Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   ...   16
Bədi tərcümə disertasiya işi

D.02.071 Dissertasiya filologiya üzrə elmlər doktoru


3
Şurasının elmi katibi professor N.Ş.MƏMMƏDOV 
 
İŞİN ÜMUMİ SƏCİYYƏSİ 
 
Mövzunun aktuallığı. Əsrlər boyu ayrı-ayrı ölkələr, xalqlar və mədə-
niyyətlər arasında mübadilə, anlaşma və ünsiyyət körpüsü rolunu oynamış 
tərcümə hansı formada (yazılı və ya şifahi) həyata keçirilməsindən asılı ol-
mayaraq, bu gün də qloballaşan dünyanın insanları arasında əsas vasitəçi 
rolunu oynayır. Hər bir müəllifin bədii təfəkkürünün məhsulu olan bu və ya 
digər sənət əsəri tərcümə vasitəsilə geniş oxucu auditoriyasına çatdırılır, la-
kin həmin müəllifi olduğu kimi təqdim etmək, onun doğma oxucusunda do-
ğurduğu təəssüratı hədəf dilin oxucusunda doğurmaq, müəllifin yaratdığı 
obrazı hədəf dildə “danışdırmaq”, bir sözlə, müəllifə, yoxsa oxucuya sadiq 
qalmaq məsələsi hər zaman müzakirə mövzusu olmuşdur. Tərcümə nəzə-
riyyəsinin qarşısında duran ən mühüm məsələlərdən biri tərcümələrin adek-
vatlığının dəyərləndirilməsi, müəllif və ya oxucuya sədaqət prinsiplərinin 
əsas aspektlərinin təhlil edilməsidir. Məhz bu prinsiplər əsasında tərcümə 
nəzəriyyəsində semantik və kommunikativ tərcümə istiqamətləri müəyyən 
edilmiş, bu istiqamət və yanaşmalar üzrə müvafiq adekvatlıq meyarının 
müəyyən edilərək tərcümələrin dəyərləndirilməsi hər zaman müzakirə və 
mübahisə mövzusu olmuşdur. Bu baxımdan, tərcümə nəzəriyyəsinin hazır-
kı inkişaf mərhələsində mövcud yanaşma və nəzəri müddəalara əsaslan-
maqla, ingilis dilindən Azərbaycan dilinə ayrı-ayrı dövrlərdə tərcümə edil-
miş bədii ədəbiyyat nümunələrini semantika və kommunikativlik baxımın-
dan təhlil edərək işıqlandırmaq məqsədi bu tədqiqat işində qarşıya qoyul-
muşdur.
Tədqiqat işində ümumilikdə tərcümədə adekvatlıq problemi tədqiq 
edilməklə yanaşı, ingilis dilindən Azərbaycan dilinə edilmiş tərcümələrdə 
semantik və kommunikativ cəhətdən adekvatlığın necə təmin edilməsi 
probleminə toxunulmuş və həmin tərcümələrdən bəziləri bu aspektdən təh-
lil edilmişdir. Adekvatlıq dedikdə orijinalla eyni əhəmiyyətə malik olan, 
leksik, frazeoloji və üslubi elementlərin nisbi uyğunluğu əsasında əldə olu-
nan tərcümə başa düşülür. Tərcümədə adekvatlıq mətnin növündən və jan-
rından asılı olaraq müəyyənləşdirilir. İnformativ mətnlərin tərcüməsində 
məzmun və kommunikativ funksiya adekvatlığı əsas götürülürsə, bədii 
mətnlərdə isə əsas məqsəd məzmun ilə yanaşı, dilin bədiiliyinin təmin edil-
məsidir.


4
Müəllif üslubi priyomlar işlətməkdə, müəyyən çalarlıq yaratmaqda və 
öz obrazını istədiyi kimi təqdim etməkdə azaddır. Bəs mütərcim necə? O da 
əsərin müəllifi kimi azaddırmı? Əlbəttə, yox. O, orijinalın məzmununa 
sədaqətli olmalı, tərcümə etdiyi əsərin hansı dövrə və dilə aid olması fak-
tına, eləcə də hansı üslubi fəndlərdən istifadə olunmasına diqqətlə yanaş-
malı, mənanı saxlamaq şərtilə onu öz oxucusuna çatdırmalıdır. Burada se-
mantik adekvatlıq problemi meydana çıxır. Lakin bu o demək deyil ki, mü-
tərcim tamamilə məxəz mətn və onun müəllifinə sadiq qalaraq, məxəz dilə 
məxsus linqvistik və kultural elementləri olduğu kimi hədəf dilə gətirməli, 
məxəz mətnin forma və məzmununun saxlanılması naminə hədəf dilin nor-
malarını pozmalı, onun məxəz dilə məxsus “yad” elementlərlə doldurmalı 
və nəticədə, hədəf auditoriya üçün tam anlaşılmaz bir dil və üslubda tər-
cümə mətni ərsəyə gətirməlidir. Dilin əsas funksiyası kommunikasiya ak-
tını təmin etməkdirsə, məxəz dildə yazılmış bir əsər də bütün bədii çalar və 
ekspressivliyi ilə bərabər, məhz oxşar funksiya, yəni kommunikasiya yö-
nümlü olmalıdır. Buradan isə kommunikativ tərcümə və bu tərcümədə 
adekvatlıq meyarları problemi qarşıya çıxır. Bu iki qütblü problem ümumi-
likdə tərcümə nəzəriyyəsində olduğu kimi, Azərbaycanda da bu sahədə 
aparılan tədqiqatların özülünü təşkil edir.
Tədqiqatın aktuallığı bu gün tərcümənin nəzəri və praktik aspektdə təh-
lili və dəyərləndirilməsi zərurəti ilə müəyyənləşir. İngilis dilindən Azərbay-
can dilinə tərcümələrin tarixi nə qədər qədim olsa da, bu tərcümələrin müx-
təlif maneələr və icitmai-siyasi formasiyalardan keçməklə müəyyən ideoloji 
və siyasi qadağaların müşayəti ilə dövrümüzə qədər gəlib çıxması, çox 
zaman orijinaldan deyil, məhz vasitəçi (rus) dildən çevirilməsi onların ob-
yektiv təhlilinin aparılmasına, tərcümə nəzəriyyəsinin mövcud metod və 
prinsipləri baxımından dəyərləndirilməsinə hər zaman çətinlik törətmişdir. 
Bu baxımdan, tədqiqat mövzusunun aktuallığı adı çəkilən aspektlərin işıqlan-
dırılması və müqayisəli təhlil üsullarından istifadə edərək tərcümələrin qiy-
mətləndirilməsi zərurəti ilə sıx bağlıdır. Tədqiqat zamanı orijinal mətnlərlə 
tərcümə mətnləri müqayisəli-tipoloji şəkildə təhlil olunur, tərcümələrdəki 
uğurlu məqamlarla yanaşı, mütərcim xətaları və qüsurları da üzə çıxarılır. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin