Elman Mövsümov Laləzar Quliyeva


ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN AZOTLU



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   2   3   4   5   6   7   8   9   ...   16

 
ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN AZOTLU  
BĠRLƏġMƏLƏR 
 
Azotun  təbii  mənbələri  ilə  bağlı  kimyəvi  reaksiyaların  gedişi 
zamanı atmosfer azotlu birləşmələrlə çirklənir. 
Atmosferdə  molekulyar  azotun  miqdarı  78%-dir.  Bundan  əlavə, 
atmosferdə,  az  miqdarda  da  olsa,  NH
3
,  NO
2
,  NO,  N
2
O  tərkibli  azot 
birləşmələri vardır. 
Amin  turşularının  tərkibində  olan  azot  canlı  orqanizmlərdə  gedən 
kimyəvi proseslərdə mühüm rol oynayır. Ətraf mühitdə isə azotun bərpa 
olunmuş  formalarından  amidlər,  aminlər,  amin  turşuları,  nitrillər  və 
oksidləşmiş formada müxtəlif nitratlara rast gəlinir. 
Azot  müxtəlif  oksidlərin  qarışığını  əmələ  gətirir.  Bunlara  əsasən 
azot (I) -oksid (N
2
O), azot (II)-oksid (NO), azot (IV)-oksid (NO
2
), azot 
(III)-oksid  (N
2
O
3
),  azot  (V)-oksid  (N
2
O
5
)  aiddir.  Bu  oksidlərdən  azot 
(II) və azot IV-oksid atmosferi daha çox çirkləndirir. 

 
62 
Azot (I)-oksid (N
2
O): 
Azot  (I)-oksid  atmosferə  təbii  mənbələrdən  daxil  olur.  Buna 
baxmayaraq azotun bu birləşməsinə hava çirkləndiricisi kimi baxılmır, 
çünki o zərərsizdir. 
Azot  (I)-oksid  qaz  halında  maddədir,  bir  az  şirintəhər  dadı  və 
özünəməxsus  iyi  vardır.  Azot  (I)-oksid  olan  hava  ilə  tənəffüs  etdikdə 
insanda  bir  az  şənlik  əhvalı  yaranır  və  buna  görə  də  bu  birləşməyə 
«şənləndirici qaz» da deyilir. Azot bir oksid molekulu xətvaridir və iki 
quruluş formulu ilə yazıla bilər: 
 
N = N = O   
və ya 
 
N = N – O 
 
Azot (I)-oksid torpaqda azotlu birləşmələrin anaerob bakteriyaların 
vasitəsilə parçalanması zamanı əmələ gəlir. Qlobal miqyasda onun illik 
miqdarı 54

10
7
 ton hesab olunur. 
Dalğa uzunluğu 2200 A
0
 olan işıq təsiri altında  azot (I)-oksid N
2

aşağıdakı kimi dissosiasiya edir: 
 
N
2
O + hü


N
2
 + O 
 
və eləcə də oksigen atomu ilə reaksiyaya girərək azot (II)-oksid əmələ 
gətirir: 
N
2
O + O


2NO 
 
Yuxarıda  göstərilən  bu  reaksiyalar  atratosferdə  baş  verir  və 
troposferdə N
2
O qatılığının tarazlaşmasına səbəb olur. 
Stratosferdə  gedən  kimyəvi  reaksiyalarda  azot  (I)-oksidin  iştirakı, 
demək olar ki, onun azot və oksigendən əmələ gəlməsi ilə izah olunur. 
Bu  da  tələbatda  artıq  sərf  olunan  azot  gübrələrinin  tətbiqi  nəticəsində 
atmosferdə azot I-oksidin çoxalması ilə izah oluna bilər. 
Azot (II)-oksid (NO). 
Azot II-oksid iysiz və rəngsiz qaz halında maddədir, havada yanmır 
və  suda  çox  az  həll  olunur.  Azot  (II)-oksid  havada  azot  (IV)-oksidlə 
oksidləşir.  Onun  atmosferdəki  qatılığı  və  miqdarı  azot  (IV)-oksidin 
məlumatlarına uyğun olaraq NO
x
 kimi verilir. 
Azot  (II)  və  azot  (IV)-oksidin  qarışığı  çox  zəhərlidir.  O,  dalğa 
uzunluğu 2300 A
0
-dən az olmayan işığı asanlıqla udur. N-O əlaqəsinin 
uzunluğu  1,14  A
0
,  bu  əlaqənin  enerjisi  isə  268  coul/moldur.  NO-

 
63 
molekulu  ionlaşmaq  qabiliyyətinə  malikdir,  NO
-
  -  ionunun  əmələ 
gəlməsi ilə onun ionlaşma potensialı nisbətən azalır, yəni 9,5 elektron 
volta bərabər olur. 
Ətraf mühitə azot (II)-oksid, bakteriyalarının fəaliyyəti nəticəsində 
və  təbii  yanğınlar  prosesində  daxil  olur.  Onun  ümumi  miqdarı  qlobal 
miqyasda  ildə  450  mln  ton  hesab  olur.  NO
x
-in  ümumi  miqdarı  isə 
antropogen mənbələrdən ildə 48 mln tona bərabərdir. 
Azot (IV)-oksid (NO
2
): 
Azot  (IV)-  oksid  qırmızı-  qonur  rəngli,  kəsgin  iyli  qazdır,  çox 
zəhərlidir,  güclü  korroziya  edici  xassəyə  malikdir.  Azot  (IV)-oksid 
molekulu  spektrin  görünən  hissəsində  işığı  çox  yaxşı  udmaq 
qabiliyyətinə  malikdir.  Buna  görə  də  NO
2
  molekulu  sarı  və  ya  qonur 
tüstü əmələ gətirir. 
Ammonyak (NH
3
). 
Ammonyak  çirkləndirici  xassələrinə  görə  azot  I-oksidə  oxşayır.  O 
da  müəyyən  qatılıqda  atmosferdə  əsas  çirkləndirici  hesab  olunur. 
Ammonyak çoxlu miqdarda, əsasən üzvi amin turşularının bakteriyalar 
tərəfindən  parçalanması  zamanı  əmələ  gəlir,  atmosferin  qazlarla 
çirklənməsində  ciddi  rol  oynayır.  Bu  da  onun  ammonium  duzları 
əmələ  gətirməsi  ilə  əlaqədardır.  Ammonium  duzları  çox  asanlıqla 
parçalanan və atmosferi təkrar ammonyakla çirkləndirən maddələrdir. 
Ammonyak  rəngsiz  qaz  halında  maddədir,  kəskin  iylidir  və  suda 
yaxşı  həll  olunur.  Onun  molekulu  piramida  formalıdır.  Əlaqələr 
arasındakı məsafə: H-N-H 106
0
,47
I
-dir. Dalğa uzunluğu 2168 A
0
  olan 
işıq  şüasını  asanlıqla  udur.  İonlaşma  potensialı  1222  A
0
-ə  bərabər 
dalğa uzunluğunda 10,5 e/v-dur. 
 
AZOT OKSĠDLƏRĠNĠN ƏMƏLƏ GƏLMƏ MEXANĠZMĠ 
 
Yanğın zamanı azot oksidlərinin əmələ gəlməsi atmosfer azotunun 
oksidləşməsi  və  ya  tərkibində  azot  olan  üzvi  birləşmələrin 
oksidləşməsi ilə bağlıdır. 
Birinci mərhələdə əsas məhsul azot (II)-oksiddir: 
 
2
2
Í + Î
2Í Î


 
 
Bu bərabərliyi mərhələlərlə aşağıdakı kimi yazmaq olar: 

 
64 
2
Π+ Ì  
 2Π + Ì




;  
Π + Í
 Í Î  + Í
2


 
2
Í + Î
 Í Î  + Î




 
Belə  əmələ  gəlmə  mexanizmi  azot  (II)-oksidin  əmələ  gəlməsini 
çoxaldır, xüsusən temperaturun artması zamanı. 
Yanacaq  məhsulları  soyuduqda  tarazlıq  yaranır,  ona  görə  ki,  azot 
(II)-oksid  prosesdə  aralanan  qazların  tərkibində  saxlanır.  Azot  (II)  və 
azot (IV)-oksidin əmələ gəlməsinin temperaturdan asılılığının miqdarı 
havanın  və  yandırılan  maddənin  nisbəti  ilə  müəyyən  edilir.  Belə  ki, 
yanacaq  çox  olduqda  oksigenin  konsentrasiyası  (qatılığı)  və  alovun 
temperaturu  azalır  və  ona  görə  də  azot  (II)-oksid  miqdarca  az  əmələ 
gəlir.  Qazlar  qarışığında  yanacağın  az  olması  alovun  temperaturunun 
aşağı düşməsinə və havanın miqdarca çoxalmasına səbəb olur və buna 
müvafiq olaraq NO-nun qatılığı azalmağa başlayır. 
Odur ki, alovun yayılmış olduğu aşağı hissəsində, NO-nun hava ilə 
qarışdığı yerdə çoxlu miqdarda NO
2
 əmələ gəlir: 
 
2NO + O
2


2NO

 
Azot (II)-oksidin azot (IV)-oksidə çevrilməsi iki mərhələdə gedir: 
 
NO+O
2


NO
3
; NO
3
+NO


2NO

 
Azot  (II)-oksid  azot  (IV)-oksidə  təmiz  atmosferdə  az  sürətlə 
çevrilir,  lakin  çirklənmiş  atmosferdə  bu  sürət  çoxalmağa  başlayır. 
Tədqiqatlar  göstərir  ki,  əlaqələrin  (rabitələrin)  enerjisinin  müxtəlifliyi 
nəticəsində  azot  (II)-oksid  birləşmiş  azotdan  (C-N  və  N-H)  əmələ 
gəlməsi atmosfer azotundan (N
2
) daha asan olur. 
Yanacağın  yandırılması  prosesindən  əlavə,  NO
x
-in  tullantı  kimi 
alınmasının əsas mənbəi nitrat turşusunun sənayedə istehsalı sayılır. Nitrat 
turşusu,  sənayedə  ammonyakın  havada  katalitik  oksidləşməsi  yolu  ilə 
alınır.  Belə  ki,  bu  zaman  reaksiyaya  daxil  olan  maddələr  platin  katali-
zatoru  iştirakı  ilə  qarışdırılaraq  qızdırılır.  Nəticədə  aşağıdakı  reaksiya 
tənliyi əsasında azot (II)-oksid əmələ gəlir: 
 
4NH
3
+ 5O
2


4NO+6H
2

 
Sonra  alınmış  qazlar  qarışığı  soyudulur  və  reaksiya  məhsulu  olan 

 
65 
NO-oksigenlə  qarşılıqlı  təsirdə  olaraq  NO
2
-ni  əmələ  gətirir, 
temperaturun artması şəraitində NO
2
 asanlıqla N
2
O
4
-ə çevrilir: 
 
2NO+O
2


2NO
2




N
2
O

 
Alınmış  yeni  maddə  NO
2
  absorbsiya  qülləsində  su  udmaqla  nitrat 
turşusunu əmələ gətirir: 
 
3NO
2
+H
2
O


2HNO
3
+NO 
 
Azot  (II)-oksidin  artığı  oksidləşmək  üçün  yenidən  prosesə 
qaytarılır. 
Absorbsiya prosesində əmələ gəlmiş aralıq qazlarla birlikdə NO və 
onun  oksidləşmə  məhsulu  olan  NO
2
  atmosferə  daxil  olaraq  onu 
çirkləndirir.  ABŞ-da  atmosferə  çirkləndirici  kimi  daxil  olan  ümumi 
tullantıların 1%-ni NO
x
-tərkibli mənbələrin təşkil etməsi barədə çoxlu 
məlumatlar vardır. 
Ammonyak  və  azot  (I)-oksid  azot  üzvi  birləşmələrin  tsiklini  təşkil 
edən xüsusi maddələr kimi təbiətdə daha çox olur. 
Bu tsiklin əsas mərhələləri aşağıdakılardır: 
1. Minerallaşma 
 
RNH
2
 + O
2
 → CO
2
 +H
2
O + NH 
 
2. Nitrifikasiya 
 
NH + O
2
 → H
2
O + NO
2
 
 
3. Nitratların oksidləşməsi 
 
NO
2
 + O
2
 → NO
3
 
 
4. Denitrifikasiya 
 
[HCOH] + NO
3
 → CO
2
 + H
2
O + N
2
 
 
5. Nitratların bərpası 
 
NO
3
 + [HCOH) → NH + CO
2
 
 
6. Azotun fiksasiyası 
 
N
2
 + [HCOH] → NH + CO
2
 

 
66 
 
Biosferdə  azot  əsasən  zülalların  və  nuklein  turşularının  tərkibində 
olur. 
Tərkibində  azot  olan  üzvi  maddələr  parçalandıqda  və  fermentlər 
kataliz edildikdə ammonyak ayrılır. 
Amin turşularında bu aşağıdakı reaksiya tənliyi əsasında gedir: 
 
 
R – CH(NH
2
) – COOH + O → 
O
P
||
– C – COOH + NH  
 
Buna  uyğun  olaraq  tullantı  sularında  olan  sidik  cövhərinin  qatı 
məhlulunun parçalanmasından da ammonyak ayrılır: 
 
CO
2
(NH
2
)
2
 + H
2

ureaza

 2NH
3
 + CO
2
 
 
Torpaqda  ayrılan  ammonyakın  miqdarı  qlobal  miqyasda  ildə  75 
mln.  ton  ilə  qiymətləndirilir.  ABŞ-da  antropogen  mənbələrdən 
ammonyak  istehsal  edən  zavodlarda  gübrənin  istehsalına  ildə  0,32 
mln.ton ammonyak sərf olunur. 
Denitrifikasiya  prosesi  nəticəsində  anaerob  mikroorqanizmlərin 
təsirindən azot və azot I-oksid alınır. 
Ümumi  halda  karbohidrogenlərin  oksidləşməsi  zamanı  azot  1-
oksidin  əmələ  gəlməsini  reaksiyanın  tənliyin  aşağıdakı    kimi  yazmaq 
olar: 
NO
3
 + HCHO → 
2
1
H
2
O + 
2
1
H
2
O + CO
2
 + OH
 
Analoji üsulla yağlar, yağ turşuları, amin turşuları da oksidləşir. Bu 
zaman əmələ gələn azot I-oksidin miqdarı 10% təşkil edir. 
Küllü  miqdarda  azotlu  kübrə  verilmiş  və  üzəri  su  ilə  örtülmüş 
torpaqlarda da azot (I)-oksid əmələ gəlir. 
Atmosferdə azot (II)-oksid, fotokimyəvi tsikildə azot (IV)-oksid və 
ozonla birlikdə iştirak edir: 
 
HO
2
 → HO; 
2
3
Π+ Î
 Î


 
 
O
3
+ NO → NO
2
 + O
2
 
Yüksək reaksiya qabiliyyətinə malik olan oksigen atomu NO, NO
2
 
və  ozon  arasında  tarazlaşma  əldə  edilə  bilir.  Bu  tarazlaşmanın  ozonla 

 
67 
stasionar qatılığını aşağıdakı kimi yazmaq olar: 
 
O
3
 + R
1
 [NO
2
] / R
2
 [NO] 
 
Azot  (II)  və  azot  (IV)-oksidlə  eyni  vaxtda  əmələ  gələn  və  yüksək 
reaksiya qabiliyyətinə malik olan karbohidrogenlərin iştirakı ilə gedən 
radikalaşma  reaksiyalarında  bərabərləşmə  bir  az  NO
2
  əmələ  gəlməsi 
tərəfə yönəlir. 
Bu göstəridən reaksiyalar nəticəsində NO və NO
2
-nin qatılığı şəhər 
rayonlarında  bütün  gün  ərzində  dəyişməyə  başlayır.  Səhər  tezdən 
başlayan  nəqliyyatın  hərəkəti  nəticəsində  atmosferə  yüksək 
konsentrasiyada NO daxil olur. Sonra isə günəş işığının iştirakı ilə azot 
(II)-oksid azot (IV)-oksidə çevrilir və ozon əmələ gəlməyə başlayır. 
Azot  (IV)-oksid  140
0
C  daha  yüksək  konsentrasiyada  olur  və  öz 
dimeri  olan  N
2
O
4
  ilə  tarazlaşır.  Atmosfer  şəraitində  dimerin 
konsentrasiyası azalmağa başlayır. 
Azot (IV)-oksid yüksək reaksiya qabiliyyətinə malik olan maddədir. 
Onda  metallarla  aktiv  reaksiyaya  girmək  qabiliyyəti  var,  suda  həll 
olaraq nitrat turşularını əmələ gətirir: 
 
2NO
2
 + H
2
O → HNO
2
 + HNO
3
 
 
Qızdırma  şəraitində  əmələ  gəlmiş  nitrit  turşusu  asanlıqla  nitrat 
turşusuna çevrilir: 
 
3HNO

→ HNO
3
 → 2HO + H
2

 
Azot  (II)-və  azot  (IV)-oksidin  reaksiya  qabiliyyəti  təcrübi  tədqiqatlar 
əsasında  öyrənilərək  bir  qanun  kimi  müəyyən  edilmişdir  ki,  nəmlik 
şəraitində NO
2
- reaksiya sürəti NO-ya nisbətən daha çox olur. 
 
Sual və tapşırıqlar 
 
1.Təbii yolla azot oksidləri necə alınır? 
2.Azot  oksidlərinin  əmələ  gəlməsi  hansı  sənaye  sahələrində  baş 
verir? 
3.Azotlu birləşmələrin bitki aləmində rolunu göstərin 
4.Nitrit  və  nitrat  turşularının  fotokimyəvi  yolla  alınması  necə 
həyata keçirilir? 

 
68 
5.Təbiətdə azot dövranı hansı mərhələləri əhatə edir? 
______________________ 

 
69 
ATMOSFER ÇĠRKLƏNDĠRĠCĠLƏRĠNĠN  
CANLI ORQANĠZMLƏRƏ TƏSĠRĠ 
 
Bu  bölmədə  əsas  çirkləndirici  qazlardan  dəm  qazı  –  CO,  karbon 
qazı  CO
2
,  kükürd  oksidləri  SO
2
  və  SO
3
,  azot  oksidləri  NO  və  NO
2
 
təhlil  ediləcəkdir.  Onların  biosferdə  gedən  proseslərdə  iştirakı,  canlı 
orqanizmlərin  həyatında  rolu  və  törətdikləri  zərərli  təsirlər  analiz 
ediləcəkdir. 
Dəm  qazı  –  CO  atmosferi  çirkləndirən  ən  təhlükəli  maddə  hesab 
olunur,  təmiz  havada  faiz  miqdarı  0,05-0,1

10
-6
%  olduqda  çox 
təhlükəli deyildir. Hesablamalar göstərmişdir ki, atmosferdə 6

10
8
 ton 
dəm qazı vardır. 
Dəm  qazı  təbii  və  antropogen  yolla  əmələ  gəlir.  Onun  az  miqdarı 
vulkan  püskürmələri  və  metanın  havada  yavaş  oksidləşməsi  vasitəsilə 
əmələ gəlir. Sonuncu prosesdə havanın ozonu və –OH radikalı iştirak 
edir: 
2CH
4
+3O
2


2CO+4H
2

 
OH radikalları isə aşağıdakı fotokimyəvi proses nəticəsində yaranır: 
O
3
+hy


O+O

 
O+H
2
O


2OH

 
Karbon  mono-oksid  antropogen  yolla  avtomobil  nəqliyyatı  və 
sənaye  peçlərində  əmələ  gəlir.  Onun  atmosferdə  qalma  müddəti  6  ay 
olaraq hesablanmışdır. 
Karbon mono-oksid rəngsiz, iysiz, dadsız qaz olub suda pis həll olur. 
25
0
C-də 100 ml suda 2,17 ml CO həll olur. Onun hemoqlobinin tərkibində 
olan Fe
+2
 ionları ilə reaksiyaya girmək qabiliyyəti sərbəst oksigendən 210 
dəfə çoxdur. Karbon mono-oksid infraqırmızı şüaları udmaq qabiliyyətinə 
malikdir.  Tənəffüs  yolu  ilə  ağciyərə  daxil  olan  dəm  qazı  hemoqlobin 
dəmiri  ilə  karbonil-Fe(CO)
5
  birləşməsi  əmələ  gətirərək,  oksigenin 
toxumaları, karbon qazının isə əksinə daşınmasının qarşısını alaraq, ölüm-
lə nəticələnən proses yaradır. 
Karbon  mono-oksid  həmçinin  insanın  özü  tərəfindən  də  sintez 
edilir.  Endogen  yolla  sutkada  10  ml  CO  əmələ  gəlir.  Bu  yeni  qan 
hüceyrələri  yaranarkən  əmələ  gəlir.  Dəm  qazı  ilə  zəhərlənmə 

 
70 
hadisələrinə tez-tez rast gəlinir. 
Karbon  mono-oksid  havasız  şəraitdə  yanma  məhsulu  olduğundan 
hər zaman əmələ gələ bilər. 
 
2C+O
2


2CO;  C+CO



2CO 
 
Odur ki, qapalı mühitdə yanğın zamanı karbon 2-oksid əmələ gəlir. 
Siqaret  çəkənlərdə  dəm  qazı  ilə  yavaş  zəhərlənmə  prosesi  gedir. 
Məlumdur ki, siqaret alışdığında yanma prosesi çox yavaş getdiyindən 
xeyli  miqdar  zəhərli  maddələrlə  yanaşı  karbon  mono-oksid  də  əmələ 
gəlir.  Ən  az  siqaret  istifadə  edənlərdə  belə  hemoqlobinin  3%-i  dəm 
qazı vasitəsilə bioloji prosesdən uzaqlaşır. Bu 8-10 saat tərkibində 20 
mq/m
3
-yəni  normadan  2  dəfə  artıq  dəm  qazı  olan  hava  ilə  tənəffüs 
etməyə bərabərdir. 
Dəm 
qazının 
hemoqlobinlə 
birləşməsi 
davamlı 
olub 
karboksihemoqlobin  adlanır.  Orta  səviyyəli  siqaret  çəkənlərdə  onun 
qanda miqdarı 6% olur. 
Siqaret  tüstüsündə  4%-ə  qədər  dəm  qazı  vardır.  Dəmqazının 
atmosferdə  normal  miqdarı  20  mq/m
3
  olaraq  hesablanmışdır.  Böyük 
şəhərlərdə bu rəqəm bir neçə dəfə artıq olur. Normal siqaret çəkənlər 
özlərində  bu  normadan  bir  neçə  dəfə  artıq  dəm  qazı  olan  hava 
yaradırlar  ki,  bu  həmçinin  onların  ətrafında  olan  insanlar  üçün  də 
təhlükəlidir. 
Aşağıdakı  cədvəldə  dəm  qazının  qatılığının  artması  ilə  müşahidə 
olunan simptomlar  göstərilmişdir. 
 
 
Havada CO qatılığı  Qanda hemoqlobin 
karbonilin 
Klinik simptomlar 
10
-6
 q. 
% miqdarı 
60 
0,006 
10% 
Görmənin azalması və zəif baş ağrısı 
130 
0,013 
20% 
Şiddətli baş ağrısı, yorulma və huşun 
itirilməsi 
200 
0,02 
30% 
Huşsuzluq, 
paralıc, 
tənəffüsün 
pozulması 
660 
0,066 
50% 
Tənəffüsün kəsilməsi, paralic 
750 
0,075 
60% 
1 saatdan sonra letal sonluq 
 
 
Dəm  qazı  ilə  zəhərlənmə  zamanı,  ilk  növbədə  xəstə  təmiz  havaya 

 
71 
çıxarılmalı və süni tənəffüs yolu ilə istifadə olunan  oksigenin  miqdarı 
artırılmalıdır. Reaksiya dönən proses olduğundan karboksihemoqlobin 
oksihemoqlobinə çevrilir: 
 
HbO
2
+CO 




HbCO+O

Ürək-damar  xəstəlikləri  olan  insanlarda  dəm  qazının  az  miqdarı 
belə  stenokardiya  yarada  bilir.  Hətta  qanda  karboksihemoqlobinin 
qatılığı  –  3%  olduqda  belə  xəstələrdə  ağrılar  başlayır.  Ürəyi 
qidalandıran qan damarlarında oksigenin miqdarı azalaraq miokard baş 
verir. 
Dəm  qazı  keçid  metallarla  uçucu  karbonil  birləşmələri  əmələ 
gətirmək  qabiliyyətinə  də  malikdir:  Fe(CO)
5
,  Ni(CO)
4
,  Co(CO)
6

Zn(CO)
4
, Cd(CO)
4
 və s. 
Dəm  qazının  bitkilərə  təsiri  çox  da  təhlükəli  deyildir.  Digər 
qazlardan  fərqli  olaraq  dəm  qazı  metabolizm  prosesinə    güclü  təsir 
göstərmir. 
Hər il antropogen yolla dəm qazının atmosferə buraxılması 20-30% 
artır.  Lakin,  onun  atmosferdə  faiz  miqdarı  çox  dəyişmir.  Onun  çox 
hissəsi  oksidləşərək  karbon  qazına  çevrilir.  Mikroorqanizmlərdən 
tutmuş  ali  bitkilərə  qədər  bütün  yaşıl  sistem  onun  atmosferdə 
toplanmasının qarşısını alır. Torpağın bir sıra mikroorqanizmləri dəm 
qazından üzvi maddələr sintez etmək qabiliyyətinə malikdirlər. 
Bitkilərin inkişafı ətraf mühitlə sıx bağlıdır. Daha doğrusu müəyyən 
əraziyə  xas  olan  temperatur,  yağıntıların  miqdarı,  torpağın  xassələri, 
bəzi  biotik  parametrlər,  hətta  atmosferin  ümumi  vəziyyəti  bir-biri  ilə 
əlaqədar  olmaqla  landşaftın  xarakterini  və  bitki  növlərini  müəyyən 
edir. Buradan aydın olur ki, əgər ətraf mühit dəyişdirilərsə orada olan 
bitki  aləmi  də  dəyişilə  bilər.  Hətta  ayrı-ayrı  illərdə  yağıntılarda  olan 
fərq müəyyən dəyişgənliklərə səbəb ola bilir. Əgər göstərilən şərtlərin 
dəyişməsi çox olarsa onlardan asılı olaraq bitkilər stres vəziyyət keçirir 
və  nəticədə  məhv  ola  bilirlər.  Hətta  parametrlərdən  birinin  dəyişməsi 
bitkinin məhvinə səbəb olur. 
Normal şəraitdə atmosfer bir çox komponentlərdən ibarətdir. Onlar 
aqreqat halına görə əsasən  qaz və aerozol hallarında  ola bilirlər.  Əsas 
komponentlərdən  başqa  –(azot, oksigen,  nisbətən  az  miqdarda  karbon 
di-oksid) havada müxtəlif miqdarda bəzi kimyəvi birləşmələr də var ki, 

 
72 
bunlar  əsasən  atmosferin  çirkləndiriciləri  hesab  olunur.  Bunlara  bəzi 
bitkilərin  ifraz  etdiyi  karbohidrogenləri  və  bakteriyaların  həyat 
fəaliyyəti  nəticəsində  əmələ  gələn  kükürdlü  birləşmələri  aid  etmək 
olar. Müəyyən edilmişdir ki, belə boigen  mənbələrdən atmosferə daxil 
olan  kükürd  qazının  (kükürd  (IV)-oksid)  ümumi  miqdarı  11%  təşkil 
edir,  qalan  hissəsi  isə  insan  fəaliyyəti  nəticəsində  əmələ  gəlir,  yəni 
antropogen mənşəli maddələrdir. 
Atmosferdə əsas çirkləndirici hesab olunan azot oksidləri də vardır. 
Onlar  əsasən  ildırım  çaxması  zamanı  və  bioloji  oksidləşmə  prosesi 
nəticəsində xüsusi bakteriyaların fəaliyyəti ilə əlaqədar əmələ gəlir. 
Süni mənbələrdən isə atmosferə 10%-ə qədər azot (IV) - oksid daxil 
olur.  Az  olmasına  baxmayaraq  bu  tərkib  hesabına  atmosfer  çox 
çirklənə bilir, xüsusən böyük şəhərlərdə. 
Antropogen  mənşəli  oksidlərin  mənbəyi  əsasən  yanğın  prosesləri 
hesab olunur. Havada gedən bu oksidləşmə prosesi azot (II)-oksid alınana 
kimi  davam  edir,  temperatur  yüksək  olduqca  azot  (II)-oksidin  alınması 
miqdarca çoxalır. Sonra gedən kimyəvi reaksiya nəticəsində azot 2-oksid 
hava oksigeninin təsiri ilə  azot (II)-oksidə qədər oksidləşir. 
Alınmış  azot  (IV)-oksid  suda  yaxşı  həll  olan  qaz  halında  zəhərli 
maddədir  və  atmosferin  əsas  çirkləndiricisi  hesab  olunur.  Bundan  
əlavə  azot  4-oksidin bir  hissəsi  azotun parçalanmasına və peroksiase-
tilnitratların  alınmasına  səbəb  olmaqla  bərabər  əlavə  çirkləndirici 
maddələrin  əmələ  gəlməsi  ilə  qurtarır.  Beləliklə  adi  şəraitdə  at-
mosferdə  əlavə  olaraq  bir  çox  yeni  çirkləndirici  maddələrin  əmələ 
gəlməsinin  əsası  qoyulur.  Bitkilər  həmin  maddələrin  adi  konsentra-
siyasında  olduqda  yaxşı  inkişaf  edir.  Ona  görə  ki,  bitkilər  bu  mənfi 
təsirlərə  nadir  hallarda  məruz  qala  bilirlər.  Ancaq  çirkləndiricilərin 
konsentrasiyası qəbul olunmuş həddən daha çox olduqda bitkilər mənfi 
təsirlərə  nisbətən  çox  həssas  olurlar.  Bu  Qanunauyğunluqların 
pozulması  bin  neçə  hallarda  ola  bilər:  məsələn,  metal  qayırma 
zavodlarının ətrafında atmosferin yüksək konsentrasiyada kükürd qazı 
və ağır metalların qırıntılarının olmaması xarakterik hesab olunur. Belə 
şəraitdə  bir  çox  bitkilərin  yaşaması  və  inkişaf  etməsi  qeyri 
mümkündür.  Məsələn:  ABŞ-da  bir  sıra  şəhərlərin  atmosferinin 
katastrofik çirklənməsi buna misal ola bilər. 
ABŞ-ın  Daktun  şəhərinin  ərazisində  1864-cü  ildə  metal  zavodları 

 
73 
tikildi  və  metal  əridilməsinə  başlandı.  Nəticədə  palıd  və  qoz 
ağaclarından ibarət olan meşələr tədricən məhv olmağa başladı, çünki 
həmin  ağaclardan  yanacaq  kimi  istifadə  olunurdu.  Zavodun  tullantısı 
hesab  olunan  kükürdlü  birləşmələr  ətrafda  olan  digər  bitkilərin  də 
məhv  olmasına  səbəb  oldu  və  beləliklə  hektarlarla  meşəlik  sahəsi 
sıradan çxarıldı, ancaq müəyyən hektar sahədə ən çox uyğunlaşmış ot 
tipli  bitkilər  qaldı.  Nəticədə  müdafiəsi  qalan  torpaq  eroziyaya  uğradı 
və gilli qeyri-münbit torpaq qatı əmələ gəlməyə başladı. 
Buna oxşar əhvalat Montana ştatında da təkrar olundu. Buna səbəb 
həmin  ərazidə  mis  filizi  yataqlarının  tapılması  və  metal  əritmə 
zavodlarının  tikilməsi  və  bunun  nəticəsində  kükürdlü  birləşmələrin 
əmələ gəlməsiydi. Buna görə də bu ərazidə olan meşələrdə bitən şam 
və  küknar  ağacları  sıradan  çıxmağa  başladı.  Bunun  səbəbi  həmin 
ağacların  kükürdlü  birləşmələrin:  kükürd  qazının  təsirinə  qarşı  çox 
həssas  olmasıydı.  Bu  təsir  zavoddan  30-100  km  aralı  olduqda  da  və 
küknar ağaclarında zədələnmələrə rast gəlmək olurdu. Göründüyü kimi 
Gəncə şəhərində iynəyarpaqlı ağacların ildən-ilə azalmasının səbəbi də 
məhv  alüminium  zavodundan  atmosferə  daxil  olan  kükürdlü 
birləşmələrin təsiridir. Şəhərdə yaşıllıqların «Cavanlaşdırılması» kom-
paniyası aparıldığı dövrdə məhz bu cəhətlər nəzərə alınmalı; kükürdlü 
birləşmələrin  təsirinə  qarşı  davamlı  ağac  və  kol  bitkilərindən  istifadə 
olunmalıdır.  Ona  görə  də  belə  əhvalatlar  yavaş-yavaş  insanların 
diqqətini  özünə  cəlb  etməyə  başladı  və  atmosferin  çirklənməsinin 
qarşısını almaq və hətta buna qarşı mübarizə aparmaq ön plana çəkildi. 
Atmosferin  çirklənməsi  ilə  bağlı  olan  mənfi  nəticələr  havanın 
keyfiyyətini  məhdudlaşdıran  bir  sıra  standartların  işlənib  hazırlanma-
sına səbəb oldu. 
Bioloji  sistemə  çirkləndiricilərin  təsiri  harada  olmasından  asılı  ol-
mayaraq (çəməndə, meşədə və ya səhrada) ilk dəfə mikroorqanizmlərdə 
özünü göstərir. Daha doğrusu bütün pozuntular və ya streslər özünü bəzi 
bitkilərdə və yaxud sistemdə molekulyar vəziyyətdə bildirir. 
Hüceyrədə gedən proseslərə təsir göstərən streslər nəticəsində bitki 
zəifləyir  və  mübadilə  proseslərində  dəyişkənliklər  əmələ  gəlir. 
Bütünlüklə hüceyrənin özü də təsir altına düşür. 
Hər  bir  çirkləndiricinin  özünə  məxsus  təsiri  var,  ümumiyyətdə  isə 
çirkləndiricilərin hamısı ümumi proseslərə təsir göstərir və ən başlıcası 

 
74 
su balansını pozur. 
 
Sual və tapşırıqlar 
 
1.Karbon –oksid tənəffüs prosesinə necə təsitr göstərir? 
2.Məişətdə dəm qazı ilə zəhərlənmə nə zaman baş verir? 
3.  Siqaretdən  istifadə  zamanı  qanda  karboksihemoqlobinin 
miqdarı necə dəyişir? 
4. Dəm qazı ilə zəhərlənmənin hansı əlamətləri olur? 
5. Dəm qazı ilə zəhərlənmə zamanı ilk tədbir neçə olmalıdır? 
6. Atmosferdə dəm qazının qatılığı necə tənzim edilir? 
7.  Digər  çirkləndiricilərin  canlı  orqanizmə  təsirinə  aid  misallar 
göstərin. 
______________________ 
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin