9
niş və aydın təsvirini verdilər. 1970-ci illərin sonlarından etibarən isə alman
tərcümə nəzəriyyəçiləri (Vermeer, Nord, Hönig və Kussmaul və s.) mətnin
məqsədini, onun sosial aspektini ön plana çəkməklə bu yanaşmanı daha da
təkmilləşdirərək funksional yanaşmanın əsasını qoydular. Bu yanaşmada
tərcümə üçün əsas prinsip kimi məxəz mətnin linqvistik-sintaktik strukturu
deyil, onun məqsədi müəyyən edilir.
1970-ci illərdə təşəkkül tapmış funksional-praqmatik yanaşmaların la-
büd nəticəsi kimi 1980-ci illərdə Nyumark özündən əvvəlki bütün nə-
zəriyyə və yanaşmaları ümumiləşdirməklə özünün ikili konsepsiyaya əsas-
lanan semantik və kommunikativ tərcümə nəzəriyyəsini irəli sürdü.
Tərcümə nəzəriyyəsində özünü doğrultmuş və artıq isbatını tapmış fi-
kir və mövcud mülahizələrə istinad edərək, eləcə də tədqiqat boyu əldə et-
diyimiz nəticələri ümumiləşdirməklə tədqiqat zamanı qarşımıza qoydu-
ğumuz sualları cavablandırmağa nail olduq. Adekvat tərcümə məhz se-
mantik və praqmatik ekvivalentlik əsasında yaranır. Mütərcim məxəz mətn-
lə hədəf mətn arasında müəyyən semantik və praqmatik əlaqə yaratmaqla
buna nail ola bilər.
Dostları ilə paylaş: