26
Subməhsulların kimyəvi tərkibi və qidalılıq dəyəri. Zülal maddələrinin
miqdarına görə subməhsullar ətə yaxındır, lakin onların qidalılıq dəyəri aşağıdır, çünki
subməhsullarda tam qiymətli olmayan zülallar (məsələn, dodaqlarda, qulaqlarda,
yelində, işkənbədə kollagen və elastin vardır) çoxdur. Tam qiymətli zülallar, əsasən
qaraciyərdə, böyrəklərdə, dildə və ürəkdə olur. Dildə, yelində, baş ətində, quyruqda piy
daha çoxdur. Bu isə onların yüksək kaloriliyini təyin edir. Bəzi subməhsullarda, məsələn,
beyində piyə oxşar maddələr (fosfatidlər, xolesterin və s.) çoxdur. Subməhsulların
növündən asılı olaraq onların tərkibində mineral maddələr müxtəlif olur: böyrəklərdə,
ürəkdə, beyində fosfor, qaraciyərdə isə dəmir çoxdur. Qaraciyər və böyrəkdə vitaminlər
və hormonal maddələr vardır. Odur ki, onlar yalnız qidalılıq cəhətdən dəyərli deyil, həm
də müalicəvi əhəmiyyətə malikdir. Qidalıq dəyərinə görə bəzi subməhsullar (dil, beyin,
qaraciyər, böyrəklər) ətdən geri qalmır və delikates məhsullar sayılır.
Qidalılıq dəyərinə görə subməhsulları iki dərəcəyə bölürlər:
Qaramalın qaraciyəri, dili, böyrəkləri, beyni, ürəyi, diafraqması, quyruğu, ət
kəsiyi və yelini; donuzların qaraciyəri, dili, böyrəkləri I dərəcəyə aiddir.
II dərəcəli subməhsullar: təmizlənmiş işkənbə, selikli qişa ilə donuz mədəsi,
xirtdək, qida borusundan ət, donuzun ətli-sümüklü quyruğu, qaramalın qursağı (selikli
qişasız), ağciyər, qaramal və donuzların nəfəs borusu, dalaq, donuz ayaqları, qaramal
dırnaqları, qaramal və donuz qulaqları, dilsiz və beyinsiz başlar, qaramal dodaqları,
qat-qat.
Müxtəlif kateqoriyalı və eləcə də eyni kateqoriyaya aid olan subməhsullar
müxtəlif kimyəvi tərkibə malikdir (cədvəl 1).
Subməhsulların tərkibində vitaminlər, fermentlər, hormonlar və s. maddələr də
vardır.
Cədvəldən göründüyü kimi, subməhsullardan bioloji cəhətdən ən dəyərlisi ürək,
qaraciyər, dildir. Bunların tərkibində olan zülallar tamdəyərli olmaqla, az miqdarda
kollagen və elastik zülallarına malikdir. Ağciyər, yelin, qulaq, qaramalın dodaq və baş
ətində çoxlu miqdarda keyfiyyəti az olan zülallar da vardır (cədvəl 2).
27
Cədvəl 1
Subməhsulların kimyəvi tərkibi
S
u
b
m
ə
h
su
ll
a
r
su
y
ağ
Zülallar
m
in
e
r
a
l
m
ad
d
ə
lə
r
e
k
st
r
ak
ti
v
v
ə
b
a
şq
a
m
ad
d
ə
lə
r
ü
m
u
m
i
m
iq
d
ar
ı
tam
d
ə
y
ər
li
k
ol
lag
e
n
e
la
st
in
Ürək
79,0
3,0
14,97
14,10
0,78
0,09 1,01
2,02
Qaraciyər
72,9
3,1
17,36
15,71
1,61
0,04 1,31
5,33
Böyrək
82,7
1,8
12,51
10,62
1,85
0,04 1,08
1,91
71,2
12,1
13,62
11,04
2,49
0,09 0,90
2,18
Beyin
78,9
1,1
9,46
7,39
2,04
0,03 1,32
9,12
Ağciyər
77,5
4,7
15,15
9,47
4,64
1,04 0,99
1,66
İşgənbə
80,0
4,2
14,78
7,42
6,77
0,59 0,49
0,53
Yelin
72,6
13,7
12,32
5,83
5,72
0,77 0,78
0,60
Dodaq
73,7
3,3
20,75
5,12
12,09
3,54 0,63
1,62
Qulaq
69,8
2,3
25,17
5,07
17,83
2,27 074
1,99
28
Cədvəl 2
Bəzi subməhsulların aminturşu tərkibi
Aminturşular
ı
Zülala görə, %-lə
Qaraciyər
Böyrək Ürək
Dil
Beyin
Arginin
6,0
6,2
6,5
6,5
6,0
Histidin
2,8
2,6
2,6
2,7
2,7
Lizin
7,3
7,1
8,3
8,6
6,7
Leysin
8,4
7,9
7,7
7,2
7,7
İzoleysin
5,4
5,2
5,4
5,6
5,0
Valin
6,5
6,0
5,5
5,5
5,5
Metionin
2,2
2,1
2,3
2,4
2,1
Sistin
1,3
1,5
1,2
-
-
Treonin
4,4
4,5
4,6
4,6
4,7
Triptofan
1,6
1,4
1,3
1,2
1,4
Fenilalanin
5,4
4,8
4,6
4,4
5,4
Tirozin
4,6
4,8
4,4
-
-
Qlisin
8,5
-
-
-
-
Serin
7,3
8,1
5,9
-
-
Asparagin
turşusu
6,9
-
6,9
-
-
Cədvəldən göründüyü kimi, subməhsullardan dil, ürək, qaraciyərin zülalları bəzi
əvəz olunmayan (lizin, triptofan və s.) aminturşularla zəngindir. Subməhsulların
tərkibində xolin, askorbin turşusu, riboflavin - B
2
, pantoten aminturşu və s. vitaminlər
vardır (cədvəl 3).
29
Cədvəl 3
Subməhsulların vitamin tərkibi
Vitaminlər, mq, %-lə
Dil
Ürək
Qaraciyər
Böyrəklər
Beyin
Askorbin
turşusu
-
6,0
25 - 40
13,0
18,0
Tiamin B
1
0,16 – 0,28 0,24 – 0,68
0,23 – 0,52
0,27 – 0,52
0,12 – 0,26
Riboflavin
B
2
0,22 – 0,28 0,81 – 1,12
2,7 – 3,4
1,9 – 2,2
0,22 – 0,28
Piridoksin
B
6
0,22 – 0,28 0,81 – 1,12
2,7 – 3,4
1,9 – 2,2
0,22 – 0,28
Nikotin PP
0,12 – 0,13 0,24 – 0,35
0,33 – 7,65
0,39 – 0,55
0,15 – 0,16
Pantoten
turşusu
3,9 – 6,0
4,6 – 7,3
12 - 19
5,3 – 8,6
3,6 – 6,0
Xolin
1,1 – 2,0
1,8 – 3,0
5,0 – 8,0
3,1 – 4,3
1,6 – 2,8
Tokoferol
-
-
50,0
-
-
Müxtəlif subməhsulların xarakteristikası aşağıda qeyd edilmişdir.
Başın sümükləri yastı sümüklərə aiddir, yağı az, kollageni çoxdur. Başın
əzələləri eninəzolaqlı olmaqla qısadır. Qaramalda əzələ toxuması başın (beyinsiz)
kütləsinin 30%-ni, donuzda 50%-ni təşkil edir. Bu əzələlər aşağı sort kolbasaların
istehsalında istifadə olunur. Donuz başının əti yağlıdır və müxtəlif məhsulların
istehsalına göndərilir.
Ətli-sümüklü quyruğa birinci 4-5 fəqərələrdən başqa qalan (cəmdəkdə qalır) hissə
aiddir. Subməhsullar əsasən sümük və birləşdirici toxumadan, bir qədər də əzələ toxu-
masından ibarətdir. Onu aşağı sort ət məhsulu istehsalına göndərirlər. Ətraflar, əsasən
qaramalda buxov oynağı (dərisiz, dırnaqsız və Axill vətərsiz), donuzlarda isə dərili
(buynuzlu, dırnaqsız) istifadə olunur. Buxov oynağı üç falanqadan – buxov, tacvarı və
dırnaq sümüyündən ibarətdir. Sümüklər vətərlər vasitəsilə birləşir və xaricdən dəri ilə
30
əhatə olunur. Donuzun ön ətrafını oynaqdan bilək, arxa ətraflarda isə ayaq darağı
ayırır. Donuzun vətərlərində əzələ azdır. Burada yağ toxuması qatları olur. Kollagen
çox olduğu üçün uzun müddət bişirildikdə qatı bulyon alınır ki, bu da baş-ayaq və
kolbasa istehsalında geniş istifadə edilir. Axill vətəri jelatin istehsalı üçün çox
əhəmiyyətlidir.
Dodaqlar və qulaqlar – dodaqlara ağız-burunun ön hissəsi aiddir. Buraya sümük
toxuması, əzələlər, dəri və əsasən ağızın dəyirmi əzələləri aiddir. Bəzən dodaqları
sümük toxumasız ayırırlar. Qulaqlara qulaq qapağı aiddir ki, bu da elastik qığırdaqdan
ibarətdir. Qulaq çanağı əsasında az yağ toxuması və əzələ lifləri vardır. Dodaq və
qulaqlar baş-ayaq, kolbasa və jelatin istehsalında istifadə edilir.
Dil – əzələvi üzvdür. Dilin yağlılığı heyvanın köklük dərəcəsindən asılıdır və
bəzən o, 18%-ə çatır. Dil yaxşı qidalılıq dəyərinə malikdir. Bəzi növ kolbasa və
duzlanmış – hisə verilmiş dil məmulatları istehsalında istifadə edilir. Dil ilə birlikdə
udlaq və qırtlaq ayırd edilir. Onları dildən ayırıb texniki məqsəd üçün istifadə edirlər.
Qanın kimyəvi tərkibi və xüsusiyyətləri. Qanın miqdarı müxtəlif amillərdən–
qansızlaşdırma üsulundan, heyvanın kəsimdən əvvəl fiziolojı vəziyyətindən asılıdır.
Qansızlaşdırma qaramalda diri kütlənin 7,5-8,5%-i, donuzlarda 4,5 – 6,0%-i, quşlarda
8%-i, dovşanlarda 6%-i təşkil edir. Qan maye halında olan aramaddədən – plazmadan
və formalı elementlədən ibarətdir. Plazma sarımtıl rəngli və özlü olub, tərkibində
müxtəlif maddələr, o cümlədən zülal, yağ, karbohidrat, mineral duzlar vardır. Qanın
formalı elementləri üç yerə bölünür: 1) eritrositlər və ya qırmızıqan cisimcikləri; 2)
leykositlər və ya ağqan cisimcik-ləri; 3) trombositlər və ya qan lövhəcikləri. Qanın
formalı elementləri onun laxtalanmasında iştirak edir.
Eritrositlərin tərkibində qana qırmızı rəng verən hemoqlobin piqmenti vardır. Bu
piqment tənəffüs piqmenti də adlanır, çünki hemoqlobin və ya xromoproted havanın
oksgeni ilə aktiv birləşib, onu asanlıqla hüjeyrə və toxumalara vermə qabiliyyətinə
malikdir.
Leykositlərin nüvəsi vardır və faqositoz (mikroorqanizmləri məhv etmək və
bakterial zəhərləri zərərsizləşdirmək) qabiliyyətinə malikdir. Qanda leykositlərin
miqdarı eritrositlərə nisbətən azdır.
31
Trombositlər şəffaf və ya bozutul rəngdə, diametri 4-5 mkm olan qan
cisimcikləridir. Onlar qanın laxtalanmasında iştirak edir. Qanın formalı elementləri qan
zərdabında asılı vəziyyətdə olmaqla xüsusi cəkiyə malikdir. Qaramalda – 32,5% qan,
donuzlarda– 43,5%, qoyunlarda– 28%, atlarda– 39,7% təşkil edir. Göstərilən rəqəmlərin
1%-ni leykositlər və trombositlər təşkil edir, qalan hissələr isə zərdabdan ibarətdir. Qanın
sıxlığı 1052-1060 kqm
3
olduğu halda, formalı elementlərin sıxlığı 1080-1090 kq\m
3
təşkil edir. Laxtalandıqda fibrinin sıxlığı 700-800 kq\m
3
, qan zərdabının sıxlığı isə 1027-
1034 kq\m
3
təşkil edir. Ən ağır xüsusi cəkisi olan (1,09) eritrositlər aşağı qata cökür və
qirmızı rəng alınır, leykositlər bozumtul ağ qat əmələ gətirərək (1,03) eritrositlərin
üstündə yerləşir. Ondan yuxarı açıq-sarı rəngli qat şəffaf qan zərdabından ibarətdir
(1,028). Laxtalalanmış qanda trombositlər dağılmış olur. Qan zərdabı ilə eritrositlər
arasında osmotik təzyiq pozulduqda bəzi kimyəvi maddələrin təsiri ilə eritrositlərin
pərdəsi dağılır, hemoqlobin zərdaba keçir və onu qırmızı rəngə boyayır (1, 31).
Qanın kimyəvi tərkibi müxtəlif amillərdən asılıdır. Qaramalın qanında su– 80,9%,
ümumi zülal– 17,3%, hemoqlobin zülalı– 10,3%, qeyri-üzvi zülal– 1%, mineral
maddələr– 0,8% təşkil edir. Davarların qanında bu göstəricilər müvafiq olaraq: 82,1%,
16,4%, 10%, 0,7%, 0,8%-dir. Donuzun qanında quru maddələr daha cox olub 21%-ə
qədər təşkil edir. Qaramalın qan zərdabında su– 91,4%, zülal– 7,3%, lipid– 0,26%,
xolesterin– 0,3%, başqa üzvi birləşmələr– 0,1%, mineral maddələr– 0,86% təşkil edir.
Qaramalın qan zərdabında nəmlik– 91,7%, zülal isə bir qədər çox– 8,3%-dir.
Donuzların qan zərdabında su– 91,7%-dirsə, zülal az – 6,8%-dir; yağ bir qədər cox
olub 0,41%, mineral maddələr– 1,03% təşkil edir.
Müxtəlif növ heyvanların qanında olan formalı elementlərdə su az (59,2-62,5%),
zülal– 34,6-40,8%, xolesterin– 0,07-0,34%-dir. Mineral maddələr azdır (0,614-
0,985%). Qanda fəal maddələrdən müxtəlif fermentlər (lipaza, proteaza, katalaza və s.),
hormanlar, A, C, E, D, K və B qrupu vitaminləri vardır.
Qanın quru qalığının 90%-ni zülal təşkil edir ki, bunun da 60-65%-i
hemoqlobindir. Hemoqlobin mürəkkəb zülal olub molekul çəkisi 68000-dir, izoelektrik
nöqtəsi 5,5-dir. O rəngsiz zülal olan qlobindən və onunla əlaqəli olan hemdən təşkil
olunmuşdur. Qlobin iki cüt oxşar olmayan və polipeptid zəncirindən təşkil
32
olunmuşdur. Zəncirin hər birində bir hem molekulu vardır. Hem porfirinin dəmir ilə
kompleksindən ibarətdir. Qlobinin aminturşu tərkibi – yüksək miqdarda (6-8%)
histidindən və izoleysinin olmaması ilə sıciyyələnir. Müəyyən miqdarda hemoqlobin
eritrositlərdə stroma ilə birləşmiş halda olur. Stroma az öyrənilmiş zülallardan (70%)
və lipidlərdən (30%) ibarətdir.
Hemoqlobinin müəyyən şərtlərdə eritrositlərdən plazmaya keçməsi– hemoliz
adlanır. Qeyri-üzvi zülali maddələrin 3̸4 lipidlər təşkil edir. Qanda olan zülallar çox
mürəkkəb tərkibə malikdir. O hemoqlobində qlobulin və dəmir elementi olan hemdən
ibarətdir. Qanın maye hissədə albumin və qlobulinlər vardır. Albumin molekulu bir
polipeptid zəncirindən ibarət olub 17 disulfid əlaqələrindən ibarətdir. Zülalın molekul
çəkisi 70000-dir. Albuminin yüksək hidrofilliyi və yüksək qatılığı qanın osmotik
təzyiqinin saxlanmasında böyük rolu vardır. Onun izoelektrik nöqtəsi 4,7-dir.
Albuminlər , , fraksiyalar və onların yarımfraksiyalarına bölünür. Qanın zülalı
müxtəlif aminturşulardan ibarətdir, bunlar, əsasən əvəz olunmayan aminturşulardır.
100q qaramalın qanında triptofan– 1,4q, fenilalanin -tirozin– 10,2q, metionin-
sistin– 2,6q, tirozin– 4,4q, leysin– 11,6q, izoleysin– 2,3q, valin– 8,3q, lizin– 9,2q təşkil
edir. Qanda dəmir 30mq% olduğu halda, ətdə bu 11 dəfə azdır (2,6mq%).
Qanda hemoqlobinin miqdarı heyvanın növündən asılı olaraq 9,5-14% arasında
dəyişir ( iribuynuzlu heyvanın qanında hemoqlobin 10,3% təşkil edir). Fibrinogen
uzusov formada olub, ölçüsü 9x45 nm-dir. O üç cüt oxşar olmayan polipeptid zəncirin-
dən təşkil olunmuşdur ki, onlar da öz aralarında disulfid əlaqələri ilə birləşmişdir.
Onun molekul çəkisi 330000-340000 olub, izoelektrik nöqtəsi 6,3-dür. Aminturşu
tərkibi əvəz olunmayan aminturşu tərkibinə görə balanslaşmışdır.
Fibrinogen spesifik xüsusiyyətə malik olub, plazma fermentinin təsirindən həll
olmayan fibrinə çevrilir. Qalan maye hissə zərdab adlanır. Eyni növ heyvanların
qanının kimyəvi tərkibi adi halda sabitdir, müxtəlif növ heyvanlarda isə ayrı-ayrı
komponentlərə görə fərqlənir (cədvəl 4).
Qana mübadilə məhsulları, oksigen və digər qida maddələri daxil olur. Buna
baxmayaraq, böyük qan dövranında onun tərkibi dəyişməz qalması ilə xarakterizə
olunur. Bu dinamiki sabitliyi qana daxil olan qida maddələrini və ondan çıxan müba-
33
dilə məhsullarını tarazlayan müxtəlif mexanizmlərlə nizamlayır. Qan plazmasının
dəyişməz tərkibi toxuma və hüceyrələrin yaşamasına əlverişli şərait yaradır.
Heyvanların qanının osmotik təzyiqi onun tərkibində olan qeyri-üzvi maddələr
(onların molekulu və ionları), həmçinin, plazma zülalları və digər üzvi birləşmələrlə
şərtlənir. Osmotik cəhətdən ən fəal birləşmələrə, NaCL, NaHCO
3
, Na
2
HPO
4
, CaCL
2
,
KCL duzları aiddir. Onların dissosiasiyası nəticəsində ionlar əmələ gəlir ki, onlar da
özlərini osmotik aktiv maddələr kimi aparır. Osmotik təzyiqin daimiliyi orqanizmdən
artıq suyun və osmotik aktiv maddələrin çıxarılmasını tənzimləyən mexanizmlərin
fəaliyyəti ilə bağlıdır .
Cədvəl 4
Qanın kimyəvi tərkibi
Qanın tərkibi
1000 q üzlü qanın tərkib hissəsinin miqdarı (q-la)
öküz
qoyun keçi
donuz
at
Su
808,9
821,67 803,89
790,56
749,02
Quru qalıq
191,1
178,33 196,11
209,44
250,98
O cümlədən:
Hemoqlobin
103,1
92,9
112,58
142,2
166,9
Digər zülallar
68,8
70,8
69,72
42,61
69,7
Şəkər
0,7
0,7325 0,829
0,686
0,526
Xolesterin
1,935
1,339
1,299
0,444
0,346
Lesitin
2,349
2,22
2,46
2,309
2,913
Yağ
0,567
0,937
0,525
1,095
0,611
Yağ turşuları
-
0,488
0,395
0,475
-
Natrium
3,636
3,638
3,579
2,406
2,691
Kalium
0,407
0,405
0,396
0,309
0,758
Dəmir-oksid
0,544
0,492
0,577
0,696
0,828
Kalsium
0,069
0,07
0,06
0,068
0,051
Maqnium
0,0356
0,03
0,04
0,0889
0,064
Xlor
3,079
3,08
2,923
2,69
2,785
34
Osmotik təzyiq depressiya həcmi ilə (∆) ifadə edilir və qanın donma
temperaturunun aşağı düşməsinin təmiz suyun donma temperaturu ilə müqayisəsini
xarakterizə edir. Kəsilmiş heyvanların depressiya həcmi inəklərdə 0,611, qoyunlarda və
donuzlarda 0,618, atlarda 0,558, dovşanlarda isə 0,595 təşkil edir.
Toxumaların bir sıra həyati funksiyaları, onların müəyyən bir formada qalmaları,
xarici mühitə maddərin verilməsi, hüceyrə şirəsinin, limfanın və onunla əlaqəli olan
qan plazmasının osmotik təzyiqindən asılıdır.
Plazma zülallarının və digər kolloidlərin osmotik təzyiqi kolloid- osmotik və ya
onkotik təzyiq adlanır. O qanın ümumi təzyiqinin 0,004-0,006 təşkil edir.
Heyvan qanında hidrogen ionlarının qatılığının (pH) nisbi sabitliyi ilə xarakterizə
olunur. Kəsim heyvanlarının qanı zəif qələvi olub aşağı nisbətlərdə dəyişir (cədvəl 5).
Cədvəl 5
Qanın pH-nın dəyişməsi
Qan
pH
Qan
pH
İribuynuzlu heyvanda
7,36-7,50
Donuzlarda
7,85-7,95
Qoyunlarda
7,40-7,58
Atlarda
7,20-7,60
Keçilərdə
7,82
Dovşanlarda
7,33-7,40
Qanın pH-nın dəyişməsi bir sıra səbəblərdən irəli gəlir. Qana daxil olan mübadilə
maddələrində müxtəlif turşular və qələvilər olur. Eyni zamanda toxuma şirəsinə,
oradan da qana daxil olan hüceyrədaxili mübadilə məhsullarında da çoxlu miqdarda
turşular və qələvilər olur. Qanın pH-nın turş mühitə yönəlməsi asidoz, qələvi tərəfə
yönəlməsi isə alkaloz adlanır.
Qanın aktiv reaksiyasının daimiliyi qanda olan bufer sistemlərlə və ondan
ekskresiya yolu ilə mübadələ məhsüllarının daimi çıxması ilə xarakterizə olunur.
Qanın sıxlığı müxtəlif heyvanlarda o qədər də fərqlənmir (q∕sm) (cədvəl 6).
35
Cədvəl 6
Qanın sıxlığı
İribuynuzlu heyvan..1,050-1,060
Qoyun.....................1,055-1,065
Donuz.........1,049-1,055
Quş.............1,040-1,060
Qanin biokimyəvi funksiyaları. Qan (heyvan orqanizminin maye toxuması)
daxili mühit olub, orqanizmin orqan və toxumalarını bir-biri ilə birləşdirərək, tənəffüs,
qida, ifrazat, tənzimləyici və müdafiə funksiyalarını yerinə yetirir. O orqan və
toxumalara qida maddələrini gətirir.
Qana hormonlar ifraz olunur, yəni o hormonları tənzimləyir. Qanın tənzimləyici
funksiyası onun fermentələr və digər bioloji aktiv maddələrlə zəngin olmasıdır. Eyni
zamanda qan osmotik təzyiqi, mühitin aktiv reaksiyasını və bədənin temperaturunu
tənzimləyir.
Qanın əsas funksiyalarından biri də mübadilə məhsullarının (CO
2
, sidik cövhəri,
sidik turşusu, ammonium duzları və digər azot birləşmələri, həmçinin, artıq mineral
duzlar ifrazat orqanlarına daşımasıdır.
Qan orqanizmdə, eyni zamanda mühafizə funksiyasını da yerinə yetirir, belə ki, o
bir çox xəstəliklərlə mübarizədə iştirak edir. Qana və ya heyvan orqanizminə kənar
irimolekullu birləşmələr – antigenlər (zülal və ya polisaxaridlər) düşərsə, antitellər –
zülallar əmələ gəlir ki, onlar antigenlərə spesifik olaraq təsir edir. Antitellər limfositlərlə
oxşar olub dalaqda, limfa düyünlərində, həzm orqanlarının divarlarında, qaraciyərdə və
digər orqanlarda yerləşərək plazmatik hüceyrələr tərəfindən əmələ gəlirlər. Antitelləri
ilkin antigenlərlə birləşmə xüsusiyyətinə görə müəyyən edirlər. Onlar həddən artıq spesi-
fik olub, hətta antigenlərlə oxşar quruluşa malik olan molekullara belə reaksiya vermir.
Qanın mühafizə funksiyası leykositlərlə də şərtlənir. Leykositlər proteolitik və lipolitik
fermentlərlə zəngin olub, faqositozda mikrob hissəciklərinin tez parçalanmasına və
həzminə səbəb olur.
|