I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə43/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

orfoqrafiya lüğətlərin nəşrlərində qiymətli bir vəsaitdir. 

Vəli Xuluflu “İmla lüğəti”nin tərtibini hazırlayarkən, özünün də qeyd etdiyi kimi, mübahisə 

doğuran məsələləri nəzərə almışdır. Fonetik prinsipə əsaslanılan lüğətdə ahəng qanununa riayət 

edilmişdir. Lüğətdə ərəb və fars dillərindən alınan sözlərin bəziləri xalq dili tələffüzündə olduğu 

kimi verilmişdir. Avropa alınmalarının yazılışına əməl olunmuşdur. Onu da qeyd edək ki, lüğətdə 

verilmiş arxaik sözlər hazırkı orfoqrafiya lüğətində əksini tapmamışdır. 

Azərbaycan dilinin ikinci orfoqrafiya lüğəti yenidən işlənərək 1940-cı ildə çap olunmuşdur 

[4]. Lüğətin hazırlanmasında Nizami adına ƏDƏBIYYAT və Dil institunun əməkdaşları 

Ə.Babazadə, D.Quliyev, Y.Əliyev və C.Əfəndizadə iştirak etmişlər. Kitabın əvvəlində orfoqrafiya 

qaydaları haqqında məlumat da öz əksini tapır. 

1958-ci ildə əvvəlki orfoqrafiya qaydalarında dəyişiklik edilmiş, orfoqrafiya lüğəti həmin yeni 

qaydalar əsasında bir daha nəzərdən kecirilmiş, bəzi maddələrdə dəyişikliklər edilərək 

dəqiqləşdirilmiş və yenidən tərtib olunmuşdur. 

Orfoqrafiya lüğəti üçüncü dəfə 1940-cı ildə cap olunmuş lüğəti əsasında hazırlanaraq 1960-cı 

ildə nəşr olunmuşdur [5]. Həmin lüğət B.Abdullayevin və N.Rəhimzadə tərəfindən 

təkmilləşdirilərək sözlərin sayı 40 minə çatdırılmışlar. Lüğətdə əlavə olaraq coğrafi adlar, şəxs 

adlarıda əlifba sırası ilə verilmişdir. 24 bənddən ibarət lüğətin quruluşu haqqında məlumat 

göstərilmişdir. 

 “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1975-ci ildə artırılmış və təkmilləşdirilmiş formada 3-

cü nəşri çap olunmuşdur [6].  Burada da qaydaların bəzi maddələrində dəyişikliklər edilmişdir. 

Lüğətin tərtibçiləri B.Abdullyev və N.Rəhimzadədir. Lüğət Azərbaycan SSR Nazirlər Sovetinin 

1958-ci il 24 iyul tarixli və 1959-cu il 6 aprel tarixli qərarları ilə təsdiq olunmuş,  “Azərbaycan 

dilinin orfoqrafiya qaydaları” na uyğun şəkildə tərtib edilmişdir. Lüğətdə 58 minə yaxın söz 

verilmişdir. 

Lüğətə bəzi ümumişlək sözlərin düşməməsi, mənası başa düşülməyən ərəb mənşəli sözlərin 

verilməsi, süni, qondarma yolla yaranan sözlərin verilməsi, məhəlli sözlərin verilməsi və s. bu kimi 

qüsurların olması müxtəlif mətbuat səhifələrində göstərilmişdir. Bütün bu nöqsanlar lüğətin növbəti 

5-ci nəşrində nəzərə alınmış, əlavə sözlərlə zənginləşdirilmişdir. 

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 5-ci nəşri 2004-cü ildə işıq üzü  görmüşdür.  

1975-ci il lüğəti ilə 2004-cü il lüğəti arasında 30 ilə yaxın bir vaxt keçmişdir. 

2004-cü il lüğəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli  

qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında latın qrafikalı əlifba ilə hazırlanmış 

ilk lüğətdir. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Ümumilikdə 

lüğətdə 80 minə yaxın söz verilmişdir. 

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu nəşrindəki qaydalar Azərbaycan 

Respublikasında dövlət dili haqqında “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 

barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2013-cü il tarixli Fərmanına uyğun olaraq 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



223

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər 

Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir [7]. 

2004-cü  ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibçiləri Nəsimi adına 

Dilçilik İnstitunun əməkdaşları: İ.Məmmədli, A.Ələkbərov, B.Abdullayev, N.Seyidəliyev və 

N.Xəlifəzadədir. Redaktoru isə A.Axundovdur. 

Lüğət həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli 

qərarı  ilə təsdiq edilmişdir. 

Lüğətin orfoqrafiya qaydalarında saitlərin və samitlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb 

sözlərin yazılışı, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, abreviaturlar və s. 

başlıqlar geniş şəkildə şərh edilmiş və bu 36 bənddə əks olunmuşdur.Lüğətin quruluşu isə 27 

bənddən ibarətdir. 

Onu da qeyd edək ki, lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” 12 yanvar 

2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuşdur. 

Lüğət haqqında müxtəlif mətbuat səhifələrində bir neçə müsbət rəy yazılmış və bununla 

yanaşı, bəzi iradlar və təkliflər də bildirilmişdir. Bütün bunlar araşdırılaraq nəzərə alınmış, mərhum 

B.Abdullayevmüstəsna olmaqla həmin müəlliflər tərəfindən yenidən 

təkmilləşdirilərəkgenişləndirilmiş halda 2013-cü ildə 25 min tirajla nəşr olunmuşdur. Bu, 

orfoqrafiya lüğətinin 6-cı nəşridir [8]. 

Nəfis tərtibatda nəşr olunan lüğət üç cərgədə verilərək Azərbaycan dilinin 110 mindən artıq 

sözünü əhatə edir. 

Lüğətdə ilk dəfə olaraq sözlərin axtarış cədvəli verilmişdir ki, bu da sözlərin daha asan 

tapılmasında oxuculara kömək edir. 

Lüğət ulu öndər Heydər Əliyevin aşağıdakı kəlamı ilə başlayır: “Hər bir xalqın milliliyini, 

mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” 

Kitabın sonunda əlavə olaraq Azərbaycan Respublikasının coğrafi adları, dünya üzrə bəzi 

coğrafi adlar, həm Azərbaycanda, həm də dünyada daha cox işlənən şəxs adları, respublikamızda 

olan idarə və təşkilat adları, beynəlxalq təşkilat adları, dünya ölkələrinin pul vahidləri də 

verilmişdir. 

Lüğət olduqca zəngin, geniş və əhatəlidir, çünki son illərdə dilimizə keçən söz və terminlər də 

oraya daxil edilmişdir. Doğrudur,bu lüğət haqqında da respublikanın qəzet və jurnallarında 

mütəxəssis və oxucuların məqalələri dərc olunmuş, bəzilərinin təklifləri də irəli sürülmüşdür.  

Həmin təkliflər də, şübhəsiz ki, növbəti 7-ci nəşrdə nəzərə alınacaqdır. 

Ənənəvi olaraq hər bir lüğətdə qayda-qanuna əməl olunur, nitq hissələri haqqında məlumat 

verilir, mənası vurğu ilə dəyişilən sözlərin üzərində vurğu işarəsi qoyulur, mənası məlum olmayan 

bəzi söz və terminlərin qarşısında qısa izahat və ya üslubi işarələr verilir. 

Lüğətlərdə bir qayda olaraq sadə, düzəltmə, bitişik və defislə yazılan mürəkkəb sözlər verilir. 

Ayrı yazılan mürəkkəb feillər isə lüğətdə verilmir.   

 

 



ƏDƏBIYYAT 

 

1. Babayev A. Türkoloji birlik səsi, Bakı, 2006. 



2. Həsənov H. Azərbaycan lüğətçiliyinin nəzəri əsasları, Bakı, 1999. 

3. Xuluflu V. İmla lüğəti, Bakı, 1929. 

4. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1940. 

5. Azərbaycan dilinin orfoqrafiya lüğəti,  Bakı, 1960. 

6. Azərbaycan dilinin orfoqrafiya lüğəti,  Bakı, 1975. 

7. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 2004. 

8. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 2013.  

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



224

SalayevaF. 

Problems on Azerbaijan orthographic dictionaries 

 

Summary 



 

The presented article dedicated to the Azerbaijan language’s orthographic dictionaries 

published till present day. Firstly, it is informed about I Turkological Congress hold in 1926. 

In the congress reports concerning orthographic dictionaries published during 90 years since 

I Turkological Congress are mentioned, their positive and negative features are emphasized. 

 

Key words: Azerbaijani, I Turkological Congress, representative, orthographic 



dictionary. 

 

 



 

   Hüsniyyə Çobanova 

Heydər Əliyev adına AAHM-in baş müəllimi 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı 

cobanovahusniyye@gmail.com 

 

GÜRCÜSTAN  ƏRAZİSİNDƏ  SÖZDÜZƏLDİCİ  ŞƏKİLÇİLƏRİN  BİRLƏŞMƏSİ  



NƏTİCƏSİNDƏ  YARANAN  TÜRKKÖKLÜ ETNOTOPONİMLƏR   

 

 



Azərbaycan-Türk dilinin lüğət tərkibindəki ümumi sözlərin müəyyən hissəsini kök sözlərdən 

ibarət olan sadə isimlər təşkil edir. Bu qrup sadə isimlər dilin əsas lüğət fondunu yaradır, həm də 

dilimizin morfoloji və sintaktik üsulla yeni sözyaratma bazasını müəyyənləşdirir. Başqa sözlə 

desək, dilimizin lüğət tərkibindəki mövcud isimlərin geniş bir hissəsi semantik baxımdan yeni 

məzmun kəsb edərək xüsusi adların (şəxs, yer-yurd, su adları və s.) yaradır. Yəni, kök sözlə leksik 

şəkilçilərin morfoloji üsulla birləşməsindən ibarət olan sayı-hesabı bilinməyən düzəltmə sözlər 

meydana gəlir. 

 

Biz isə bu tədqiqat işində ümumilikdə düzəltmə sözlərdən yox, bir qrup morfoloji üsulla 



düzələn etnotoponimlərdən (etnooykonimlərdən) bəhs etməyi nəzərdə tutmuşuq. 

 

Gürcüstan  ərazisindəki mövcud etnotoponimlər, oykonimlər (yaşayış məntəqələrinin 



adlarını bildirən onomastik vahidlər) və oronimlər (müxtəlif ərazilərin-dağların, təpələrin, 

düzənliklərin adlarını bildirən onomastik vahidlər) olmaqla iki qrupa bölünür. Burada isə, yalnız 

morfoloji üsulla düzələn etnooykonimlərin linqvistik xüsusiyyətlərinə nəzər salınacaqdır. 

 

Azərbaycan dilinin zəngin lüğət tərkibində mövcud olan söz köklərinə-əsaslarına müxtəlif 



leksik şəkilçilərin artırılması nəticəsində yeni sözlər əmələ gəldiyi kimi, Azərbaycan 

toponimiyasında, xüsusilə, onun etnotoponimlər (etnooykonimlər, etnooronimlər) sistemində 

mövcud olan ayrı-ayrı etnonimlərə (ailə-nəsl, tirə, qəbilə, tayfa, xalq, millət) ədəbi dilimiz üçün 

səciyyəvi olan müxtəlif leksik şəkilçilərin artırılması yolu ilə müxtəlif etnooykonimlər (yaşayış 

məntəqələrinin adları) və etnooronimlər (ölkədə və ya onun bir ərazisində olan müxtəlif dağların, 

təpələrin, düzənliklərin və s. adları) düzəltmişdir. 

 

Qədim tarixi mənbələrin verdiyi məlumata görə  Azərbaycan türklərinin  Gürcüstan 



ərazisində məskənləşməsi tarixi quldarlıq ictimai-iqtisadi formasiyasının son əsrlərinə, feodalizm 

ictimai-iqtisadi formasiyasının isə erkən dövrünə (erkən orta əsrlərə) təsadüf edir. Bunu tarixi 

sənədlər də təsdiq edir. 

Türkdilli tayfaların Gürcüstanın cənub-şərq ərazisinə, o cümlədən Borçalıya erkən əsrlərdən köçüb 

(V-X əsrlər) məskənləşməsi də tarixi sənədlərdə qeydə alınmışdır.  

 

Sonrakı dövrlərdə də Azərbaycan türklərinin həmin əraziyə köçməsi halları olmuşdur. 



Tarixdən məlumdur ki, XI əsrdən oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa 

vaxtda, demək olar ki, Zaqafqaziya ərazisində, o cümlədən Kartlidə (Şərqi Gürcüstanda) 

məskənləşirlər. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorinkosi”də  (çar IV 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



225

Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: Türklərin məskunlaşdığı ərazi Didi 

Turkoba (böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır. 

 

Həmin dövrdə Gürcüstan ərazisində türk tayfalarının kütləvi şəkildə oturaq həyat keçirməsi 



prosesi başlanır və gürcüstan ərazisinin türkləşməsi təhlükəsi yaranır [12.366]. 

 

Yuxarıda qədim gürcü mənbələrində adları qeyd olunan türkdilli tayfaların gah bun türk (III-



VI əsrlər), gah hun (IV-VI əsrlər), gah onoğur (V əsr), gah xəzər (VII-IX əsrlər), gah qədim qıpçaq 

(VI-VIII əsrlər), gah yeni qıpçaq (XI əsr), gah oğuz-səlcuq (XI əsr) adlandırılmasından görünür ki, 

türkdilli müxtəlif tayfalar və tayfa birlikləri Gürcüstana bir-birinin ardınca müxtəlif dövrlərdə 

gəlmiş və məskənləşmişlər. Bütün bu tayfalar isə Azərbaycan xalqının etnogenezisində yaxından 

iştirak etmişlər.  Tədqiqata cəlb olunan etnotoponimlərə dərindən nəzər saldıqda məlum olur ki, 

etnotoponimlərin (etnooykonimlər və etnooronimlər) də düzəltməsi və yaranması, inkişaf etməsi, 

hər şeydən əvvəl, Azərbaycan dilinin daxili inkişaf qanunlarına və dildə mövcud olan digər müvafiq 

qaydalara və modellərə əsaslanır. 

 

Dilimizdə morfoloji üsulla yeni sözyaratma mümkün olduğu kimi, sadə kök sözə-etnonimə 



müxtəlif leksik şəkilçilərdən birinin artırılması ilə etnotoponimlər (etnooykonimlər, etnooronimlər) 

düzəlir. 

ABDALLI  (Avdallı) – Qədim Borçalının Bağ bölgəsinin Bolulus (indi Bolnisi) rayonunda 

qədim türk kəndinin adı olub. Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, 

Tiflis-Bolnis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 620 m yüksəklikdə yerləşir.  

 

Sön illərdə, çox təəssüflər olsun ki, Abdallının adı dəyişdirilib, gürcü dilində “Cavaxi” 



qoyulub. Əhalisi 1000 nəfərə yaxındır. Kənddə Azərbaycan məktəbi 1927-ci ildə yaradılıb. Kəndin 

yaxınlığında qaya üstündəki qədim qalanı Koroğlu qalası adlandırırlar. 

Abdallı kəndinin adı “avdal” və ya “Abdal” etnonimi ilə bağlıdır. Azərbaycanda bu etnonim 

ilə bağlı bir sıra oykonimlər vardır. O cümlədən, Ağdam rayonunda Abdal, Tovuz rayonunda 

Abdal, Oğuz rayonunda Abdallı, Xanlar rayonunda Çoban Abdallı adlı kəndlər vardır[1.128] 

Qəbələ rayonunda Mis Abdallı, Qubadlı rayonunda Abdalanlı, Şimal-Qərbi Azərbaycanda (indi 

Ermənistanda) , xüsusilə sabiq İrəvan xanlığının Qəripbasar və Qırxbulaq mahalında Avdallar adlı 

kəndlər vardır. Həmçinin Azərbaycanın qədim və dilbər guşəsi olan və hazırda düşmən-erməni 

qəsbkarlarının əsarətində olan Laçın şəhəri də 1923-cü ilə qədər Avdallar adlanmışdır. (Mənbələrin 

verdiyi məlumata görə, Avdal qədim türk tayfalarından biri olmuşdur).  

 

Qərbi Azərbaycanın (indi Ermənistan) İrəvan xanlığının ərazisində 1590-cı ilə aid 



mənbələrdə Abdallar adlı geniş əkin sahəsi və kənd adı olub. Bədnam Türkmənçay müqaviləsindən 

dərhal sonra, yəni 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət olan əhalisi 

qovulduqdan sonra kənd dağıdılmışdır. Bu kəndin adı “Abdal” (avdal) etnonimi-tayfa adı əsasında 

təşəkkül etmişdir. Onu da qeyd edək ki, “Abdal” adlı tayfa Borçalı Qarapapaqları, türkmənlər, 

qazaxlar və başqa türk xalqları arasında da olub. 1727-ci ilin mənbələrində Dağlıq Qarabağın 

Vərəndə mahalında da Abdal adlı etnonim və etnooykonim olub [1.103]. 

Böyük Qafqaz dağlarının yamaclarında – Naxçıvan ərazisində Avdal dağı (oronimi), Araz 

çayı vadisində və Azərbaycanın digər bölgələrində də bir neçə Avdal yurdu, Avdal ocağı deyilən 

yerlər qeyd olunmuşdur. Həmçinin, Türkiyədə, Əfqanıstanda, Qaraçay və Balkarlarda, İraqda Avdal 

etnonimi ilə bağlı bir çox abidə və kəndlər mövcuddur. Bu isə “avdal” tayfasının qədim zamanlarda 

əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır. 

Avdal sözünün ümumi mənası “ovu qoruyan, ova arxa olan” türkdilli xalqların mifologiyasında 

deyildiyi kimi “ov tanrısı” deməkdir. Klassik Azərbaycan şairlərindən Nəsimi, Şah İsmayıl Xətayi 

də avdal tayfasından olmuşlar.Həmçinin, Türkmənistanın Xosambar rayonunda da “avdal” etnonimi 

ilə düzələn oba vardır  [2.13]. 

Abdallı - Azərbaycan-türk dili üçün səciyyəvi olan “Abdal” etnonimi Orta Asiya türklərinin 

toponimikasında “Abdal” variantında sabitləşmişdir [2.87]. Həmçinin bu etnonim Türkmən 

toponimikasında  və Başqır toponimikasında “Abdal” variantlarında qeydə alınmışdır [8.53]. 

Özbəkistanda da “Abdal”  etnonimi geniş şəkildə yayılmış və onlarla etnooykonimin yaranması 

üçün əsas olmuşdur [11.16.]. Həmçinin, X-XII əsrlərdə Başkir etnoniminə dördüncü qohum-nəsl 

layında “Abdal” variantında “Abdal”  etnoniminin adı da qeyd olunmuşdur[10.18]. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



226

SARACLI – Tiflis quberniyasının qədim bağ Borçalısının Güney tərəfindəki dağların  

ətəyində – Bolulus bögəsində (indiki Bolnisi rayonunda), Sağsağan çayın sağ sahilində, rayon  

mərkəzindən 22 km şərqdə, dəniz səviyyəsindən 510 m yüksəklikdə yerləşən kənd adıdır. Bu 

oykonim mənbələrin verdiyi məlumata görə , Qazax elinə məxsus olan “saraclı” tayfa adı  əsasında 

təşəkkül tapıb. Orta əsrlərdə osmanlıda tayfalardan biri Saraclı olub. Həmçinin, Tiflis əyalətinin 

Dəmirçi Həsənli nahəyəsində də Saraclı adlı kənd olub [4.160].   1831-ci il mənbələrinə görə Qazax 

eli iki hissədən: Çobankərə və Qarapapaxlardan ibarət olub. Çobankərə tayfasının bir qolunu da 

“Saraclı”  tayfası təşkil etmişdir[5.72].   Gürcüstan hökumətinin qeyri-tarixi və qeyri-milli siyasəti 

nəticəsində 1992-ci ildə Saraclı kəndinin adı dəyişdirilib – gürcü dilində “Mamxuti” adlandırılıb. 

Əhalisi 3841 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1919-cu ildən fəaliyyət göstərir. Akademik 

Zahid Xəlilov professorlar Abdulla və Həmdulla Mehrabovlar, ustad aşıq Hüseyin Saraclı və b. Bu 

kəndin yetirmələridir. 

 

Azərbaycanın Ağdam rayonunun Ağdamkənd sovetliyində və Gəncəli kənd sovetliyində 



Saraclı adlı iki yaşayış məntəqəsi-etnooykonim-kənd vardır [6.19-20].Güman ki, bu kəndlərin adı 

da “Saraclı” tayfa adının müəyyən dərəcədə səsdəyişməsi, yəni, “a” -“ı”,  “ç”-“c” sait “a” səsinin 

artması və “-lı”  leksik şəkilçisinin (sözdüzəldici şəkilçinin) artırılması ilə düzəlibdir. Deməli, 

“saraclı” etnonim olduğu kimi “sarıcalı” da etnonim funksiyasını yerinə yetirəcək etnooykonim 

düzəlmişdir.  

TƏKƏLİ – Tiflis quberniyasının  Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli yaşayış 

məntəqəsinin  Aran bölgəsinin sabiq  Borçalı mahalında (indiki Marneuli) kənd adı olub. Bu kənd 

rayon mərkəzindən 27 km cənub-şərqdə, Marneuli-Sınıqkörpü avtomobil yolunun kənarında, dəniz 

səviyyəsindən 310 m yüksəklikdə yerləşən qədim bir türk kəndidir. Əhalisi 1750 nəfərdir. Kənddəki 

Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyət göstərir. Tarixdə “Təkəli”lər döyüşkən və mübariz 

tayfa kimi şöhrət tapmışlar. Heç də təsadüfi deyil ki, XIX əsrdə və XX əsrin əvvəllərində təkəlilərin 

xələfləri bir çox məşhur hərbçilər, o cümlədən, generallar nəsli yetirmişdir.  

 

“Təkəli” – qədim Botçalının Aran bölgəsində məskunlaşmış ən böyük tayfalardan biri olub. 



Bu oykonim təkəli etnonimindən əmələ gəlmişdir. Oğuz-türkmansoylu Təkəli tayfasının, 

qıpçaqların Tək (təkə) tayfasının və ya Qızılbaşların  Təkəli tayfasının adını xatırladır. Təkəlilər 

Səfəvilər dövründə Azərbaycanda güclü türk tayfa birləşməsindən biri olmuş, saray münaqişələri ilə 

əlaqədar olaraq qiyamlar etmişlər. Kəndin qədim məzarlığında at, qoç abidələri indi də qalmaqdadır 

[6.37].  1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Borçalının Ağcaqala 

nəhiyəsində yerləşən Təkəli oymağı (tayfa birləşmələri) və həmin ərazidə yerləşən hər kənddəki 

ailənin miqdarı da göstərilir [9. 161.162]. 

MUĞANLI – Tiflis quberniyasının Qədim Borçalının Bağ bölgəsinin mərkəzi hissəsində 

Bolulus (indiki Bolnisi) rayonunda (xalq arasında bu kənd)  Bala Muğanlı adlanır. İndi kənd gürcü 

dilində “Veneti” adlanır., əhalisi 1300 nəfərdən çoxdur. Marneuli rayonunda Böyük Muğanlı, Qaş 

Muğanlı, Kirəc Muğanlı adlı kəndlər vardır. Başkeçid rayonunda Muğanlı (Dağ Muğanlı) 1990-cı 

ildə azərbaycanlılar burdan qovulmuş və kənd  “gürcüləşdirilmişdir” –M. Ç.). Saqareco (Qaraca 

yurdu) rayonunda Yor Muğanlı, Qarayazı rayonunda Sartcala Muğanlı adlı kəndlər vardır. Muğanlı 

etnooykonimi Azərbaycanda da geniş yayılmışdır. Ağdam, Ağcabədi, Bərdə, Qazax, Qubadlı, 

Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında Muğanlı; Çirvan şəhərində Muğan adlı şəhər 

tipli qəsəbə; Biləsuvar rayonunda Muğan adlı qəsəbə, Sabirabad rayonunda Muğan Gəncəli, 

Naxçıvanda Muğancıq mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır  [1.183].  Yuxarıda adı qeyd 

olunan etnooykonimlərin hamısı “Muğ”  və ya “Mağ” (tayfa adı) etnonimləri əsasında təşəkkül 

tapmış “muğanlı” tayfa adə ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının 

etnogenezində “muğ”  və ya “mağ”  tayfaları böyük rol oynamışdır.  

Tarixi Azərbaycan ərazilərində geniş yayılmış  “Muğanlı”lar şahsevən tayfa birliyinin ən 

böyük qollarından birini təşkil edir.  

IX-XI əsrlərdə ərəb dilində yazılmış bir sıra tarix və coğrafiya kitablarında, o cümlədən. 

“Hüdud-əl aləm” əsərində Muğan, Qəbələ və s. toponimlər qeydə alınmışdır ki, həmin toponimlər 

indi də Azərbaycan və gürcüstanın bir sıra rayonlarında yaşamaqdadır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



227

1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Gürcüstanın ərazisində 

mövcud olmuş Muğanlı tayfasının adı ilə bağlı bir neçə Muğanlı kəndinin adı da qeydə alınmışdır. 

Məsələn, Baydar nahiyəsində Muğanlı (23), Dəmirçihəsən uluslarından Kəpənəkçi adlı yerdə 

Muğanlı camaatı (31), Muğanlı Əhməd camaatı (18), Ağcaqala nəhiyəsində Ərəbli oymağının 

İmamkəndi qışlağındakı Muğanlı camaatı (13), və s. göstərir ki, türklər-azərbaycanlılar bu bölgədə 

çox qədim dövrlərdən məskunlaşmışlar. 

Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında üç Muğanlı adlı kəndlər və Goruş 

rayonunda isə Muğancıq (kiçik Muğanlı mənasında) həmçinin, Dərələyəz nəgiyəsində də Muğanlı 

adlı kəndlər vardır.  

Azərbaycanın Şirvan Şəhərini tabeliyində olan şəhər tipli qəsəbə də Muğan adlanır.  [1.97]. 

MUĞAN – Qədim Borçalı bölgəsində mövcud olmuş bu oykonim “muğan”Etnonimi 

əsasında yaranıb. [4.51] Məşhur Alman alimi İohans Markvartın araşdırmalarında VII əsrdə 

mövcud olan Azərbaycanın qədim etnotoponimlərindən Bərdə, Gəncə, Muğan, Xalxalı, Qkqun 

(Ağhun-M.Ç.), Tərtər və s. adı qetd olunub [3.142]  (Həmçinin, B. Budaqovun araşdırmalarında o 

cümlədən,  “Azərbaycan paleotonimləri antik qaynaqlarda” (1986) adlı məqaləsində; [6.15.]  B. 

Budaqovun V. Aslanovla birgə yazdıqları B. Budaqovun qədim türkköklü“Türgen” (Türyançay), 

“Qanıq”, “Bayan”, “Çanaqçı”, “Muğan”, “Çul”, “Qğhun” və s. etnonimlərin qədimliyi 

araşdırılmışdır[2.51]. 

HUN – Dəmirçi Həsənli nahiyəsində məhəllə adı olub. Çox güman ki, ilk mərhələdə az bir 

qrup “hun” tayfa nümayəndələri gəlib məskən salıb. Onlar azlıq təşkil etdiyinə görə, yerli kəndlər-


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin