IX sinif. Biologiya. Böyük summativ qiymətləndirmə №1
AD, SOYAD___________________________________ Tarix:___________
1.Canlı sistemin xassələrini və onlara aid konkret nümunələri boş xanalara yazmaqla cədvəli tamamlayın. (III səviyyə 10 bal)
Canlı sistemin xassəsi
|
Nümunə
|
Maddələr və enerji mübadiləsi
|
|
Mühit şəraitinə uyğunlaşma qabiliyyəti
|
|
|
Göbələk mitselisinin torpaq altında inkişafı
|
Çoxalma
|
|
a) məməlilərdə qış yuxusu; b) böyümə və inkişaf; c) tənəffüs prosesi zamanı oksigenin udulması və karbon qazının xaric edilməsi; d) bakteriyaların bölünməsi
2. ATF – in tərkibinə daxil olan azot əsası:( I səviyyə 4 bal)
A)Adenin B)Timin C)Urasil D)Sitozin
3. Düzgün cavabı qeyd edin: (III səviyyə 10 bal)
Heyvanları eukariotlara aid edirlər, çünki onların hüceyrəsində ..... var.
A) xloroplastlar; B) plazmatik membran; C) qılaf;
D) formalaşmış nüvə; E) kapsid
4 Üzvi qalıqlarla qidalanan bakteriyalar: (II səviyyə 8 bal)
A) parazitlər; B) saprofitlər; C) simbiontlar;
D) miksotroflar; E) avtotroflar.
5. Düzgün cavabı qeyd edin:(III səviyyə 10 bal)
Maddələr mübadiləsi və enerji çevrilmələri, qıcıqlanma, böyümə və inkişaf, çoxalma əsas əlamətlərdir:
A) populyasiyanın B) orqanizmin
C) növün D) biogeosenozun
6. Hansı orqanoid 2 membranlıdır?( I səviyyə 3 bal)
A) Mitoxondri B) Vakuol C) Lizosom D) Ribosom
7. Uyğunluğu müəyyən edin: (II səviyyə 8 bal)
1. Zülallar 2. Lipidlər 3. Karbohidratlar 4. DNT 5. RNT
a. Monomeri nukleotiddir
b. Tərkibində A.Q.S.T nukleotidləri daxildir
c. Tərkibində riboza var
d. 1 qramının parçalanması zamanı 38,9 kC enerji ayrılır
e. Monomerlər peptid rabitələrlə birləşir
f. Bu molekulun üç növü var
g. 1 qramının parçalanması zamanı 17,6 kC enerji ayrılır
h. Bitgi hüceyrələrində miqdarı daha çox olur
i. Qliserin və yağ turşularına parçalanır
8. Qlikoliz nədir?( I səviyyə 3 bal)
A) Hazırlıq mərhələsi B) Oksigensiz mərhələ
C) Tənəffüs prosesi D) Oksigenli mərhələ
9.Hidrofob maddələr hansıdır? (I səviyyə 4 bal)
A) Sellüloza və xitin B) Saxaroza və kalium – xlorid
C) Xörək duzu və spirt D) Qlükoza və spirt
10. “ Məməlilərin yumurtahüceyrəsini kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən – ziqotdan başlanğıc götürdüyünü göstərdi. Bununla da o sübut etdi ki, hüceyrə təkcə canlı orqanizmlərin quruluş vahidi deyil, həm də inkişaf vahididir.” - söhbət hansı alimdən gedir? (II səviyyə 7 bal)
A) Karl Ber B) Robert Broun C) Teodor Şvann D) Mattias Şleyden
11.Virusların törətdiyi xəstəlik: (I səviyyə 3 bal)
A) vərəm B)malyariya C) qarın yatalağı D) çiçək
12.Uyğunluğu müəyyən edin: (IV səviyyə 20 bal)
a) Meyoz b) Mayalanma c) Qametogenez d) Hermafrodit e) Partenogenez f) Mitoz
1. Erkək və dişi qametin birləşməsi prosesi. 2. İnkişafının birinci mərhələsində ilkin cinsiyyət hüceyrələrinin bölünmə yolu. 3. Hər iki cinsiyyət orqanı olan orqanizm. 4. Qametlərin yaranması prosesi. 5. Yetişmə mərhələsində cinsiyyət hüceyrələrinin bölünmə yolu. 6. Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması.
13. Mitoz bölünmə prosesinin düzgün ardıcıllığını seçin: (II səviyyə 7 bal)
1. xromosomların ekvator boyunca düzülməsi 2. iy tellərinin əmələ gəlməsi
3. nüvə pərdəsinin əmələ gəlməsi 4. xromotidlərin əmələ gəlməsi
A) 2,1,4,3 B) 1,3,4,2 C) 1,2,3,4 D) 3,4,2,1
14.Latın mənşəli “ucleus” sözünün mənası: (I səviyyə 3 bal)
A) turşu B) nüvə C) atom D) qələvi
Sual: 14 Düz:____ Səhv:____ Cavabsız:____
Qiymət:__________ Bal: _______ İMZA:_________/
Dostları ilə paylaş: |