“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən MÜhaziRƏ MƏtnləRİ



Yüklə 8,2 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix09.02.2017
ölçüsü8,2 Mb.
#7901
  1   2   3   4   5   6   7   8   9   ...   21

 
0
“ƏT VƏ ƏT MƏHSULLARININ TEXNOLOGİYASI” fənnindən  
 
 
 
MÜHAZİRƏ MƏTNLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tərtib etdi:            “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti, texnika         
elmləri namizədi     QƏDİMOVA  NATAVAN  SƏFƏR  QIZI 
 
 
 
 
 
 
 
 
BAKI-2015 

 
1
              MÜHAZİRƏ 
1: 
ƏT 
SƏNAYESİNİN 
İNKİŞAF 
PERSPEKTİVLƏRİ, 
 
ƏSAS 
XAMMAL 
BAZASI 
VƏ 
 
ONUN 
XÜSUSİYYƏTLƏRİ 
 
           PLAN  
1.  Ят сянайесиnin ясас хаммалı вя онун        хцсусиййятляри 
2.  Mal-qaranın və quşların daşınması, daşınma   üsulları 
3.  Мал-гаранын гябулу вя кясимдян яввял
 сахланмасы  
4.  Гушларын гябулу və кясимдян яввял  сахланмасы 
 
ƏDƏBİYYAT 
 
1.  Qədimova N.S. “Ət və ət məhsullarının  texnologiyası”. Dərslik Bakı:  “İqtisad 
Universiteti”Nəşriyyatı, 2013. 
2.   Винникова  Л.Г.  «Технология  мяса  и  мясных  продуктов».  Учебник.  — 
Киев: Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35-

3.   Гридеэл Т.Э., Алленби Б.Р. «Промышленная экология». Учеб. пособие для 
вузов/  Пер.  с  англ.  под  ред.  проф.  Э.В.  Гирусова.  -  М.:  ЮНИТИ-ДАНА, 
2004 
4.   Кецелашвили  Д.В.  «Технология  мяса  и  мясных  продуктов».  Учебное 
пособие  в  3-х  частях.  Кемерово:  Кемеровский  технологический  институт 
пищевой промышленности, 2004. – 404 с. 
5.   Лебедева  Н.А.,  Бобровский  А.Я.,  Писленская  В.Н.  и  др.  «Анатомия  и 
гистология мяса промышленных животных», М, Агропромиздат, 1985 
6.  .Мясное птицеводство: Учебное пособие. Фисинин Ф.И., СПб.: 2007. - 416 
с.ил.; 84х108/32 
7.    Технологии  пищевых  производств:  Учеб.  для  вузов.  Нечаев  А.П.,  М.: 
2008. - 769 с.ил.; 60х88/16 

 
2
8.  Физико-химические и биохимические основы производства мяса и мясных 
продуктов. Кудряшов Л.С., М.: 2008. - 160 с. 
9.  Физико-химические и биохимические основы производства мяса и мясных 
продуктов: Учеб. пособие для вузов. Данилова Н. С., М.: 2008. - 280 с.ил.; 
60х88/16 
10. Химия пищи. Белки. Структура, функции, роль в питании / И.А.Рогов, Л.В. 
Антипова, Н.И. Дудченко, А.А. Жеребцов. – М.: Колос, 2000.–382с. 
 
Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Qidanın enerjiliyi və bioloji 
dəyəri, birinci növbədə, onun tərkibində olan heyvani mənşəli məhsulların, xüsusilə də 
ət və ət məhsullarının miqdarından asılıdır. Ət məhsulları üçün əsas xammal qaramal, 
qoyun, donuz və ev quşları hesab edilir. Qidada ət və ət məhsullarının xüsusi çəkisinin 
artması  onun  bioloji  dəyərinin  yüksəlməsinə  səbəb  olur.  Çünki  ətin  tərkibi  insan 
orqanizminin  böyüməsi,  inkişafı  və  normal  həyat  fəaliyyəti  üçün  lazım  olan  bütün 
maddələrlə (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) zəngindir. Ona görə də 
əhalini kifayət qədər ət və ət məhsulları ilə təmin etmək günün ən vacib məsələlərindən 
biridir. Bununla belə keyfiyyətin artırılmasını, məhsulun keyfiyyətcə dünya standartları 
tələblərinə cavab verməsi də nəzərə alınmalıdır. 
  Respublikamızın  bir  sira  şəhərlərində  müasir  texnika  və  mütərəqqi  texnologiya 
ilə  təchiz  edilmiş,  mal-qaranın  emalını  həyata  keçirməyə  imkan  verən, 
yüksəkkeyfiyyətli  və  genişçeşidli  ət  məhsulları  istehsal  edən  ət  emalı  müəssisələri 
tikilib istifadəyə verilmişdir. 
  1995-ci  ildən  başlayaraq  iqtisadiyyatın  bazar  münasibətləri  əsasında  qurulması, 
kənddə  aqrar  islahatların  həyata  keçirilməsi,  xüsusilə  sovxoz  və  kolxozların  ləğv 
olunması,  onlara  məxsus  torpaqların,  mal-qaranın  və  əmlakın  kənd  əməkçilərinə 
paylanması,  məhsulun  alış  qiymətlərinin  sərbəstləşdirilməsi,  ərzaq  və  yeyinti 
məhsulları  emal  edən  sənaye  müəssisələrinin  özəlləşdirilməsi  və  s.  bu  kimi  tədbirlər 
dövlət mülkiyyətində olan, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sənaye 
müəssisələrini  də  əhatə  etmiş  və  nəticədə  yeyinti  sənayesi  sahəsində  də  yeni  iqtisadi 
münasibətlərin formalaşmasına səbəb olmuşdur. 

 
3
“1995-1999-cu 
illərdə 
dövlət 
mülkiyyətinin 
özəlləşdirilməsinin 
Dövlət 
Proqramı”na  əsasən  Kənd  Təsərrüfatı  Nazirliyinin  tabeliyində  olan  emal-yeyinti 
sənayesi  müəssisələri  özəlləşdirilmək  üçün  Dövlət  Əmlak  Komitəsinin  sərəncamına 
verilmiş və səhmdar cəmiyyətlərə çevrilmişdir. 
Yeyinti  sənayesinin  güclü  inkişafı  üçün,  ilk  növbədə,  ancaq  xammal  ehtiyatları 
nəzərə  alınır.  Yeyinti  sənayesini  özündə  birləşdirən  sahə  və  yarımsahələrin  inkşaf 
mənbəyini təşkil edən kənd təsərrüfatı məhsulları xammal mənbəyidir. 
Respublikamızda  yeyinti  sənayesinin  inkişaf  etdirilməsi  ilə  bağlı  bir  sıra 
üstünlüklər vardır: 
 ̶ yeyinti sənayesinin tarixi ənənələri; 
̶ yeyinti sənayesinin istehsalı üçün zəngin xammal bazası; 
̶  ölkəmizdə  yetişdirilən  meyvə-tərəvəz  məhsullarının  bir  çoxunun  dünyada 
analoqunun olmaması; 
̶  bir  sıra  istehsalatların  respublikanın  kiçik  və  orta  şəhərlərində  yerləşdirilməsi 
imkanı və ərazi ehtiyatı; 
 ̶ nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe. Potensial ixrac 
bazarlarına yaxınlıq. 
Qeyd  edilənlər  bu  sənaye  sahəsinin  inkişaf  etdirilməsi  üçün  mühüm  əhəmyyət 
kəsb etməkdədir. 
Sahənin inkişaf etdirilməsi məqsədilə, daxili və xarici bazar üçün məhsul istehsalı 
həcminin  artırılması,  həmçinin  əsaslı  vəsaitlərin,  ilk  növbədə,  fəaliyyətdə  olan 
müəssisələrin  yenidən  qurulması,  genişləndirilməsi  və  texniki  cəhətdən  silahlan-
dırılmasına  yönəldilməsi,  xarici  investisiyaların,  ekspertlərin,  texnologiya  və  nou-
hauların  cəlb  edilməsi,  digər  yeyinti  məhsulları  istehsalçıları  ilə  əməkdaşlıq  və 
kooperasiya  əlaqələrinin  qurulması,  MDB  və  yaxın  xarici  ölkələrin  bazarlarına 
keyfiyyətli  məhsulun  ixrac  edilməsi,  emal-yeyinti  sənayesinin  inkişafı  üçün  xammal 
mənbəyi  hesab  edilən  kənd  təsərrüfatı  məhsullarının  bölgələr  üzrə  inkişafı,  daxili  və 
xarici  istehlak  bazarının  tələbatının  rəqabətədavamlı  yeyinti  məhsulları  ilə  təmin 
edilməsi,  yeyinti  sənayesi  üçün  xammal  və  hazır  məhsulun  ekoloji  təmizliyinin  və 

 
4
keyfiyyətinin  dünya  standartları  səviyyəsinə  çatdırılması,  emal  sənayesi  üçün  tələb 
olunan avadanlıqların respublikamızda istehsalının təşkil edilməsi zəruridir. 
Qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  qida  sənayesi  sahəsində  iri  sənaye 
müəssisələri fəaliyyət göstərməkdədir. 
1991-ci  ildə  Azərbaycanda  fəaliyyətə  başlayan  "Azersun  Holding"  MMC  qida 
istehsalı,  pərakəndəsatış  və  kənd  təsərrüfatı  sahəsində  fəaliyyət  göstərən,  ölkənin 
qabaqcıl  şirkətidir.  Qida  sektorunda,  Azərbaycanı  istehsalçı  və  ixracatçı  ölkə  halına 
gəlməsində  böyük  rol  oynayan  “Azersun  Holding”,  tərkibində  fəaliyyət  göstərən 
zavodların  güclü  istehsal  potensialı  ilə  yanaşı  geniş  ixracat  şəbəkəsinə  sahibdir. 
"Azersun  Holding"  MMC-də  Qafqaz  Konserv  Zavodu,  Biləsuvar  Konserv  Zavodu 
kimi iri qida sənayesi müəssisələri fəaliyyət göstərməkdədir. 
"2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə 
etibarlı  təminatına  dair  Dövlət  Proqramı"nın  təsdiq  edilməsi  ölkəmizdə  qida 
sənayesində yeni bir səhifə açmışdır. 
Dövlət  Proqramının  əsas  məqsədi  ölkənin  hər  bir  vətəndaşının  sağlam  və 
məhsuldar  həyat  tərzi  üçün  onun  qəbul  edilmiş  normalara  uyğun  ərzaq  məhsulları  ilə 
tam təmin edilməsinə nail olmaqdır. 
Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin 
yerinə yetirilməsi nəzərdə tutulur: 
̶ ölkədə ərzaq məhsulları istehsalını artırmaq; 
̶ əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək; 
̶ ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; 
̶  ərzaq  təminatı  sisteminin  institusional  inkişafını  həyata  keçirmək  və sahibkarlıq 
mühitini yaxşılaşdırmaq. 
  Ətlik  qaramal  cinsləri  tez  böyüməsi,  inkişaf  etmiş  əzələlərinin  olması, 
orqanizmində  çoxlu  əzələarası,  dərialtı,  nisbətən  az  daxili  yağ  yığıntılarını  toplaya 
bilməsi,  yüksək  diri  kütlə  və  ət  çıxarına  malik  olması  ilə  xarakterizə  edilir.  Ətlik 
istiqamətli qaramalın əzələləri zərif lifli olub yağ qatı əzələ lifləri arasında toplanır. Bu 
heyvanların  əti  doğranarkən  «mərmərəbənzər»  şəkildə  olur.  Ətlik  istiqamətli  qaramal 
az  süd  verir,  gövdəsi  düzbucaqlı  formalı,  ayaqları  nazik  və  gödək,  başları  balaca  və 

 
5
enli,  boyunları  gödək  olur.  Onların  döşləri  ətli  və  enli  olub,  qabaq  ayaqlarının 
həddindən çox irəli çıxması, belinin düz və enli, budların üstünün enli və aşağıya doğru 
sallaq, dərisinin qalın, yelinin zəif inkişaf etməsi ilə xarakterizə edilir. Bu istiqamətdə 
daha çox yayılmış Şorthorn, Hereford, Aberdin-anqus, Hallovey cinsləridir. 
  Şorthorn  cinsi  –  ilk  dəfə  İngiltərədə  alınmışdır.  Bu  cins  tez  böyüməsi,  yüksək 
ətlik  keyfiyyətinə  malik  olması  ilə  yanaşı,  yemləmə  və  saxlanma  şəraitinə  qarşı  çox 
tələbkarlığı  ilə  səciyyələnir.  İnəklərin  diri  çəkisi  600-700  kq,  öküzlərin  diri  çəkisi  isə 
900-1100 kq olur. Ət çıxarı 65-72%-ə qədərdir. Rəngi əsasən qırmızıdır, lakin ağ və al-
qırmızı rəngli heyvanlara da rast gəlinir. 
Hereford cinsi – ətlik istiqamətli olub İngiltərədə daha geniş yayılmışdır. Bu ətlik 
cins keyfiyyətinə və tez böyüməsinə görə dünyada Şorthorn cinsindən sonra ikinci yeri 
tutur.  İnəklərin  diri  çəkisi  500-700  kq,  öküzlərinki  isə  800-1000  kq-dır. Ət  çıxarı  60-
70% təşkil edir (şəkil 1). 
 
 
Şəkil 1.Hereford cinsi 
  Şarole  cinsi  –  Fransanın  şimal  və  mərkəzi  hissələrində  yaxşı  təbii  iqlim 
şəraitində yetişdirilmişdir. Bu  heyvanlar iri kütləyə  malik olub, yüksək çəki artımı  ilə 
səciyyələnir. Bu xüsusiyyətinə görə onlar ətlik cinslər arasında birinci yeri tutur. Müx-
təlif  çalarlı  açıq  sarı  rəngdədir.  İnəklərin  diri  çəkisi  600-800  kq,  öküzlərinki  isə  800-
1200 kq olub, ət çıxarı 60-70% təşkil edir. 
  Aberdin-anqus  cinsi  –  İngiltərədə  yetişdirilmişdir.  O  buynuzsuz  olub, 
yüksəkkeyfiyyətli ətlik cinslərdən biridir. Döşü iri (66-67 sm) və enli (45-46 sm) olub, 
rəngi  qaradır.  Boynu  qısa  və  əzələlidir.  İllik  süd  məhsuldarlığı  1200-1500  kq  olub, 

 
6
yağlılıq dərəcəsi 4-4,5%-dir. İnəklərin diri çəkisi 550-600 kq, öküzlərinki isə 800-900 
kq olub,ət çıxarı 65-70%-dir. 
  Hallovey  cinsi  –  Şotlandiyanın  dağlıq  zonasında  yetişdirilmişdir.  Bu  cinsin 
heyvanları  sərt  iqlim  şəraitinə  dözümlü  olub,  dağlıq  zonalarda  özlərini  yaxşı  hiss 
edirlər.  Hallovey  cinsinə  aid  olan  malların  rəngi  əsasən  qaradır.  Yaxşı  ətlik  bədən 
formasına  malikdir.  İnəklərin  diri  çəkisi  500  kq,  öküzlərinki  isə  700-800  kq-dır,  ət 
çıxarı 62-68% təşkil edir. İnəklərin süd məhsuldarlığı 1200-1300 kq olub, yağlılığı 4,8-
5,0%-dir.  Respublikamıza  bu  cins  mal  1972-ci  ildən  Xanlar,  Gədəbəy,  Şamaxı  və  s. 
rayonlara gətirilmişdir. 
   Qoyunçuluq  Azərbaycanın  dağlıq  və  dağətəyi  zonasında  inkişaf  edib. 
Azərbaycanda  dağ  merinosu,  Qala,  Qarabağ,  Balbas  qoyun  cinsləri  bəslənilir. 
Qoyunların  sayının  tez  artması,  az  əməktutumlu  olması,  yemə  az  tələbatı ̶  qoyunçu-
luğun  əhalinin  ətə  olan  tələbatını  daha  tez  ödəmək  üçün  sərfəli  olan  heyvandarlıq 
sahəsinə  çevirmişdir.  Azərbaycanda  qoyunçuluğun  inkişafı  üçün  kifayət  qədər  təbii 
yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun ermənilər 
təfəfindən işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafını məhdudlaşdırır. 
 Ətlik  qoyun  cinsləri  tez  böyüməsi,  yaxşı  ətlik  keyfiyyətinə,  yüksək  diri  kütləyə 
və  ət  çıxarına  malik  olması,  həmçinin,  ətinin  şirəli,  yumşaq,  zərif  və  dadlılığına  görə 
fərqlənir.  Ən  geniş  yayılmış  Hempşir,  Linkoln,  Romni-marş,  Şiropşir,  Kuybışev 
cinsləridir. Qoyunların diri çəkisi 65-85 kq, qoçlarınkı isə 100-145 kq-a qədər olub, ət 
çıxarı 55-65% təşkil edir. 
  Kuybışev  cinsi  –  Kuybışev  vilayətində  yerli  çerkas  qoyunlarının  romni-marş 
qoçları  ilə  çarpazlaşdırılmasından  alınmışdır.  Onlar  yerli  iqlim  şəraitinə  yaxşı 
uyğunlaşaraq, tez böyümələri və yüksək ət çıxarı ilə fərqlənir. Qoçların diri çəkisi 100 
kq (bəzən 164 kq), qoyunların diri çəkisi isə 65-67 kq-a çatır. Yunu uzun olub, 13-15 
sm, yun çıxarı isə 6,5-7,0 kq-a qədər, ət çıxarı 55% təşkil edir. 
  Linkoln  cinsi  –  İngiltərənin  Linkoln  qraflığında  uzun  yunlu  ətlik  cinslərdən  ən 
irisidir. Onlar ət və yun  məhsuldarlığı ilə xarakterizə olunur. İstiliyi pis keçirdiklərinə 
görə  yerli  qoyunlarla  çarpazlaşdırılmışdır.  Qoçların  diri  çəkisi  145-160  kq, 

 
7
qoyunlarınkı  isə 80-90 kq-a qədərdir. Yununun  uzunluğu 20-30 sm-dir. Yun çıxarı 8-
10 kq, ət çıxarı isə 60-70%-ə qədər təşkil edir(şəkil 2). 
 
 
 
Şəkil 2. Linkoln qoyun cinsi 
Romni-marş  cinsi  –  İngiltərənin  Kent  qraflığında  yetişdirilmişdir.  O  yaxşı  ətlik 
xüsusiyyəti  və  tezyetişkənliyi  ilə  Linkoln  cinsindən  bir  qədər  zəif  olmasına 
baxmayaraq, dözümlülüyü ilə ondan üstündür. Qoçların diri çəkisi 120-140 kq, qoyun-
larınkı isə 70-90 kq-a qədər, yun çıxarı isə 6-7 kq- a qədərdir. Onların yunları Linkoln 
cinslərinə nisbətən qısa olub (12-18 sm) sıx və nazikdir. 
   Ətlik-piylik  qoyun  cinsləri,  əsasən  yüksəkkeyfiyyətli  ət  və  piy  almaq  üçün 
saxlanılır.  Bu  qrupa  Hisar,  Edilbay,  Saraca,  Həştərxan,  Özbək  və  başqa  cinslər  daxil 
edilir. Bu qoyunlarda yağ əsasən quyruqda, az miqdarda isə dərialtı və daxili orqanlar 
ətrafında toplanır. Bəzilərində quyruğun kütləsi 15-20 kq-a çatır. Qoyunların diri çəkisi 
60-90 kq, qoçlarınkı isə 100-125 kq-a qədər, ət çıxarı isə 50% təşkil edir. 
  Hisar cinsi – dünyada ən iri qoyundur. Diri çəkisi 190 kq-a çatır. Yaxşı yemləmə 
şəraitində böyüyən heyvanlar 60 kq-a yaxın quyruq və daxili piy verirlər. Ət çıxarı 58-
60%-dir. Onların 3 kq-a qədər yunu olur. 
  Saraca  cinsi  –  iri  olub,  yaxşı  ətlik-piylik  xüsusiyyətinə  malikdir.  Yunları  ağ, 
başı,  qulaqları,  ayaqları  isə  tünd  şabalıdı  rəngdə  olur.  Qoçların  diri  çəkisi  90-100  kq, 
qoyunlarınkı isə 65-75 kq, yun çıxarı isə 4-4,5 kq-a qədər olur. 
  Edilbay cinsi – Qazaxıstanda yetişdirilmişdir. Onlar quyruq yağının iriliyinə və 
yığımına görə Hisar cinsindən geri qalır. Qoçların diri çəkisi 100-115 kq, qoyunlarınkı 
isə  70  kq-a  qədərdir.  Bununla  bərabər  onlar  yaxşı  yun  məhsuldarlığı  ilə  xarakterizə 
olunur. Yun çıxarı 3,0-3,5 kq-a qədərdir. 

 
8
  Donuzlar  bioloji  və  fizioloji  xüsusiyyətlərinə  –  tez  böyüməsi,  kökəldilməsinin 
ucuz başa gəlməsi, bir ildə daha çox bala verməsi, yüksək ət çıxarına malik olması ilə 
fərqlənir.Donuzlar çox erkən, 12-14 aylığından doğmağa başlayır. Boğazlıq dövrü qısa 
olduğundan (114 gün və  ya 3 ay, 3 həftə, 3 gün) onlardan bir  ildə 2 dəfə və  yaxud 3 
dəfə  bala  almaq  mümkündür.  Hər  doğumda,  adətən,  10-12  bala,  qabaqcıl  təsərrüfat-
larda isə 17-20 bala alınır. Çoşqalarının çəkisi 1 aylığında 7-8 kq, 2 aylığında 16-20 kq, 
7-8 aylığında 100-120 kq, 12-15 aylığında isə 200-240 kq-a çata bilir. 
   Piylik  istiqamətli  donuzların    gövdəsi  yumru,  uzunsov,  boynu  qısa,  beli  enli, 
başı xırda, ayaqları gödək və ağır, budları yaxşı inkişaf etmiş olur. Piy qatının qalınlığı 
10-12  sm-ə  çata  bilir,  ət  çıxarı  78-88%  arasında  olur.  Piylik  istiqamətli  donuz 
cinslərindən  ölkəmizdə  ən  geniş  yayılanları  İri  ağ,  Ukrayna  ağ  səhra,  Mirqorod, 
Breytov, Liven və digərləridir. Ana donuzların diri çəkisi 200-280 kq, erkəklərinki isə 
300-380 kq-a çatır. Respublikamız  üçün  yaxşılaşdırıcı cins kimi Ukrayna ağ səhra və 
İri ağ cinsləri qəbul edilmişdir. 
  İri 
ağ 
donuz 
cinsi 
– 
İngiltərədə 
müxtəlif 
donuz 
cinslərinin 
çarpazlaşdırılmasından  alınmışdır.  Onlar  ağ  rəngli,  iri  olub,  müxtəlif  iqlim  şəraitinə 
yaxşı  uyğunlaşa  bilmələri  ilə  səciyyələnirlər.  Gövdəsinin  döş  hissəsi  enli,  dərin,  beli 
enli və düz, başı orta böyüklükdə, azacıq qabağa yönəlmişdir. Dərisi möhkəm, elastiki, 
ayaqları möhkəm, hərəkətləri sərbəstdir (şəkil 3). 
 
Şəkil 3. İri аğ donuz cinsi 
  Üç  yaşında  və  ondan  yuxarı  yaşda  çəkiləri  300-350  kq,  ana  donuzların  çəkisi 
220-280 kq-a qədərdir. Şpikin qalınlığı 3,1-3,4 sm-dir. 
  Ukrayna  ağ  səhra  cinsi  –  akademik  F.M.İvanov  tərəfindən  Ukraynanın  az 
məhsuldar yerli cins donuzlarının İri ağ cinslə cütləşdirilməsindən əldə edilmişdir. Hər 

 
9
doğuşda  10-11, bəzən  isə  17 bala  verir.  Kökəldilmiş  yaşlı  donuzların  diri  çəkisi  220-
320 kq və daha artıq, ət çıxarı 78-80% təşkil edir. 
  Mirqorod  cinsi  –  enli  və  dərin  gövdəsi  ilə  xarakterizə  olunur.  Qulaqları  xırda 
olub,  azacıq  sallaqdır.  Rəngi  ala-bəzək  qaradır.  İri  donuzların  diri  çəkisi  280-320  kq, 
ana donuzlarınkı isə 200-240 kq-dır (şəkil 4). 
Ətlik  istiqamətli  donuz  cinsləri    üçün  uzun  bədənli,  yaxşı  inkişaflı,  xəstəlik  və 
zədələnmə əlamətləri olmayan, 25-30 kq çəkili, 2,5-3 aylıq çoşqalar seçilir. Boğaz və 
doğmuş  donuzlar  bekonluq  üçün  seçilə  bilməz.  Erkək  donuzlar  2  aylığından  gec 
olmayaraq axtalanmalıdır. Yemlənməsində, əsasən arpa, noxud, kök, şəkər çuğunduru 
və süd tullantılarından  istifadə edilir. Yemlənmə donuzların  yaşı 6-8 aya, diri çəkiləri 
75-100  kq-a  çatdıqda  dayandırılır.  Bu  tipə  bekonluq  Eston  cinsi,  ağ  Latviya  cinsi,  ağ 
Litva  cinsləri  aid  edilir.  Bu  donuzların  ətindən  keyfiyyətli  hislənmiş  ət  məhsulları,  o 
cümlədən, bekon istehsal edilir. Ana donuzların diri çəkisi 160-220 kq, erkəklərinki isə 
230-280 kq-a çatır. Ət çıxarı 70-75% təşkil edir. 
 
 
Şəkil 4. Mirqorod donuz cinsi 
 
Bekonluq  Eston  cinsi  –  iri  konstitusiyası  ilə  səciyyələnir.  İri  donuzların  çəkisi 
300-350 kq, ana donuzlarınkı isə 220-260 kq-a çatır. Şpikin qalınlığı 2,9-3,2 sm-ə çatır. 
Donuzlar keyfiyyətli bekonluq cəmdək verir. 
  Ağ Latviya cinsi – Latviyada yetişdirilmiş və yüksək ətlik məhsuldarlığa malikdir. 
Heyvanların  gövdəsi  yaxşı  inkişaf  etmiş,  dartılmış  şəkildədir.  Ayaqları  möhkəm,  rəngi 
ağdır. İri donuzların diri çəkisi 300-320 kq, ana donuzlarınkı isə 220-240 kq-a çatır. 

 
10
  Ətlik-piylik  istiqamətli donuz cinsləri   (meşə-dağ,  Urjum, Şimal Sibir  donuzu  və 
s.) zahiri  görünüşünə, keyfiyyət  göstəricilərinə  görə  göstərilən əsas  iki tip arasında orta 
vəziyyət tutur. Bədənləri orta uzunluqda və endə olur. 9-10 aylığından sonra dərialtı piy 
yığılmağa başlayır. Ət çıxarı 80-85% təşkil edir. 
  Şimal Sibir cinsi – Novosibirsk vilayətində yerli Sibir donuzlarının İri ağ cinslə 
çarpazlaşdırılmasından  alınmışdır.  Onlar  ağ  rəngdə  olub,  möhkəm  konstitusiyaya 
malikdir. İri donuzların diri çəkisi 270-300 kq, ana donuzlarınkı isə 200-230 kq-a çatır. 
Şpikin qalınlığı 3,3-3,6 sm-dir. 
Quşçuluq - əhalinin quş əti  və yumurtaya olan tələbatını ödəyir. Ən  iri quşçuluq 
kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem 
bazasının zəifliyi quşçuluğun inkişafına mane olur. 
   Yumurtalıq toyuq cinslərindən yumurta almaq üçün istifadə edilir. Bu cinsə aid 
olan toyuqlar tez yetişmələri ilə fərqlənərək nisbətən az kütləyə (2kq) malikdir. Onların 
qabarıq  enli  döşü,  uzunsov  yüngül  gövdəsi,  düz  beli  və  yüngül  başı  vardır.  Ayaqları 
nazik,  qanadları  uzun,  tükləri  sıxdır.  Yumurta  verən  cinslərə  ağ  rus,  ispan  və  leqqorn 
cinslərini aid edirlər.  
Leqqorn  cinsi  –  öz  mənşəyini  İtaliya  toyuqlarından  götürmüş  və  Amerikada 
yetişdirilmişdir.  Onlar  ağ  rəngdə  olub,  dimdiyi,  ayaqları  və  dərisi  sarıdır.  Toyuqların 
diri  çəkisi  1,7-2,0  kq,  xoruzlarınkı  isə  2,3-2,5  kq-a  yaxındır.  Onların  yumurtalıq 
xüsusiyyəti  yüksək olub, 230-270 ədədə bərabərdir. Onların  yumurtası  iridir (58-60 q 
və daha yüksək) ( şəkil 5). 
 
 
 
Şəkil 5. Leqqorn cinsi 
 

 
11
Ağ  rus  cinsi  –  yumurtalıq  istiqamətli  olub,  yerli  toyuqların  ağ  leqqornla 
çarpazlaşdırılmasından  alınmışdır.  Konstitusiyasına  və  eksteryerinə  görə  ağ  rus 
toyuqları leqqornla yaxın olub, diri çəkisinə və ətinin keyfiyyətinə görə onlardan üstün-
dür. Toyuqların çəkisi 1,8-2,3 kq, xoruzlarınkı isə 2,8-3,1 kq-a qədərdir. 200 və daha 
artıq yumurtlaya bilir. Yumurtanın orta çəkisi 60 q-dır (şəkil 6). 
 
 
Şəkil 6. Ag rus toyuq cinsi 
Qarışıq  (ətlik-yumurtalıq)  toyuq  cinsləri  yüksək  yumurta  və  keyfiyyətli  ət 
vermələri  ilə  fərqlənir. Yumurtalıq  məhsuldarlığına görə ətlik toyuqlardan azacıq geri 
qalır. Ətlik-yumurtalıq toyuq cinsləri geniş yayılmışdır. Onlara plimutrok, rod-ayland, 
susseks, orpinqton, nyu-hempşir, viandot, yurlov, liven və s. cinslər aiddir. Toyuqların 
diri çəkisi 3 kq-a qədərdir. 
Plimutrok  –  cinsinin  rənginə  görə  fərqlənən  (boz,  zolaqlı,  ağ  və  s.)  müxtəlif 
növləri  vardır.  Bütün  növlərdə  dəri,  dimdik, ayaqlar sarı  rəngdədir.  Ağ  rəngli  plimut-
roklardan broyler istehsalında istifadə edilir (şəkil 7, 8). 
  
 
Şəkil 7. Plimutrok cinsi(zolaqlı) 
 

 
12
 
Şəkil 8. Plimutrok cinsinin toyuğu və xoruzu (ağ) 
 
Rod-ayland  cinsi  –  bədəninin  xarakterik  düzbucaqlı  forması  ilə  xarakterizə 
olunur.  Tük  örtüyü  parlaq,  şabalıdı  (qırmızı)  rəngdə  olub,  pipiyi,  quyruğunun  ucu  və 
qanadlarının bəzi tükləri qara rəngdədir (şəkil 9). 
 

Yüklə 8,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin