0
“ƏT VƏ ƏT MƏHSULLARININ TEXNOLOGİYASI” fənnindən
MÜHAZİRƏ MƏTNLƏRİ
Tərtib etdi: “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti, texnika
elmləri namizədi QƏDİMOVA NATAVAN SƏFƏR QIZI
BAKI-2015
1
MÜHAZİRƏ
1:
ƏT
SƏNAYESİNİN
İNKİŞAF
PERSPEKTİVLƏRİ,
ƏSAS
XAMMAL
BAZASI
VƏ
ONUN
XÜSUSİYYƏTLƏRİ
PLAN
1. Ят сянайесиnin ясас хаммалı вя онун хцсусиййятляри
2. Mal-qaranın və quşların daşınması, daşınma üsulları
3. Мал-гаранын гябулу вя кясимдян яввял
сахланмасы
4. Гушларын гябулу və кясимдян яввял сахланмасы
ƏDƏBİYYAT
1. Qədimova N.S. “Ət və ət məhsullarının texnologiyası”. Dərslik Bakı: “İqtisad
Universiteti”Nəşriyyatı, 2013.
2. Винникова Л.Г. «Технология мяса и мясных продуктов». Учебник. —
Киев: Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35-
8
3. Гридеэл Т.Э., Алленби Б.Р. «Промышленная экология». Учеб. пособие для
вузов/ Пер. с англ. под ред. проф. Э.В. Гирусова. - М.: ЮНИТИ-ДАНА,
2004
4. Кецелашвили Д.В. «Технология мяса и мясных продуктов». Учебное
пособие в 3-х частях. Кемерово: Кемеровский технологический институт
пищевой промышленности, 2004. – 404 с.
5. Лебедева Н.А., Бобровский А.Я., Писленская В.Н. и др. «Анатомия и
гистология мяса промышленных животных», М, Агропромиздат, 1985
6. .Мясное птицеводство: Учебное пособие. Фисинин Ф.И., СПб.: 2007. - 416
с.ил.; 84х108/32
7. Технологии пищевых производств: Учеб. для вузов. Нечаев А.П., М.:
2008. - 769 с.ил.; 60х88/16
2
8. Физико-химические и биохимические основы производства мяса и мясных
продуктов. Кудряшов Л.С., М.: 2008. - 160 с.
9. Физико-химические и биохимические основы производства мяса и мясных
продуктов: Учеб. пособие для вузов. Данилова Н. С., М.: 2008. - 280 с.ил.;
60х88/16
10. Химия пищи. Белки. Структура, функции, роль в питании / И.А.Рогов, Л.В.
Антипова, Н.И. Дудченко, А.А. Жеребцов. – М.: Колос, 2000.–382с.
Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Qidanın enerjiliyi və bioloji
dəyəri, birinci növbədə, onun tərkibində olan heyvani mənşəli məhsulların, xüsusilə də
ət və ət məhsullarının miqdarından asılıdır. Ət məhsulları üçün əsas xammal qaramal,
qoyun, donuz və ev quşları hesab edilir. Qidada ət və ət məhsullarının xüsusi çəkisinin
artması onun bioloji dəyərinin yüksəlməsinə səbəb olur. Çünki ətin tərkibi insan
orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün
maddələrlə (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) zəngindir. Ona görə də
əhalini kifayət qədər ət və ət məhsulları ilə təmin etmək günün ən vacib məsələlərindən
biridir. Bununla belə keyfiyyətin artırılmasını, məhsulun keyfiyyətcə dünya standartları
tələblərinə cavab verməsi də nəzərə alınmalıdır.
Respublikamızın bir sira şəhərlərində müasir texnika və mütərəqqi texnologiya
ilə təchiz edilmiş, mal-qaranın emalını həyata keçirməyə imkan verən,
yüksəkkeyfiyyətli və genişçeşidli ət məhsulları istehsal edən ət emalı müəssisələri
tikilib istifadəyə verilmişdir.
1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması,
kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv
olunması, onlara məxsus torpaqların, mal-qaranın və əmlakın kənd əməkçilərinə
paylanması, məhsulun alış qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti
məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər
dövlət mülkiyyətində olan, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sənaye
müəssisələrini də əhatə etmiş və nəticədə yeyinti sənayesi sahəsində də yeni iqtisadi
münasibətlərin formalaşmasına səbəb olmuşdur.
3
“1995-1999-cu
illərdə
dövlət
mülkiyyətinin
özəlləşdirilməsinin
Dövlət
Proqramı”na əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan emal-yeyinti
sənayesi müəssisələri özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinin sərəncamına
verilmiş və səhmdar cəmiyyətlərə çevrilmişdir.
Yeyinti sənayesinin güclü inkişafı üçün, ilk növbədə, ancaq xammal ehtiyatları
nəzərə alınır. Yeyinti sənayesini özündə birləşdirən sahə və yarımsahələrin inkşaf
mənbəyini təşkil edən kənd təsərrüfatı məhsulları xammal mənbəyidir.
Respublikamızda yeyinti sənayesinin inkişaf etdirilməsi ilə bağlı bir sıra
üstünlüklər vardır:
̶ yeyinti sənayesinin tarixi ənənələri;
̶ yeyinti sənayesinin istehsalı üçün zəngin xammal bazası;
̶ ölkəmizdə yetişdirilən meyvə-tərəvəz məhsullarının bir çoxunun dünyada
analoqunun olmaması;
̶ bir sıra istehsalatların respublikanın kiçik və orta şəhərlərində yerləşdirilməsi
imkanı və ərazi ehtiyatı;
̶ nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe. Potensial ixrac
bazarlarına yaxınlıq.
Qeyd edilənlər bu sənaye sahəsinin inkişaf etdirilməsi üçün mühüm əhəmyyət
kəsb etməkdədir.
Sahənin inkişaf etdirilməsi məqsədilə, daxili və xarici bazar üçün məhsul istehsalı
həcminin artırılması, həmçinin əsaslı vəsaitlərin, ilk növbədə, fəaliyyətdə olan
müəssisələrin yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən silahlan-
dırılmasına yönəldilməsi, xarici investisiyaların, ekspertlərin, texnologiya və nou-
hauların cəlb edilməsi, digər yeyinti məhsulları istehsalçıları ilə əməkdaşlıq və
kooperasiya əlaqələrinin qurulması, MDB və yaxın xarici ölkələrin bazarlarına
keyfiyyətli məhsulun ixrac edilməsi, emal-yeyinti sənayesinin inkişafı üçün xammal
mənbəyi hesab edilən kənd təsərrüfatı məhsullarının bölgələr üzrə inkişafı, daxili və
xarici istehlak bazarının tələbatının rəqabətədavamlı yeyinti məhsulları ilə təmin
edilməsi, yeyinti sənayesi üçün xammal və hazır məhsulun ekoloji təmizliyinin və
4
keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılması, emal sənayesi üçün tələb
olunan avadanlıqların respublikamızda istehsalının təşkil edilməsi zəruridir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə qida sənayesi sahəsində iri sənaye
müəssisələri fəaliyyət göstərməkdədir.
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida
istehsalı, pərakəndəsatış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin
qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına
gəlməsində böyük rol oynayan “Azersun Holding”, tərkibində fəaliyyət göstərən
zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.
"Azersun Holding" MMC-də Qafqaz Konserv Zavodu, Biləsuvar Konserv Zavodu
kimi iri qida sənayesi müəssisələri fəaliyyət göstərməkdədir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ölkəmizdə qida
sənayesində yeni bir səhifə açmışdır.
Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və
məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə
tam təmin edilməsinə nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulur:
̶ ölkədə ərzaq məhsulları istehsalını artırmaq;
̶ əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;
̶ ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək;
̶ ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq
mühitini yaxşılaşdırmaq.
Ətlik qaramal cinsləri tez böyüməsi, inkişaf etmiş əzələlərinin olması,
orqanizmində çoxlu əzələarası, dərialtı, nisbətən az daxili yağ yığıntılarını toplaya
bilməsi, yüksək diri kütlə və ət çıxarına malik olması ilə xarakterizə edilir. Ətlik
istiqamətli qaramalın əzələləri zərif lifli olub yağ qatı əzələ lifləri arasında toplanır. Bu
heyvanların əti doğranarkən «mərmərəbənzər» şəkildə olur. Ətlik istiqamətli qaramal
az süd verir, gövdəsi düzbucaqlı formalı, ayaqları nazik və gödək, başları balaca və
5
enli, boyunları gödək olur. Onların döşləri ətli və enli olub, qabaq ayaqlarının
həddindən çox irəli çıxması, belinin düz və enli, budların üstünün enli və aşağıya doğru
sallaq, dərisinin qalın, yelinin zəif inkişaf etməsi ilə xarakterizə edilir. Bu istiqamətdə
daha çox yayılmış Şorthorn, Hereford, Aberdin-anqus, Hallovey cinsləridir.
Şorthorn cinsi – ilk dəfə İngiltərədə alınmışdır. Bu cins tez böyüməsi, yüksək
ətlik keyfiyyətinə malik olması ilə yanaşı, yemləmə və saxlanma şəraitinə qarşı çox
tələbkarlığı ilə səciyyələnir. İnəklərin diri çəkisi 600-700 kq, öküzlərin diri çəkisi isə
900-1100 kq olur. Ət çıxarı 65-72%-ə qədərdir. Rəngi əsasən qırmızıdır, lakin ağ və al-
qırmızı rəngli heyvanlara da rast gəlinir.
Hereford cinsi – ətlik istiqamətli olub İngiltərədə daha geniş yayılmışdır. Bu ətlik
cins keyfiyyətinə və tez böyüməsinə görə dünyada Şorthorn cinsindən sonra ikinci yeri
tutur. İnəklərin diri çəkisi 500-700 kq, öküzlərinki isə 800-1000 kq-dır. Ət çıxarı 60-
70% təşkil edir (şəkil 1).
Şəkil 1.Hereford cinsi
Şarole cinsi – Fransanın şimal və mərkəzi hissələrində yaxşı təbii iqlim
şəraitində yetişdirilmişdir. Bu heyvanlar iri kütləyə malik olub, yüksək çəki artımı ilə
səciyyələnir. Bu xüsusiyyətinə görə onlar ətlik cinslər arasında birinci yeri tutur. Müx-
təlif çalarlı açıq sarı rəngdədir. İnəklərin diri çəkisi 600-800 kq, öküzlərinki isə 800-
1200 kq olub, ət çıxarı 60-70% təşkil edir.
Aberdin-anqus cinsi – İngiltərədə yetişdirilmişdir. O buynuzsuz olub,
yüksəkkeyfiyyətli ətlik cinslərdən biridir. Döşü iri (66-67 sm) və enli (45-46 sm) olub,
rəngi qaradır. Boynu qısa və əzələlidir. İllik süd məhsuldarlığı 1200-1500 kq olub,
6
yağlılıq dərəcəsi 4-4,5%-dir. İnəklərin diri çəkisi 550-600 kq, öküzlərinki isə 800-900
kq olub,ət çıxarı 65-70%-dir.
Hallovey cinsi – Şotlandiyanın dağlıq zonasında yetişdirilmişdir. Bu cinsin
heyvanları sərt iqlim şəraitinə dözümlü olub, dağlıq zonalarda özlərini yaxşı hiss
edirlər. Hallovey cinsinə aid olan malların rəngi əsasən qaradır. Yaxşı ətlik bədən
formasına malikdir. İnəklərin diri çəkisi 500 kq, öküzlərinki isə 700-800 kq-dır, ət
çıxarı 62-68% təşkil edir. İnəklərin süd məhsuldarlığı 1200-1300 kq olub, yağlılığı 4,8-
5,0%-dir. Respublikamıza bu cins mal 1972-ci ildən Xanlar, Gədəbəy, Şamaxı və s.
rayonlara gətirilmişdir.
Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib.
Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir.
Qoyunların sayının tez artması, az əməktutumlu olması, yemə az tələbatı ̶ qoyunçu-
luğun əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq
sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii
yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun ermənilər
təfəfindən işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafını məhdudlaşdırır.
Ətlik qoyun cinsləri tez böyüməsi, yaxşı ətlik keyfiyyətinə, yüksək diri kütləyə
və ət çıxarına malik olması, həmçinin, ətinin şirəli, yumşaq, zərif və dadlılığına görə
fərqlənir. Ən geniş yayılmış Hempşir, Linkoln, Romni-marş, Şiropşir, Kuybışev
cinsləridir. Qoyunların diri çəkisi 65-85 kq, qoçlarınkı isə 100-145 kq-a qədər olub, ət
çıxarı 55-65% təşkil edir.
Kuybışev cinsi – Kuybışev vilayətində yerli çerkas qoyunlarının romni-marş
qoçları ilə çarpazlaşdırılmasından alınmışdır. Onlar yerli iqlim şəraitinə yaxşı
uyğunlaşaraq, tez böyümələri və yüksək ət çıxarı ilə fərqlənir. Qoçların diri çəkisi 100
kq (bəzən 164 kq), qoyunların diri çəkisi isə 65-67 kq-a çatır. Yunu uzun olub, 13-15
sm, yun çıxarı isə 6,5-7,0 kq-a qədər, ət çıxarı 55% təşkil edir.
Linkoln cinsi – İngiltərənin Linkoln qraflığında uzun yunlu ətlik cinslərdən ən
irisidir. Onlar ət və yun məhsuldarlığı ilə xarakterizə olunur. İstiliyi pis keçirdiklərinə
görə yerli qoyunlarla çarpazlaşdırılmışdır. Qoçların diri çəkisi 145-160 kq,
7
qoyunlarınkı isə 80-90 kq-a qədərdir. Yununun uzunluğu 20-30 sm-dir. Yun çıxarı 8-
10 kq, ət çıxarı isə 60-70%-ə qədər təşkil edir(şəkil 2).
Şəkil 2. Linkoln qoyun cinsi
Romni-marş cinsi – İngiltərənin Kent qraflığında yetişdirilmişdir. O yaxşı ətlik
xüsusiyyəti və tezyetişkənliyi ilə Linkoln cinsindən bir qədər zəif olmasına
baxmayaraq, dözümlülüyü ilə ondan üstündür. Qoçların diri çəkisi 120-140 kq, qoyun-
larınkı isə 70-90 kq-a qədər, yun çıxarı isə 6-7 kq- a qədərdir. Onların yunları Linkoln
cinslərinə nisbətən qısa olub (12-18 sm) sıx və nazikdir.
Ətlik-piylik qoyun cinsləri, əsasən yüksəkkeyfiyyətli ət və piy almaq üçün
saxlanılır. Bu qrupa Hisar, Edilbay, Saraca, Həştərxan, Özbək və başqa cinslər daxil
edilir. Bu qoyunlarda yağ əsasən quyruqda, az miqdarda isə dərialtı və daxili orqanlar
ətrafında toplanır. Bəzilərində quyruğun kütləsi 15-20 kq-a çatır. Qoyunların diri çəkisi
60-90 kq, qoçlarınkı isə 100-125 kq-a qədər, ət çıxarı isə 50% təşkil edir.
Hisar cinsi – dünyada ən iri qoyundur. Diri çəkisi 190 kq-a çatır. Yaxşı yemləmə
şəraitində böyüyən heyvanlar 60 kq-a yaxın quyruq və daxili piy verirlər. Ət çıxarı 58-
60%-dir. Onların 3 kq-a qədər yunu olur.
Saraca cinsi – iri olub, yaxşı ətlik-piylik xüsusiyyətinə malikdir. Yunları ağ,
başı, qulaqları, ayaqları isə tünd şabalıdı rəngdə olur. Qoçların diri çəkisi 90-100 kq,
qoyunlarınkı isə 65-75 kq, yun çıxarı isə 4-4,5 kq-a qədər olur.
Edilbay cinsi – Qazaxıstanda yetişdirilmişdir. Onlar quyruq yağının iriliyinə və
yığımına görə Hisar cinsindən geri qalır. Qoçların diri çəkisi 100-115 kq, qoyunlarınkı
isə 70 kq-a qədərdir. Bununla bərabər onlar yaxşı yun məhsuldarlığı ilə xarakterizə
olunur. Yun çıxarı 3,0-3,5 kq-a qədərdir.
8
Donuzlar bioloji və fizioloji xüsusiyyətlərinə – tez böyüməsi, kökəldilməsinin
ucuz başa gəlməsi, bir ildə daha çox bala verməsi, yüksək ət çıxarına malik olması ilə
fərqlənir.Donuzlar çox erkən, 12-14 aylığından doğmağa başlayır. Boğazlıq dövrü qısa
olduğundan (114 gün və ya 3 ay, 3 həftə, 3 gün) onlardan bir ildə 2 dəfə və yaxud 3
dəfə bala almaq mümkündür. Hər doğumda, adətən, 10-12 bala, qabaqcıl təsərrüfat-
larda isə 17-20 bala alınır. Çoşqalarının çəkisi 1 aylığında 7-8 kq, 2 aylığında 16-20 kq,
7-8 aylığında 100-120 kq, 12-15 aylığında isə 200-240 kq-a çata bilir.
Piylik istiqamətli donuzların gövdəsi yumru, uzunsov, boynu qısa, beli enli,
başı xırda, ayaqları gödək və ağır, budları yaxşı inkişaf etmiş olur. Piy qatının qalınlığı
10-12 sm-ə çata bilir, ət çıxarı 78-88% arasında olur. Piylik istiqamətli donuz
cinslərindən ölkəmizdə ən geniş yayılanları İri ağ, Ukrayna ağ səhra, Mirqorod,
Breytov, Liven və digərləridir. Ana donuzların diri çəkisi 200-280 kq, erkəklərinki isə
300-380 kq-a çatır. Respublikamız üçün yaxşılaşdırıcı cins kimi Ukrayna ağ səhra və
İri ağ cinsləri qəbul edilmişdir.
İri
ağ
donuz
cinsi
–
İngiltərədə
müxtəlif
donuz
cinslərinin
çarpazlaşdırılmasından alınmışdır. Onlar ağ rəngli, iri olub, müxtəlif iqlim şəraitinə
yaxşı uyğunlaşa bilmələri ilə səciyyələnirlər. Gövdəsinin döş hissəsi enli, dərin, beli
enli və düz, başı orta böyüklükdə, azacıq qabağa yönəlmişdir. Dərisi möhkəm, elastiki,
ayaqları möhkəm, hərəkətləri sərbəstdir (şəkil 3).
Şəkil 3. İri аğ donuz cinsi
Üç yaşında və ondan yuxarı yaşda çəkiləri 300-350 kq, ana donuzların çəkisi
220-280 kq-a qədərdir. Şpikin qalınlığı 3,1-3,4 sm-dir.
Ukrayna ağ səhra cinsi – akademik F.M.İvanov tərəfindən Ukraynanın az
məhsuldar yerli cins donuzlarının İri ağ cinslə cütləşdirilməsindən əldə edilmişdir. Hər
9
doğuşda 10-11, bəzən isə 17 bala verir. Kökəldilmiş yaşlı donuzların diri çəkisi 220-
320 kq və daha artıq, ət çıxarı 78-80% təşkil edir.
Mirqorod cinsi – enli və dərin gövdəsi ilə xarakterizə olunur. Qulaqları xırda
olub, azacıq sallaqdır. Rəngi ala-bəzək qaradır. İri donuzların diri çəkisi 280-320 kq,
ana donuzlarınkı isə 200-240 kq-dır (şəkil 4).
Ətlik istiqamətli donuz cinsləri üçün uzun bədənli, yaxşı inkişaflı, xəstəlik və
zədələnmə əlamətləri olmayan, 25-30 kq çəkili, 2,5-3 aylıq çoşqalar seçilir. Boğaz və
doğmuş donuzlar bekonluq üçün seçilə bilməz. Erkək donuzlar 2 aylığından gec
olmayaraq axtalanmalıdır. Yemlənməsində, əsasən arpa, noxud, kök, şəkər çuğunduru
və süd tullantılarından istifadə edilir. Yemlənmə donuzların yaşı 6-8 aya, diri çəkiləri
75-100 kq-a çatdıqda dayandırılır. Bu tipə bekonluq Eston cinsi, ağ Latviya cinsi, ağ
Litva cinsləri aid edilir. Bu donuzların ətindən keyfiyyətli hislənmiş ət məhsulları, o
cümlədən, bekon istehsal edilir. Ana donuzların diri çəkisi 160-220 kq, erkəklərinki isə
230-280 kq-a çatır. Ət çıxarı 70-75% təşkil edir.
Şəkil 4. Mirqorod donuz cinsi
Bekonluq Eston cinsi – iri konstitusiyası ilə səciyyələnir. İri donuzların çəkisi
300-350 kq, ana donuzlarınkı isə 220-260 kq-a çatır. Şpikin qalınlığı 2,9-3,2 sm-ə çatır.
Donuzlar keyfiyyətli bekonluq cəmdək verir.
Ağ Latviya cinsi – Latviyada yetişdirilmiş və yüksək ətlik məhsuldarlığa malikdir.
Heyvanların gövdəsi yaxşı inkişaf etmiş, dartılmış şəkildədir. Ayaqları möhkəm, rəngi
ağdır. İri donuzların diri çəkisi 300-320 kq, ana donuzlarınkı isə 220-240 kq-a çatır.
10
Ətlik-piylik istiqamətli donuz cinsləri (meşə-dağ, Urjum, Şimal Sibir donuzu və
s.) zahiri görünüşünə, keyfiyyət göstəricilərinə görə göstərilən əsas iki tip arasında orta
vəziyyət tutur. Bədənləri orta uzunluqda və endə olur. 9-10 aylığından sonra dərialtı piy
yığılmağa başlayır. Ət çıxarı 80-85% təşkil edir.
Şimal Sibir cinsi – Novosibirsk vilayətində yerli Sibir donuzlarının İri ağ cinslə
çarpazlaşdırılmasından alınmışdır. Onlar ağ rəngdə olub, möhkəm konstitusiyaya
malikdir. İri donuzların diri çəkisi 270-300 kq, ana donuzlarınkı isə 200-230 kq-a çatır.
Şpikin qalınlığı 3,3-3,6 sm-dir.
Quşçuluq - əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq
kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem
bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.
Yumurtalıq toyuq cinslərindən yumurta almaq üçün istifadə edilir. Bu cinsə aid
olan toyuqlar tez yetişmələri ilə fərqlənərək nisbətən az kütləyə (2kq) malikdir. Onların
qabarıq enli döşü, uzunsov yüngül gövdəsi, düz beli və yüngül başı vardır. Ayaqları
nazik, qanadları uzun, tükləri sıxdır. Yumurta verən cinslərə ağ rus, ispan və leqqorn
cinslərini aid edirlər.
Leqqorn cinsi – öz mənşəyini İtaliya toyuqlarından götürmüş və Amerikada
yetişdirilmişdir. Onlar ağ rəngdə olub, dimdiyi, ayaqları və dərisi sarıdır. Toyuqların
diri çəkisi 1,7-2,0 kq, xoruzlarınkı isə 2,3-2,5 kq-a yaxındır. Onların yumurtalıq
xüsusiyyəti yüksək olub, 230-270 ədədə bərabərdir. Onların yumurtası iridir (58-60 q
və daha yüksək) ( şəkil 5).
Şəkil 5. Leqqorn cinsi
11
Ağ rus cinsi – yumurtalıq istiqamətli olub, yerli toyuqların ağ leqqornla
çarpazlaşdırılmasından alınmışdır. Konstitusiyasına və eksteryerinə görə ağ rus
toyuqları leqqornla yaxın olub, diri çəkisinə və ətinin keyfiyyətinə görə onlardan üstün-
dür. Toyuqların çəkisi 1,8-2,3 kq, xoruzlarınkı isə 2,8-3,1 kq-a qədərdir. 200 və daha
artıq yumurtlaya bilir. Yumurtanın orta çəkisi 60 q-dır (şəkil 6).
Şəkil 6. Ag rus toyuq cinsi
Qarışıq (ətlik-yumurtalıq) toyuq cinsləri yüksək yumurta və keyfiyyətli ət
vermələri ilə fərqlənir. Yumurtalıq məhsuldarlığına görə ətlik toyuqlardan azacıq geri
qalır. Ətlik-yumurtalıq toyuq cinsləri geniş yayılmışdır. Onlara plimutrok, rod-ayland,
susseks, orpinqton, nyu-hempşir, viandot, yurlov, liven və s. cinslər aiddir. Toyuqların
diri çəkisi 3 kq-a qədərdir.
Plimutrok – cinsinin rənginə görə fərqlənən (boz, zolaqlı, ağ və s.) müxtəlif
növləri vardır. Bütün növlərdə dəri, dimdik, ayaqlar sarı rəngdədir. Ağ rəngli plimut-
roklardan broyler istehsalında istifadə edilir (şəkil 7, 8).
Şəkil 7. Plimutrok cinsi(zolaqlı)
12
Şəkil 8. Plimutrok cinsinin toyuğu və xoruzu (ağ)
Rod-ayland cinsi – bədəninin xarakterik düzbucaqlı forması ilə xarakterizə
olunur. Tük örtüyü parlaq, şabalıdı (qırmızı) rəngdə olub, pipiyi, quyruğunun ucu və
qanadlarının bəzi tükləri qara rəngdədir (şəkil 9).
Dostları ilə paylaş: |