Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   ...   16
Bədi tərcümə disertasiya işi

Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yeniliyi indiyədək ingilis 
dilindən Azərbaycan dilinə edilmiş tərcümələri semantik və kommunikativ 
nəzəriyyələr baxımından təhlil edib adekvatlıq prinsiplərinin müəyyənləş-
dirilməsindən ibarətdir. Doğrudur, bu günə qədər ingilisdilli ədəbiyyat nü-
munələrinin Azərbaycan dilinə edilmiş tərcümələri müxtəlif tədqiqatçılar 
tərəfindən təhlil edilsə də, həmin tərcümələrdə semantik və ya kom-
munikativ adekvatlıq prinsipləri, adevatlığın təmin edilməsinə mane olan 
səbəblər, əksər hallarda tərcümələrin orijinaldan deyil, ikinci dildən (xü-
susilə rus dilindən) tərcümə edilməsi ilə bağlı müqayisəli təhlillərin düzgün 
istiqamətdə aparılmaması bu mövzu ətrafında tədqiqat aparmağa sövq et-


6
mişdir. Bu baxımdan, tədqiqat işində qarşıya qoyulan məqsədə çatmaq 
üçün əldə edilən nəticələr gələcəkdə bu istiqamətdə daha geniş və dolğun 
tədqiqatlar aparmaq üçün tələbə və mütərcimlərə yol göstərəcəkdir.
Tədqiqatın nəzəri əhəmiyyəti aşağıdakılardan ibarətdir: 
1) aparılmış tədqiqat zamanı tərcümə nəzəriyyəsinin müxtəlif dövrlə-
rinə aid nəzəri müddəa və fikirlərə istinad edilməklə adı çəkilən nəzəriy-
yənin konkret aspektlərini, o cümlədən adekvatlıq problemini izah etməklə 
yanaşı, dissertasiya müəllifinin ümumiləşdirmələr apararaq əldə etdiyi nə-
zəri nəticə və müddəaları əlavə etməklə qeyd olunan elm sahəsinin inkişa-
fına töhfə verə bilər;
2) tədqiqat zamanı əldə olunan nəticələr tərcümə nəzəriyyəsinin möv-
cud qanun və prinsiplərinə əsaslanmaqla bərabər, onlara konkret praktik 
fəaliyyət prosesində, eləcə də tərcümə təhlili zamanı istinad etmək imkanını 
təmin edir; 
3) tədqiqatın nəzəri əhəmiyyəti tədqiqat zamanı tərcümə modellərini 
işləyib hazırlamaqdan və nəticə etibarı ilə milli tərcümə nəzəriyyəmizin in-
kişafına töhfə verməkdən ibarətdir. Müqayisəli təhlillər nəticəsində əldə 
edilmiş nəticələr nəzəri baxımdan istinad obyektinə çevrilməklə yanaşı, gə-
ləcəkdə bu sahədə aparılacaq tədqiqatlara da yol aça bilər. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin