Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Bədi tərcümə disertasiya işi

faced guards”, “sandy-haired woman”, “silly-faced young man”, “tough-
looking boy, “hook-nosed man" kimi müqayisə və bənzətmələr yaratmışdır. 
O, bu bənzətmə və müqayisələrdən üslubi priyom kimi məharətlə istifadə 
etmişdir. Müəllifə məxsus bu kimi müqayisə və bənzətmələr dildə mövcud 
olan sabit formalardan fərqli olaraq müəllifin hadisələrə və obyektiv real-
lığa fərdi baxışını və münasibətini əks etdirməklə yanaşı, həm də tərcümə 
prosesində xüsusi çətinlik yaratması ilə də səciyyələnir. Bu, tərcümədən xü-
susi bacarıq və istedad tələb edir ki, müəllif dühasının məhsulu olan bu 
bənzətmələri hədəf dilin mədəniyyətinə uyğun olan ekvivalentlərlə ifadə 
edə bilsin. Məsələn:
“The sun had shifted round, and the myriad windows of the Ministry of 
Truth, with the light no longer shining on them, looked grim as the 
loopholes of a fortress.”
1

“Günəş bir az da yuxarı qalxmışdı. Həqiqət Nazirliyinin az öncə gün 
işığında parıldayan minlərlə pəncərəsi indi qala mazğalları kimi qaranlıq 
görünürdü.”
2
 
Corc Oruellin bu əsəri müəllifin yaratdığı uydurma, yeni dil 
(newspeak) ilə səciyyəvidir ki, bu da totalitar cəmiyyətin dili olmaqla ora-
dakı reallıqları, düşüncə tərzini, insanların həyatını, hakim ideologiyanı 
özündə ehtiva edir. Məhz müəllifin dilə gətirdiyi yeni sözlər, özünəməxsus 
bənzətmə və müqayisələri, eyni sözlərin təkrarən istifadəsi yolu ilə “izafi” 
sözlərdən yayınma bu dilin səciyyəvi xüsusiyyətləridir. Orijinal mətn ilə 
1
Orwell G. Nineteen Eighty- Four 2004. London: Penguin Books. 
2
Oruell C. 1984. Bakı: Qanun, 2011. 


13
hədəf mətni müqayisə etməklə biz həmin xüsusiyyətlərin tərcümədə necə 
saxlanılmasını bir daha təhlil edə bilərik: 
"The Ministry of Truth-Minitrue, in Newspeak - was startlingly 
different from any other object in sight. It was an enormous pyramidal 
structure of glittering white concrete, soaring up, terrace after terrace, 300 
metres into the air"
1

“Həqiqət Nazirliyi, Yenidildə – Həqnaz ətrafdakı tikililərin 
hamısından heyrətamiz dərəcədə seçilirdi. Ağappaq beton divarları günəş 
işığında bərq vuran bu ehramşəkilli nəhəng bina pillə-pillə üç yüz 
metrəqədər yüksəlirdi.”
2
 
Burada müəllif “Ministry” sözünü qısaltmaqla “Mini” şəklində ver-
mişdir, ingilis dilində bu söz “minimal, az” mənasını ifadə edir, “truth” sö-
zünün də sifət formasını “true” əlavə etməklə yeni söz “Minitrue” (hərfi 
mənada “həqiqəti az”) yaradıb, lakin tərcümədə bu söz qeyd olunan məna 
ilə deyil, sadəcə “Həqiqət Nazirliyi” söz birləşməsini təşkil edən sözlərin 
ilk hecalarını saxlayaraq akronim kimi verilmişdir. 
Corc Oruellin romanı həm də neologizmləri ilə də məşhurdur. Bu gün 
də, demək olar ki, bütün dünyada eyham və ya sitat kimi geniş istifadə edi-
lən bəzi sözlər (Böyük Qardaş”, “teleekran”, “fikir cinayətləri”, “ikifikir-
lilik”, “yeni dil” və s.), eləcə də romanın adı “1984” rəqəminin özü də 
simvolik mahiyyət daşıyır. 
Müəllif romanda neologizmlərlə yanaşı, digər bədii ifadə vasitə-
lərindən də geniş istifadə etmişdir. Bunlara misal olaraq kinayə və sarkazm-
ları göstərə bilərik. Kinayə sözün zahirən müsbət mənada deyilib, əslində 
isə mənfi mənada işlədilməsidir. Corc Oruell əsərdə kinayədən geniş isti-
fadə etmişdir.
“War is peace. "Müharibə –sülhdür 
 Freedom is slavery. Azadlıq – köləlikdir 
Ignorance is strength” 
3
Cəhalət –qüvvədir” 
4
 
Hər bir müəllif öz əsərində təmsil etdiyi xalqı, mədəniyyəti təmsil et-
məklə yanaşı, yaratdığı obrazı da həmin dil və mədəniyyət mühitində ya-
şadır və oxucusuna sevdirir. Həmin müəllifi və onun obrazını tamam fərqli 
bir dilin və mədəniyyətin oxucusuna sevdirmək isə birbaşa mütərcim və 
1
Orwell G. Nineteen Eighty- Four 2004. London: Penguin Books. 
2
Oruell C. 1984. Bakı: Qanun, 2011. 
3
Orwell G. Nineteen Eighty- Four 2004. London: Penguin Books. 
4
Oruell C. 1984. Bakı: Qanun, 2011. 


14
onun peşəkarlığından asılıdır. Mütərcim tərcümə zamanı hər zaman hədəf 
oxucusunu düşünür və çalışır ki, həmişə tərcümə etdiyi mətn oxucu üçün 
asan, anlaşıqlı olsun, onun mədəniyyətinə və dünyagörüşünə uyğunlaş-
dırsın. Bu baxımdan, reali və kultural sözlərin tərcüməsində həm semantik 
adekvatlığın təmin edilməsi, həm də hədəf oxucunun belə sözləri tanı-
masını, onların ifadə etdiyi mənanı bilməsi üçün mütərcimlər müxtəlif tər-
cümə üsullarından istifadə edirlər (transkripsiya, transliterasiya, kalka, təs-
viri tərcümə və s.). Bəzən isə mütərcimlər metonomiya və metafora kimi 
ifadə vasitələrinin, eləcə də bəzi yer adlarının, inzibati idarə və təşkilat ad-
larının tərcüməsində izahlara, qeydlərə geniş yer verirlər: 
“There was hardly a politician he had heard of who knew the 
difference between heterodoxy and heterodyne, and that included his 
kinsmen in Capitol Hill, USA”
1

 “ABŞ-da Kapitoli təpəsindəki (Amerika konqresinin binası burada 
yerləşir) həmvətənləri də daxil olmaqla elə bir dövlət xadiminin adını 
eşitməmişdi ki, heterodinlə heterodoksun fərqini bilsin.”
2

Burada mütərcim qeydlərini mətn daxilində, aid olduğu sözdən sonra 
mötərizədə verməklə hədəf dilin oxucusu üçün mənanı aydınlaşdırır.
Birinci fəsildə semantik adekvatlıq və onun tərcümədə təmin edilməsi 
ilə bağlı həm nəzəri fikirləri, həm də dilimizə tərcümə edilmiş əsərlər üzə-
rində apardığımız təhlilləri ümumiləşdirərək qeyd edə bilərik ki, tərcümə 
prosesinin əsas iştirakçısı kimi mütərcimin ekstralinqvistik biliklərə malik 
olması çox mühüm əhəmiyyət kəsb edir. Əgər mütərcim məxəz və hədəf 
dilin daşıyıcılarının müxtəlif ekstralinqvistik biliklərini nəzərə almasa, ən 
dəqiq tərcümə belə istənilən təsiri bağışlaya bilməz, çünki tərcümə nəzərdə 
tutulduğu insanlar üçün anlaşılmaz qalacaqdır. Məhz praqmatik amil tər-
cümədə tam adekvatlıq əldə etmək üçün mühüm şərtlərdən biridir. Hədəf 
mətndə mənanın təhrifi və ikimənalılığın səbəbi məxəz dildəki leksik vahi-
din praqmatik mənasının hədəf dildə semantik baxımdan qeyri-adekvat lek-
sik vahidlə ifadə edilməsidir.
İkinci fəsil (“İngilis dilindən Azərbaycan dilinə tərcümələrdə kom-

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin