –mə: -ma x kimi də işlənir: - Bu qədə böyg sözi eşitməmə olməz; -Çörəg 

yapbə bi çətin iş dögü; - Əyin-öyin eləmə lazım olsə, mənə qədəğə elə (xəbər elə); (5, 88); -

Pəhlivan yemə x-işmə x dan düşip; - Pul qazanma x u vadalar hasat dəyildi. (8, 266).  

Aparılmış elmi araşdırmaların demək olar ki, əksəriyyətində -maq

2

 –maq+lıq;- ma



2

 

məsdərin formal əlaməti kimi qəbul olunmuşdur. Lakin bununla bərabər, məsdərin formal əlamətinə 



görə ayırmağı fərqləndirməyi məqbul hesab edən dilçilər də olmuşdur. Qeyd etmək lazımdır ki, 

məsdəri müxtəlif növlərə bölmək məsələsi ilk dəfə M.Kaşqari tərəfindən aparılmışdır. 

Nümunələrdən də göründüyü kimi, -ma-mə məsdər əlaməti sanki xüsusi məntiqi vurğu ilə ayrılır. 

Meğri rayon şivəsindən gətirilən misallar da bu fikri təsdiq edir. Qeyd etmək lazımdır ki, M.Kaşqari 

–maq vasitəsilə düzəlmiş sözləri həm isim, həm də məsdər adlandırır(12,456).  

XIII –XVIII əsrlər Azərbaycan dili və yazılı abidələrində məsdəri tədqiq etmiş R.Mədətova 

əsərində bir hissəni sırf isimləşmiş məsdərlərə ayırmışdır. Müəllif burada yemək, içmək, barmaq, 

başmaq, əkmək/ətmək,yaşmaq, yarmaq(pul.-Q.Q.), çaqmaq, irmaq (çay- Q.Q.) toxmaq, çomaq, 

bağdama, boğma, qavurma, qıyma və s. sözləri araşdırır (16, 56-72)və bu nəticəyə gəlir: -maq/-mək 

və -ma –mə leksik şəkilçisi sözlərdə aət, əlamət və müəyyən hərəkətin icrasına yönəlmiş məqsəd 

məzmununu mühafizə etmişdir (16,72). 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



99

M. Kaşqari yazır: “Məsdərin başqa bir növü də var. Bu məsdər isim yerində işlənir və failin 

həmin işi gördüyü zaman failə izafə edilmiş formasıdır(12, 63). Qeyd edək ki, M.Kaşqari burada –

ıq –qı, -ig –gi şəkilçilərindən bəhs edir. Məsələyə müasir ədəbi dil prizmasından baxdıqda feildən 

düzəlmiş isim ortaya çıxır: məninq yorıkım nətək; səninq yorıkınq nətək, anınq yorıkı nətək(mənim 

gedişim, sənin gedişin,onun gedişi (13, 64).  

Məsdərin isimləşməsi barədə bəhs olunarkən ən qədim bir forma kimi –maq+lıq, -mək+lik 

morfeminin də rolunu unutmaq olmaz. M.Kaşqari bu haqda yazır ki, sözlərin sonuna –löğ/-luğ və -

lağ şəkilçisi əlavə edilsə, onlarda üç keyfiyyət əmələ gəlir: 1) həmin əşyaya mənsubiyyət, sahiblik, 

yiyəlik məzmunu yaradır 2) məful (feil- Q.Q.) mənası əmələ gətirir 3) bu cür sözlər yer adı olur (12,  

477-478). 

Qədim və orta əsr yazılı mənbələrində də bu morfemin işlənməsi müşahidə olunur: - 

Ögünməklik övrətlərə böhtandır (KDQ);-Axirətçün duruşmaqlıq gərək indi (Qul Əli);-Susadım 

vəsfinə irməkliyə, ey cani siyah (Nəsimi) və s. 

-maq-lıq; –mək-lik Azərbaycan dilinin cənub qrupuna məxsus Təbriz, Dərbənd, Naxçıvan, 

Bakı, Qazax dialektinin Köçəsgər şivəsində, eləcə də Lerik rayon şivəsində qeydə alınmışdır: - 

Molla məmbərə çıxdı və başdadı xütbə oxumaxlığa; -Xə:x başdadılar ka:z yazmaxlığa. (18,135); -

Sözü deməxlix hasandı, subut eləməlixlix çətindi (4,111); - Daluzcən bi ağləməğlığ elədi, gəl 

görəsən: (5,88); - Güləmegim/gülemegligim gələdü; əsirmeg/əsirmeglig (sərxoşluq etmək) (3,120); 

-almağlığ/almeglik; oxımağlığ/oxımeglik (20,123). 

Bakı dialektinin Kürdəxanı, Ramana, Nardaran kənd şivələrində -lığ şəkilçisi vasitəsilə -mağ 

+lığ morfeminin semantik-qrammatik cəhətdən əvəz olunması qeydə alınmışdır: - Yaxşı yolluğu 

vardur  (Yaxşı yoldaş olmağı bacarır) (Ramana); - Yaxçi məçlisdiyi vardu rəhmətdiyin (Yaxşı 

məclis aparmağı bacarır) (Kürdəxanı) (danışıqdan). Deməli,  təkcə -lığ morfemi vasitəsilə 

bütövlükdə feili birləşməni əvəz etmək olur.Başqa sözlə, -lıq

4

 ellipsisə məruz qalmış sintaktik 



birləşməni tam mənası ilə qarşılayır. –ma - ma(q)

2

 – lı(q)



4

 – (ma


2

) –lıq –lı. M.Kaşqaridə müzaəf 

məsdər kimi təqdim olunan –dıq+mənsubiyyət əlaməti Müasir Azərbaycan ədəbi dili baxımından 

feili sifət hesab olunur: -anınq bardukı barmadukı bir – onun varnası iləvarmaması eyni şeydir” 

deyilir (13, 64) 

Məsdərlə əlaqəli məsələlər arasında –dı

4

 şühudi keçmiş zamanın bəzən məzmunca məsdəri 



əvəz edə bilməsidir. M.Kaşqari yazır ki, feil köklərinə n, d, y hərfləri (yəni indi şəkilçisi) artırmaqla 

onlardan isim düzəldilir. Bu halda sözün mənası “bir şeyin artığı” demək olur, yaxud ismi-məful 

(ismi feil) mənasına gəlir. Bu da ərəb dilinin feil babına uyğundur. Bunun başqa bir variantı da 

vardır. (12, 440). 

Hər halda, M.Kaşqarinin məşhur lüğətində də feillərin şühudi keçmiş zamanda verilməsi 

çox maraqlı görünür. “Öldü var, döndü yox” xalq deyimində öldü – ölmək, döndü – dönmək kimi 

başa düşülür. Eyni zamanda canlı danışıqda “yedi var, apardı yox” (Neftçala) ifadəsi də “yemək 

olar, aparmaq olmaz” kimi qəbul olunur. Fikrimizcə,-dı morfemi bu halda heç bir zaman 

bildirmədiyindən onun tarixi-dialektoloji aspektlərinə nəzər yetirmək vacibdir. Azərbaycan dialekt 

və şivələrində -dı suffiksli feil köklü leksemlər mövcuddur. Məsələn, kərdi – lək (2,250), kəsdi – gil 

sac (2,252); gəlti – palaz (2, 117); Azərbaycan dialekt və şivələrində elə etnoqrafik terminlər vardır 

ki, burada –dı affiksinin sözyaratma imkanını açıq nümayiş etdirir: “əlgördi”, “yeryığdı”, “şirnişdi”, 

“paltarkəsdi”, “üzəçıxdı”, “ayağaşdı” və s. Muğan qrupu şivələrində toy mərasimlərinin, “Orucaşdı” 

dini mərasimə aid addır. “Kimvurdu”, “Əlverdi”, “Qaçdı-tutdu”, “Topaldıqaç”, “Çilədi”, 

“Adamallatdı” kimi sözlər uşaq oyun adlarını bildirir. Göründüyü kimi, qeyd olunan şivələrdə -dı 

suffiksi  tam mənası ilə -maq məsdər əlamətini əvəz etmişdir. Bütün deyilənlər bir daha təsdiq edir 

ki, -dı  şühudi keçmiş zaman şəkilçisi olmaqdan başqa, həm də ad bildirmək cəhətini bu gün də 

qoruyub – yaşadır. Bəzi onomastik vahidlərin tərkibi bu fikri də təsdiq edir.Belə ki, “Gəlinatdandı”, 

“Elköçdü” saz havalarının, eləcə də yuxarıda bəhs etdiyimiz bəzi mərasim və uşaq oyunlarının 

adlarında adlandırma – ada çevrilmə  aydın müşahidə olunur.  Lakin Qaryağdı, Tanrıverdi, 

İmamverdi, Allahverdi antroponimlərində isə şahidlik anlayışı daha çox büruzə verilir. Bu hal  da 

onu sübut edir ki, -dı ən qədim anlamda hərəkət adı bildirmiş, zaman keçdikcə, ədəbi dildə şühudi 

keçmiş zaman əlaməti kimi qəbul olunmuşdur. Hər halda, M.Kaşqarinin də bəhs etdiyi feillərin 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



100

lüğəvi baş sözü bunu təsdiq edir.   Əlavə olaraq  qeyd edək ki, -dı morfeminin örtülü-qapalı (CVC) 

heca tipi forması da eyni funksiya daşıyır: -Tapdıq, Osandıq (Neftçala rayon şivəsində qadın adı); 

Sevindik və s. Eləcə də basdıq (sucuq) (Ordubad); yasdıq (balınc); sandıq və s. sözlərdə -dı /-maq 

morfemlərinin semantik bərabərliyi göz qabağındadır. -dı –di –du –dü morfeminin Azərbaycan 

dilinin lüğət fondunda daşıdığı leksik-qrammatik vəzifə bu morfemin etimoloji izahını tapmağa 

imkan verər. –di –de Azərbaycan dilinin lüğət fondunda təkid bildirən ədat  kimi işlənir: -Di get 

işini gör!; -  De hansı üzlə oraya gedim? və s. Maraqlıdır ki, ingilis dilində to do köməkçi  feil 

olmasını bildirməyə xidmət edir. Fransız dilində isə dire demək felinin infinitiv formasıdır: Bu 

morfem şifahi və yazılı şəkildə demək, arayış, göndəriş, təyinat, idarə; rəhbərlik, aparıcılıq, 

istiqamətləndiricilik və s. sözlərin sözlə, dillə iş görmə deməkdir. Eyni zamanda Avropa mənşəli 

diksiya, diktant, diktor, diskusiya, disput və s. sözlərdəki di morfemi şifahi nitq mənasını ifadə edir. 

Həmçinin bu dildə do –etmək köməkçi feilin does indiki zaman, did keçmiş zaman mənası bildirir. 

Qeyd etmək lazımdır ki, Quba dialektində dü –bəli, düzdür deməkdir: –Bu yil Susaya gedədü? – 

Dü!(2,146) 

Dialekt və şivələrdə d səsi ilə başlayan CV heca tipli da/də qüvvətləndirici ədatı, həmçinin 

do: şivə sözü vardır: - Do: gəlmək (Ağdam, Kürdəmir, Mingəçevir) –qalib gəlmək; -do: düşmeg 

(Bakı, Salyan) – fürsət düşmək; imkan düşmək; - do: (dı) vermək (Bakı) –yalan sözlərlə (vədlərlə) 

başından eləmək (2, 138).  

Verilən nümunələrdən də görünür ki, do həm hərəkət, həm dil, həm də zamanla bağlı 

mənalar ifadə edir. Çox güman ki, -maq və -dı morfemlərinin semantik sinonimliyini qəbul edən 

M.Kaşqari “Divan”dakı feilləri –dı

sonluqları ilə verərək tədqiqat aparmışdır. Fikrimizcə, bu bir 



tərəfdən şühudi keçmiş zamanın lüğəvi mənasının gözlə görmə, müşahidə, hazır olma, mövcud 

olma mənası ilə bağlı olmuşdur. Bir məsələ barədə də o fikrə gəlmək olur ki, dilimizdə demək” 

modal sözünün morfoloji incələnməsində de/di və -mək/ -məx/məh ədatlarının birləşməsindən 

ibarətdir. Məsdər öz semantik-lüğəvi mənasına görə yenidən tədqiqat tələb edən bir leksik-

qrammatik kateqoriyadır. Azərbaycan dilində elə omonim şəkilçi morfemlər   vardır ki, onlar tam 

şəkildə məsdərin lüğəvi mənasını ifadə edir.  

 

ƏDƏBIYYAT 



 

1.

  Adilov V. Babazadə R. Mirzə Məhəmməd Əfşar “Fənnü-sərfü- nəhvi-türki”, Bakı, “Elm 



və təhsil”, 2015.  

2.  Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, “Şərq-Qərb”, 2007. 

3. Azərbaycan dilinin Dərbənd dialekti. Bakı, “Elm”, 2009. 

4. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Azərb. SSR EA nəşriyyatı, Bakı, 

1962. 

5. Binnətova G. Azərbaycan dilinin Lerik rayonu şivələri. Bakı, “Nurlan”, 2007. 



6. Canqidze  V. Dmanisskiy qovor Kazaxskoqo dialekta Azerbaydjanskoqo yazıka. İzd-vo 

Akademii Nauk Azerb. SSR, Baku, 1965.  

7.  Cəfərov S, Cəfərova A. Feil tədrisinin nəzəri əsasları. Metodik vəsait. Bakı Universiteti 

nəşriyyatı, 2003. 

8. Əliyev Ə. Azərbaycan dilinin Meğri rayonu şivələri. Bakı, “Elm”, 2003. 

9. Ərəb və fars sözləri lüğəti. Tərtib edən Ə.Məmmədov. Bakı, Azərb.SSR EA nəşriyyatı, 

1984. 

10. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Ali məktəblər üçün 



dərslik, Bakı ,”Maarif”, 1983.  

11. İraq-türkmən ləhcəsi. Bakı, “Elm”, 2004 

12. Kaşqari M. “Divanü-luğat-it-türk”, I cild, Tərcümə edən və nəşrə hazırlayan R.Əskər. 

Bakı, “Ozan”, 2006. 

13. Kaşqari M. “Divanü-luğat-it-türk”, II cild, Tərcümə edən və nəşrə hazırlayan R.Əskər. 

Bakı, “Ozan”, 2006. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



101

14. Kaşqari M. “Divanü-luğat-it-türk”, III cild, Tərcümə edən və nəşrə hazırlayan R.Əskər. 

Bakı, “Ozan”, 2006. 

15. Kazımov Q. Müasir Azərbaycan dili.  Morfologiya. Bakı, “Elm və təhsil”, 2010. 

16. Mədətova R. XIII- XVIII əsrlər Azərbaycan dili yazılı abidələrində məsdər. Bakı, 

“Nurlan”, 2002. 

16. Məmmədova Q. Nəsiminin dili və Azərbaycan şivələri. Bakı , “Nurlan”, 2004. 

17. Məmmədov Ş. Azərbaycan dilinin Yardımlı rayon şivələri, Bakı, “Təhsil”, 2007.  

18. Məmmədli M. Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2007. 

19. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, “Şərq-Qərb”, 2008. 

20. Şirəliyev M. Bakı dialekti, Azərb.SSR EA nəşriyyatı, Bakı, 1957.  

 

                                                      Gudsiyya Gambarova 



 

Diachronic-dialectological aspects of masdar, verbal substantive 

and verbal noun in the Azerbaijani language 

 

SUMMARY 



 

In the article had been investigated diachronic-dialectological aspects of masdar verbal 

substantive and verbal noun in the Azerbaijani language. A lexical meaning of the word masdar by 

its origin coincide with the meaning “the root of the verb”. Due to this factor masdar as a category 

should be investigated one more. The feature of masdar corresponding to its lexical meaning from 

historical and dialectological point of view is reflected in abundant semantic shades of meaning. In 

the investigation have also been attracted historical-dialectological aspects of different affixes, 

expressing the semantic peculiarities of masdar. 

 

Key words: masdar, verbal substantive, verbal noun, diachronic-dialectological, morpheme, 



semantic synonymy.  

 

 



Nuray Əliyeva, f.ü.f.d., dos. 

AMEA Naxçıvan Bölməsi 

naliyeva22@mail.ru 

 

NAXÇIVAN DİALEKTİNİN LÜĞƏT TƏRKİBİNDƏ MƏİŞƏT TERMİNLƏRİ 



 

Dildə və dil vahidlərində baş verən inkişaf və ya tənəzzül xalq tərəfindən formalaşan ədəbi 

abidələrdə, o cümlədən yazılı mənbələrdə özünü əks etdirir. Bununla yanaşı, bildirməliyik ki, 

konkret olaraq bir dil üzrə təhlil üçün ən doğru mənbələr dialektlərdir. Belə ki, işlək dildən tərk 

olunan sözlər dialektlərdə və şivələrdə qorunub saxlanıla bilir. Tarixən müstəqil leksik vahid kimi 

mövcud olan belə sözlər dialektlərdə ya eyni semantik yüklə, ya da müəyyən dəyişikliklə işlənir. Bu 

mənada da Azərbaycan dili dialekt və şivələrinin bizə verdiyi materialların rolu əvəzsizdir. Bir çox 

hallarda qədim abidələrə məxsus olan sözlər semantik boşalma keçirərək onun variantları dildə 

sabitləşdiyi, geniş işləndiyi halda, bəzən qədim kök və ya söz dildə qalır, ondan əmələ gələn sözlər 

ya arxaikləşir, ya da dialektlərdə mühafizə olunur. 

Cəmiyyətin inkişafı özünü hər bir xalqın məişətində də qabarıq şəkildə göstərir. Bu baxımdan 

hər yerdə olduğu kimi, Naxçıvanda da məişət əşyalarının forması dəyişdiyi kimi, bu əşyalarla 

görüləcək işlərin məzmununda da fərq vardır. Elektriklə işləyən, az əl əməyi sərf olunan əşyalar 

məişətimizə daxil olduqca, onların ifadəçisi olan leksik vahidlər də özünə yer tapır. Naxçıvan 

dalektində işlənən ev əşyalarının adını bildirən leksik vahidləri işləndiyi sahələrə görə müxtəlif cür 

təsnif etmək olar: 1) qab–qacaq adı bildirənlər; 2) yatacaq adı bildirənlər; 3) məişətdə işlədilən alət 

adı bildirənlər; 4) elektriklə işləyən əşyaların adını bildirənlər. Naxçıvanda qab sözü ümumiləşdirici 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



102

söz olaraq işlənmə yerindən, həcmindən, hazırlanma materialından asılı olmayaraq hər cür qabın 

adını ifadə edir. Qab sözü cəmlik, çeşidlik anlamında işlənən zaman qacaq ilə birlikdə işlənərək 

qab–qacaq ifadəsini meydana gətirir. 

Burada ədəbi dildən fərqlənən qab–qacaq adları bildirən terminoloji leksikanı quruluşuna və 

mənşəyinə görə təsnif etmək olar. Quruluşuna görə bu sözlər həm sadə, həm düzəltmə, həm də 

mürəkkəb olur. Mənşəyinə görə isə həmin sözləri əsl Azərbaycan terminləri və alınmalar kimi 

qruplaşdıra 

bilərik. 

    


Azərbaycan dilinin lüğət tərkibi öz mənşəyinə görə yekcins deyil. Azərbaycanlılar tarixən 

müxtəlif etnik qruplarla qarşılıqlı əlaqədə olmuşlar ki, bu da dilin müxtəlif yaruslarında olduğu 

kimi, leksikasında da izini qorumuşdur. Azərbaycan dili şivələri də bu qarşılıqlı təsirdən kənarda 

qalmamışdır. Dialekt leksikasının dil mənbəyindən danışarkən qədim türk–Azərbaycan və alınma 

qatını izləmək məqsədəuyğundur. Bu sahədə toplanan faktiki dil materialları belə bir fikir 

söyləməyə imkan verir ki, Azərbaycan dili dialekt və şivələrində əsl türk Azərbaycan mənşəli sözlər 

ön planda durur. Azərbaycan dilindəki sifətlər, əvəzliklər, saylar, fellərin, demək olar ki, əksəriyyəti 

dilimizin özünəməxsus qədim sözlərdir. 

Burada işlənən sadə, əsl Azərbaycan dilinə məxsus olan dialekt leksemlərə aşağıdakıları 

nümunə göstərə bilərik: çömçə, küp, cam, pa:ş//parç, xum, te:ş//teşt, tava, təx′nə, tabax, bərni, 

bulut//bulud, seyin//sehin, sənəx′, bardax, məjmehi, bayda, sərniş//sərnic, lüleyin ; ərsin 

və s.    

Azərbaycan dili baxımından sadə söz kimi qəbul edilən alınmalara aşağıdakıları nümunə 

göstərə bilərik: quruşqa; masqor;  darelka//tarelqa

matra; zir//zer

kuzə//kuze


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin