I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə27/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   23   24   25   26   27   28   29   30   ...   88


 

 

 



 

 

 



139

      2. Elcarı- Ağsu şivəsində “hamı” mənasındə işlənir.  

Məsələn; -  Qoyunun elcarı burda yatır günorta. 

Bosdanın elcarın ot- alaf basıb. 

          Dialektlərdə  işlənən  elcarı  sözü mürəkkəb sözdür: el və car // çar komponentlərindən 

ibarətdir. Kaşğarinin lüğətində car sözü “ailə” mənasında işlənmişdir. Deməli, elcarı sözü iki ədəd 

çoxluq bildirən sözdən təşkil olunmuşdur.  

     3. Ova – Qazax şivəsində tayfa- nəsil mənasını bildirir. Məsələn;  

          Ova  ovanın  itiyini  bayatıynan  gəzər.M.  Kaşğaridə  ova  sözünün  oba  şəklində  tayfa-  nəsil 

mənasında işləndiyini göstərmişdir. (2, 86) 

     4.Tirə- Laçın, Sabirabad. Quba və Qazax şivələrində tayfa- nəsil mənalarında işlənir. Məsələn;  

            Qaflan bizim tirədəndir, onun sizə qarışacağı yoxdu. (Quba) 

       Bu söz Kültigin və Moyun Çor abidələrində “toplamaq, yığmaq”  mənalarında işlənmişdir. (4, 

377). 


      5. Küyül-Qərb qrup dialekt və şivələrində “dəstə, yığnaq” mənasında işlənir.           

      Qədim “küyə” sözündən əmələ gəlmişdir. Küyə sözü M.Kaşğarinin lüğətində “böcək., dağınıq 

həşərat” mənalarında işlənmişdir.  

 Məsələn; a) A:cın kölgəsində arı küyülü başıma üyüşdü// Ağacın kolgəsində arı sürüsü başıma 

dolandı . (Tovuz)                                                                         

      b) Ayə, arı küyülünü görersənmi? // Ədə, arı dəstəsini görürsənmi? (Qazax)                                                     

        Dilimizin dialektlərində bir qrup sözlər var ki, onlar cəmlik şıkilçisi qəbul etmədən də çoxluq 

bildirir. Məsələn; 

                                         1.toğullux – qoyunlar  

                                         2.çəpişdix - keçilər  

3.xadvar – 10 tona yaxın taxıl  

4.zomar – 20-25 put ağırlığında qış üçün üyüdülmüş un  

5.bərt – on dərz  

6.cütqov- dörd ulduz  

7.cütmən – dörd qoyun   və s.  

        Cütmən  sözü  Gəncəbasar    regionunda  qoyunları sayarkən cütmən əkə şəklində “dörd ana 

qoyun” mənasında işlədilir.  

Qədim yazılı abidələrdə də müxtəlif sözlər vasitəsilə əşyaların topluluğu bildirilmişdir: alığ-

çox, xeyli; alku- hamı; bodun- xalq; bukun- xalq; kün- camaat; kara- camaat; ökür- sürü; oğuş, 

uğuş-qəbilə; ulus- xalq; yemiş-hər cür meyvə; tümen- çox, büte- çox, xeyli və s.    

      Bu  mülahizələrimiz,  onları  təsdiq  edən  nümunələr  məqalənin  əvvəlində  söylədiyimiz 

“Kəmiyyət kateqoriyası türk dillərində də ən qədim kateqoriyalardan biridir” fikrini isbat edir.. Bəzi 

tədqiqatçıların fikrincə, qədim türklərin təfəkkür tərzi onlara təklik və cəmlik məfhumlarını bir-

birindən fərqləndirməyə imkan vermirdi”,- fikrinin döğru olmadığını isbat edir. Belə bir fikri 

söyləməyə əsas verir ki, türklər tarix etibarı ilə qədim xalqdır, onların təfəkkürü də, mədəniyyəti də, 

ədəbiyyatı da qədim tarixi inkişaf yolu keçmişdir və kəmiyyəti də. Keyfiyyəti də fərqləndirməyi 

bacarmış, vasitələr tapmış, hər zaman inkişafda olmuşlar. Bunu türklərə məxsus yazılı abidələr, daş 

kitabələr də təsdiq edir. 

 

ƏDƏBIYYAT 



 

1. Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri.B.Elm.2002. 696 səh. s.439 

2.B. Atalay. “Divanü-luğat-it türk”.Ankara. 1941. 

3. Qəribova Jalə. Azərbaycan dilində kəmiyyət kateqoriyasının ifadə üsulları.nam. dis. Bakı. 

1994. 163 s. 

4. Rəcəbov Ə. Məmmədov Y.Orxon-Yenisey abidələri. Bakı. 1993. 390 s. 

5. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı.1962 

6.  “Древнетюpkский словаръ”. Ленинград . 1969.    



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



140

7. Брокелман С.Ostturkish Grammatik der islamischen literatursprachen Mittelasiens. 

Ang/1954. 

8.Рамстед Т.И.Введение в Алтайское языкознание.М.1957 

9. Севортян Э.В. Этимологический словарь тюркских языков. М.1989 

10. Щервак А.М. Очерки по сравнительной морфологии тюркских языков. Лен. 1977 

11. Gronbech K. Der Turkische sprachbau 1c. Kopenhagen. 1936. 

12. “Kitabi – Dədə Qorqud”. Bakı: Öndər. 2004 

13. Xətai. Seçilmiş əsərləri. Bakı: Kitab klubu. 2014. 

14. Nəsimi. Seçilmiş əsərləri. Bakı: Lider. 2004 

15. Ergin M. Seçilmiş əsərləri. İstanbul: 1969 

16. Q.Bürhanəddin. Seçilmiş əsərləri. Divanı. Bakı: Öndər. 2005 

 

 

Gahramanova C. 



SUMMARY 

 

Quantity of Turkic linguistics 



 

         Turkish language is one of the most ancient groups of the category of quantity. Azerbaijan - 

Turkish linguistics  has been  category of  historically quantitative grammatical, lexical and 

syntactic expression. The article basically talks about lexical and morphological indicators. alığ- a 

lot of, alku-  everybody,bodun-nation,bukun-people,kün-people,kara-people,uğuş-

clan,  yemiş- all kind of fruits,tümen-a lot of,büte-a lot of and etc. Used as 

examples of ancient written monument. 

 

Key words: quantitiy, kvivantitiy, numeral, morfologic method,lexic method, sintactic 



method and etc. 

 

 



 

Fizuli Mustafayev, 

fil.ü.f.d.

 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi 



 

AZƏRBAYCAN-TÜRK  TELEVİZIYALARININ ELM, TƏHSIL, SƏHİYYƏ VƏ 

MAARİFÇİLİK VERİLİŞLƏRİNİN DİLİ ƏDƏBİ DİL NORMALARI HÜDUDLARINDA 

 

Əslində dil normaları, onun variantları dilçilikdə diqqəti ayrıca cəlb edən problem 



məsələlərdən biridir. Bu gün ziyalılar arasında, o cümlədən, telejurnalistikada bir çox  mübahisəli 

məqamlar elə bu zəmində, yəni məsələnin dilçiliyin özündə də hələ mübahisəli olması zəminində 

baş verir. Afat Qurbanov yazır ki, müasir dilçilikdə dil normasını müəyyən edən rəsmi ölçü 

vahidi yoxdur. Həm də bu elmdə norma meyarları haqqında anlayışlar hələ əsaslı formada 

dəqiqləşdirilməmişdir. Tədqiqatçılar arasında müxtəlif fikir və mülahizələr mövcuddur. Meyarla 

bağlı irəli sürülmüş prinsiplər bir-birindən ciddi şəkildə fərqlənir. Lakin bununla belə, artıq 

nəinki mütəxəssislər – linqvistlər arasında, o cümlədən, ümumi dil təcrübəsində müəyyən ümumi 

universal meyarlar təşəkkül tapmışdır ki, onları nəzərə almaq və onlara əməl etmək bir vəzifə 

kimi qarşıda durmalıdır. Çünki “Ədəbi norma dil sisteminin kollektiv realizasiyalarının hər hansı 

bir  məcmusudur ki, cəmiyyətin inkişafının müəyyən bir mərhələsində cəmiyyət tərəfindən qəbul 

edilir və onun tərəfindən düzgün və nümunəvi kollektiv realizasiyalar  kimi başa düşülür”. 

Göründüyü kimi, burada, yəni normanın seçilməsi, sabitlyi və tətbiqi üçün cəmiyyət və daha 

geniş mənada milli məqbulluq əsas şərtlərdəndir. Norma ixtiyari, təsadüfi və subyektiv amil 

deyildir. “Tarixi planda normaların sabitliyi və davamlığı cəmiyyətə xidmət edən kommunikativ  

vasitələrin zəruriliyi və vərəsəliyi ilə müəyyən edilir”. Bu mülahizələr TV verilişlərinin dilində 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



141

ədəbi dili bir norma səviyyəsində qəbul etməyin, onun yuxarıda xatırlatdığımız meyarlarını 

gözləməyin vacibliyini bir daha yada salmış olur. Güclü təbliğat, təşviqat vasitəsi kimi özünün 

öyrətmə, mənimsətmə və maarifləndirmə imkanlarına görə elm, təhsil, səhiyyə və maarifçilik 

verilişlərinin  dili bu baxımdan, xüsusilə nümunəvi bir dil olmalıdır. 

Müasir Azərbaycan ədəbi dil normalarının müəyyənləşdirilməsində əsasən dörd meyar 

təklif olunur: a) təbiilik, b) işləklik, c) sabitlik,  ç) zərurilik. Tür ədəbi dil normalarında da bu 

ideyalar, çox hallarda əsas götürülür. Ayrı-ayrı türk radio və televiziya kanallarında hazırlanan 

“Filmin ən gözəl səhnəsi”, “İyi fikir”, “15 temmus qəhrəmanları” adlı veriliş və proqramlarda 

sözü gedən meyarların şahidi oluruq. Buradan çıxan nəticə  odur ki, ETSM-in aparıcıları və 

redaktorlar da hazırladıqları verilişlərdə öz dil-nitq mətninə məhz bu baxımdan nəzarət etməyi 

bacarmalıdırlar. Başqa sözlə desək, tamaşaçı – dinləyiciyə müraciət edən, ona hər hansı bir 

məlumatı, mövzunu, informasiyanı, bilgi və dəyəri aşılamaq istəyən jurnalist mütləq öz dil və 

nitqini bu suallar sınağından keçirməyi özünə borc bilməlidir: mənim nitqim ümumi ədəbi dilin 

ruhuna yad  deyildir ki? O Azərbaycanın hər bir regionunda başa düşülürmü? Təsadüfi, 

gəlişigözəl səciyyə daşımır ki? Məsələn, məlum olduğu kimi, dilimizdə nə və ma, mə  ünsürləri, 

adətən, inkar əlaməti kimi çıxış edir. Və əgər onlardan biri cümlə daxilində  işlənirsə, ikinci 

elementin işlənməsi sadəcə olaraq, məqbul sayılmır. Halbuki ETSM-in aparıcıları və 

telejurnalistlər “Təhsil və tərəqqi”, “Bağçılıq”, “Zəka nuru”, “Ekologiya və həyat”, “Daş nağılı”, 

“Vernisaj”, “Sərbəst söhbət”, “Maraq dünyası”, “Çələng”, “Nurdan damlalar” və digər 

verilişlərin redaktor-rejissorları bu cür səhvlərə tez-tez  yol verirlər. Məsələn, nə biz bir hökm 

vermirik, nə o bir qərara gəlmir. Və ya nə müəllimin dediyinə əməl etmir, nə də inşanı düz 

yazmır...      

Sözün bu mənasında həm türk, həm də Azərbaycan  telejurnalistlərinə bir kömək kimi 

mövzunun aktuallığı baxımından yuxarıda xatırlanan meyarlar üzərində qısa da olsa dayanmağa 

ehtiyac vardır: 

Təbiilik:  Təbiilik, hər şeydən əvvəl, mahiyyət faktorudur. Təklif edilən normanın milli 

dilin təbiətinə, ruhuna, onun linqvistik sisteminə uyğun olub-olmaması ilə bağlı bir məsələdir. 

Fərdi-subyektiv baxımdan, xalis nitq hadisəsi kimi, konkret olaraq, məsələn, jurnalistin fərdi dil-

nitq sistemi kimi, xüsusilə prinsipial bir məzmun kəsb edir. Xalq arasında filankəs qeyri-təbii, 

süni və ya qeyri-səmimi danışır  kimi ifadələr əbəs yaranmamışdır. Və belə ifadələr jurnalistin dil 

savadsızlığına ünvanlanmışdır. Ədəbi dildə təbiiliyi şivəçiliyə, dialektizmə endirmək təşəbbüsləri 

və ya şifahi nitqdə yazılı nitqə uymaq, başqa sözlə desək, kitab dilinin, hərfi danışığın təsirinə 

düşmək meylləri ədəbi dilin təbiilik meyarı ilə bir  araya sığmayan hallardandır. Belə hallara çox 

zaman “Mən də uşaq olımuşam”, “Dərsdən sonra”, “Hazırcavablar”, “Təmas nöqtəsi”, “Tələbə 

dünyası”,  “Masir Azərbaycan  gənci”, “Mən Azərbaycanlıyam” uşaq və gənclər verilişləri, 

“Günün nəbzi”, “Həftə”, “Kənd saatı”, “Bizim planet” informasiya-analitik və ictimai-siyasi 

proqramlarında hadisələrə politoloji və elmi nöqteyi-nəzərdən yanaşan redaktorların 

materiallarına rast gəlmək olur.  

İşləklik.  Adından göründüyü kimi, bu meyar birbaşa dilin ümummili xarakterini, onun 

hamı və hər kəs tərəfindən başa düşülməsi vacibliyini əhatə və ehtiva edir. Məsələn, gizli 

deyildir ki, bizim humanitar peşə adamları – alimlər, yazıçılar, şairlər, xüsusilə jurnalistlər 

arasında yeni söz yaratmaq, guya savadlı görünmək xatirinə başqa dillərdən, fərqinə varılmadan, 

əcnəbi söz və ifadə almaq həvəskarları daha çoxdur. Halbuki Azərbaycan  Televiziyasının 

“Vətəndaş”, “Qobustan”, “Ədəbi abidələr”, “Zamanın sorağında”, “Qədim yurdun baharı”, 

“Əbədi zirvə”, “Tarixin yollarında”, “Ağ işığın möcüzəsi”, “Doymadım bu dünyadan”, “Gənclik 

və zaman”, “Dünya səndən kimlər keçdi” verilişlərini hazırlayan bəzi redaktorlar unudurlar ki, 

ədəbi dilin işləklik meyarı bu cür zorakılığı, onun strukturuna və sisteminə yad olan bu cür 

müdaxiləni əsla qəbul etmir. Məsələn, apardığımız müşahidələrdən məlum olur ki, ETSM-in 

aparıcılarının dilində ərəb mənşəli  “malikdir”,  “malik olmaq”  söz və ifadələri tez-tez işlənir. 

Xüsusilə, müəllimlərimiz bu ifadələri az qala dilimizin yeganə leksik-qramatik vahidi kimi 

işlətməyə çalışırlar. Halbuki, həmin ifadələrin məhz işləklik baxımından ümumi ədəbi dildə təsir 

və nüfuz dairəsi olduqca məhduddur. O, adətən, ədəbi dilə yazılı elmi-publisistik  üslub vasitəsilə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



142

daxil olmuşdur. Və onun, xüsusilə, şifahi ədəbi dildə leksik-semantik imkanları minimumdur. 

Lakin bununla belə, Azərbaycan  televiziyasının “Günün nəbzi”, “Həftə”, “Bizim planet”, Kənd 

saatı”  və digər proqramların  bəzi süjetlərində tez-tez səslənən “Azərbaycan  xalqı zəngin 

yeraltı, yerüstü sərvətlərə malikdir”, “böyük ideoloji təsirə malik olan...”, “geniş hüquqlara malik 

olan...” deyim və tərkibləri necə başa düşmək olur ?.. Bu məsələ ilə bağlı professor Ağamusa 

Axundov çox haqlı olaraq belə yazır: “Bu fel qrammatik-leksik vasitə kimi flektiv (insirafi) 

dillərə,  o cümlədən, keçmiş zamanlarda Azərbaycan  dili ilə çeşidli əlaqələrdə olmuş fars və 

ərəb dillərinə aiddir... Qrammatik quruluşa görə Azərbaycan  dilinin mənsub olduğu aqlütinativ 

(iltisadi) dillərdə isə belə qrammatik-leksik vasitə yoxdur. Bununla belə, ümumxalq danışıq 

dilində olmayan “malik”, “malik olmaq” sözləri, nəinki, ədəbi dilimizdə işlənməklə davam edir, 

hətta onun fəaliyyət dairəsi kitabdan-kitaba, qəzetdən-qəzetə, jurnaldan-jurnala keçir”. Əlavə 

edək ki, buradan da telejurnalistlərimizin nitqində özünə yer tapır. Halbuki “malik” sözünü 

Azərbaycan  dili qrammatik quruluşunda çox maraqlı yer tutan “var” sözü ilə əvəz etmək 

mümkündür. Alimin sözünün qüvvəti, məsələn, aşağıda olduğu kimi: “Azərbaycan  xalqının 

zəngin yeraltı-yerüstü sərvətləri  var”, “böyük ideoloji təsiri olan...”, “geniş hüdudları olan...” və 

s.  Bu deyilənlərdən çıxan nəticə odur ki, hətta işləklik meyarı baxımından hər hansı bir dil 

hadisəsi “geniş işlənsə belə” norma hüququ qazana bilmir. Çünki Azərbaycan  televiziysının 

“Məclisi-üns”, Yada düşər xatirələr”, “Musiqi xəzinəsi”,  “Bakı fəvvarələri”  və  digər verilişləri 

hazırlayan bəzi ssenari müəllifləri dilin sistemi ilə “dil tapa” bilmir. 

Sabitlik.  Ədəbi normanın təşəkkülündə, fəallığında və sabitliyində xalqın ziyalı 

təbəqəsinin – yazıçı və şairlərin, o cümlədən, mətbuat, radio və televiziyanın yaradıcı  

əməkdaşlarının əvəzsiz xidmətləri olsa da, yəni normalar özü də vaxt axarına uyğun olaraq, 

müəyyən dəyişikliyə və təkamülə uğrasa da, o hər halda uzunmüddətli və uzunömürlü dil 

hadisəsidir. Bunu məhz o mənada başa düşmək lazım gəlir ki, normanın funksional imkanları və 

Azərbaycan  televiziyasının “Azərbaycan  respublikasına xidmət edirəm”, “Zəka nuru”, 

“Ekologiya və həyat”, “Daş nağılı”, “Vernisaj”, türk telekanallarının “Gülə-gülə oturun”, 

“Analara məsləhət”, “Para məndə”, “Yurdum mənim” və  başqa verilişləri hazırlayan 

jurnalistlərin  potensialı ilə onun tarixi missiyası arasında dərin bir asılılıq vardır. Düşündüyü 

kimi, norma heç də həmişə hər hansı bir kəsin arzusu ilə “icad” olunmur. O məhz dilin tarixi 

təkamülü nəticəsində  meydana gəlir və yalnız yenə də bu təkamülün tələbi ilə zəifləyib sıradan 

çıxır, yaxud başqa bir norma ilə  əvəzlənir.  

Zərurilik.     Zərurilik  ədəbi norma üçün bir meyar kimi, əslində zərurilik məqamlarında 

üzə çıxır. Başqa sözlə desək, dilin sistemi normaya münasibətdə məhz zərurəti ifadə edir və 

etməlidir. Onun üçün hər “norma” yox, sistemə uyğun və onun işləkliyini təmin edən norma 

mümkün və məqbuldur. ETSM-in jurnalistləri “Teatr”, “Sərbəst söhbət”, “Vernisaj”, “Çələng”, 

Nurdan zərrələr”, “Ana dili”, “Kino ulduzları”, “Yaşıl orman”, “Çarpaz boyalar” verilişlərinin 

təqdimində məsələnin  bu aspektini əsla unutmamalıdırlar. Ədəbi normaya, onun meyarlarına 

hörmət əslində milli dilə və sisteminə hörmətin ifadəsidir.  

Fəaliyyətdə olan ədəbi dil normalarının geniş yayılmasının təbliğində orta və ali 

məktəblərin, radio və televiziyanın rolu əvəzsizdir. Buna görə də həmin müəssisə və birliklərin 

üzərinə ciddi dil məsuliyyəti düşür. Məktəblərdə hər bir dil vahidi ədəbi cəhətdən ölçülüb-

biçilməli, radio və televiziya verilişlərində isə dil normalarına ciddi riayət olunmalıdır.  Məhz 

bu baxımdan türk kanallarında hazırlanan “Elmin üfüqləri”, Okulda bir gün”, “Gəzə-gəzə 

öyrəndim”, Əkək, becərək, öyrənək”, “Kənd saatı” və digər verilişlərdə ədəbi dil normalarına 

cidid riayət olunur. Əks təqdirdə burada buraxılan hər hansı dil qüsuru milyonlarla dinləyici və 

tamaşaçının öz nitqində səhvlərə yol verməsinə səbəb ola bilər. Digər tərəfdən, ədəbi dil 

sistemində istifadə edilən hər bir norma mədəni ənənədir. İnsan öz tarixi təcrübəsində ən yaxşı 

nə əldə edə bilibsə, onları gələcək nəslə ötürmüşdür. Ədəbi norma da hər bir xalqın illərlə 

yaratdığı mədəni nailiyyətlərindəndir. 

Məlum  olduğu kimi, ədəbi norma dili bir küll halında – həm səs məxrəcinə, həm tələffüz 

tutumuna, həm qrammatik quruluşuna, həm leksik-semantik məzmununa, həm üslub çeşidinə 

görə bütün cəhətləri  əhatə edir.  Və təbii ki, canlı dil praktikasında bu istiqamətlərdə çox 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



143

asanlıqla təsnif oluna bilir. Bu baxımdan ETSM-in dilində mövcud olan həmin normaların 

mühümləri üzərində dayanmağa ehtiyac vardır.       

 

ƏDƏBIYYAT 



 

1.

  Abdullayev Ə. Şifahi nitq haqqında. - “Dil mədəniyyəti”. Bakı, “Elm”, 1979 



2. Adilov  M.İ. Qəzet dili. Bakı, ADU nəşri, 1973 

3. Axundov  A.A. Televiziyanın və radionun xalqın nitq  mədəniyyətinin inkişafında rolu.  – 

“Dil mədəniyyəti”: Bakı, “Elm”, 1985 (IV buraxılış). 

4. Axundov A.A. Dil və mədəniyyət. Bakı, “Yazıçı”, 1992. 

5. Əzizov R. Televiziya  həyatımızda. Bakı, 1988. 

6. Məmmədov İ.O. Ekran, efir və dilimiz”. Bakı, “Elm”, 1989. 

7. Svetlana C.B. “Телевизионная речь. M., 1960. 

8. Аксенов В.Н. Искусство художественного  слова. Ь., 1962.  

 

SUMMARY 


 

The presented article is dedicated to the language of scientific, educational, healthcare and 

enlightenment programs. Literary language norms are put forward,work of broadcaster, announcer 

and creative persons in this regard and their duties are montioned. Simplicity,functionality, stability 

and necessity criteria defining the literary language, their basic principles are emphasized.     

 

Key words: language norms, languages of programs, TV broadcasters, enlightenment in 



programs. 

 

 



Güntəkin Binnətova, f.ü.f.d. 

   


 

 

 



 

 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan 



dialektologiyası şöbəsinin aparıcı elmi işçisi 

guntekin-binnatova@mail.ru 

 

MÜASIR ƏDƏBİ DİLİMIZDƏ ŞIVƏ İZLƏRİ 



 

Dialektlər və ədəbi dil-bunların hər biri ayrı-ayrılıqda dil formalarıdır. Ədəbi dil normalarla 

müəyyənləşən və fəaliyyət göstərən dil formasıdırsa, dilin,  xalqın tarixinin, etnoqrafiyasının, 

etnogenezinin, psixologiyasının  aynası olan dialektlər isə bu normalara sığmayan, ifadə hüdudları 

daha geniş olan, çoxvariantlılıqla müşaiyət olunan dil formasıdır.  

Ədəbi dillə dialektlər arasında sıx əlaqə mövcuddur. Bu iki cəbhə daima biri digərinə təsir 

edir. Ədəbi dil bütün dövrlərdə dialektlərə söykənmiş və ondan bəhrələnmişdir. Dialektlərin norma 

daxilində ədəbi dilə təsiri nə qədər müsbət haldırsa, ədəbi dilin şivələrə təziri bir o qədər 

arzuolunmaz hal kimi qiymətləndirilmişdir. Çünki şivəyə ədəbi dil prinsiplərini tətbiq etmək, elmi-

nəzəri təzyiq göstərmək ona ağırlıq və bayağılıq gətirir. Lakin ədəbi dilə şivə sözləri ilə sığal 

çəkmək, dil normativliyini pozmadan onlardan məqamında və qədərində istifadə etmək ona  

şirinlik, canlılıq və millilik gətirir. 

 Şivə sözlərinin müasir ədəbi dilimizdə bu və ya digər formada qoyduğu izlər  çox maraqlıdır. 

Dilin müxtəlif səviyyələrində özünü göstərən bu təsirlərin izlənməsi dil tarixi, müasir dil 

problemlərinin öyrənilməsində gərəklidir. Belə ki, dialekt faktları müasir ədəbi dilimizdə bəzi 

sözlərin etimoloji izahının açılmasında mühüm rol oynayır, quruluşca sadə söz kimi qəbul edilən 

bəzi leksik vahidlərin düzəltmə və ya mürəkkəb olduğunu söyləməyə əsas verir. 

 Nümunə üçün müasir ədəbi dilimizdə ümumişlək olan üzük sözünün etimoloji izahına diqqət 

yetirək. Araşdırmalara əsasən belə bir nəticəyə gəldik ki, üzük sözü quruluşca düzəltmədir və onun 

əsasında dialektal üy sözü dayanır. Üy  qərb qrupu dialekt və şivələrinin bəzilərində barmaq, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



144

Yevlax, Balakən, Gədəbəy şivələrində isə barmaqda oynaq, buğum mənasında işlədilir(-Barmaxda 

üç üy olur-Yevlax). Demək, barmağa müxtəlif məqsədlərlə taxılan bu əşyanın adı üylükdür. İstər 

dialekt və şivələrimizdə, istərsə də ayrı-ayrı türk dillərində -lıq

4

 şəkilçisinin müxtəlif fonetik 



variantlarınin olduğunu nəzərə alıb demək olar ki, burada üy kök, -lük isə şəkilçi morfemdir.  Qeyd 

edək ki, bəzi şivələrdə üzük  sözü üyzük/üyzüx , yaxud yüzüg şəklində də tələffüz edilir. 

Yüzügüyzük sözünün metatezaya uğramış variantıdır. Üyzüküy  kökünü mühafizə edir. Bu arada 

paltar tikərkən iynə ələ batmasın deyə barmağın başına keçirilən əşya mənasında əksər şivələrdə 

işlədilən üsgük/üysüx (metateza üy-üs, səs keçidi g-y), Xanlar şivəsində işlədilən nüy, ədəbi dildə 

onun qarşılığı olan oymaq  sözlərinə diqqət yetirsək, bu sözlərin də təkhecalı üy kökünə 

əsaslandığını söyləmək olar. Basarkeçər şivələrində isə bu söz(üysüx ) həqiqi mənasından 

uzaqlaşır, məcazi məna kəsb edərək arı şanında olan dəlik mənasında işlədilir.- Şanın üysüyündə 

bal var. 

 Belə bir açıqlamadan sönra ədəbi dilimizdə işlədilən bilərzik sözünün də biləklik  şəklində 

izahı inandırıcı görünür.  

Dialekt materialları ilə bir çox sözlərin - oraq, qurbağa, tısbağa, tülkü və s. bu kimi sözlərin də 

etimoloji izahını vermək mümkündür. Belə bir izah maraqlı və inandırıcıdır, eyni zamanda, dilin 

tarixi inkişaf prosesini izləmək baxımından cox əhəmiyyətlidir. 

 

 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin