Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti
Sərbəst iş
Kafedra: Mexanika və Riyaziyyat Fakültə: Yüksək texnologiyalar və innovativ mühəndislik Fənnin adı: Fizika İxtisas: Biologiya Qrup: 233 Bio 2 Kurs: 1 Tədris ili: 2023/2024 Tələbə: Salmanova Zəhra Müəllim: Səlimov İlham Mövzu: Elektirik sahəsinin intensivliyi. İntensivlik vektoru seli. Elektirik sahəsinin intensivliyi ilə potensial arasında əlaqə. Potensiallar fərqi.
İstifadə olunan ədəbiyyat siyahısı............................................................
Giriş. E lektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir {E} fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә (q) təsir edən F qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir:
Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru D ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır.