Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   ...   16
Bədi tərcümə disertasiya işi

Tədqiqatın obyekti. Tədqiqatın obyektini müxtəlif dövrlərdə ingilis 
dilindən Azərbaycan dilinə edilən bədii tərcümələr təşkil edir.
Tədqiqatın predmeti. Tədqiqatın predmeti tədqiqat obyekti ilə birba-
şa bağlı olub, ingilis dilindən Azərbaycan dilinə tərcümələrdə semantik və 
kommunikativ adekvatlıq probleminin araşdırılaraq təhlil edilməsi əsasında 
müəyyənləşdirilir.


5
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsəd və vəzifələri dis-
sertasiya mövzusunun aktuallığı ilə şərtlənir. Tədqiqat işinin əsas problemi 
olan adekvatlıq mövzusunu təhlil etməklə yanaşı, milli tərcümə tariximizdə 
orijinaldan tərcümələrin dilimiz və ədəbiyyatımızın zənginləşməsi, tərcümə 
sənətimizin inkişafındakı rolunu bir daha əyani şəkildə sübut etməkdir. Bu 
məqsədlə tədqiqat işində aşağıdakı vəzifələr yerinə yetirilmişdir:
1) tərcümənin ən mühüm şərt və meyarlarından biri olan adekvatlığın 
mahiyyətini açmaq, eləcə də semantik və kommunikativ tərcümələrdə 
adekvatlığın təmin edilməsini şərtləndirən amilləri müəyyənləşdirmək; 
2) tərcümələrin ümumi keyfiyyətinin qiymətləndirilməsi aspektində 
adekvatlıq dərəcəsinin dəyərləndirilməsi; 
3) Azərbaycanda tərcümə ənənələrinin formalaşması prosesində mü-
vafiq dövrlər üzrə tərcümələrdə semantik və kommunikativ tərcümə istiqa-
mətlərini təhlil etmək, onları şərtləndirən obyektiv və subyektiv amilləri 
müəyyənləşdirərək sistemləşdirmək, həmçinin konkret nümunələr əsasında 
tərcümələrin müəllif yönümlü (semantik) və hədəf oxucu yönümlü (kom-
munikativ) olmasını müəyyən etmək; 
4) tədqiqat zamanı müqayisə edilən tərcümələrdə adekvatlığın təmin 
edilməsini təkcə linqvsitik amillər prizmasından deyil, həm də sosio-kultu-
roloji, sosio-tarixi aspektdən təhlil etmək; 
5) tərcümə olunan əsərlərin Azərbaycan ədəbiyyatına daxil olduğu 
dövr (Sovet hakimiyyəti və ya müstəqillik dövründə) baxımından, həmin 
dövrlərdəki mövcud ideoloji və siyasi təsirlər, eləcə də mütərcimlər tərəfin-
dən seçilmiş tərcümə strategiyaları baxımından dəyərləndirərək müvafiq stra-
tegiyaların seçilməsini şərtləndirən amilləri müəyyənləşdirərək qruplaşdır-
maq; 
6) tərcümə edilmiş bəzi ədəbiyyat nümunələrinin yenidən tərcüməsi 
zərurətini əsaslandıran amilləri müəyyənləşdirmək. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin