Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   ...   16
Bədi tərcümə disertasiya işi

Tədqiqatın praktik əhəmiyyəti. Tədqiqatın praktik əhəmiyyəti müəy-
yən edilmiş tərcümə modellərinin tərcümə prosesinə tətbiqindən ibarətdir. 
Bundan başqa, peşəkar tərcüməçi hazırlığı ilə məşğul olan ali təhsil müəssi-
sələrində tələbələrə müqayisəli şəkildə konkret nümunələrin göstərilməsi 
baxımından, eləcə də təhlil edilmiş əsərlərə və onların müəlliflərinə ye-
nidən müraciət edən mütərcimlər üçün yardımçı vasitəyə çevrilməsi baxı-
mından dissertasiyanın praktik əhəmiyyətini şərtləndirə bilərik. 
Tədqiqatın elmi-nəzəri metodoloji bazası Avropa, Amerika, Türki-
yə, Rusiya və Azərbaycan tərcüməşünaslığında mövcud olan elmi konsep-
siya və nəzəriyyələr, müasir yanaşma və tendensiyalar, o cümlədən müx-
təlif mütərcim alim və dilçilərin müvafiq sahə üzrə dəyərli fikir və müddəa-
larına əsaslanır. Tədqiqat zamanı tərcümə nəzəriyyəsinin təşəkkül tapdığı 
dövrlərdən bu günə qədər mövcud olan əksər nəzəriyyə və yanaşmalar, 
müxtəlif tərcümə məktəbləri və onların görkəmli nümayəndələrinin irəli 
sürdükləri fikir və mülahizələr geniş təhlil edilmişdir. 
Tədqiqat metodları. Tədqiqat zamanı müqayisəli tutuşdurma və mü-
qayisəli tərcümə təhlili metodundan istifadə edilmişdir. Bu metodun mahiy-
yəti ondan ibarətdir ki, məxəz mətnlə tərcümə mətni müəyyən prizmadan 
tutuşdurulur, tərcümə vahidlərinin tərcümə mətnində öz əksini tapması, ta-


7
pa bilməməsi, qismən tapması və sair müəyyənləşdirilir, adekvat tərcümə-
nin əsas sütunu hesab edilən leksik, frazeoloji və üslubi elementlərin (bədii 
ifadə və təsvir vasitələrinin) uyğunluğunun nə dərəcədə təmin edilməsi 
amilləri təhlil edilir və ümumiləşdirmələr aparılır. Müqayisəli tərcümə təh-
lili metodu tərcümə nəzəriyyəsinin elementlərini özündə ehtiva etməklə ya-
naşı, təhlil obyektinə ədəbi tənqid, üslubiyyat və koqnitiv dilçilik kimi sa-
hələrin də elementlərini cəlb edir. Bu baxımdan, tədqiqat zamanı təhlil edi-
lən tərcümələr təkcə linqvsitik amillər prizmasından deyil, həm də sosio-
kulturoloji, sosio-tarixi aspektdən, tərcümə olunan əsərlərin Azərbaycan 
ədəbiyyatına daxil olduğu dövr (Sovet hakimiyyəti və ya müstəqillik döv-
ründə) baxımından, həmin dövrlərdəki mövcud ideoloji və siyasi təsirlər, 
eləcə də mütərcimlər tərəfindən seçilmiş tərcümə strategiyaları baxımından 
da təhlil edilmişdir. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin