Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


“İngilis dilindən Azərbaycan dilinə tərcümə ənənələrinin forma-



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Bədi tərcümə disertasiya işi

“İngilis dilindən Azərbaycan dilinə tərcümə ənənələrinin forma-
laşması və tərcümələrdə semantik adekvatlığın təmin edilməsi (“Yerə 
enmiş ay” və “1984” romanlarının təhlili əsasında)” adlı ikinci yarımfə-
sildə Azərbaycanda tərcümə ənənələrinin formalaşması, müxtəlif dövrlərdə 
ədəbiyyatımızı zənginləşdirən tərcümələr və həmin tərcümələri bizə bəxş 
edən peşəkar mütərcimlər ordusu, həmçinin müxtəlif dövrlərdə hakim reji-
min, senzura və qadağaların, ideoloji amillərin, vasitəçi dilin (rus dili) təsiri 
ilə tərcümə ədəbiyyatımızda yaranan boşluqlar və nöqsanlardan bəhs edilir. 
Azərbaycanda ilk yazılı tərcümələrin (xüsusilə, fars dilindən) hələ XI əsr-
lərə gedib çıxması faktını nəzərə alsaq, deyə bilərik ki, ölkəmizdə tərcümə 
sənəti qədim tarixə malikdir. Klassik Azərbaycan ədəbiyyatının Qərbi Av-
ropa dillərinə, o cümlədən ingilis dilinə tərcüməsinin XVII əsrdən etibarən 
başlandığını, XVIII əsrdən isə daha intensiv şəkil aldığını söyləmək olar. 
Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassiklərin əsər-
ləri Avropada öyrənilməklə bərabər, eyni zamanda əcnəbi xalqların dilləri-
nə də tərcümə edilməyə başlanmışdır. Azərbaycanda bədii tərcümənin ilk 
nümunələri hələ orta əsrlərdə yaranmış, XIX əsrdən geniş inkişaf etmişdir. 
Abbasqulu ağa Bakıxanov rus ədəbiyyatından tərcümələr etmiş, Mirzə 
Fətəli Axundov özünün “Puşkinin ölümünə Şərq poeması”nı rus dilinə tər-
cümə etmişdir. ХIХ əsrin dördüncü оnilliyində bədii tərcümənin əsаsını 
qоymuş, еnsiklоpеdik biliyə mаlik оlаn gorkəmli şаir və yаzıçı Аbbasqulu 


10
ağa. Bаkıхаnоv (1794-1847) tərəfindən yаrаdılmış Аzərbаycаn tərcümə 
məktəbi indiyə kimi хеyli inkişаf еtmiş və zəngin təcrubə qаzаnmışdır. ХХ 
əsrin əvvəllərində Аbbas Səhhət, Аbdulla Şаiq, Mirmehdi Sеyidzаdə və di-
gər sənətkаrlаr isə bu sаhənin daha da inkişаfınа çаlışmışlаr
1

Ötən əsrin 70-80-ci illərində isə orijinaldan tərcümə işinə diqqət art-
mış, Azərbaycan müstəqillik qazandıqdan sonra isə bütün tərcümələr de-
mək olar ki, bilavasitə ingilis dilindən edilmişdir. Bu illər ərzində ingilis di-
lindən Azərbaycan və Azərbaycan dilindən ingilis dilinə tərcümə sahəsində 
ixtsaslaşmış peşəkar mütərcimlər nəsli yetişmişdir. Bu sahədə Zeydulla 
Ağayev, Qılıncxan Bayramov, Sabir Mustafa, Vilayət Hacıyev, Çərkəz 
Qurbanov, Qəzənfər Paşayev, Tehran Vəliyev, Vilayət Quliyev və başqala-
rının adlarını çəkmək yerinə düşər. Sabir Mustafa ilk dəfə Şekspirin bütün 
sonetlərini orijinaldan Azərbaycan dilinə çevirmişdir. 
İngilis ədəbiyyatından Azərbaycan dilinə tərcümələr XIX əsrin sonla-
rından başlanmışdır. İlk dəfə H.Vəzirov Şekspirin “Otello” faciəsini 1892-
ci ildə Azərbaycan dilinə tərcümə etmiş və 1904-cü ildə onu Şuşada tama-
şaya qoymuşdur. Bu, Şekspir yaradıcılığından, eləcə də ingilis ədəbiyyatın-
dan ilk tərcümə əsəri kimi diqqəti cəlb edir.
Orijinaldan tərcümə ənənələri isə XX əsrin sonlarından etibarən for-
malaşmağa başladı. 1985-ci ildə Qılıncxan Bayramov Avstraliyanın tanın-
mış yazıçısı Keyt Antillin elmi-fantastik əsəri “Yerə enmiş ay” romanını 
tərcümə etmişdir. Bu tərcümə ingilis dilindən ana dilimizə birbaşa edilmiş 
ilk roman tərcüməsidir.
1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazı-
çısı Artur Heylinin “Aeroport” romanı ingilis dilindən Azərbaycan dilinə 
Zeydulla Ağayev tərəfindən tərcümə edilmişdir. On il sonra Zeydulla Ağa-
yev oxuculara Ayra Levinin "Ölümqabağı öpüş" romanını (Bakı, Hərbi 
nəşriyyat, 1998) təqdim etdi. 1990-cı ildə Tehran Vəliyev məşhur amerikalı 
yazıçı Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” (“The Catcher 
in the Rye”) romanını ingilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir 
və əsər “Yazıçı” nəşriyyatı tərəfindən nəşr edilmişdir, 2011-ci ildə həmin 
roman təkrar nəşrə buraxılmışdır. 
Tədqiqatlar zamanı məlum oldu ki, Azərbaycanın 70 il Sovet hakimiy-
yəti altında yaşaması tarixən qədim olan tərcümə ənənlərimizin formalaş-
masına da öz təsirini göstərmişdir. Sovet diktaturası, senzura və qadağalar, 
eləcə də hakim dil kimi rus dilinin geniş yayılması nəticəsində tərcümə 
1.
Əsgərli F.F. Bədii tərcümə prinsipləri. Bakı: ADPU, 2009. 


11
ədəbiyyatımızda orijinaldan tərcümələrin sayı barmaqla sayılacaq qədər 
azdır. Sovet senzurasından keçə bilməyən və yaxud məqbul hesab edil-
məyən bir çox dünya ədəbiyyatı nümunələri (Con Steynbek,Volter, Didro 
və s. ) Azərbaycan dilinə tərcümə edilməmişdir.
Bu gün dünya klassiklərinin Azərbaycan dilində bizə gəlib çatan əsər-
lərinin, demək olar ki, çoxu Sovet hakimiyyəti dövründə tərcümə edilmiş-
dir və təəssüf hissi ilə qeyd edilməlidir ki, onların əksəriyyəti orijinaldan 
deyil, rus dilindən tərcümə edilmişdir. O dövrün hakim ideologiyasını və 
bu ideologiyanın təbliği üçün tətbiq edilən qadağa və senzuraları nəzərə 
alsaq bu tərcümələrdə orijinala sədaqət prinsipi, müəllifin nəzərdə tutduqla-
rının tərcümədə öz əksini tapması, əsərin bədii estetik ruhunun saxlanılması 
ehtimalı çox aşağıdır. Maraqlı fakt ondan ibarətdir ki, bu gün biz hələ də 
müasir yazıçıların (xüsusilə də, italyan, ispan, yapon) əksəriyyətinin əsər-
lərinin ikinci dil – rus və yaxud türk dilindən edilmiş tərcümələrini oxu-
yuruq. Təbii ki, bunun da obyektiv səbəbləri var, bu dillər üzrə bədii tər-
cümə ilə peşəkar səviyyədə məşğul olan mütərcimlərin azlığı, rus dilinin 
Azərbaycanda əksəriyyət tərəfindən başa düşülməsi və Rusiyada mövcud 
tərcümə məktəbinə arxalanaraq burada “keyfiyyətsiz tərcümə olmaz” de-
yənlərin arqumentlərini misal göstərmək olar. Lakin hər bir tərcüməni qiy-
mətləndirmək üçün onun orijinalı ilə müqayisəli şəkildə təhlil edilməsi va-
cibdir. Sovet dövründə edilmiş tərcümələri (xüsusilə də rus dilindən) təhlil 
edərkən həmin tərcümələr müasir dövrümüzün meyarları baxımından qiy-
mətləndirilməlidir, o dövrün hakim ideologiyasının təsiri altında edilən tər-
cümələrin bugünkü müasir ədəbiyyatımız, milli mədəniyyətimizdəki 
mövqeyini müəyyənləşdirmək lazımdır.
Sovet impersiyasının “qara siyahısına” düşmüş müəlliflər arasında 
anti-kommunist, anti-sovet əsərlər ilə məşhur Corc Oruell (1903-1950) də 
var idi. Corc Oruell təxəllüsü ilə tanınan ingilis yazıçısı Artur Erix Bleyer 
XX əsr ingilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlə-
rində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və 
totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən 
biridir. 
Bu yarımfəsildə həm də semantik adekvatlıq, məxəz mətn müəllifinə 
sədaqət prizmasından yanaşmaqla leksik, üslubi və frazeoloji əvəzetmələr 
yolu ilə adekvatlığa nail olunması problemi Corc Oruellin “1984” və Keyt 
Antilin “Yerə enmiş ay” romanlarının tərcümələrinin təhlili və dəyərləndi-
rilməsi fonunda bir daha işıqlandırılır.


12
Orijinalın üslubi xüsusiyyətlərini nəzərə almadan adekvat tərcüməyə 
nail olmaq mümkün deyil, hətta mütərcim bəzən semantik və üslubi dəqiq-
lik arasında seçim etmək qarşısında qalarsa əksər hallarda o, ikinciyə üstün-
lük verməli olur. Bununla belə, heç bir bədii əsərin ideal tərcüməsi müm-
kün deyil, çünki orijinalın bütün özəlliklərini olduğu kimi tərcümədə əks 
etdirmək qeyri-mümkündür. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, 
mütərcim əsərini tərcümə etdiyi müəllifin “sima” sını, yəni müəllifin özü-
nəməxsus üslubunu, ifadə tərzini hədəf mətn oxucusuna çatdırmalıdır ki, 
həmin oxucuda məxəz mətnə adekvat təsir yarada bilsin. Bu baxımdan 
Corc Oruellin “1984” romanında geniş istifadə etdiyi müəllif neologizm-
ləri, bədi təsvir və ifadə vasitələrindən təkrarlar, təşbeh, kinayə, mübaliğə 
və digərlərinin ana dilimizdə tərcüməsi xüsusilə diqqətəlayiqdir.
Əsərdə müəllif özü bir neçə mürəkkəb sözdən istifadə edərək “gorilla-

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin