əhali onları məhəllə adlandırıblar. “Hun” qədim türk dillərinə məxsus sadə sözdür.
Qədim türklərin tarixinə dərindən nəzər saldıqda məlum olur ki, Başqır bölgələrində də
etnik, tarixi və mədəni-məişət baxımdan bir-birilə əlaqədar olan qədim tayfalar arasında türkdilli
“Hun” adlı tayfa və ya “Hunlar” adlı tayfa birliyi də olubdur. Bu eramızdan əvvəl II-I əsrlərdə
güclü bir axınla Qazaxıstan və Orta Asiya səhralarından keçərək, Şərqi və qərbi Avropaya, çox
güman ki, elə həmin dövrdə də onların bir hissəsi cənub istiqamətində Qafqaza və oradan da Güney
Qafqaza-Azərbaycan ərazisinə gəlib orada məskunlaşmışlar[4.51]. Bu tayfalar arasında “Hunlar”,
“On oğur” tayfaları da olmuş və həmin tayfalar Ulu babalarımızın adını yaşatmaq məqsədilə öz
tayfalarının adlarını yaşayış məntəqələrinin adına qoymuşlar. Bizim mülahizəmizə förə, “On oğur”
yox, “On oğuz” olmalıdır [5.65]. Çünki mənbələrdə ən çox “On oğuz” adı çox işlənmişdir. O
cümlədən Hun, Hunlar, “On oğuz” qədim etnooykonimlər bu qəbildəndir. Bunlardan Qərbi
Gürcüstanın Zestafoni bölgəsindəki “On oğur” (On oğuz) etnooykonimi “Onoqurisi”kimi gürcü
dilinə transliyasiya edilmişdir [6.71].
HUNLAR – Qədim Borçalıda kənd adı olub. Bu etnooykonim qədim “Hun” tayfa adı ilə “-
lar” topoformantı əsasında təşəkkül tapıb. Bu tayfalar Azərbaycan-türk xalqının etnogenezində
yaxından iştirak edib [6.72]. Onu da qeyd edək ki, eramızın ilk əsrlərindən Azərbaycan türklərinin
söykökünün təşəkkül etməsində Oğuz, Avşar (Əfşar), Sak və digər tayfa birləşmə ilə yanaşı Hunlar
da fəal iştirak etmişdir.
KOSALI – Tiflis Quberniyasının Borçalı Aran bölgəsində - sabiq Borçalı (indiki marneuli)
rayonunda ”Xəlilli” tayfasının kosalar tirəsinin adı əsasında düzəlib . [2.51] Kür və Alget
çaylarının qovşağında, tarixi Sınıqkörpünün yaxınlığında, Marneuli-Sınıqkörpü avtomobil yolunun
kənarında, dəniz səviyyəsindən 290 m yüksəklikdə yerləşir. Bu oykonimtürk köklü “Kosalı”
kəndinin adında “kosalar” tirəsinin adından götürülmüşdür.
Kosalı kəndi iki qismə bölünür. Birinci Kosalı və İkinci Kosalı. Birinci Kosalıda 1700 nəfər,
İkinci Kosalıda 1600 nəfər əhali var. Hər iki Kosalıda əsası 1923-cü ildə qoyulmuş Azərbaycan
məktəbləri fəaliyyət göstərir.
Tiflis Quberniyasının Borçalı qəzasının Aran bölgəsində və Dəmirçi Həsənli nahiyyəsində
də Kosalı adlı kəndlər olub. [6.39] Həmçinin həmin kəndin başqa adı Nəzərli (Nazarlı) olub. İndi
Qarayazı rayonunda Kosalı adlı kənd vardır[4.59].
Azərbaycanın Ağdam, Qazax, Lənkəran, Xankəndi və Lerik rayonlarında isə Kosalar adlı
kəndlər vardır[1.59]. Qərbi Azərbaycanın (indi Ermənistanın) Qafan rayonunda da Kosalı adlı kənd
olub. Həmin kənd 1905-ci ildə ermənilər tərəfindən dağıdılıb [ 8.178].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
228
Kosalı – Qədim Qrayazı (indiki Qardabani) rayonunda kənd adı olub. [4.59]. Qarayazı
düzündə, rayon mərkəzindən 5 km gündoğarda, Qardabani-Böyükkəsik avtomobil yolu kənarında,
dəniz səviyyəsindən 290 m yüksəklikdə yerləşir. Bu oukonim “Kosalı” etnonimi əsasında yaranıb.
Əhalisi 6 min nəfərdən çoxdur. Kənddəki Azərbaycan məktəbi 1918-ci ildən fəaliyyət göstərir.
Kosalar - qədim Borçalının Dağ bölgəsinin sabiq Ağbulaq (indiki Tetri-sxaro) rayonunda
kənd adıdır [11.196]. Xram çayının sağ sahilində , rayon mərkəzindən 14 km cənub-şərqdə, dəniz
səviyyəsindən 650 m yüksəklikdə yerləşən süni yolla yaradılmışdır. Bu oykonim türk köklü
“kosalar” tayfa adı əsasında yaranıb [6.126]. Bəzi mənbələrdə kəndin adı həm də Qarakənd kimi
göstərilmişdir. Əhalisi 1000 nəfərdən çoxdur. Kənddəki Azərbaycan məktəbi 1925-ci ildən
fəaliyyət göstərir və gözəl ənənələrə malikdir. Keçmiş SSR-nin ən yüksək mükafatlarına – “Lenin”
Ordeninə, “Oraq və Çəkic” Qızıl medalına və SSR-nin ən yüksək fəxri adına layiq görülmüş
Sosialist Əməyi Qəhrəmanı, Güllü Əliyeva, Dövlət Mükafatı Laureatı Bədirxan Musayev,
professorlar Məmməd Qocayev, Mahal Qacar, Roza Bayramova, Murtuz Qacarlı, Qasım
Məmmədov, İsa Musayev, Vilayət Qacarlı, Ramiz Qacarov, polkovnik-xeyriyyəçi, saz-söz vurğunu
Elbrus Anazaurov, məşhur xeyriyyəçi Vaqif Məmişov və başqaları bu kəndin yetirmələridir[6.45.].
Azərbaycanın Ağdam rayonunda da Kosalar adlı etnotoponim – kənd adı vardır[1.19]. Laçın
rayonunda da “Kosalar” adlı kənd olub. Bu kənd kolxoz quruculuğu ilə əlaqədar olaraq 1930-cu
ildə dağıdılmışdır [3.178].
AĞALAR – Sabiq Kutaisi quberniyasının Qori qəzasının indiki Kaspi rayonunda
Azərbaycan türklərinin yaşadığı kəndin keçmiş adıdır. Bu oykonim türkköklü rütbə bildirən “ağa”
sözü ilə “-lar” şəkilçisinin birləşməsindən yaranıb və böyük bir nəslin-tirənin adını bildirib və
sonralar oykonimə çevrilib. “Ağalar” kəndinin yaşlı nəslin söylədiklərinə görə, bu kənddə “Ağalar”
nəslinin yaşamasıilə bağlı olub. “Ağalar” kəndinin adı gürcü dilində əvvəlcə “Ağalariani”, sonra
isə, “Ağaiani” yazılmışdır. XX əsrin 90-cı illərinin “soyuq ab-havası” “Ağalar” kəndinin də
üstündən yan keçməmişdir. Orta əsrlərdən mövcud olan “Ağalar” kəndinin adı dəyişdirilib, gürcü
dilində “Ninosminda” qoyulub [6.68].
Azərbaycanın Zəngilan rayonunda Ağalı, Biləsuvar rayonunda Ağayrı, Laçın rayonunda isə
Ağalaruşağı kəndləri vardır. Tiflis Quberniyasının Borçalı bölgəsinin Şimal-Qərbində sabiq
Barmaqsız (indi Zalqa) rayonunda Ağalıq adlı kənd olub[5.72]. Borçalı Qəzasının Bağ
Borçalısında-Bolulus nahiyəsində (indi Bolnisi) rayonunda Ağalıq adlı kənd vardır [6.68].
ƏDƏBIYYAT
1.Azərbaycan SSR inzibati-ərazi bölgüsü, Bakı, 1979, səh.128.
2. Ataniyazov S, Türkmenistanın toponimik sözlüğü, “İlim” neşriyyatı, Aşqabad, 1970,
səh.13.
3. Bayramov İ. Qərbi Azərbaycanın toponimlər sitemi, səh.383.
4. Budaqov B. Ə., Qeybullayev Q. Ə., Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti,
Bakı, 2008, səh. 280.
5. Budaqov B. Ə., Qeybullayev Q. Ə.,
ErmənistandaAzərbaycanmənşəlitoponimlərinizahlılüğəti, Bakı, 1988, səh.150.
6. Çobanov M.N., Çobanlı M. M., Borçalı toponimləri, “Borçalı”, Bakı, 2012, səh.365.
7. Musa Urud, Zəngəzur toponimləri, səh. 178.
8. Гейбуллаев Г. А., Топонимия Азербайджана, Баку,стр.72.
9. Груз. ССР, Административные территориалные деление, 1966, стр.149.
10. Кузеев Р. Г., Опыт исторической страфикачии родоплеменной этноними Башкир,
Ономастика Повольжя, Уфа, 1973, стр. 18.
11. Мамедов A. A., Об этониме каналы, Ономастика Узбекистана, Ташкент, 1987, стр.14.
12. Şenqeliya N. N., “Seldjuki i Qruziya” , 1968, səh.396-399).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
229
ETHNOTOPONYMS OF TURKISH ORIGIN, WHICH WERE FORMED AS A RESULT
OF A COMBINATION OF WORD-BUILDING SUFFIXES IN GEORGIA
SUMMARY
Azerbaijani Turks who settled in the vast territory of Georgia historically in ancient times,
lived mainly in the central and eastern parts of the country, and gave the names of their tribes and
the families to the places, where they lived.
The article deals with the ethnotoponyms and etnooykonims of Turkish origin, which were
formed as a result of a combination of word-forming suffixes and reached our days, being used for
thousands of years.
Key words: ethnonym, tribe, oeconym, ethnotoponym, ethnooronym ethnooeconym,
ethnotoponym, ethnogenesis
Səkinə Şərifova
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Azərbaycan dialektologiyası şöbəsinin elmi işçisi
sekine.serifova@mail.ru
XIX ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİ NÜMUNƏLƏRİNDƏ
ZƏNCİRVARİ MÜRƏKKƏB BÜTÖVLƏR VƏ DAVAMLILIQ PROSESİ
Çoxkomponentli mürəkkəb bütövlərdə davamlılıq prosesinin hüdudunun müəyyənləşdiril-
məsi semantik-qrammatik əlaqələndirmənin hüdudu ilə sıx vəhdətdədir. Belə ki, mürəkkəb
bütövlərin tərkibindəki sadə cümlələrdə qismən fikir bitkinliyi hiss olunsa da, növbəti cümlədəki
fikir, yaxud bağlayıcı vasitə həmin cümlədəki fikrin hələ bitmədiyini, davamlı olduğunu göstərir.
Belə cümlələrdə fikir hissə-hissə təqdim olunur, lakin tam şəkildə qavranılması çətinləşir, bu halda
aktual hissə və məntiqi vurğu fikrin çatdırılmasına kömək edir.
"Zəncirvari əlaqənin əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəlki cümlənin reması sonrakının
teması kimi çıxış edir və bu proses sintaktik bütöv boyu davam edir, cümlələr bir zəncirin həlqələri
kimi bir-biri ilə bağlanır. Bu prosesdə həlledici rol təkrarların üzərinə düşür. Hətta bəzən əvvəlki
cümlənin reması sonrakında tema şəklində olduğu kimi saxlanılır" (1, 453).
Azərbaycan ədəbi dilinin tarixinə nəzər saldıqca zəncirvari mürəkkəb bütövlərin hüdudunun
müəyyənləşməsi problemi ilə də qarşılaşırıq.
VII əsrdən başlayaraq ərəbcə, IX-XI əsrlərdən farsca yazmaq ənənəsinin güclənməsi və hər iki dilin
təsirinin XIX əsin əvvəllərinədək davam etməsi Azərbaycan ədəbi dilini uzun müddət ağır yazı
normaları altında saxlamışdır. Azərbaycan ədəbi dilinin şifahi qolu bu yazı dilinə hər zaman nüfuz
etmiş, lakin qəlibləşmiş bədii təsvir vasitələri ilə yüklənmiş yazılı dil nümunələrinə güclü şəkildə
təsir göstərə bilməmişdir. XI yüzillikdə "Kitabi-Dədə Qorqudun" yazıya alınması, XII-XVI əsrlərdə
anadili ədəbiyyatının güclənməsi. XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının intibahı, şifahi
ədəbiyyat nümunələrinin yazıya alınması artıq yazı dilinin sadələşməsinə doğru bir yol alırdı.
Qarışıq tipli mürəkkəb cümlələr get-gedə formalaşmağa doğru gedirdi. Professor Q.Kazımov yazır:
"Adi, adətən iki tərkib hissədən baş və budaq cümlədən ibarət olan və çox işlənən tabeli
mürəkkəb cümlələrlə yanaşı, XIX əsrin ədəbi dilində qarışıq tipli tabeli mürəkkəb cümlələrin əksər
modellərinə də rast gəlmək mümkündür" (2, 313). Həmçinin müəllif göstərir ki, "qarışıq tipli tabeli
mürəkkəb cümlənin müasir quruluş modelləri XIX əsrdə artıq tam formalaşmış şəkildə mövcud idi"
(2, 316).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
230
XIX əsr Azərbaycan ədəbiyyatının təkrarolunmaz tip və xarakterlər ustadı M.F.Axundzadə
davamlı mürəkkəb bütövlərdən bir priyom kimi istifadə edərək obrazın xarakterini açmağa
çalışmışdır. "Mürafiə vəkillərinin hekayəti" adlı komediyasında mürafiə vəkili Ağa Mərdanın dili
ilə verilmiş belə bir cümləyə nəzər salaq: 1. Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi
mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. 2. Amma mən bu
keyfiyyəti bilib Ağa Kərimi sizin yanınıza göndərdim və məlum elədim ki, əgər siz mənim
tədbirimə əməl eləsəniz, mən belə elərəm ki, bu dövlət Zeynəb xanıma çatar. 3. Çünki Hacı
Qafurun bacısının bir köməyi və əlindən iş gələn əqrəbası yoxdur. 4. Ancaq o qızın bir cavan
namizədi var, o da mürafiə işində mənə hərif ola bilməz və siz də mənim rəyimə razı olub, hakimi-
şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki,
onunla iddianız var. (3, 172)
Əgər cümlələrarası nöqtə işarəsi nəzərə alınarsa, bu mətndə 4 cümlə olduğunu görərik. 1-ci
cümlə üçkomponentli qarışıq tipli mürəkkəb cümlədir: birinci komponenti tamamlığı çatışmayan
baş, ikinci və üçüncü komponentlər isə öz aralarında tabesiz zaman əlaqəsi olan tamamlıq budaq
cümləsidir. 2-ci cümlə dördkomponentli qarışıq tipli mürəkkəb cümlədir: birinci komponent
tamamlığı çatışmayan baş, ikinci, üçüncü, dördüncü komponentlər baş cümlənin çatışmayan
tamamlığı vəzifəsini daşıyan budaq cümlələrdir, bu budaq cümlələr arasında şərt anlayışı da vardır.
Ümumiyyətlə, bu cümlə budaq cümlə qütbü baş cümlə qütbündən sonra gələn çoxbudaqlı mürəkkəb
cümlələrdən sayılır.
3-cü cümlə müəyyən şəxsli sadə cümlədir. 4-cü cümlə beşkomponentli qarışıq tipli
mürəkkəb cümlədir: birinci və ikinci komponentlər qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlədir, üçüncü komponent tamamlığı çatışmayan baş cümlədir, dördüncü və beşinci
komponentlər ardıcıl birləşən tamamlıq budaq cümlələri olsalar da, öz aralarında dördüncü baş,
beşinci budaq olmaqla səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bununla belə, bu mətni davamlı mürəkkəb bütöv halına gətirən əlamətlər var: 2-ci cümlə
amma, 3-cü cümlə çünki, 4-cü cümlə ancaq bağlayıcıları ilə başlamaqla özündən əvvəlki cümlə ilə
sintaktik və semantik baxımdan əlaqələnir. Ümumiyyətlə, çoxkomponentli cümlələrin
formalaşmasında və komponentlərin bağlanmasında bağlayıcılar sintaktik və semantik
münasibətlərin göstəricisi kimi çıxış edə bilir. Belə ki, 1-ci cümlənin son komponenti ilə 2-ci
cümlənin ilk komponenti arasında tabesiz qarşılaşdırma, 2-ci cümlənin son komponenti ilə 3-cü
cümlə arasında tabeli səbəb, 3-cü cümlə ilə 4-cü cümlənin birinci komponenti arasında tabesiz
qarşılaşdırma anlayışı var. Odur ki, bu 4 cümlə birlikdə bir mürəkkəb bütöv təşkil edir.
M.F.Axundzadənin yaratdığı obrazların dilində həm sadə, anlaşıqlı, ümumxalq danışıq dili
tərzində işlənən cümlələrə, həm də mürəkkəb quruluşa malik olan, çətin anlaşılan, ərəb-fars
tərkibləri ilə yüklənmiş cümlələrə rast gəlmək mümkündür. Bu xüsusiyyət yalnız obrazın deyil,
müəllifin öz dilində də müşahidə olunur.
XIX əsr Azərbaycan ədəbi dilinin funksional üslublarını, o cümlədən bədii üslubu
nəzərdən keçirən V.Adilov yazır: "XIX əsrdə bədii üslubun həm nəsr, həm də nəzm qollarında
sadələşmə, xəlqiləşmə prosesi getməsinə baxmayaraq, bu dövrün bədii üslubunda klassik şeir və
səcli nəsr dilinin xüsusiyyətləri hələ tam şəkildə aradan çıxmamışdı. Zəncirvari şəkildə uzanan
izafət birləşmələri, ərəb, fars tərkibləri, standart təşbeh metaforalar bədii üsluba ümumxalq
dilinin təsirini məhdudlaşdırırdı. Bu dövrdə klassik nəsrin məhdudlaşdırıcı təsirini, hətta öz
əsərlərinin dilini ümumxalq danışıq dilinə maksimum yaxınlaşdırmağa səy göstərən və buna nail
olan, yeni tipli nəsrin əsasını qoyan M.F.Axundovun əsərlərində də müşahidə etmək mümkündür.
(4, 11)
V.Adilov M.F. Axundzadənin təhkyə dilində həm asan anlaşılan sadə, həm də çətin
anlaşılan mürəkkəb quruluşlu cümlələrdən nümunələr gətirməklə belə bir qənaətə gəlir: "XIX əsr
bədii üslubunda ümumxalq dilinin təsirini əks etdirən sadə təhkiyə tərzi ilə yanaşı, bədii üslubun
klassik ənənələrindən irəli gələn xüsusiyyətlərin mövcudluğu funksional üslubların təkamül
prosesinin spesifik cəhətlərindən doğur (4, 12)
Müasir ədəbi dil ilə müqayisədə M.F.Axundzadənin dilində qarışıq tipli mürəkkəb
cümlələrin maraqlı nümunələrinə rast gəlirik. Belə ki, bəzi cümlələrdə bağlayıcı vasitə kimi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
231
bağlayıcıdan istifadə olunsa da, aktual üzvlənmə və məntiqi predikativ vurğu olmadan həmin
cümlələrdə semantik baxımdan anlaşılmaz yaranar. Məsələn:
"N a ç a l n i k. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün
başburtsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib murov göndərən qarovulların üstünə qılınc və
tüfəng çəkibsiniz. Zakona görə gərək mən bu saatda sizi dustaq edib Qalaya aparam" (3, 156).
Bu üç komponentli qarışıq tipli mürəkkəb cümlədir: I komponent (əgərçi quldurluq
cəhətindən sənin təqsirin yoxdur) ziddiyətli qarşılaşdırma, ikinci komponent (çün başburtsuz
sərhəddən o taya keçib, qaçaq mal gətirib murov göndərən qarovulların üstünə qılınc və tüfəng
çəkibsiniz) səbəb anlayışı daşımaqla budaq, üçüncü komponent isə (zakona görə gərək mən bu
saatda sizi dustaq edib Qalaya aparam) baş cümlədir.
Bu cümləni müasir ədəbi dilə uyğun şəkildə qurmuş olsaq (əgərçi sözünü hərçənd
bağlayıcısı ilə əvəz etməklə, ikinci və üçüncü komponentin yerini dəyişməklə), məntiqi predikativ
vurğunun yükü bu dərəcədə hiss olunmaz.
Davamlı mürəkkəb bütövlər tabesiz mürəkkəb cümlələrdə də müşahidə olunur. Məsələn: "S
ə l i m b ə y. Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib, lötgə çevrilib, xan
dəryaya qərq olubdur. İndi xalq xanlıq imarətinin ətrafına cəm olub özlərinə xan istirlər".
Belə hallarda daha çox paralellik özünü göstərir, zəncirvarilik isə zəifləyir.
Ümumiyyətlə, mürəkkəb cümlələr fikri ifadə etmək baxımından sadə cümləyə nisbətdə daha
çox məna dərinliyinə malik olur. Bunun səbəbi mürəkkəb cümləni təşkil edən sadə cümlələrin
ayrılıqda ifadə etdiyi, həmçinin həmin sadə cümlələrin birlikdə ortaya çıxardığı fikirlə bağlıdır.
Əgər mürəkkəb cümlə iki sadə cümlənin birləşməsindən yaranmışdırsa, bu cümlələr birlikdə üçüncü
fikri doğuracaqdır. Belə cümlələrdə nəinki semantik, hətta qrammatik dəyişmələrin də olması
mümkündür.
ƏDƏBIYYAT
1.Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. "ASPOLİQRAF LTD" MMC. Bakı, 2004.
2. Azərbaycan ədəbi dili tarixi. XIX əsr. 4 cilddə, III cild, Bakı "Şərq-Qərb", 2007.
3. M.F.Axundzadə. Əsərləri. 3 cilddə, I cild, Bakı, "Şərq-Qərb", 2005.
4. V.Adilov. XIX əsr Azərbaycan ədəbi dilinin elmi üslubu. Bakı, "Nurlan", 2002.
Vəfa Abdullayeva-Nəbiyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu, elmi işçi
vefa.abdulla@mail.ru
TÜRK DİLLƏRİ V.V.RADLOVUN TƏDQİQAT OBYEKTİ KİMİ
Şərq ölkələrində, o cümlədən Türkiyədə, uzun müddət Sibirdə Yenisey çayı sahillərində
əsasən qəbir daşları üzərində qalan Göytürk yazılı abidələrinin öyrənilməsinə, oxunmasına heç bir
maraq göstərilməmişdir. Avropa ölkələrində bu yazılı abidələri öyrənməyə maraq yalnız XVIII
əsrin əvvələrində yaranmışdır.
Rusiyada həndəsi cizgi şəklində yazılmış naməlum Sibir yazılı abidələrinin öyrənilməsinə
IPyotrun göstərişi ilə XVIII əsrin 20-ci illərindən başlanılmışdır. Hələ o zaman D.Q.Messerşmid
apardığı qeydlərdə (1722-ci ildə) Yenisey çayına yaxın yerlərdə yazılı daşların mövcud olması
haqda məlumat verirdi. 1723-1722-ci illərdə Sibirdə sürgünlük həyatı keçirən isveç zabiti
İ.Stralenberq “Yenisey” yazılı abidələrini aşkar edib onlardan bir neçəsinin əl ilə surətini çıxararaq
1740-cı ildə Stokholmda çap etdirir. Bu əski türk yazılı abidələrinin öyrənilməsi tarixində ilk çap işi
idi. Beləliklə, əski türk yazılarına, xüsusilə onların mənşəyinə maraq yaranır. Ancaq bütün bu
maraqlara baxmayaraq qədim türk yazıları iki əsrə yaxın öz tədqiqatçısını gözləməli olur. 1729-cu
ildə Macarıstanda tapılmış qızıl küplər üzərindəki yazı işarələri “Yenisey” yazılarına çox uyğun
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
232
gəlirdi. Məsafəcə bu qədər uzaq ayrı-ayrı yerlərdə eyni yazı nümunələrinin tapıntısı o zaman
alimləri təəccübləndirməyə bilməzdi. Güclü maraq qərb dilçilərinin şərqdə linqivistik
araşdırmalarına təkan verir. Sonradan bu proses davamlı axın və cərəyan şəklini almağa başlayır.
Bu sirrli yazılara olan maraq hissi bir çox dilşunaslar kimi V.V.Radlovdan da yan keçmir.
Rus əsilli alman tədqiqatçısı V.V.Radlov 1837-ci ildə Berlində anadan olub. 1854-cü ildə
Berlin universitetinin fəlsəfə fakultəsinə qəbul olur. .1858-ci Berlin Universitetini
bitirdikdən sonra
Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Teologiya ilə maraqlanmasına
baxmayaraq F.Bopp, A.F.Pottanın hind-avropa və tarixi fonetikaya aid mühazirələri onda tezliklə
müqayisəli tarixi dilçiliyə (xüsusilə ural və altay dillərinə) maraq yarandır. Bu məqsədlə o,
Rusiyaya gəlir, əvvəlcə Sibir xalqının mənşəyi və etnoqrafiyasını sonra isə qədim türkyazılı
abidələrinin dilini tədqiq etməyə başlayır. Bütün bu tədqiqatlar türkologiya üçün dəyərli bir lüğətin
yaranmasına gətirib çıxarır. V.V.Radlov 1859-cu il altayda olarkən təkcə ləhcələrin (ləhcə deyərkən
o, ədəbi dili nəzərdə tuturdu) deyil, həm də xalq dili, yəni dialekt sözlərini toplamağa başlayır.
Türkoloqun dərvişsayağı oba-oba, kəndbəkənd gəzərək topladığı sözlər arasında altay, kalmık və
telent leksemləri ilkin idilər. 1860-cı ildə sözlüyə qazax, qırğız, tuvin, şor, uyğur, xakas dil vahidləri
də daxil edilir. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859-1871), Kazan (1874-
1884) və Peterburq (1884-1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri
arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və
“Aus Sibirien” adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul
olmuşdur. Bu zaman alim “Vergleichende Grammatik der nördlichen Türksprachen” adlı əsərinin
“Phonetik der nördlichen Türksprachen” hissəsini yazmışdır.
Artıq 1864-cü ildə lüğət üzərində düzəliş işləri yekunlaşmaq üzrə idi. Türkoloq bu lüğəti
çapa vermək istərkən akademik A.A.Şifnerin verdiyi əlavə məlumat toplusu onu 1867-ci ildə
yenidən lüğət üzərində işə qayıtmağa vadar edir. Beləliklə o, Kazana gəlməyə qərar verir. Bununla
da lüğətə tatar, başqırd, qıpçaq, qədim uyğur, krım, tatar, cığatay dil vahidləri də daxil olmuş olur.
Bu müddət ərzində onun əlavə olaraq bəhrələndiyi bir çox ƏDƏBIYYATlar olur. Bura “Sibir-Tatar
sözlüyü” (A.Troinski, Kazan, 1833), “Türk tatar dillərinin müqayisəli sözlüyü” (L.Budaqov, I,II
cild, Sibir, 1869-1872), “Altay dilinin qrammatikası”(Kazan, 1872), “Cığatay ləhcəsi”(Leninqrad, Dostları ilə paylaş: |