Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Bədi tərcümə disertasiya işi

Tədqiqatın approbasiyası. Dissertasiya işi Azərbaycan Dillər Univer-
sitetinin İngilis dilinin tərcüməsi kafedrasında yerinə yetirilmişdir. Təd-
qiqatın əsas müddəa və tezisləri beynəlxalq və respublika daxilində keçiril-
miş elmi konfrans və simpoziumlarda məruzə edilmişdir. Tədqiqat mövzu-
su ilə bağlı müəllifin bir sıra yerli və xarici ölkə jurnallarında və nəşriyyat-
larında məqalə və tezisləri çap olunub.
Dissertasiyanın strukturu. Dissertasiya giriş, iki fəsil, nəticə və isti-
fadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 
İŞİN ƏSAS MƏZMUNU 
Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı, işin elmi yeni-
liyi, nəzəri və praktik əhəmiyyəti açıqlanır, onun obyekti, predmeti, məqsəd 
və vəzifələri, istifadə olunmuş tədqiqat metodları, müdafiəyə çıxarılan əsas 
müddəalar, approbasiyası və strukturu haqqında məlumat verilir. 
Dissertasiyanın “Semantik tərcümə nəzəriyyəsinin mahiyyəti” adla-
nan birinci fəsli iki yarımfəsildən ibarətdir. “Semantik tərcümə nəzəriyyə-
sində adekvatlıq problemi” adlı birinci yarımfəsildə tərcümə nəzəriyyə-
sinin inkişaf tarixinə nəzər salaraq tarix boyunca bir-birini əvəz etmiş müx-
təlif nəzəriyyə, cərəyan və məktəblərə məxsus dilçi və mütərcimlərin, eləcə 
də filosofların tərcümə ilə bağlı fikir və mülahizələri, irəli sürdükləri yanaş-
ma və nəzəri metodlar ilə tanış oluruq. Burada hələ qədim dövrlərdən era-
mızın IV əsrinə qədər tərcümə sahəsində hakim mövqe tutmuş hərfi tərcü-
mədən Müq.Cerom tərəfindən irəli sürülən “sözbəsöz deyil, anlamın an-
lamla tərcüməsi” prinsipinin əsas götürüldüyü IV əsrdən XV əsrin sonla-
rına qədər olan geniş bir dövr əhatə olunmaqla yanaşı, XX əsrin ilk onilli-
yindən sonra meydana gələn və təxminən əlli il boyunca bu sahədə hakim 
nəzəriyyə olaraq qalan linqvistik tərcümə nəzəriyyələri və bu nəzəriyyələri 
təbliğ edən tərcüməşünaslar və dilçi-alimlərin fikir və mülahizələrinə geniş 
yer verilmişdir. XX əsrin 70-ci illərindən etibarən tərcüməşünaslığın müstə-
qil bir elm sahəsi kimi formalaşdırılması istiqamətində ilkin təşəbbüslər 
başlandı. 1960-1970-ci illərdə tərcüməyə linqvistik yanaşma daha geniş vü-
sət aldı. Bunun tərəfdarları (Ketford, Nayda və Koller) həm məxəz, həm də 
hədəf dildə işarələr və onların birləşmələri arasındakı sistemli əlaqələrin ge-


9
niş və aydın təsvirini verdilər. 1970-ci illərin sonlarından etibarən isə alman 
tərcümə nəzəriyyəçiləri (Vermeer, Nord, Hönig və Kussmaul və s.) mətnin 
məqsədini, onun sosial aspektini ön plana çəkməklə bu yanaşmanı daha da 
təkmilləşdirərək funksional yanaşmanın əsasını qoydular. Bu yanaşmada 
tərcümə üçün əsas prinsip kimi məxəz mətnin linqvistik-sintaktik strukturu 
deyil, onun məqsədi müəyyən edilir.
1970-ci illərdə təşəkkül tapmış funksional-praqmatik yanaşmaların la-
büd nəticəsi kimi 1980-ci illərdə Nyumark özündən əvvəlki bütün nə-
zəriyyə və yanaşmaları ümumiləşdirməklə özünün ikili konsepsiyaya əsas-
lanan semantik və kommunikativ tərcümə nəzəriyyəsini irəli sürdü.
Tərcümə nəzəriyyəsində özünü doğrultmuş və artıq isbatını tapmış fi-
kir və mövcud mülahizələrə istinad edərək, eləcə də tədqiqat boyu əldə et-
diyimiz nəticələri ümumiləşdirməklə tədqiqat zamanı qarşımıza qoydu-
ğumuz sualları cavablandırmağa nail olduq. Adekvat tərcümə məhz se-
mantik və praqmatik ekvivalentlik əsasında yaranır. Mütərcim məxəz mətn-
lə hədəf mətn arasında müəyyən semantik və praqmatik əlaqə yaratmaqla 
buna nail ola bilər. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin